Microsoft Word Inkishaf ve sulh ideyalar? I kitab doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə47/47
tarix25.07.2018
ölçüsü0,6 Mb.
#58940
1   ...   39   40   41   42   43   44   45   46   47

 
146
mədəniyyət  öz-özünü  islah  edərək,  sadə  və  yetkin  formada 
xidmətə  istiqamətlənir.  Mədəniyyət  özündə  etik  və  estetik 
qaydaları  əks  etdirdiyindən,  daha  çox  mənəvi  aləmdir, 
nemətdir.  Mədəniyyət  insanlarda  əxlaq  və  zövq  amilini 
vəhdətdə 
birləşdirmək 
üçün 
vasitə 
rolunu 
oynayır. 
Demokratiyanın  baza  prinsiplərinin  cəmiyyətdə  təşəkkül 
tapması və bu prinsiplərin təbii olaraq insanlar tərəfindən dərk 
edilməsi,  onların  şüurunda  hakim  kəsilməsi  məhz  mədəniyyət 
və  onun  tərkibinə  daxil  olan  komponentlərin  keyfiyyət 
göstəricilərindən  asılı  olur.  İnsanların  sosial-rifah  hallarının 
yüksəlməsində mədəniyyət əvəzsiz mənəvi rola malik olur. Bir 
sözlə,  mədəniyyət  insanların  mənəvi  həyatının  tərkib  hissəsini 
təşkil edir.  
Dünya 
xalqlarının 
çoxluğu 
dünyada 
mədəniyyət 
nümunələrinin,  eləcə  də  mədəniyyət  regionlarının  çoxluğuna 
gətirirb  çıxarır.  Dil  zənginliyi,  adət-ənənə,  ədəbiyyat 
zənginliyi, 
fikir 
plüralizmi 
bəşəriyyətin, 
insanlığın, 
humanistliyin  əhəmiyyətini  artırır.  Xalqların  sayının  çoxluğu 
və say tərkibinin müxtəlifliyi dünyanın böyük və kiçik xalqları 
anlayışlarını ortaya çıxarıb. Elə xalqlar olub ki, dünyada zəngin 
elmi  və  mədəni  irsi  yaradıblar.  Digər  xalqlar  da  həmin  irsdən 
faydalanıblar.  Məsələn,  Aralıq  dənizi  mədəniyyəti  (Misir, 
Yunan,  Roma),  İkiçayarası  mədəniyyət,  Hindistan  və  Çin 
mədəniyyəti,  sivilizasiyaları  öz  beynəlxalq  xidmətlərinə  görə 
digər  xalqları  qidalandlırıcı  funksiyanı  yerinə  yetirmişlər. 
Dünya  öz  mədəniyyətini  başlıca  olaraq  bu  mədəni  və  siyasi 
qurşaqdan  götürmüşdür.  Şimal  və  Qərb  xalqları  qurşaq 
xalqlarının mədəniyyətindən və elmindən bəhrələnmişlər. 
 Bu  gün  qloballaşan  və  vahid  məzmun  etibarilə  nəhəng 
struktur  təşkil  edən  dünyanın  qarşısında  duran  başlıca  məqsəd 
də  xalqlar  arasında  sıx  yaxınlığı  təmin  etməkdən  və  bəşəri 
dəyərlərdən  birgə  faydalanmaqdan  ibarətdir.  Bununla  yanaşı, 
bəşəri  nümunələrin  sayını  birgə  olaraq  artırmaqdır  və  birgə 


 
147
şə
kildə  məsuliyyət  və  öhdəlikdir.  Hal-hazırda  xalqlar  arasında 
olan və onların münasibətlərinə xələl gətirən siyasətin məhsulu 
olmuş dəmir torlar cırılmaqdadır. Xalqlar bir-birilərinin mədəni 
dəyərləri  ilə  dəmir  tüllərdən  baxmaqla  və  səslənməklə  tanış 
olmurlar.  Artıq  müasir  yetkin  və  bu  baxımdan  yumşalmış  və 
humanizmi  ixrac  edən  sivil  təfəkkür  onu  tələb  edir  ki,  xalqlar 
bir-birilərinə  birbaşa  əl  uzadaraq  yaxınlıq  etməkdə  maraqlı 
olsunlar.  Xalqların  yaxınlaşması  və  vətəndaşlar  arasında 
birbaşa  əlaqələrin,  münasibətlərin  genişlənməsi  ona  gətirib 
çıxarır  ki,  xalqlar  inkişafa  daha  tez  məruz  qalırlar,  dəyərlər, 
elementlər  mübadiləsi  sürətlə  həyata  keçirilir.  Mövcud 
informasiya texnologiyaları, rəqəmsal yayımlar münasibətlərdə 
vasitəçilik  və  kəskin  nəzarət  və  süzgəc  elementlərinin 
funksiyalarını  minimuma  endirməkdədir.  Bu  amildən  istifadə 
edən,  informasiya  vasitələrindən  faydalanan  əksər  xalqlar 
sürətlə  inkişafa  məruz  qalırlar.  İnformasiya  vasitələri  rasional 
təfəkkürün,  təkmil  idrakın  formalaşması  üçün  müvafiq 
məlumatları asan şəkildə tərəflərə ötürmək qabiliyyətinə malik 
olur  ki,  bu  da  özlüyündə  düşüncələrin  total  qaydada 
yüksəlməsinə,  bəşəri  dərketməyə  gətirib  çıxarır.  Dünya 
sakinləri  bütün  dünyada  baş  verən  proseslərə  ardıcıl  olaraq 
reaksiyalar  verməklə,  əslində  öz  idraklarını  daima  islah 
etməklə  məşğul  olurlar  ki,  bu da  bir  tərəfdən  yeniləşmə, digər 
tərəfdən  əqli  nəticələrə  gəlmək  imkanlarını  səfərbər  edir. 
Xalqların  yaxınlaşması  dünya  sakinləri  arasında  birlik 
məsələsini  sürətləndirir  və  bu  istiqamət  də  dünyanın 
problemlərinə birlikdə tez reaksiya vermək reflekslərini artırır. 
Beynəlmiləlləşmə  özü  bir  geniş  siyasətdir  və  müxtəlif 
mili-mədəni elementləri yaxınlaşdırıcı funksiyanı yerinə yetirir 
və  yaxınlaşmadan,  rastlaşmadan  meydana  gələn  qovuşmanı 
mahiyyət  olaraq  əks  etdirir,  təzahür  yaradır.  Bu  baxımdan 
xalqların  beynəlmiləlləşməsi  tək  onların  nümayəndələrinin 
rastlaşması  demək  deyil.  Məkan  yerdəyişmələri  vasitəsilə 


 
148
rastlaşarkən  qovuşma,  yəni,  birlik  və  qarşılıqlı  anlaşma, 
imkanlardan  birgə  istifadə  etmə,  müəyyən  məsələlər  üzrə 
razılaşma,  zövqləri  uyğunlaşdırma,  maraqların  harmoniyasını 
yaratmaq  və  bu  kimi  tərkib  komponentləri  müəyyən 
məqamlarda  və  koordinatlarda  birləşdirmək  beynəlmiləlləşmə 
siyasətinin  tərkib  elementləridir  və  prosesin  strukturunu  təşkil 
edir.  Beynəlmiləlləşmə  regional  səviyyədən  tutmuş  qlobal 
səviyyəyə qədər strukturlaşma proseslərinə malik olur və bu da 
ümumilikdə  dünya  mədəniyyət  siyasətinin  ümumi  strukturunu 
yaradır. 
Beynəlmiləlləşmə 
beynəlxalq 
münasibətlərin 
yaranması  prosesi  ilə  vəhdət  təşkil  edir  onun  tərkib 
məzmununu üzə çıxarır. Beynəlmiləlləşmə forma olsa da, daha 
çox  mahiyyət  məzmunu  təşkil  edir.  Bu  proses  dövlətlər 
arasında  həyata  keçirilən  əlqələr  vasitəsilə  reallaşır.  Məsələn, 
bir  dövlət  ərazisinə  digər  xalqların  nümayəndələrinin  köçməsi 
hüquqi  yolla  dövlətlər  vasitəsilə  təmin  edilir.  Mədəniyyətlər 
arasında  qovuşmada,  eləcə  də  dillərin  öyrənilmə  yolu  ilə 
mübadiləsində də dövlətlər və ictimai təşkilatlar iştirak edirlər. 
Beynəlmiləlləşmə  özündə  daima  çoxpolyuslu  mədəniyyətlər 
arasında  tellərin  yaranmasını  zəruri  edən  vəziyyət  və 
vəziyyətləri 
ə
ks 
etdirən 
müvafiq 
proseslərdir. 
Beynəlmiləlləşmə  xalqlar  arasında  diqqət  və  qayğını  ortaq 
mövqelərə  gətirmə  prosesidir  ki,  burada  problemlərin  həllində 
güclərin  birləşdirilməsi  prosesləri  baş  verir.  Bir  məkan 
daxilində, bir dövlət ərazisində beynəlmiləlləşmə dedikdə daha 
çox,  həmin  dövlətin  etnik  tərkibinin  rəngarəngli  olması  başa 
düşülür.  Bu  rəngarənglik  prosesində  məhz  mədəniyyət 
elementləri yerli məkanlar üzrə qovuşurlar.  
 
 


 
149
Beynəlmiləlləşmə siyasətinin və proseslərinin müsbət  
tərəfləri: 
 
-  xalqlar  arasında  sıx  yaxınlıq  və  dostluq  münasibətləri 
yaşanır; 
-xalqlar  arasında  düşmənçilik  və  müharibə  məzmunlu 
münasibətlərə müəyyən  zamanlar üçün, həm də uzun müddətə 
son qoyulur; 
-mədəni dəyərlərin birgə paylanması prosesləri yaşanır; 
-elmi-texniki nailiyyətlər birgə əldə edilir; 
-xalqlar 
arasında, 
onların 
nümayəndələri 
arasında 
mədəniyyət elementləri üzrə sintez prosesləri yaşanır;  
-beynəlmiləlləşmə xalqar arasında müəyyən məsələlər üzrə 
razılaşmanı  yaradır,  tolerantlığı  və  səbrli  olmanı,  milli 
məsələlərdə dözümlülüyü əmələ gətirir; 
-beynəlmiləlləşmə  siyasəti  ölkənin beynəlxalq müdafiəsini 
artırır.  Xalqların  sahib  olduqları  dövlətlər  tərəfindən  müdafiə 
və dəstək prinsipini ortaya çıxarır; 
-beynəlmiləlləşmə  prosesləri  ölkənin  beynəlxalq  siyasətini 
gücləndirir və beynəlxalq təsirlərini artırır; 
-beynəlmiləlləşmə bir və  ya bir neçə xalqın mədəniyyətini 
öz  məkanından  ətraflara  doğru  yayan  elementləri  hərəkətə 
gətirir, 
xalqın 
tanınmasına 
və 
beynəlxalq 
nüfuzunun 
möhkəmlənməsinə xidmət edir və s.  
Beynəlmiləlləşmə  yerli,  regional  və  qlobal  səviyyədə 
həyata  keçirilir.  Məsələn,  ABŞ  üçün  belə  bir  şüar  var:  “çoxlu 
sayda  xalq  bir  dövlət”,  Rusiyada  da  çoxlu  sayda  xalqlar 
yaşayır.  Müasir  Avropa  üçün  də  həmin  prinsip  var:  “çoxlu 
sayda  xalq-vahid  Avropa  məkanı”.  Qeyd  edildiyi  kimi, 
beynəlmiləlləşmə  prosesləri  adətən  regional səviyyədən qlobal 
səviyyəyə  qədər  genişlənən  bir  prosesdir.  Qlobal  proseslər  də 
özlüyündə  regional  səviyyəyə  təsir  edə  bilir.  Elə  dövlətlər  var 
ki,  onlar  monoetnik  tərkibə  malikdir.  Belə  dövlətlər  özlərini 


 
150
beynəlxalq  mədəni  rəngkarlıqdan  kənarda  hiss  edə  bilər.  Bu 
kimi  ölkələrdə  daxilən  sistemli  və  təkmil  mədəni  inteqrasiya 
proseslərindən söhbət gedə bilməz. Monoetniklik daxili mədəni 
proseslərin 
vahid 
məzmunda, 
tək 
tərkibdə 
qalmasını 
şə
rtləndirir  ki,  bu  da  ictimaiyyətin  inkişafının  qarşısını  alır. 
Monoetniklik  milli  mərkəzliliyi  və  etnik  mərkəzliliyi 
formalaşdırır  və  digər  xalqlara  qarşı  düşmənçiliyə  və  eqoist 
məzmunlu siyasətiə gətirib çıxarır. 
Beynəlmiləlləşmə  siyasəti  nəticəsində  bütün  xalqlar 
arasında  münasibətlərin  istiləşməsi  prosesləri  və  müəyyən 
məsələlərdə mərkəzlərə qaçmaq prosesləri yaşanır. Mərkəzlərə 
qaçmaq prosesləri vahidləri qismində isə müəyyən mədəniyyət 
məsələləri dayanır.  
Azərbaycan hal-hazırki zamanda həm də beynəlmiləlləşmə 
siyasətini  qarşısına  məqsəd  qoyub.  Müvafiq  siyasətin  həyata 
keçirilməsi  Azərbaycanın  Qərb-Şərq  mədəniyyət  qovşağında 
yerləşməsi  ilə  əlaqədardır.  Beynəlmiləlləşmə  siyasəti  sivil 
Azərbaycançılıq məfhumunu genişləndirir, digər tərəfdən də bu 
məfhumu  nümunəvi  model  olaraq  dünyaya  təqdim  edir. 
Beynəlmiləlləşmə 
Azərbaycanın 
milli 
adət-ənənələrində 
islahatçılığı  gücləndirir  və  köhnə  vərdişlərdən,  stereotiplərdən 
təmizləyir.  Bununla  yanaşı,  ölkənin  beynəlxalq  siyasətinə 
müsbət 
təsirlərini 
göstərir. 
Azərbaycan 
cəmiyyətinin 
humanistləşməsinə  xidmət  edir.  Xalqın  sivilləşmə proseslərinə 
güclü  təkan  verir,  mədəniyyətin  və  cəmiyyətin  baxışlarının 
zənginləşməsinə 
xidmət 
edir. 
Beynəlmiləlləşmə 
xalqın 
inteqrasiyasını  şərtləndirir  və  layiqli  dünya  üzvü  olması 
statusuna töhfələr verir. 


 
151
NƏTİCƏ 
 
Qeyd  edildiyi  kimi,  ideyalar  əqli  təfəkkürə,  idraka  bağlı 
olduğundan,  say  baxımından  sonsuzluq  təşkil  edir.  Cəmiyyət 
inkişaf  etdikcə,  ideyalar  da  genişlənir.  Həyatın  bütün  sahələri 
ideyaları,  yenilikləri  tələb  edir.  Yeniliklər  həyatın  sahələri 
arasındakı  məntiqi,  obyektiv  bağlılığın  yeni  aspektlərini  üzə 
çıxarır,  bu  baxımdan  da  hərəkətverici,  təkanverici  funksiyanı 
yerinə  yetirir.  İdeyalar  daima  enerjinin  sərf  olunması  üçün 
cəlbediciliyi şərtləndirir.  
Bu  kitabda  qeyd  edilən  fikirlər  çox kiçik  bir hissəni təşkil 
edir.  Ola  bilər  ki,  ideyalar  özü  ilə  digər  şaxəli  fikirlərin 
yaranmasını  şərtləndirsin.  Müvafiq  kitabda  vahid  istiqamət 
üzrə  qəti  nəticələrin  bildirilməsi  nəzəri  baxımdan  mümkün 
deyil.  Çünki  ideyalar  müxtəlif  sahələr  üzrədir  və  hər  bir 
ideyanın  sonunda  qısa  olaraq  müvafiq  qənaətlər  yer  alır. 
Kitabda  qeyd  edilən  ideyalar  toplusu  isə  cəmiyyət  üçün  vahid 
ideoloji  kompleksin  tərkibini  təşkil  edə  bilər.  Cəmiyyətin 
nəzəri 
ə
saslarının 
özü 
ideyalar 
strukturundan 
təşkil 
edildiyindən və ideyalar daima artan prosesə malik olduğundan 
və  öz-özünü  dinamik  və  statistik  əsaslarla  islah  etdiyindən, 
qeyd  etmək  olar  ki,  müvafiq  fikirlər  bu  prosesin  nəzəri  tərkib 
elementinə çevrilə bilər.  
Azərbaycan  hal-hazırda  qəti  inkişaf  yolunu  müəyyən 
etdiyindən  gələcəkdə  daha  da  fundamental  nəzəri  təkliflərin 
irəli  sürülməsi  zamanın  tələbinə  çevriləcək.  Dövlətin  və 
cəmiyyətin  qarşılıqlı  inkişafında  istər  hakimiyyət,  istərsə  də 
ictimaiyyət  tərəfləri  ideyalar,  yeni  fikirlər  üzərində  öz  işlərini 


 
152
təşkil  edəcəklər.  Həm  hakimiyyət  qolunda,  həm  də 
ictimaiyyətin 
özündə 
isə 
ideoloji 
rəqabət 
cəmiyyətin 
müdafiəsini kompleks olaraq təşkil ed
 20Tр/R16 1244s ola20.8q t
əş
teTd( )Tjmolar8 Tf5.28 0 Td(c)Tj/R17 12 Tf5.28 0 Td()Tj/R16 12 Tf5.28 0 Td[(kl)278]TJ/R17 12 Tf9.36,//R16 12olar5fi


 
153
İ
STİFADƏ OLUNMUŞ MƏNBƏ: 
  
1.  Azərbaycan  Milli  Elmlər  Akademiyası  Nəsimi  adına 
Dilçilik  İnstitutu.  Azərbaycan  dilinin  izahlı  lüğəti.  Dörd 
cilddə. II Cild. Bakı, Şərq-Qərb, 2006. 
 
2.  Cəfər  Cabbarlı.  “Ədirnə  fəthi”.-Bakı:  “Elm”-1996,-
320 səh. 
 
3.  S.Y.Süleymanova,  tarix  elmləri  doktoru,  BDU-nun 
professoru. Türk xalqları tarixi (ən qədim zamanlardan bu 
günümüzədək). Ali məktəb tələbələri üçün dərs vəsaiti. Rus 
dilindən tərcümə. Bakı, “Elm və təhsil”, 2011, 352 səh. 
 
4.  Yusif  Rüstəmov.  Fəlsəfənin  əsasları.  (mühazirə 
kursu).  Bakı,  “Nurlar”  Nəşriyyat-Poliqrafiya  mərkəzi, 
2007, 504 səh. 
 
5. Xəlilov S.S. Şərq və Qərb: ümumbəşəri ideala doğru. 
Fəlsəfi etüdlər. Bakı, “Azərbaycan Universiteti” nəşriyyatı, 
2004, 624 səh.  
 
6.  Ə.  S.  Bayramov,  Ə.Ə.  Əlizadə.  B19  Psixologiya.  Ali 
məktəblər  üçün  dərslik.  Bakı,  “Çinar-çap”  Nəşriyyat-
Poliqrafiya müəssisəsi, 2006, -620 səh. 
 
7. 
Ramin 
Allahverdiyev. 
Çərşənbə 
ritualları. 
Azərbaycan  şifahi  xalq  ədəbiyyatına  dair  tədqiqlər.  (otuz 
beşinci kitab). Bakı, Nurlan, 2010.168 səh. 
 
8. Творчество шекспира.  
http://culture –world.ru/?p=78. 
 


 
154
9.  Английский театр. 
http://www.2uk.ru/culture/kulture2.  
 
10. Театр в Англии. http://www.uk-
info.ru/culture1/html 
 
11.http://azadqadin.az/index.php?cstart=2&newsid=3106).  
 
12. Oktay Hacımusalı. Gün.Az 
http://gun.az/interview/6616). 
 
13.http://www.mix.az/interesting/page,1,2,66681-
qohum-evliliyi.html 
 
14.Qohumla evlilik: kim nə deyir? 
http://yaxinsan.net/maraqli/10536-qohumla-evlilik-
kim-n601-deyir.html) 


 
155
  
 
 
 
 
 
ELŞƏN MİSİR OĞLU NƏSİBOV 
 
 
 
 
 
 
 
 
İ
NKİŞAF VƏ SÜLH 
İ
DEYALARI 
 
I KİTAB 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
   
 


 
156
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Каьыз форматы 60
×
84 
1
/
16
. Тираж 300. Сифариш 87. 
 
«Елм вя тящсил» няшриййат-полиграфийа мцяссисяси 
 
 

Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə