Microsoft Word Inkishaf ve sulh ideyalar? I kitab doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə8/47
tarix25.07.2018
ölçüsü0,6 Mb.
#58940
1   ...   4   5   6   7   8   9   10   11   ...   47

 
24
sənətin  başqa  qismlərini  birləşdirir”.
1
 Nəzərə  almaq  lazımdır 
ki, teatr hər bir xalqın milli mənlik şüurunu zənginləşdirməklə, 
mənfi stereotiplərin  baxışlardan,  şüurlardan silinib atılmasında 
ə
vəzsiz mənəvi xidmətlər göstərir. 
Bu  gün  Azərbaycan  teatrı  özünün  yeni  inkişaf  səhifələrini 
açır. Teatr maddi-texniki baxımından da təmin edilir. Dövlətin 
də  teatra  diqqəti  artmaqdadır.  Bu  baxımdan  Azərbaycan 
Respublikasının  Prezidenti  İlham  Əliyevin  “Azərbaycan  teatr 
sənətinin  inkişaf  etdirilməsi  haqqında”  sərəncamı  və  görülən 
işlər mühüm əhəmiyyət kəsb edir. Son zamanlar milli teatrın və 
milli mədəniyyətin dünya mədəniyyətinə sürətli inteqrasiyasına 
yardımçı  olan  beynəlxalq  teatr  festivalları  da  keçirilir.  Bu 
baxımdan  2010-cu  ilin  noyabr  ayında  “Chekov  İnternational 
Theatre  Festival”  layihəsi  çərçivəsində  Bakıda  konsepsiya  və 
quruluş  müəllifi  Viktoriya  Tyerre  Çaplin  olan  “Aureliyanın 
Oratoriyası”,  müəllif  və  quruluş  verən  Daniele  Finsi  Paskanın 
“Yağış”,  eləcə  də  A.P.  Çexovun  pyesi  əsasında  “Toy” 
saundraması Azərbaycan tamaşaçıları və əcnəbilər üçün dünya 
mədəniyyətini  mənimsəmək  baxımından  xüsusi  önəm  kəsb 
etmişdir.  Yağış  altında  səhnə  mədəniyyəti  Azərbaycan 
tamaşaçıları  üçün  yenilik  idi.  Onu  da  qeyd  etmək  lazımdır  ki, 
Bakıda  yaşayan  və  əcnəbi  şirkətlərdə  işləyən  xarici  ölkə 
vətəndaşları  da  Azərbaycan  teatrına  (xüsusilə,  opera  və  balet 
tamaşalarına)  böyük  maraq  göstərirlər.  Azərbaycan  Şərq-Qərb 
mədəniyyətlərinin  qovşağında  yerləşən  bir  məkan  olduğundan 
Azərbaycan  teatrı  da  öz  məzmununa  görə  çoxistiqamətli 
xarakter  kəsb  edir.  Bakıda  Azərbaycan  dilində  fəaliyyət 
göstərən  teatrla  yanaşı,  rus  dilində  fəaliyyət  göstərən  Səməd 
Vurğun  adına  Rus  Dram  Teatrı  da  xüsusi  rola  malikdir. 
Bununla  yanaşı,  bədii  rəhbəri  xalq  yazıçısı  Rüstəm 
İ
brahimbəyov 
olan 
“İBRUS” 
Bakı-Moskva 
teatrı 
da 
Azərbaycanda 
qarışıq 
mədəniyyətlərin 
formalaşmasında 
özünəməxsus  xidmətlərə  malikdir.  Heydər  Əliyev  Fondunun 
                                                 
1
 Cəfər Cabbarlı. “Ədirnə fəthi”.-Bakı: “Elm”-1996,-320 səh. səh.9.  


 
25
təşkil  etdiyi  beynəlxalq  festivallar  da  Azərbaycanda  mozaik 
mədəniyyətin 
formalaşmasına 
xidmət 
edir. 
Teatrların 
çoxistiqamətli  olması  Azərbaycan  xalqının  milli  mənlik 
ş
üurunu  formalaşması  ilə  yanaşı,  Azərbaycan  vətəndaşlarının 
Qərbə  şüuru  inteqrasiyasına  xidmət  edir.  Bu  baxımdan  qeyd 
etmək olar ki, Bakıda rus dilli teatrla yanaşı, İngilis teatrının da 
yaradılmasını təşkil etmək olar. Belə bir fikir geniş yayılmışdır 
ki,  Avropa  teatrı  öz  yüksək  mərhələsinə  İngilis  teatrının 
ə
sasında-böyük  dramaturq  Uliyam  Şekspirin  yaradıcılığında, 
gəlib  çatmışdır.  Şekspir  1590-  1612-ci  illər  ərzində,  çox  da 
böyük  olmayan  bir  müddətdə,  37  pyes  və  154  sonet  (iki 
mürəbbə  və  iki  müsəddəsdən  ibarət  olan  ön  dörd  misralı  şer) 
yazmışdır.  Bu  böyük  ingilis  şairinin  əsərlərində,  xüsusilə 
yandırıcı  (yaxıcı)  komediyalarında  onun  humanist  idealının 
müxtəlif  ifadələri  öz  əksini  tapmışdır.
1
 Şekspir  teatrı  nəinki 
ingilis  mili  teatrının  inkişafına  xidmətlər  etmiş,  eyni  zamanda 
müəyyən  mərhələdə  qədim  və  müasir  dünyanın  dram 
mədəniyyətinin  nailiyyətlərini  özündə  cəmləmişdir.  Eləcə  də, 
Ş
ekspir  yaradıcılığı  teatr və  dramın həyatın sosial-fəlsəfi  yolla 
mənalandırma istiqamətində, insanların daxili aləmini dərindən 
açmaqla  və  parlaq  şəkildə  poetik  canlandırmaqla,  gələcək 
inkişaf  üçün  perspektivlər  yaratmışdır.
2
 Şekspirin  yaradıcılığı 
daha  çox  realizmə  əsaslanır  və  insanlığın  daxili  aləmini  teatr 
mədəniyyəti yolu ilə açır.
3
  
Azərbaycanda 
ingilis 
teatrının 
ə
həmiyyətini 
ümumiləşdirilmiş fikirlərlə aşağıdakı şəkildə qeyd etmək olar:  
-ingilis  teatrı  simasında  öz  zəngin  çalarlığı  ilə  fərqlənən 
ingilis mədəniyyətinin dərindən mənimsənilməsi
-ingilis  dramaturgiyasının  dərin  məzmunu  ilə  əyani 
tanışlıq; 
                                                 
1
 Творчество шекспира. http://culture –world.ru/?p=78 
2
 Английский театр. http://www.2uk.ru/culture/kulture2 
3
 Театр в Англии. http://www.uk-info.ru/culture1/html 
 


 
26
-ingilis 
aktyorlarının 
səhnə 
qabiliyyətləri, 
səhnə 
davranışları  və  səhnə  mədəniyyətləri  ilə  əyanı  tanışılıq  və  bu 
yaradıcılıq-qabiliyyət keyfiyyətinin Azərbaycan teatr səhnəsinə 
sürətlə keçidi; 
-Azərbaycan  aktyorları  ilə  ingilis  aktyorlarının  birgə 
partituraları  və  Azərbaycan  teatr  sənətinin  ingilis  teatrı 
vasitəsilə  Qərbə  çıxışı,  həmçinin  Azərbaycan  teatrı  vasitəsilə 
də müsəlman Şərq teatrının Qərbdə təmsil olunması; 
-cəmiyyətdə  ingilis  dilinin  inkişafı  və  teatr  səhnəsinin 
azərbaycanlılar 
tərəfindən 
ingilis 
dilinin  öyrənilməsinə 
yaxından köməyi;  
-Azərbaycanın  bir  milli  və  dünyəvi  mədəniyyət  mərkəzi 
kimi dünyada tanınması; 
-İngilis  mədəniyyəti  vasitəsilə  Qərb  mədəniyyətinin 
Azərbaycan  mədəniyyəti  ilə  birləşmiş  məzmun  elementlərinin 
meydana gəlməsi; 
-İngilis-Azərbaycan  birgə  teatr  əsərlərinin  yazılması  və 
səhnələşdirilməsi; 
-ölkədə  dünyəviliyin  və  Qərb  mədəniyyətinin  təbliğinin 
genişlənməsi; 
-İngiltərə-Azərbaycan  mədəni  münasibətlərinin  inkişafı  və 
qarşılıqlı inteqrasiya proseslərinin böyüməsi
-İngilis-Azərbaycan  teatrının  birgə  layihələri  əsasında 
Şə
rq-Qərb  mədəniyyətinin  birləşmiş,  oxşar  elementlərinin 
Azərbaycanda yeni əsaslarla təzahürü və s.  
Onu  da  nəzərə  almaq  lazımdır  ki,  Azərbaycanda  yaşayan 
və  çalışan  ingilis  dilli  sakinlər  (əcnəbilər)  bu  teatra  daha  da 
böyük maraq göstərə bilərlər.  
İ
ngilis  teatrını  iki  dövlət  arasında  mədəni  əməkdaşlıq 
çərçivəsində  yaratmaq  olar.  Bu  teatr  Azərbaycanın  Qərb 
mədəniyyətinə  verdiyi  dəyər  üçün  ən  əyani  vasitəyə  çevrilə 
bilər. 
Bununla 
yanaşı, 
Azərbaycanda 
Beynəlxalq 
Teatr 
Kompleksi (Mərkəzi)  yaradıla bilər.  Kompleks Fransa,  İtaliya, 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə