Microsoft Word Inkishaf ve sulh ideyalar? I kitab doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə3/47
tarix25.07.2018
ölçüsü0,6 Mb.
#58940
1   2   3   4   5   6   7   8   9   ...   47

 
9
vəziyyətdir, vəziyyətlər sıxlığıdır. Təbiət elmləri sahəsində hər 
bir  yeni  kəşf  və  ixtira  öz  məzmununa  görə  ideyadır,  ideyalar 
cəmidir. Yeni həyat tərzi, yeni münasibətlər tərzi və obyektinin 
özü  də  ideyalardır  və  ideyalardan  meydana  gəlir.  Məhz 
insanları  yaşadan,  onları  təbiətlə,  həmçinin  maddi  və  mənəvi 
aləmləri  ilə  bağlayan  da  ideyalardır,  fikirlərdir.  İdeyalar 
həmçinin  öz  mahiyyətində  ideallığın  məzmununu  daşıyır. 
İ
deyalar  baza  prinsiplər  üzərində  qurulmaqla  bərabər,  həm  də 
sərbəst düşüncənin, sərbəst əqli nəticələrin məhsulu kimi qəbul 
edilməlidir.  
Qeyd  edildiyi  kimi,  ideyalar  elmi  əhəmiyyət  kəsb  edə  bilir. 
Bu zaman ideyaların öz obyekti mövcud olur və təhlillər obyekt 
üzərində qurulur, nəzəri konsepsiyalar yaranır. İdeyalar mövcud 
obyekti  genişləndirmək  və  ya  yeni  obyektlər  yaratmaq 
məqsədilə  meydana  gələ  bilir.  İdeyalar  irəli  sürülərkən  mütləq 
şə
kildə  müəyyən  fundamental  prinsip  kəsb edən nəzəri struktur 
yaradılır.  Bu  struktur,  nəzəri  plan,  proqram  və  s.  yeni  ideyaları 
cəmləşdirmək  üçün  bir  kompleks  rolunu  oynayır.  İdeyalar 
cəmləşir,  tətbiq  üçün  layihələri  üzə  çıxarır,  vahid  proqramları 
müəyyən  edir.  Ən  yaxşı  halda  ideyaların  tətbiqi  üçün  mütləq 
şə
kildə  nəzəri  strukturun  yaradılması  vacib  amilə  çevrilir. 
İ
deyalar, 
yeni 
fikirlər 
daima 
təcrübədə 
hərəkətləri 
istiqamətləndirir,  müəyyən  məqamları  özünə  cəlb  edir.  İdeyalar 
müəyyən  anlar,  məqamlar  cəmindən,  inikasdan  formalaşır. 
İ
deyalar  sonsuz,  yeni  fikirlər  hədsiz  olur.  Fəlsəfi  ideyalar  çox 
zaman  ideallıq  (nümunəvilik,  gözəllik,  əxlaqi  dəyərlər)  üçün 
nəzərdə  tutulur.  Yüksək  tələblərə  cavab  verən  cəmiyyət, 
cəmiyyətin müdrik üzvlərlə, şəxslərlə bolluğu, həyatda hər şeyin 
rəvan  şəkildə  və  yüksək  göstəricilərlə  tənzimlənməsi  ideallığın 
başlıca şərtlərindəndir. Ali məqsədlərə  çatmaq ideyaların nəzəri 
obyektinə çevrilir. Fəlsəfi ideyalar da bu problemi daima obyekt 
kimi  götürür.  Filosofların  baxışları  dünyanın  varlığı  haqqında 
ideyalardan ibarətdir. Onlar hər şeyin nəzəri əsaslarını daha çox 
ideyalarda  görürlər.  Məsələn,  O.  Şpenqler  hesab  edir  ki,  elə 


 
10
millətin  formalaşmasının  əsasında  ideya  dayanır.
1
 Sosiologiya 
elminin  banisi,  pozitivizmin  yaradıcılarından  biri,  fransız  alimi 
Ogüst Kont (1798-1857) hesab edirdi ki, dünyanı ideyalar idarə 
edir.  Cəmiyyətin  tərəqqisi  birinci  növbədə  ağlın  tərəqqisidir.
2
 
İ
deyalar  zaman,  məkan,  şərait,  imkan  və  güclərə  bağlı 
olduğundan  və  nəzərdə  tutulan  proseslərə  gözlənilməyən 
təsirlərin  mövcudluğu  əksər  hallarda  ideyaların  reallaşmasını 
ləngidə və ya mümkün etməyə bilər. İdeyalarla, nəzəri fikirlərlə 
təcrübə  tam  şəkildə  bir-birini  tamamlaya  bilməz.  Nəzəriyyə 
təcrübədən daha üstün görünür. Fələsfi düşüncələrə əsasən bütün 
fikirlər  idealdır.  Həqiqət  obyektivdir,  idealdır,  çünki  o  fikrin 
xassəsidir.  Həqiqət  məntiqi  yolla  üzə  çıxarılırsa,  bu  artıq 
idrakdır.
3
 Fikirlərin  təcrübədə  öz  əksini  tapması  əmsallarla, 
müvafiq  nisbətlərlə  müəyyən  edilə  bilər.  Təcrübədə  nəzərdə 
tutulan  yüksək fikirlər çox həddə, çox tərkibdə, cədvəlin yuxarı 
hissəsində  öz  əksini  taparsa,  buna  ideallıq  və  onun  təzahürü 
demək olar.  
Müsbət  ideyalar  cəmi  və  zəncir  xarakter  alması,  eləcə  də 
reallaşması cəmiyyətin inkişafına öz müsbət təsirlərini göstərir. 
Müsbət  ideyalar  şəbəkəsi  mənfi  fikirlərin  daha  çox  yer 
tapmasına  imkan  vermir,  şəbəkə  mənfiliklərin  böyük  funksiya 
yerinə  yetirməsini  məhdudlaşdırır.  Mənfiliklər  müsbətliklərlə 
mübarizədə  müsbətlikləri  daha  çox  hərəkət  etdirmək, 
mübarizəyə  qoşmaq  funksiyasını  yerinə  yetirir.  Nəzərə  almaq 
lazımdır ki, cəmiyyətdə müsbət və mənfiliklər, əksliklər daima 
mübarizədədir  və  inkişafa  məhz  bu  mübarizədə  qalib  gəlmək 
sayəsində  mümkün  olur.  İdeyalar  da  rəqabətdə  yeni  mübarizə 
yollarını  və  vasitələrini  tapmaq  üçün  irəli  sürülür,  meydana 
gəlir.  Qeyd  edildiyi  kimi,  elmi  ideyalar  nailiyyətləri,  yeni 
                                                 
1
 Xəlilov S.S. Şərq və Qərb: ümumbəşəri ideala doğru. Fəlsəfi etüdlər. Bakı, 
“Azərbaycan Universiteti” nəşriyyatı, 2004, 624 səh., səh.15. 
2
 Yusif  Rüstəmov.  Fəlsəfənin  əsasları  (mühazirə  kursu).  Bakı,  “Nurlar” 
Nəşriyyat-Poliqrafiya mərkəzi, 2007, 504 səh., səh.155. 
3
 Yenə orada, səh.280-281. 


 
11
vasitələri  əldə  etməyi,  ictimai  ideyalar  (fəlsəfi  ideyalar  da 
demək  olar)  daima  etika  və  estetikanı  başlıca  prinsip  kimi 
götürür, ali məqsədlərə çatmağı qarşısına tələb kimi qoyur.  
Hər  bir  şəxs  ideya  vermək  qabiliyyətinə  malik  ola  bilər. 
Lakin  fəlsəfi  ideyalar  daha  çox  müdrik  düşüncənin,  təkmil 
zəkanın  məhsulu  olduqda,  məntiqi  əsası  üzə  çıxarır  və  təkmil 
şə
rhi  tələb  edir.  İdeyalar  yeniliklərin  üzə  çıxması  üçün  həm 
nəzəri  prinsipləri  müəyyən  edir,  həm  də  təcrübədə  vasitələrin 
üzə  çıxmasını  təmin  etmək  məqsədilə  təkanverici  funksiyanı 
yerinə yetirir. İdeyalar hərəkətlərin müəyyən trayektoriyalar üzrə 
ş
axələnməsini  təmin  edir,  eləcə  də  hərəkətdə  olan  vasitələrə 
təkan  verir,  subyektləri  istiqamətləndirir.  Müsbət  ideyaların 
bazasında  quruculuq  və  islahat  prinsipi  dayanır  və  ideyalar 
müvafiq  prinsiplərin  yerinə  yetirilməsini  zəruri  edir.  Pozitiv 
ideyalar daima vasitələrə təsir etmək və yeni forma və mahiyyəti 
üzə  çıxarmaq  üçün  vasitə  rolunda  çıxış  edir.  İdeyalar  pozitiv 
nəticələri tələb edən vasitələr kimi əhəmiyyət kəsb edir.  
İ
deyaların nəzəri əsasları qanunvericilik aktlarında, müvafiq 
kitablarda, layihələrdə  və  s. həkk olunur. Müəyyən istiqamətlər 
və  sahələr  üzrə  ideyalar  toplusu  həmin  istiqamətlərə  dair  elmi-
nəzəri  prinsipləri  yaradır.  Elm  istiqamətləri  trayektoriyalar  üzrə 
ideyalar cəmindən formalaşır. 
Dövlətin  təşkili,  ideal  cəmiyyət  quruculuğu,  xoşbəxtliyi 
təmin  etmək  iqtidarında  olan  və  yüksək  amallara  xidmət  edən 
sosial-siyasi  sistemin  formalaşması  ideyalarla  bağlıdır.  Elə 
dövlətin  təşkilinə  və  cəmiyyətin  siyasi  sisteminin  fəaliyyətinə 
dair tarixi ideyalar da təkmil dövlətin təşəkkül tapmasına səbəb 
olan  nəzəri  konsepsiyaları  formalaşdırıb.  Dövlətin  və  millətin 
formalaşması, dövlətlə vətəndaş arasında normal münasibətlərin 
qurulması,  vətəndaşların  maraqlarının  qorunması  və  təmin 
edilməsinin  yüksək  səviyyədə  təşkili  ideyalarla  həyata  keçirilir. 
Sivil  cəmiyyət  quruculuğu  ideyalar  üzərində  həyata  keçirilir. 
İ
deyalarda  tərəflərin  istək  və  maraqları  öz  əksini  tapa  bilir.  Elə 
olur  ki,  ideyalar  əksər  hallarda  istəklərin  zaman  reallığını  və 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə