Microsoft Word Inkishaf ve sulh ideyalar? I kitab doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə9/47
tarix25.07.2018
ölçüsü0,6 Mb.
#58940
1   ...   5   6   7   8   9   10   11   12   ...   47

 
27
Türkiyə,  İsrail,  Yaponiya,  Çin  və  s.  ölkələrdən  gələn  teatr 
aktyorlarının qastrol səfərləri üçün mühüm əhəmiyyət kəsb edə 
bilər.  
 
Teatr tamaşalarının açıq havada nümayişi və  
“açıq hava teatr kompleksi”nin yaradılması 
  
Azərbaycanda  son  illərdə  iqtisadi  inkişafın  nəticəsi  olaraq 
teatrların  və  yeni  idman–konsert  komplekslərinin,  sarayların 
yaradılması prosesləri sürətlə həyata keçirilməkdədir. Məsələn, 
Heydər Əliyev adına Sarayın müasir üslubda rekonstruksiyası, 
“Muğam  Evi”  mədəniyyət  mərkəzinin  yaradılması,  “Yaşıl 
teatr”ın  yenidən  bərpası  və  lazımi  avadanlıqlarla  təmin 
edilməsi,  “Buta  Palace”  mərkəzinin  istifadəyə  verilməsi,  eləcə 
də  şəhər  və  rayonlarda  fəaliyyət  göstərən  teatr  binalarının  və 
digər mədəniyyət mərkəzlərinin (klubların) təmiri və istifadəyə 
verilməsi  ölkədə  mədəniyyətin,  o  cümlədən  teatrın  şaxəli 
inkişafına xidmət göstərir. Müasir teatr binaları və səhnələr ilə 
dərin  məzmunlu  və  zövqlü  tamaşaların  birgə  harmoniyası 
teatrla  tamaşaçı  arasında  zövqlü  və  mənalı  münasibətlərin 
inkişafına 
səbəb 
olur. 
Azərbaycanda 
mədəniyyət 
çoxistiqamətli,  müxtəlif  rəngli  əsaslarla  inkişaf  etməkdədir. 
Mədəniyyət  mərkəzlərinin  şaxəliliyi  və  müasir  tələblərə  cavab 
verməsi  əsaslı  mədəniyyət  layihələrinin  həyata  keçirilməsinə 
imkan  yaradır.  Çoxçalarlı  mədəniyyət  vasitələri  insanların 
mənəvi aləminin zənginləşməsinə imkan verir. Bu baxımdan da 
ölkəmizin  iqtisadiyyatı  inkişaf  etdikcə,  inkişaf  proseslərinə 
müvafiq  olaraq  onun  mədəniyyət  sahələri  də  tarazlı  qaydada 
inkişaf  edəcəkdir.  Təbii  olaraq  qeyd  etmək  olar  ki,  bugünki 
inkişafla  qane  olmaq  düzgün  olmaz  və  proseslərdə  daima 
dinamizmi  qorumaq  lazımdır.  Bu  baxımdan,  teatrın  daha  da 
ş
axəli  və  mozaik  inkişafı  naminə  Bakıda  gələcəkdə  açıq  səma 
altında teatr tamaşalarının göstərilməsi layihələrini təşkil etmək 
olar.  Belə  ki,  tarixi  hadisələri  əks  etdirən  teatr  tamaşalarının 


 
28
tamaşaçıya geniş şəkildə və dərin məzmunda, məlumatverici və 
zövqverici  əsaslarla,  təqdim  edilməsi  üçün  zəngin  səhnə 
tərtibatının  qurulması  daha  da  münasib  ola  bilər.  Tarixi 
hadisələrin  dolğun  şəkildə  əks  etdirilməsi  üçün  tarixi 
vasitələrin,  abidələrin,  məsələn,  sarayların  maketlərinin 
quraşdırılması,  döyüş  səhnələrinin  tərtibatı  daha  da  effektiv 
alına  bilər.  Məsələn,  Üzeyir  Hacbəylinin  “Koroğlu”  operası, 
Müslüm  Maqomayevin  “Şah 
İ
smayıl”  operası,  Vasif 
Adıgözəlovun “Natəvan” operası və Cüzeppe Verdinin “Aida”, 
“Nabukko”  operaları  və  digər  yazıçıların  dram  əsərləri  tarixi 
hadisələri 
ə
ks 
etdirən 
musiqi 
ə
sərləridir. 
Ə
sərlərin 
məzmununun  tamaşaçıya  daha  da  dərindən  çatdırılması,  tarixi 
məqamların  geniş  şəkildə  nümayişi  və  səhnə  zövqünün 
zənginləşdirilməsi,  səhnə  dekorasiyasının  zənginliyi,  eləcə  də 
təəsüratların  böyüdülməsi  üçün  açıq  havada  böyük  teatr 
səhnələrinin  təşkili  daha  da  məqsədəuyğun  olar.  Məsələn, 
Avstriyanın  şərqində  Burgenlandda  açıq  havada  nümayiş 
olunan  “St.  Marqarethen  (Müqəddəs  Marqarita)  Festivalı”nda 
Verdinin “Aida” (1997-ci ildə nümayiş olunub) və “Nabukko” 
(2000-ci  ildə  nümayiş  olunub)  operalarının  tamaşası  öz  dərin 
məzmunlarına  görə  xüsusi  əhəmiyyət  kəsb  etmişdir.  Bu 
festivallarda on minlərlə tamaşaçı iştirak etmişdir.  
Bakıdakı “Yaşıl Teatr”da teatrların açıq havada tamaşasını 
təşkil  etmək  olar.  Bununla  yanaşı,  gələcəkdə  dəniz  kənarı 
“Milli  Park”ın  ərazisinin  böyüdülməsi  çərçivəsində  və  yaxud 
da  şəhərin  kənarında  açıq  hava  tamaşa  salonlarını-teatr 
komplekslərini  təşkil  etmək  olar.  Bu  addım  da  mədəniyyətin 
inkişafına  gətirib  çıxara  bilər,  həmçinin  teatr  tamaşaçılarının 
sayının artmasına və turistlərin axınına səbəb olar.  
  


 
29
Azərbaycanda, xüsusilə Bakı şəhərində, digər böyük 
şə
hərlərdə “Məktəblilər mərkəzi”nin yaradılması və 
ə
həmiyyəti 
 
 
Hər  bir  şəxsin  cəmiyyətin  aktiv  üzvünə  çevrilməsi  bütün 
zamanlarda  olduğu  kimi  müasir  dövrün  də  tələbidir. 
Cəmiyyətdə müxtəlif təbəqələrin sosiallaşması, ictimailəşməsi, 
bu  baxımdan  münasibətlər  qrupunun  yaradılması  cəmiyyətin 
inkişafı  üçün  əsas  şərtdir.  Çoxdan  sınaqdan  keçirilmiş 
nəzəriyyələr və təcrübələr onu göstərir ki, cəmiyyətin ayrı-ayrı 
təbəqələrinin  (yaş  təbəqələri,  sosial  təbəqələr)  olması  və 
onların qarşılıqlı olaraq fəaliyyəti və birləşməsi təbii ki, xalqın 
və  cəmiyyətin  birliyinə,  gücün  birləşməsi  ilə  dövlətin 
inkişafına səbəb olur. İnsanlar daha çox əqli və fiziki qabiliyyət 
(əmək qabiliyyəti) əldə etdikdən sonra sosiallaşma proseslərini 
yaşamağa  başlayırlar  və  üzərlərində  sosial  məsuliyyət  və 
öhdəliklər  yaranır.  İnsanların  körpəlik,  uşaqlıq,  yeniyetməlik, 
gənclik, orta yaş dövrü, ahıl və qocalıq dövrləri olur. İnsanların 
cəmiyyətin  sosial  üzvünə  çevrilməsi  əsasən  onun  uşaqlıq 
dövründən  başlayır  ki,  bu  dövr  də  gələcək  sosial  həyat  üçün 
təməl  rolunu  oynayır.  Bu  baxımdan  ünsiyyətin  formalaşmağa 
başladığı  uşaqlıq,  yeniyetməlik  və  gənclik  illəri  xüsusi 
ə
həmiyyət  kəsb  edir  və  uşaqlıq  illərində  həyata  baxışların, 
dünyagörüşünün formalaşmasının ilkin mərhələləri başlayır.  
Uşaqların  sosiallaşma  mərhələsinin  ilkin  üzvlərinə  və 
cəmiyyətin  ilkin  təbəqlərinin  aktiv  üzvünə  çevrilməsi  onların 
gələcək  həyatının  stimulunu,  istiqamətverici  əlamətlərini 
formalaşdırır,  bazasını  yaradır.  Həmçinin  uşaqların  ailə 
tərbiyəsi  və  ictimai  tərbiyə  onların  həyatlarının  başlıca 
formalaşdırıcı,  istiqamətverici  prinsiplərinə  çevrilir.  O  da 
məlumdur  ki,  uşaqların  daha  da  təkmil  şəkildə  formalaşması 
xalqın ümumi genefondunun davamlı olmasını zəruri edir.  
Uşaq  baxçaları,  məktəblər,  məktəbdən  sonrakı  dairələrdə 
olan  həyat,  eləcə  də  ailə  həyatları  onların  baxışlarının 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə