Microsoft Word Inkishaf ve sulh ideyalar? I kitab doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə5/47
tarix25.07.2018
ölçüsü0,6 Mb.
#58940
1   2   3   4   5   6   7   8   9   ...   47

 
15
cəmiyyətin  tərəqqisinə  doğru  yönəlmiş  və  məntiqi  əsaslara 
söykənən  yeni-yeni  fikirlərin  meydana  gəlməsi  cəmiyyətdə 
inkişaf  dalğalarının  yaranmasının  nəzəri  konsepsiyalarını 
şə
rtləndirə  bilir.  Onu  da  nəzərə  almaq  lazımdır  ki,  yeni 
fikirlərin  tez-tez  meydana  gəlməsi  və  mülahizələr  olaraq  irəli 
sürülməsi,  həmin  fikirlərə  alternativ  fikirlərin  formalaşmasını 
yarada  bilir  ki,  bu  da  nəticədə  nəzəri  konsepsiyaların  sayını 
artıra  bilir.  İdeyaların  bir  və  ya  əlaqəli  olan  bir  neçə  sahədə 
reallaşması  digər  sahələrin  inkişafı  üçün  şəraitin  meydana 
gəlməsini zəruri edə bilir.  
  
İ
nkişaf və sülh kateqoriyalarının qarşılıqlı əlaqəsi 
 
Həm  inkişaf,  həm  də  sülh  ayrı-ayrı  kateqoriyalardır  və  bu 
iki  kateqoriyanın  hər  biri  öz-özlüyündə  dərin  məzmunu  əks 
etdirir. Müvafiq anlayışlar öz məzmunlarında izahedici faktları 
birləşdirir  və  pozitiv  fikirlərdən  formalaşır.  Bu  anlayışlar  öz 
məzmun  tərkiblərinə  görə  daha  çox  şaxələnmə,  tərkib 
komponentləri birləşdirmə xüsusiyyətlərinə malik olur.  İnkişaf 
və  sülh  anlayışları  başlıca  olaraq  prosesləri  birləşdirir  və 
müvafiq vəziyyətlərin meydana gəlməsini şərtləndirir.  
İ
nkişaf və sülh həmçinin bir-birindən asılı olan və bir-birini 
şə
rtləndirən,  bir-biri  üçün  baza  yaradan,  obyekt  rolunu 
oynayan,  qarşılıqlı  olaraq  bir-birinə  əsaslanan  iki  mühüm 
kateqoriyadır.  Hər  iki  kateqoriya  öz-özlüyündə  və  vəhdətdə 
məhz  sabitlik,  dinc  şəraitdə  münasibətlər  qurmaq  və  yaşamaq 
kateqoriyasını  baza  olaraq  şərtləndirir  və  ortaya  çıxarır.  Sözü 
gedən  anlayışlar  bir-birinin  meydana  gətirilməsi,  təzahür 
etməsi  üçün  münasib  şəraitlərin  yaranmasını  şərtləndirir. 
Sabitlik,  inkişaf  və  sülh  anlayışları  məkan,  şərait  və  zaman 
baxımından  bir-birinin  ardınca  meydana  gələn,  eləcə  də 
birlikdə  vahid  məzmun  kəsb  edən  mahiyyətdə  qarışıq, 
birləşmiş  forma  və  məzmun  təşkil  edir.  Müvafiq kateqoriyalar 
həmçinin  zaman  baxımından  bir-biriləri  üçün  başlanğıc  və 


 
16
nəticə  rolunu  oynayır.  Məsələn,  sülhün  əldə  olunması  ilə 
sabitlik  yaranır.  Sabit  şərait  isə  dinamik  inkişafın  meydana 
gəlməsini zəruri edir. Sabit və təhlükəsiz şəraitdə iqtisadiyyatın 
inkişafı, eləcə də siyasət, mədəniyyət və digər sahələrdə inkişaf 
mövcuddur.  İnkişaf  da  öz  növbəsində  sülhü  və  sabitliyi 
şə
rtləndirir.  İnkişaf  zamanı  tərəflərin  maddi  maraqlarının 
ödənilməsi  onların  mənəvi  tələbatlarının  ödənilməsi  üçün 
şə
raiti  doğurur.  Bu  baxımdan  da  hesab  etmək  olar  ki,  sabitlik, 
sülh  və  inkişaf  kateqoriyaları  bir-birinin  mahiyyətindən  irəli 
gələrək  təzahürdə  yaranır.  Hər  üç  kateqoriyanın  qarşılıqlı 
asılılıq  vəziyyətlərini  üzə  çıxarması  isə  onların  hərəkətverici, 
dinamik  xüsusiyyətlərinin  olmasını  sübut  edir.  Hər  bir 
kateqoriyanın 
tərkibi 
başlıca 
olaraq 
bir-birinin 
daxili 
məzmununu  formalaşdırır  və  bir-birinin  daxilindən  təzahür 
edir.  Sabitlik,  sülh  və  inkişaf  cəmiyyətin  ünsürlərinin  ortaq 
maraqlarından  formalaşan  vəziyyətlər  və  vasitələr  olmaqla, 
onları hərəkət vəziyyətində saxlayan amillər kimi də mahiyyət 
kəsb edir. Bu kateqoriyaların məzmun kəsb etdiyi vəziyyətlərin 
meydana  gəlməsi  ünsürlərin  öz  imkanları  və  gücləri 
çərçivəsində  hərəkətə  gəlməsini  zəruri  edir.  Sülh  və  inkişaf 
vəziyyətləri  təmin  edilmiş,  müəyyən  məkan  və  zamanlarda 
doymuş  maraqların  mahiyyətindən  yaranan  təzahürlər  kimi  də 
qəbul  edilməlidir.  Sülh  kateqoriyası  üçün  sabitlik  və  inkişaf 
doydurucu  qida  rolunu  oynayır.  Burada  sülh  razılıq  anı  və 
zirvəsi  hesab  edilir.  Sülhə  çatmağın  birinci  yolu  sabitlikdən 
keçirsə,  digər  yolu  inkişafdan  asılı  olur.  İnkişaf  etməyən 
cəmiyyətdə sabitliyin digər vasitələrlə, məsələn, güc tətbiqetmə 
vasitəsilə,  qorunması  müvəqqəti  xarakter  kəsb  edə  bilər. 
Bununla  yanaşı,  qeyd  etmək  olar  ki,  sülhün  olmadığı 
cəmiyyətdə, tərəflər arasında sülhün yaşanmadığı vəziyyətlərdə 
ictimai-siyasi  sabitlikdən  və  inkişafdan  söhbət  belə  gedə 
bilməz  və  tarix  bunu  dəfələrlə  sübut  edib.  Sülhün  əldə 
olunması  üçün  inkişaf  vəziyyətinin  baza  olaraq  mövcudluğu 
şə
rtinə  nümunə  olaraq  qeyd  etmək  olar  ki,  soyuq  və  düşmən 


 
17
münasibətlərdə  olan  iki  tərəfin  öz-özlüyündə  daxillərində 
gedən  inkişaf  prosesləri  tərəflərin  mövqeyində  yumşaldıcı, 
liberal  xüsusiyyətlərin  formalaşmasını,  meydana  gəlməsini 
təmin  edən  vasitələrə  çevrilə  bilər.  İnkişafın  maraq  təminedici 
amil  olmasını  nəzərə  alaraq  hesab  etmək  olar  ki,  maraqların 
təmin  edilməsinin  bəlli  bir  zirvəsi  sülhün  şərtlənməsini  zəruri 
edə  bilər.  Sülh  həm  zəruri  razılıqdan,  məsələn,  müharibələrdə 
məğlubiyyətin nəticəsi olaraq, qalib və məğlub tərəflər arasında 
yaranır,  həm  də  inkişaf  edən  vəziyyətdən,  müəyyən  məqamlar 
üçün doymuş vəziyyətdən meydana gələn mahiyyət və təzahür 
ola bilir.  
Qeyd  edildiyi  kimi,  sülhün  əldə  olunması  həmçinin 
inkişafdan asılı olur. İnkişaf zamanı tərəflərin maddi maraqları 
ödənilir,  maddi  maraqların  təmin  edilməsi  də  insanların 
ehtiyaclarının  ödənilməsini  təmin  edir.  Ehtiyacları  ödənilmiş 
şə
xslər  isə  sabitliyə,  dnc  şəraitdə  məqsədlərin  yerinə 
yetirilməsinə  can  atırlar.  Tərəflər  arasında  ortaq  bir  mövqe 
yaranır.  Ortaq  bir  mövqenin  olması  isə  tərəflərin  qarşılıqlı 
razılığa  gəlməsini  təmin  edir.  İnkişaf  zamanı  əldə  olunan 
vasitələr  soyuq  münasibətlərdə  olan  tərəflər  arasında  yaxınlıq, 
dostluq  münasibətlərinin  yaranmasına  gətirib  çıxarır.  İnkişaf 
proseslərində  həm  yeni  vasitələr  meydana  gəlir,  həm  də 
yaranan  vasitələr  yeni  hərəkət  dairələrini,  məkanlarını  tələb 
edir.  Yeni  vasitələr  öz  miqyaslarını  böyütmək  istiqamətində 
hərəkət  edirlər  və  digər  məkanlarda  olan  vasitələrlə  qarşılıqlı 
münasibətlər  qurmağa  və  əlaqələr  yaratmağa  can  atırlar.  Yeni 
vasitələrin  hərəkət  məkanlarını  genişləndirmək  istəkləri  tələb 
edir  ki,  yeni  əlaqələr  meydana  gəlsin.  Məsələn,  dondurulmuş 
münaqişələrin həllində tərəflərin inkişaf vəziyyətlərində olması 
barış  üçün  müvafiq  şərtlərdən  hesab  oluna  bilər.  İnkişaf 
nəticəsi  olaraq  tərəflərin  maddi  vəziyyətlərinin,  cəmiyyətlərin 
sosial-rifah  hallarının  meydana  gəlməsi  tərəflərin  separatist 
xarakterinə  zərbələr  vura  bilər  və  yumşalma  nəticəsində 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə