68
Bu cədvəldə kriteriyaların normativ qiymətləri də verilmişdir. Hesablanmış
və normativ qiymətlərin təhlili göstərir ki, bütün müəssisələr bu krediti almağa
iddia edə bilərlər. Ona görə də alınmış nəticənin qeyri-səlis çoxluqlar
nəzəriyyəsinin riyazi aparatını tətbiq etməklə işlənməsi tələb olunur. Bu aşağıdakı
kimi üç mərhələdə həyata keçirilir.
-
Birinci mərhələ. «Mütləq likvidlik əmsalının daha yaxşısı», «aralıq örtük
ə
msalının arzu olunanı», «rentabellik əmsalının ən yaxşısı», «maliyyə sərbəstliyi»,
«tam örtük» anlayışlarına uyğun gələn aiddiyyat funksiyasının qurulması aşağıdakı
şə
kildə. Belə funksiyaların qurulması müxtəlif istiqamətlərdə fəaliyyət göstərən
müəssisələrin kraditləşməsi sahəsində biliklərə malik olan ekspertlər tərəfindən
qurulur.
-
kinci mərhələ. (F1), (F2), (F3), (F4), (F5) keyfiyyət kriteriyalarına görə
aiddiyyat funksiyasının konkret qiymətləri təyin olunur. Şəkildə baxılan
alternativlərə uyğun gələn aiddiyyat funksiyasının qiymətləri verilmişdir. Bu dörd
analiz olunan alternativin daxil olduğu beş baxılan kriteriya üçün qeyri-səlis
çoxluq aşağıdakı şəkildədir:
1
F
µ
= 0,61/0,154 + 0,41/0,102 + 0,33/0,084 + 0,46/0,140;
2
F
µ
= 1,0/1,297 + 0,71/0,71 + 0,59/0,59 + 0,57/0,57;
3
F
µ
= 1,0/2,78 + 0,91/2,27 + 0,75/1,86 + 0,51/1,27;
4
F
µ
= 1,0/0,75 + 0,96/0,72 + 0,94/0,71 + 0,90/0,68;
5
F
µ
= 0,93/0,28 + 0,38/0,115 + 0,5/0,15 + 0,4/0,12.
69
Şəkil 5. Keyfiyyət kriteriyalarının aidiyyət funksiyası
-
Üçüncü mərhələ. Ən yaxşı alternativin seçilməsi məqsədi ilə
informasiyaların kompozisiyası həyata keçirilir. Optimal alternativlər çoxluğu B
seçmə kriteriyaları əsasında alternativlərin qiymətləndirilməsi daxil olan qeyri-səlis
çoxluqların kəsişməsi yolu ilə təyin edilir.
Əgər variantların seçilməsini həyata keçirən kriteriyalar QQŞ üçün eyni
dərəcədən əhəmiyyətlidirsə, ən yaxşı variantın seçilmə qaydası aşağıdakı kimidir:
В
= F
1
∩ F
2
∩ F
3
∩ F
4
∩
F
5
.
B çoxluğunda aiddiyyat funksiyasının qiymətinin ən böyüyü optimal
alternativ hesab edilir. Qeyri-səlis çoxluqların kəsişmə əməliyyatı
j
-
alternativ
üçün minimal qiymətin seçilməsi ilə uyğun gəlir:
µ
B
(a
j
)=
݉݅݊
µ
ி
ೕ
(ܽ
)
Baxılan məsələ üçün optimal alternativlər çoxluğu aşağıdakı şəkildə
70
formalaşır:
В
=
{min { 0,61; 1,0; 1,0; 1,0; 0,93 },
min { 0,41; 0,71; 0,91; 0,96; 0,38 },
min { 0,33; 0,59; 0,75; 0,94; 0,50 },
min { 0,46; 0,57; 0,51; 0,90; 0,40 }}.
Bu alternativlər içərisində prioritetlərin nəticə vektoru aşağıdakı şəkildədir:
max µ ( )
B
j
a
j
= max {0,61; 0,38; 0,33; 0,4}.
Beləliklə, ən yaxşı alternativ
а
1
-dir, buna uyğun qiymət
0,61
-dir. Müvafiq
olaraq
а
4
→
0,4, а
2
→
0,38, а
3
→
0,33. Deməli, krediti birinci müəssisəyə vermək
daha məqsədəuyğundur.
71
NƏT CƏ VƏ TƏKL FLƏR
Qloballaşma əsrində informasiya və kommunikasiya texnologiyaları,
mütərəqqi yenilikləri özündə ehtiva edən çoxşaxəli innovasiya sistemləri hər bir
dövlətin ümumi inkişaf səviyyəsindən və potensialından xəbər verən, sosial-
iqtisadi, mədəni-intellektual yüksəlişi təmin edən vacib meyarlardan birinə
çevrilmişdir. qtisadi tərəqqi, demokratikləşmə və insan hüquqlarının etibarlı
təminatı baxımından özünün yüksək inkişaf mərhələsinə çatmış dövlətlərin bu
nailiyyətləri eyni zamanda informasiya iqtisadiyyatına əsaslanan mütərəqqi
biliklər nəticəsində əldə etdiyi danılmaz həqiqətdir. Təcrübə göstərir ki, iqtisadi
inkişaf strategiyasını elmi-texniki əsaslar üzərində qurmaqla innovasiya
inkişafını dövlət quruculuğu prosesinin mühüm təminatı sayan, hər zaman
proqressiv ənənələrə istinad edən dövlətlər milli tərəqqiyə sahib olur, dünya
arenasında özünəlayiq yer tutur.
nformasiya texnologiyalarının müasir inkişaf mərhələsi idarəetmə
məsələlərinin həllinin və iqtisadi informasiyanın işlənilməsinin ayrı-ayrı sahələr
üzrə avtomatlaşdırılmasından, onun müasir kompüter sistemləri və şəbəkələri
bazasında kompleks şəkildə avtomatlaşdırılmasına keçilməsi ilə xarakterizə
olunur. Bu zaman yüksək məhsuldarlıqlı kompüterlərdən və elektron
kommunikasiya vasitələrindən geniş istifadə olunur. Elektron hesablama, rabitə
və təşkilat texnikası vasitələrindən istifadənin forma və üsullarına,
informasiyanın yığılmasından başlayaraq idarəetmə qərarlarının hazırlanması və
reallaşdırılmasına nəzarət funksiyalarının həyata keçirilməsinədək bütün
proseslərin avtomatlaşdırılmasına xüsusi diqqət yetirilir.
Aparılan tədqiqatlar nəticəsində məlum oldu ki, iqtisadiyyatın inkişafının
bütün səviyyələrində bazar problemlərinin həlli və səmərəli idarəetmənin təşkili
məqsədilə etibarlı informasiya olması vacib məsələdir. Ona görə də səmərəli
idarəetmənin təşkili və bazar problemlərinin həlli məqsədilə informasiyaları
72
öyrənmək və lazımi qərarların qəbulu üçün ondan istifadə etmək rəhbər işçilərin
ə
n mühüm vəzifələrindən biri olmalıdır. Lakin müasir dövrdə daim artan
informasiya axınlarının toplanmasında, işlənilməsində və ondan istifadə
edilməsində insan faktorunun psixoloji imkanları məhduddur. Bu səbəbdən də
informasiya axınlarının səmərələşdirilməsi proseslərinin avtomatlaşdırılması
böyük əhəmiyyət kəsb edir.
nformasiya olmadan bazar problemlərini həll etmək, müəssisələrin
fəaliyyətlərinin səmərəli idarəetməsini təşkil etmək, idarəetmənin əsas
məqsədini müəyyən etmək, vəziyyəti müəyyənləşdirmək, qarşıda duran
problemi həll etmək, müvafiq qərarlar qəbul etmək və onun yerinə yetirilməsinə
nəzarət etmək mümkün deyildir.
Müasir dövrdə informasiya və telekommunikasiya texnologiyalarının
tətbiq sahəsi həddindən artıq genişdir. Bir çox kommersiya və biznes
təşkilatları, həmçinin dövlət müəssisələrində bütün əməliyyatlar kompüter-
ləşdirilməkdədir. Ona görə də informasiyanın mühafizəsi özündə nəinki
administrativ – təşkilati və proqram – texniki, həmçinin qanunverivilik
tədbirlərinin də saxlamalıdır. Ümumiyyətlə, hər bir təşkilatda informasiya
mühafizəsi sahəsi üzrə ayrıca mütəxəssisin olması bu problemin həllini çox
asanlaşdırardı.
Bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən firma və müəssisələr
mürəkkəb təşkilati sistem olmaqla bərabər, onların ayrı-ayrı tərkib hissələri -
ə
sas və dövriyyə fondları, əmək və material resursları, maliyyə və digər
resurslаrı daim dəyişməklə bir-birilə mürəkkəb qarşılıqlı əlaqədə olurlar. Müasir
iqtisadiyyatda istehsalın təşkili planlaşdırma və təhlil prosesləri, maliyyə-bank
işi, mal göndərənlər və istehlakçılar arasındakı əlaqələr həll edilən məsələlərin
həcminin artmasına və mürəkkəbləşməsinə səbəb olur. Həmin proseslərin
operativ idarə edilməsi yeni informasiya sistemləri və texnologiyaları tətbiq
etmədən mümkün deyildir.
73
Verilənlərin intellektual analizi və ya verilənlərin hasilatı (Data Mining)
modulu vasitəsilə verilənlərin daha dərindən araşdırılması mümkündür.
Məsələn, bu metodun köməyi ilə verilənlər arasındakı əlaqəni, stabil dayanıqlı
müştərilər qrupunun üzə çıxarılması, müəssisənin maliyyə, istehsalat, təsərrüfat
və digər iqtisadi göstəricilərinin dəyişməsinin proqnozlaşdırılması, qəbul
edilmiş qərarların müəssisənin biznes mühitinə təsirini, biznes vəziyyətinin
ümumi analizi, risklərin analizi və anamaliyaların axtarışı mümkündür.
Məlumatların işlənilmə texnologiyasının metodologiyası bu sahədə əldə
edilən nəzəri və praktiki nailiyyətlərə, habelə elmi yanaşma prinsiplərinə
ə
saslanmalıdır. Belə ki, texnoloji prosesin təşkilində sistemli təhlil, komplekslilik
(yəni idarəetmə sisteminin bütün bölmələri, səviyyələri və obyektlərinin təyin
edilməsi), optimallaşdırma, tipləşdirmə, unifikasiya və standartlaşdırma, perspektiv
və fasiləsiz inkişaf prinsipləri gözlənilməlidir.
Bununla yanaşı iqtisadi informasiyanın avtomatlaşdırılmış işlənilməsi
sahəsində inteqrasiya prinsipi və istifadəçilər üçün əlverişli şərait yaradılması,
informasiyanın ötürülməsinin inkişaf etmiş sisteminin bazasında məlumatların
işlənilməsi, idarəetmənin və hesablama sistemlərinin mərkəzləşdirilməsi və qeyri-
mərkəzləşdirilməsinin səmərəli əlaqələndirilməsi, məlumatların təsviri və
çevrilməsi prosedurlarının, istifadəçilərin funksiyaları və iş yerlərinin
modelləşdirilməsi və formalizə edilməsi, texnoloji proseslərin tipləşdirilməsi və
standartlaşdırılması da nəzərə alınmalıdır.
Aparılan tədqiatlar nəticəsində aşağıdakı təkliflərin irəli sürülməsini
məqsədəuyğun hesab edirik:
-
Bazar probleminin həlli, qeyri-səlis mühitdə müəssisənin maliyyə
vəziyyətinin təhlili, idarəetmənin səmərəli təşkili məqsədilə informasiyanın
toplanması və təşkili prosesi fasiləsizz məlumat verilməklə ticarətin idarə
edilməsi prosesini təmin edə bilsin.
74
-
nformasiyalar müəyyən faktlara əsaslanmalı, faktlar, həqiqi rəqəmlərlə
təsdiq edilməlidir.
-
darəetmədə işlədilən informasiyalar dərin olmalı, ticarətin təşkilinin
planlaşdırılmasını, ümumi vəziyyətini sistem, kompleks halında
qiymətləndirməyə imkan verməlidir.
75
ƏDƏB YYAT S YAHISI
1.
Abbasov Ə.M., Bayramov Z.Z., Quliyev H.X. « qtisadi
informasiyanın işlənməsinin kompüter texnologiyası». Dərs vəsaiti, Bakı, 2002.
2.
Аббасов
А. М. Мамедова М. Г. Методы организации баз знаний
с
нечеткой реляционной структурой . Баку: "Элм". 1997. - 256 c.
3.
Korneyçuk B.V. « nformasiya iqtisadiyyatı». Sankt-Peterburq.
4.
Quliyev H.X., Balayev R.Ə. « qtisadi informatika və hesablama
texnikası». Dərs vəsaiti, Bakı, 1998;
5.
Kərimov Ş.Q. « nformasiya sistemləri və verilənlər bazaları». Bakı,
Elm, 1999;
6.
Кə
rimоv S.Q., Həbibullаyеv S.B., brаhimzаdə T. . « nfоrmаtiка».
Dərsliк, Bакı, 2002;
7.
Андрейчиков
А.В., Андрейчикова О.Н. Анализ, синтез и
планирование
решений в экономике. М.: Финансы и статистика, 2000.-368 с.
8.
Орлов
А. И. Теория принятия решений: учебник. — М.: Экзамен,
2006. — 576 с;
9.
Орлов
А. И. Принятие решений. Теория и методы разработки
управленческих
решений. Учебное пособие. — М.: Март, 2005. — 496 с;
10.
Сараев А.Д., Щербина О.А. Системный анализ и современные
информационные
технологии //Труды Крымской Академии наук. -
Симферополь
: СОНАТ, 2006. - С. 47-59;
11.
Друкер Питер Ф. « Практика Менеджмента » Пер. с англ. : Уч.
пос
. - М.: Издательский дом «Вильямс» - 398 с. Москва 2000;
12.
В.М.Попов, С.И.Ляпунов, В.В.Филиппов, Г.В.Медведев. «Ситуа-
ционный
анализ бизнеса и практика принятия решений » Уч. пос. для ВУЗов.
– М.: КноРус, Москва 2001. – 384 с;
13.
Герберт А. Саймон. “Теория принятия решения в экономической
теории
и науке о поведении”. Источник: Вехи экономической мысли. Теория
76
потребительского
поведения и спроса. Т.1. Под ред. В.М.Гальперина.- СПб.:
Экономическая
школа. 1999.
14.
Дзюбенко А.Л. « Информационные системы в экономике »
Москва
2007;
15.
Ханенко В.Н. «Информационные системы» Л.: Машиностроение.
1988, 127 с;
16.
Чуйкин А.М «Разработка управленческих решений» Уч. пос.
Калининград
2000, 150 с;
17.
Лепа Р.Н. «Информационные технологии в финансовом
Менеджменте
» Донецк 2001, 86 с;
18.
Барановская Т.П. и др. « Информационные системы и
технологии
в экономике » Учебник. Москва 2006, 416 с;
19.
Петров В. Н. “Информационные системы”, СПб.: Питер, 2003. —
688 с.
20.
R.Əliquliyev, Əlövsət Əliyev “ qtisadi proseslərdə informasiya
texnologiyaları” Bakı 2001
21.
Qasımov V.Ə. “Elm və təhsilin informasiya təminatı sistemləri”
[monoqrafiya/Qasımov V. red. Abbasov Ə.M.] Bakı: Elm 2005
22.
nternet resursları.
77
РЕЗЮМЕ
В
новейшее время дальнейшей судьбе каждого народа и страны
зависит
не только от природных богатств, даже это зависит
информационной
экономики, информационных и коммуникационных
технологий
и другие вопросы.
В
условиях рыночной экономики конечной цели каждой фирмы
является
доступ много дохода. Доходы каждой фирмы, зависит от
экономики
политического и анализа финансовой деятельности.
Развитие
экономики страны зависит от развития фирмы. Для этой
связи
анализа каждой фирмы финансовой деятельности является очень
важным
.
В
этом мастер диссертации информационной экономики
концептуальные
основы
изучали
,
и
применения
нечетких
информационных
технологий на развитие информационной экономики
был
исследован.
78
SUMMARY
At the contemporary time future fate of every people and country not
only depends on the natural wealth, even it depends information economy,
information and communication technologies and other issues.
In the market economy final goal of every firm is access lot of income.
Income of every firm is depends on economy politic and analisy of the
financial activity.
Development of country economy depends on firm’s development. For
this regard analisys of every firm financial activity is very important
At this master dissertation information economy conceptual bases was
studied, and applying fuzzy information technologies on development of
information economy was researched.
79
REFERAT
Qloballaşma əsrində informasiya və kommunikasiya texnologiyaları,
mütərəqqi yenilikləri özündə ehtiva edən çoxşaxəli innovasiya sistemləri hər bir
dövlətin ümumi inkişaf səviyyəsindən və potensialından xəbər verən, sosial-
iqtisadi, mədəni-intellektual yüksəlişi təmin edən vacib meyarlardan birinə
çevrilmişdir. qtisadi tərəqqi, demokratikləşmə və insan hüquqlarının etibarlı
təminatı baxımından özünün yüksək inkişaf mərhələsinə çatmış dövlətlərin bu
nailiyyətləri eyni zamanda informasiya iqtisadiyyatına əsaslanan mütərəqqi biliklər
nəticəsində əldə etdiyi danılmaz həqiqətdir. Təcrübə göstərir ki, iqtisadi inkişaf
strategiyasını elmi-texniki əsaslar üzərində qurmaqla innovasiya inkişafını dövlət
quruculuğu prosesinin mühüm təminatı sayan, hər zaman proqressiv ənənələrə
istinad edən dövlətlər milli tərəqqiyə nail olur, dünya arenasında özünəlayiq yer
tuturlar.
Müasir dövrdə hər bir xalqın, dövlətin gələcək taleyini təkcə onun malik
olduğu zəngin təbii sərvətlər deyil, həm də elmi-mədəni və intellektual imkanları,
bütün bunların da fövqündə dayanan insan kapitalı müəyyənləşdirir. Funksional
imkanları elm və təhsilin ictimai həyatın ən müxtəlif sahələrində tətbiqi yolu ilə
gerçəkləşdirilən bu əvəzsiz kapital hazırkı mərhələdə fərd və ictimai toplumların,
geniş mənada, xalqların gələcək inkişafının, yaşayış səviyyəsinin, habelə qazandığı
nailiyyətlərin rəhni kimi çıxış edir. Müstəqil Azərbaycan dövləti də qloballaşan
dünyanın bərabərhüquqlu subyekti kimi, öz inkişafını, sadəcə, təbii sərvətlərin
gətirdiyi dividendlərə bağlamır və mövcud resurslarını sırf insan faktorunun
prioritetə çevrilməsi yönümündə qurur. Bu baxımdan da hər bir ölkə öz iqtisadi
fəaliyyətini lazımi səviyyədə qurmaq məqsədilə, ölkədə iqtisadi inkişafın davamlı
və dayanıqlı olması baxımından, habelə ölkənin ixrac potensialının artırılması üçün
müasir texnologiyalardan istifadə etməklə informasiya iqtisadiyyatının inkişafını
təmin etməyə çalışır. Informasiya iqtisadiyyatının inkişafını təmin etmək
məqsədilə bir sıra amillərdən istifadə edilməlidir, bunlardan biri qeyri-səlis
80
informasiya texnologiyalarıdır. Məhz bu səbəbdən də təqdim edilən magistr
dissertasiya işinin mövzusu mühüm aktuallıq kəsb edir.
Təqdim edilən magistr dissertasiya işi giriş, üç fəsil, nəticə və təkliflər və
ə
dəbiyyat siyahısından ibarətdir.
Magistr dissertasiya işinin birinci fəslində informasiya iqtisadiyyatının
inkişafının konseptual əsasları geniş şəkildə tədqiq edilmişdir.
Dissertasiya işinin ikinci fəslində qeyri-səlis informasiya texnologiyalarına
təsir edən amillər araşdırılmışdır.
Magistr dissertasiya işinin sonuncu üçüncü fəslində isə informasiya
iqtisadiyyatında qeyri-səlis informasiya texnologiyalarının tətbiq istiqamətləri
öyrənilmişdir.
Dostları ilə paylaş: |