Microsoft Word Inkishaf ve sulh ideyalar? I kitab doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə4/47
tarix25.07.2018
ölçüsü0,6 Mb.
#58940
1   2   3   4   5   6   7   8   9   ...   47

 
12
şə
raiti  qabaqlayır.  Bu  da  ideyaların  daima  təcrübədən  öndə 
olmasını  şərtləndirir.  İdeyalar  ideallığa  söykəndiyindən  yerinə 
yetirilən zaman heç də tam tələbata cavab verməyə bilər.  
Azərbaycan 
dövlətinin 
gələcək 
inkişafı 
müəyyən 
zamanlarda 
yeni-yeni 
ideyaların 
üzə 
çıxması 
və 
reallaşmasından  sıx  surətdə  bağlıdır.  Yeni  ideyalar,  fərqli 
mövqe və təkliflər, rəngarəng düşüncələr cəmiyyətin kompleks 
inkişafını  şərtləndirən  başlıca  istiqamətlərdir.  Onu  da  nəzərə 
almaq  lazımdır  ki,  yeni-yeni  ideyalar  daha  çox  inkişaf  etmək 
yolunda  olan dövlətlərə və cəmiyyətlərə xas olmalıdır. Burada 
ideyalar  və  onların  zaman-zaman  reallaşması  bir  növ 
tənzimləyici  vasitələr  kimi  çıxış  edə  bilər.  Yeni  ideyaların 
reallaşması sayəsində meydana gələn baza vasitələr öz üzərinə 
yeni  ideyalar  əlavə  edərək  yeniliklərin  təzahür  etməsinə  səbəb 
olur.  
Azərbaycan  yeni  yaranmış  dövlət  olduğundan,  eyni 
zamanda  Şərqlə  Qərbin  rastlaşdığı,  Qərb-Şərq  mədəniyyət 
yolunun  “karvansaraları”ndan  biri  kimi  əhəmiyyət  kəsb 
etdiyindən,  dünyanın  müxtəlif  dini  fəlsəfələrinin  qovuşduğu, 
ahənglik  təşkil  etdiyi  bir  məkanda  yerləşdiyindən  bu  dövlətin 
sürətlə  inkişafı  və  coğrafi  cəhətlər  üzrə  inteqrasiyası  vacib 
amilə  çevrilir.  Bununla  yanaşı,  Azərbaycana  daxil  olan  yeni 
cərəyanların  tənzimlənməsi  və  bu  cərəyanların  qarşılaşan 
zaman  qovuşmasını  yüksək  səviyyədə  təmin  etmək  məqsədilə 
daima  yeni  ideyaların  irəli  sürülməsi  zamanın  tələbidir. 
Bununla  bərabər,  Azərbaycanın  özünün  də  milli  əsaslarla 
sürətlə  inkişaf  etmək  zərurəti  onu  tələb  edir  ki,  cəmiyyətdə 
silsilə  şəklində  və  tarazlaşdırılmış  qaydada  inkişafı  təmin 
etmək  üçün  yeni-yeni  ideyalar  üzə  çıxsın,  zaman  və  inkişaf 
baxımından  uzlaşdırılaraq  reallaşdırılsın.  İnkişaf  zənciri  öz-
özlüyündə ideyalar zənciri ilə bağlı olur və yeni ideyaların üzə 
çıxmasını şərtləndirir. 


 
13
İ
deyalar  bir  çox  sahələri  əhatə  etməli  və  öz  məzmununa 
görə  obyektin  mahiyyətini  əks  etdirməli,  məntiqi  əsaslara 
söykənməli və bu baxımdan reallıq nəzərə alınmalıdır 
İ
deyaların zaman-zaman reallaşması üçün dövlət ilk addım 
olaraq  müvafiq  normativ  aktlar  qəbul  edə  bilər.  Bu  normativ 
aktlar  digər  normativ  aktlarla  ziddiyyət  təşkil  edərsə,  onda 
ə
vvəlki  normalarda  dəyişiklik  etmək  olar.  Dövlətin  zaman  və 
şə
raitə  uyğun  olaraq  tənzimləmə  funksiyasının  və  islahatçı 
mövqeyinin  və  siyasətinin  mahiyyətində  bu  amil  də  dayanır. 
Dövlətdə  meydana  gələn  ideyalar  qanunvericilik  aktlarında, 
rəsmi çıxışlarda və bəyanatlarda, proqramlarda təkmil formada 
öz əksini tapır. 
Hər  bir  ideya  özündə  təklif  və  mövqeyi  cəmləşdirir.  Bu, 
ideyanın  nəzəri  quruluşundan  asılıdır.  İdeyaların  verilməsinin 
izahı,  mövcud  şəraitin  təhlili,  gələcək  əsasların  qeyd  edilməsi 
mövqe,  bundan  irəli  gələn  yeni  fikirlər,  istiqamətlər  isə 
təkliflərdir. 
İ
deyalar özündə zaman, məkan və şərait amilini birləşdirir. 
İ
deyaların verilməsi məhz bu kateqoriyalara söykənir. Ola bilər 
ki, zaman bir qədər şəraiti üstələsin. İdeyalar öz zamanına görə 
irəlicədən bildirilə bilər,  lakin reallaşması üçün münasib şərait 
yetişməyə bilər. Bu halda şəraiti ideyaların nəzəri məzmununa 
doğru yaxınlaşdırmaq, şəraiti yetişdirmək tələb olunur. 
İ
deyaların  verilməsi  və  reallaşması  əsasən  obyekt  üzrə 
elementləri  mövcud  trayektorik  vəziyyətindən  kənara  çıxarır, 
yerdəyişmə  sayəsində  məkan  genişlənməsi  prosesləri  də 
yaşanır. 
Belə 
olan 
halda, 
elementlərin 
hərəkət 
xüsusiyyətlərində, 
təyinatlarında, 
istifadə 
məsələlərində 
müəyyən  dəyişikliklər  yaranır.  Elementlərin  konstruktivlik 
xassələri  və  təyinatı  daha  da  genişlənə  bilir.  İdeyalar 
elementlərin  kompleks  mərkəzini  gücləndirə  bilir  və  yeni 
elementlərin  meydana  gəlməsini  zəruriləşdirir.  Eləcə  də  bir 
mərkəzdən  digər  mərkəzlərin  törənməsi  üçün  mühüm  rol 
oynayır.  


 
14
Hörmətli  oxucular,  bu  kitabda  əsasən  Azərbaycanın  sivil 
ə
saslarla  gələcək  inkişafı  üçün  bəzi  ideyalar  verilir  və 
ideyaların  əsasları  şərh  edilir.  Müvafiq  mülahizələr  başlıca 
olaraq  ölkənin  iqtisadi-siyasi  və  mədəni  inkişafının  müxtəlif 
istiqamətlərinə  aid  edilir.  Hal-hazırda  sürətlə  inkişaf  edən 
Azərbaycanda dövlət və cəmiyyət səviyyəsində silsilə tədbirlər 
həyata  keçirilir.  Azərbaycan  prezidenti  İlham  Əliyev 
cəmiyyətin inkişafında kompleks ideyalar və onların kompleks 
şə
kildə reallaşması üçün imkanların səfərbər olunmasını təmin 
edir.  Silsilə  tədbirlərin  həyata  keçirilməsi  elm  və  ictimaiyyət 
dairələrində 
müəyyən 
reaksiyalar 
yaradır. 
Reaksiyalar 
nəticəsində,  mövcud  təsirlərdən  yeni  fikirlər,  mülahizələr, 
hadisələrə  münasibətdə  mövqelər,  yanaşmalar  meydana  gəlir. 
Yeni  fikirlər  əsasən  mövcud  baza  üzərində  formalaşır  və 
başlıca olaraq vasitələrin şaxələndirilməsinə əsaslanır. Təbii ki, 
kitabda qeyd olunan ideyaların tam şəkildə reallaşması iqtisadi 
və  siyasi  baxımdan  mövcud  zamanda  qeyri-mümkün  ola  bilər 
və  gələcək  zamanın  işi  hesab  edilə  bilər.  Lakin  hesab  etmək 
olar ki, ideyalar,  yeni fikirlər olaraq, daima təcrübəni, mövcud 
reallıqları  bir  qədər  qabaqlamaq  xüsusiyyətlərinə  malik  ola 
bilir.  Mövcud  ideyalar  olduğu  şəkildə  olmasa  da  belə,  onun 
müəyyən  nəzəri  komponentləri  reallıqda  öz  əksini  tapa  bilər. 
Yəni  oxşar  reallıqların  yaranması,  bənzər  nəzəri  fikirlərin 
gerçəkləşməsi prosesləri meydana gələ bilər.  
İ
deyaların  sərbəst  şəkildə  fikirlərdə  öz  əksini  tapması  da 
cəmiyyətin  inkişafı,  tərəqqisi,  çiçəklənməsi  üçün  açıq 
olmasından  irəli  gələ  bilir.  Açıq  və  liberal,  hüquqi  cəmiyyət 
quruculuğu  istəkləri  və  müvafiq  nəzəri  konsepsiyalar  imkan 
verir  ki,  yeni-yeni  sərbəst  düşüncələr,  plüralist  baxışlar 
meydana  gəlsin.  Yeni  və  açıq  məzmunlu  ideyalar  cəmiyyətin 
fikir  bazasını  inkişaf  etdirə  bilir  və  təcrübələr  üçün 
çoxvariantlılıq  yaradır.  Düşüncə  rəngarəngliyi  həmçinin 
cəmiyyətin nəzəri müdafiəsini artırır və mənfi fikirlərin müsbət 
fikirləri  üstələməsinə  imkan  vermir.  Bu  baxımdan  da 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə