Microsoft Word Inkishaf ve sulh ideyalar? I kitab doc


Bakı şəhərinin kənarında “Novruz bayramı”



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə2/47
tarix25.07.2018
ölçüsü0,6 Mb.
#58940
1   2   3   4   5   6   7   8   9   ...   47

 
5
21. Bakı şəhərinin kənarında “Novruz bayramı” 
meydanlarının və Xəzər dənizində (şəhərlə dənizin 
qovşağında) beynəlxalq sülhü əks etdirən “Alov  
rəmzləri meydanı”nın yaradılması və əhəmiyyəti ........ 116 
 
22. Azərbaycan sistemli (empiril
ə


 
6
GİRİŞ 
  
Hal-hazırda  bəşəriyyət  elə  bir  tərəqqi  mərhələsindədir  ki, 
ayrı-ayrı  sahələr  üzrə  mərhələləri  formalaşdıran  müxtəlif 
mənbəli  və  istiqamətli  inkişaf  dalğaları  bir-birini  sürətlə 
ə
vəzləyir.  Məlumdur  ki,  insanlar  heç  zaman  mövcud  olanlarla 
barışmır,  daima  yeni  vasitələr  uğrunda  fərdi  və  qarşılıqlı 
fəaliyyətdə, bu baxımdan mübarizədə, mübarizə formaları olan 
rəqabətdə, münaqişədə, eləcə də dünc şəraitdə birgə fəaliyyətdə 
olurlar.  İnsanların  ehtiyac  və  tələbatlarının  qəti  sonluqları 
olmadığından,  onların  fəaliyyətlərinin  də  qəti  sonluğunun 
mövcudluğu 
mümkün 
deyil. 
Ehtiyacların 
ödənilməsi 
istiqamətində  əldə  olunan  yeni  vasitələr,  öz  arxasınca  yeni 
tələbatların  yaranmasını  və  ödənilməsini  zəruri  edir.  Bu 
baxımdan müəyyən zaman, məkan və şəraitdə daima başlanğıc 
və  son  arasında  əvəzləmə  prosesləri  meydana  gəlir.  Başlanğıc 
və son koordinatları arasında xətti bağlılıq yaranır, koordinatlar 
bu  və  ya  digər  vasitələr  üçün  başlanğıc  və  son  anları, 
vəziyyətləri əks etdirir.  
İ
nsanlar  üçün  yeniliklər  onların  həyatını  islah  edən 
vasitələr  rolunda  çıxış  edir.  Yeniliklər  köhnəliklər  üçün 
təmizləyici  vasitələr  kimi  müəyyən  olunur.  İnsanlar  daima 
rahatlıq, asan yolla çoxlu sayda vasitələr əldə etməyə çalışırlar. 
Məhz  mexanikanın,  elmi-texniki  vasitələrin  xidmətləri  də  elə 
bundan 
ibarət 
olmuşdur 
və 
həyatın 
ə
ksər 
sahələri 
mexanikləşdirilmiş,  avtomatlaşdırılmış  və  informasiyalaşdırıl-
mışdır.  Nəzəri  fikirlərin  təcrübi  tərəfləri  mexaniki  vasitələri 
yaratmış,  mexaniki  vasitələrə  tətbiq  olunan  növbəti  nəzəri 
fikirlər  isə  ümumilikdə  mexaniki  hərəkəti  yaratmaqda,  təkan 
verməkdədir.  İdeyalar  (maddi  məsələlər  üzrə)  bir  vasitə 
ə
mələgətirmə  yolu  və  formalaşdırma  vasitəsi  olmaqla  yanaşı, 
həm  də  mənəvi  aləmlə  maddiyyatı  birləşdirmə  istiqamətidir, 
yoludur.  İdeyaların  məzmununda  maddi  amillərlə  yanaşı,  etik 
və  estetik  amillər  də  birləşir.  İdeyalarda  daxili  aləmlə  xarici 


 
7
aləm arasında təbii bir əlaqə  yaranır. İdeyalar insanların daxili 
istəklərinin  xarici  mühitlə  əlaqədə  reallaşması  üçün  əsas 
vasitələr,  büruzə  verdirici  faktorlar  rolunda  çıxış  edir.  (Qeyd: 
ideya  yunan  sözü  olub  fəlsəfi  mənada  insan  şüurunda  varlığı 
(həqiqi və ya yanlış şəkildə) əks etdirən və onu bizi əhaətə edən 
mühitə  münasibətini  ifadə  edən  anlayış,  təsəvvür  kimi  başa 
düşülür. İzahlı lüğətdə bu məfhum dünyagörüşünün əsas və ən 
mühüm  prinsipi;  məfkurə,  əqidə,  məslək;  fikir,  qayə  məqsəd 
kimi də izah edilir).  
İ
deyalar  müəyyən  məsələlər  və  konkret  istiqamətlər  üzrə 
yeni  fikirlərdir.  İdeyalar  adətən  yeni  meyarların,  dəyərlərin, 
vəziyyət  və  proseslərin  üzə  çıxması  məqsədilə  yaranır. 
İ
deyaların  yaranması  istiqamətləri  başlıca  olaraq  iki  obyektiv 
ə
sasa söykənə bilər: ideyalar cəmiyyətdə müəyyən istiqamətlər 
üzrə mövcud olan hərəkət istiqamətlərini dəyişmək üçün verilə 
bilər.  Eyni  zamanda  tamamilə  yeni  bir  istiqamətin  meydana 
gəlməsi  naminə  irəli  sürülə  bilər.  İdeyalar  baza  istiqamətlər 
üzərində  yeni  istiqamətlərin  yaranmasını  şərtləndirə  bilər. 
İ
deyaların başlıca xüsusiyyətləri onların şaxələnməsi əsaslarına 
malik  olmasıdır  ki,  bu  da  çox  sahələr  üzrə  fikir 
şə
bəkələnməsini  meydana  gətirir.  Onu  da  nəzərə  almaq 
lazımdır  ki,  cəmiyyətdə,  insan  həyatında  olan  bütün  yeniliklər 
nəzəri ideyalardan  yaranır. Təcrübə sayəsində də yeni ideyalar 
üzə çıxa bilər.  İdeyalar  müsbət,  yəni müəyyən məqamlar üçün 
sərf  edilən,  həmçinin  mənfi,  müəyyən  anlarda,  müəyyən 
şə
xslər  tərəfindən  onların  mənafelərinə  cavab  vermədiyindən, 
qəbul  edilməyən  ola  bilər.  Mənfi  və  müsbətliklər  də  mütləq, 
nisbi  və  şərti  xarakter  kəsb  edir.  Bir  məsələ,  varlıq  və  ya 
təzahür  bir  və  ya  bir  neçə an  və  tərəflər  üçün, müvafiq  zaman 
və  məkanda  müsbət,  digər  tərəflər  üçün  isə  müvafiq  anlarda 
mənfi  ola  bilər.  Lakin  bununla  yanaşı,  qeyd  etmək  olar  ki, 
həyatın  müəyyən  varlıqları,  dəyərləri  var  ki,  onlar  insanlar 
tərəfindən  ümumi  müsbət  qəbul  edilən  vasitələr,  zaman  və 
məkanlardır.  Bu  kimi  amillər,  vasitələr  bütün  insanlar  üçün 


 
8
vahiddir,  eyni  zamanda  vacibdir  ki,  bu  vasitələrə  də  hamı 
tərəfindən  qəbul  olunmuş  müsbətliklər  demək  olar.  Müsbət 
ideyalar  o  ideyalara,  fikirlərə  demək  olar  ki,  həmin  fikirlər, 
ideyalar  ümumilikdə  reallaşdıqda  müsbət  nəticələr  versin, 
faydalı  olsun.  İnsanların  faydalandığı  bütün  vasitələr  öz 
tərkibinə  görə  müsbət  və  mənfiliklərdən  təşkil  olunmasına 
baxmayaraq, əsasən müsbətliklərdən ibarətdir.  
İ
deyalar  başlıca  olaraq  mövcud  obyektlərin  əks  olunduğu 
informasiyaların  baş  beyinə  siqnal  olaraq  ötürülməsi  və  baş 
beyində  emal  olunaraq  yeni  istiqamətləri  meydana  gətirmək 
qabiliyyətinin  nəzəri  məhsuldur.  Beyinin  qəbul  etdiyi 
informasiyalar obyektlərə təkrar münasibətdə yeni yanaşmaları 
üzə çıxarır. İdeyalar daima köhnəliklərin təmizlənməsi və yeni 
mahiyyətin üzə çıxması, köhnəliklərin unudulması üçün nəzəri 
fikirləridir,  yeni  istəklərin  reallaşmasıdır.  İdeyalar  əksər 
hallarda  estetik  mahiyyətə  ona  görə  söykənirlər  ki,  ideya 
daşıyıcıları  ideallığın  axtarılması  və  yeniliklərin,  gözəlliklərin, 
nümunələrin  tapılması  istiqamətində  səy  göstərirlər.  İdeyalar 
köhnəliklər üzərində təzəliklər, yeniliklər yaratmaq üçün nəzəri 
vasitələr  kimi  qəbul  edilməlidir.  Dəqiq  elmlərdə  isə  ideyalar 
heç  də  zövqə  əsaslanmadan  baza  əhəmiyyət  kəsb  edərək 
maraqların  bu  və  ya  digər  səviyyədə  təkmilləşməsinə  xidmət 
edir. Burada estetiklik əldə olunmaya da bilər.  
Ümumilikdə  ideyalar  baza  əsaslara,  məntiqə,  obyektivliyə 
söykənməlidir.  Dəqiq  elmlər  sahəsində  isə  emprizmə 
söykənməlidir. İdeyalar öz-özlüyündə futurologiyanın (gələcək 
hadisələr  haqqında  elmi  baxışlar)  obyekti  olaraq,  indiki 
vəziyyətlərlə  yanaşı, həm də  gələcək vəziyyətlər üçün nəzərdə 
tutula bilər.  
Məlumdur  ki,  tarixin  axarını  daima  yeni  ideyalar, 
ideyaların  reallaşması  sayəsində  meydana  gələn 
yeni 
cərəyanlar  dəyişib.  Müasir  inkişaf  məhz  bir-birinin  ardınca 
gələn,  bir-birini  sintez  və  inkar  edən  ideyalardan  və 
təcrübələrdən  əldə  olunan  təzahürləri  əks  etdirən  bir 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə