Microsoft Word Inkishaf ve sulh ideyalar? I kitab doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə7/47
tarix25.07.2018
ölçüsü0,6 Mb.
#58940
1   2   3   4   5   6   7   8   9   10   ...   47

 
21
kəndlərdə özünə kifayət qədər oxucu tapa bilər ki, bu addım da 
şə
bəkəli  bazarın  əldə  edilməsinə  gətirib  çıxara  bilər.  Demək 
olar ki, əgər kəndli şəhər əhalisini kənd təsərrüfat məhsulları ilə 
təmin  edirsə,  bu  istiqamətə  əks  şəkildə  paralel  olaraq  şəhərdə 
yaşayan  və  yaradıcılıqla  məşğul olan şəxslər də kənd əhalisini 
sənaye  məhsulları  ilə  yanaşı,  elmi  və  bədii  ədəbiyyatla, 
həmçinin mədəniyyətlə təmin edə bilər.  
 
Ə
həmiyyəti: 
 
- maariflənmə və inkişaf, dünyagörüşünün zənginləşməsi
- kitab biznesinin inkişafı (respublika üzrə tarazlı qaydada); 
- bədii kitabların yazılmasında yeni tələblər; 
- yazarın kitabdan əldə etdiyi gəlirin artımı; 
- yazıçının, şairin tanınması; 
- mövhumatın aradan qaldırılması və dünyəviliyin inkişafı; 
- şəhərlə kənd arasında ictimai-bədii əlaqələrin inkişafı; 
-  kənd  həyatında  dərin  məzmunun  və  çoxçalarlığın 
meydana gəlməsi və s.  
 
Müxtəlif  şirkətlər  layihə  şəklində  bu  ideyanı  daha  da 
genişləndirə bilərlər. 
Bakı,  Gəncə,  Sumqayıt  və  digər  şəhərlərdə  istirahət 
parkları  salınarkən  parklarda  istirahət  edən  şəxslər  üçün  az 
sayda  bədii  ədəbiyyat  fondu  olan,  müəyyən  kiçik  kitab  oxu 
zallarını  təşkil  etmək  olar  ki,  bu  siyasət  də  cəmiyyətin 
maariflənməsinə xidmət edər.  
Bakı  şəhərinin  ayrı-ayrı  rayonlarında  və  yaxud  da  şəhərin 
bəzi  rayonlarının  birləşdikləri  istiqamətlərdə  kitab  satış  -
kitabxana  komplekslərini  təşkil  etmək  olar.  Bu  layihəni  də 
bizneslə məşğul olan şirkətlər həyata keçirə bilərlər.  
Bakı şəhərində orta məktəbli uşaqlar üçün bizneslə məşğul 
olan  şirkətlər  tərəfindən  gələcəkdə  məktəbdən  sonra  dərslərin 
hazırlanması  (rahat  şəraitin  əldə  edilməsi)  üçün  ödənişli 


 
22
ə
saslarla  (məsələn,  üzvlük  haqqı  yolu  ilə)  kitabxana-hazırlıq 
mərkəzləri  və  yaxud  da  dərs  hazırlama  mərkəzləri  yaradıla 
bilər.  İqtisadi  gəlirlər:  kitab  satışından,  məktəb  və  ofis 
ləvazimatları  satışından  əldə  edilən  gəlirlər,  cəlb  edilən 
müəllimlərdən,  uşaqlar  üçün  filmlərin  göstərilməsindən, 
yeməkxanalardan və s.  
 
Azərbaycanda İngilis teatrının və beynəlxalq teatr 
mərkəzinin yaradılması və əhəmiyyəti 
 
XIX  əsrin  ikinci  yarısından  Azərbaycanda  təşəkkül  tapan 
teatr  milli  mədəniyyətin  inkişafına  xidmətlər  istiqamətində 
şə
rəfli  ömür  yolu  keçimişdir  və  bu  gün  də  cəmiyyətin 
tərəqqisində, realizmin təbliğində, insanların mənəvi saflığında, 
eləcə  də  ictimai  dünya  görüşünün  zənginləşməsində  mühüm 
xidmətlər  göstərir.  Mirzə  Fətəli  Axundov  (“Hacı  qara”, 
“Hekayəti 
xırs 
quldurbasan”, 
“Sərgüzəşti-vəziri-xani-
Lənkəran”  və  s.),  Cəlil  Məmmədquluzadə  (“Məkkəyə  gedən 
yol” və  s.),  Əbdürrəhim  bəy  Haqverdiyev (“Pəri  Cadu” və s.), 
Uzeyir  Hacıbəyli  (“Leyli  və  Məcnun”,  “Koroğlu”  operaları, 
“Arşın  mal  alan”,  “O  olmasın  bu  olsun”  operettaları,  “Ər  və 
arvad” musiqili komediyası və s.), Müslüm Maqomayev (“Şah 
İ
smayıl” operası və s.), Hüseyn Cavid (“Şeyx Sənan” dramı və 
s.),  Abdulla  Şaiq  (“Tıq-tıq”  xanım,  “Qaraca  qız”  –
S.S.Axundovla birlikdə), Səməd Vurğun (“Vaqif” və s.), Cəfər 
Cabbarlı  (“Aydın”dramı  və  s.),  Zülfüqar  Hacıbəyov  (“Aşıq 
Qərib” operası-  Niyazi  ilə  birlikdə  və  s.), Bəxtiyar Vahabzadə 
(“Özümüzü  kəsən  qılınc”  və  s.),  Əfrasiyyab  Bədəlbəyli  (“Qız 
Qalası”  baleti  və  s.),  Fikrət  Əmirov  (“Min  bir  gecə”  baleti, 
“Sevil”  operası  və  s.),  Rəsul  Rza  (“Ana  qaz”  və  s.),  Vasif 
Adıgözəlov 
(“Natəvan” 
operası 
və 
s.) 
və 
başqaları 
Azərbaycanda  teatrın  yüksək  səviyyədə  inkişafı  məqsədilə, 
həmçinin  insanların  ideya-mənəvi  aləminin  zənginləşməsində 
ölməz dramatik, satirik və komik pyeslər yazmışlar.  


 
23
Eyni  zamanda  dünya  teatrının  dəyərli  əsərləri  də  milli 
aktyorların  ifasında  Azərbaycan  teatrlarında  yüksək peşəkarlıq 
səviyyəsində  nümayiş  etdirilir  və  tamaşaçıların  həyata 
baxışlarının  formalaşmasında,  qarışıq  və  zəngin  baxışların 
meydana gəlməsində mühüm rol oynayır. Bu baxımdan ingilis 
dramaturqu  Uilyam  Şekspirin  “Otello”,  “Hamlet”,  “Kral  Lir”, 
“Romeo  və  Culyetta”  və  başqa  dram  əsərləri,  İtalyanın  dahi 
bəstəkarı  və  klassiki  Cüzeppe  Verdinin  “Aida”,  “Trubadur”, 
“Traviata”, 
“Riqoletto”  və 
digər 
operaları, 
Cokkoma 
Puççininin 
“Toska” 
operası, 
Rudjero 
Leonkovallonun 
“Payatsı”  operası,  Fransa  bəstəkarı  Jorj  Bizenin  “Karmen” 
operası,  Adolf  Adanın  “Jizel”  baleti,  Pyotr  Çaykovskinin 
“Romeo  və  Cülyetta”  baleti,  Jorj  Bize–Radion  Şedrinin 
“Karmen-Suita” baleti, Sergey Prokofyevin “Tamahlar” baleti, 
Fransız  impressionist  bəstəkarı Moris  Ravelin “Bolero” baleti, 
Jan  Rassinin  “Fedra”  dramı,  Eduardo  de  Filipponun  “Oğru 
Cənnətdə  yaxud  Vinçenso  de  Pretore”  satirası,  Ç.Dikkensin 
“Oliver  Tvistin  macəraları”  əsəri,  Q.Fiqeyredonun  “Ezop” 
ə
səri,  K.Hamsunun  “Viktoriya”,  A.P.Çexovun  “Albalı  bağı”, 
Molyerin “Xəsis” uşaqlar üçün E.T.A. Hofmanın “Şelkunçik”, 
B.Marvinin  “Yatmış  gözəl”  əsəri  və  digər  əsərlər  Azərbaycan 
tamaşaçısının  qəlbinə  geniş  yol  tapmışdır.  Teatr  əsərləri 
Azərbaycan 
xalqının 
təfəkkürünün, 
baxışlarının 
dünyəviləşməsində  və  mədəni  davranışının  müasir  zamanla 
ayaqlaşmasında,  eləcə  də  həyat  mənfilikləri  ilə  mübarizədə 
hazırlığında  mühüm  rol  oynamışdır.  Xarici  ölkə  klassiklərinin 
ə
sərləri ilə tanışlıq milli yaradıcıların əsərlərində çoxistiqamətli 
mədəniyyətin  (qovuşmuş)  elementlərinin  formalaşmasına  təsir 
göstərmişdir.  Azərbaycan  mədəniyyəti  onun  dövlətçiliyinə  və 
xalqın  realist  məzmunlu  siyasi  baxışlarına  da  yeni  məzmunlar 
bəxş etmişdir. Azərbaycanın böyük ədibi və dramaturqu Cəfər 
Cabbarlı  teatr  barəsində  belə  bir  fikir  işlətmişdir:  “Teatro-
yüksək  bədii  bir  dərəcədədirsə  ölkə  də  ümumi  gözəl  inkişaf 
edəcəkdir.  Mədəniyyət-elm  və  sənətdən  ibarətdir.  Teatro  isə 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə