Microsoft Word insan huquqlar? v? qacq?nlar doc



Yüklə 180,6 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix06.05.2018
ölçüsü180,6 Kb.
#42830
1   2   3   4   5   6   7

 

5

rın öz yurdlarına könüllü qayıtmalarını mümkünsüz edir. 



Azlıqların hüquqlarının pozulması  və etnik münaqişələr getdikcə 

daha çox həm yaşayış yerlərini kütləvi tərk etmələrin, həm də ölkə 

daxilində yerdəyişmələrin səbəbinə çevrilir. 

Bu iki məsələ arasındakı qarşılıqlı əlaqələrin başqa bir aspekti 

qaçqınların və ölkə daxilində köçkünlərin minimal hüquqlarının 

inkar edilməsidir. Getdikcə daha çox sayda insan sığınacaq 

axtararkən onun təhlükəsiz  ərazilərə yol tapa bilməsini 

məhdudlaşdıran tədbirlərlə üzləşir. Bəzi hallarda sığınacaq axtaran 

şəxslər və qaçqınlar tutulub saxlanılır və ya zorla onların həyatı, 

azadlığı  və  təhlükəsizliyi təhdid altında olan rayonlara 

qaytarılırlar. Bəziləri hərbi qruplaşmaların hücumlarına məruz 

qalır və ya vətəndaş müharibələrində bu və ya digər tərəfin 

sıralarında döyüşməyə  məcbur edilmək üçün orduya çağılırlar. 

Sığınacaq axtaran şəxslər və qaçqınlar, habelə irqçiliyin ən kobud 

təzahürlərinin qurbanı olurlar. 

Qaçqınlar hüquqlara malikdirlər və bu hüquqlara həm onlar 

sığınacaq almaq barədə müraciət edənə  qədər, həm bu 

müraciətlərin nəzərdən keçirildiyi müddət ərzində, həm də həmin 

müraciətlər müsbət həll edildikdən sonra riayət olunmalıdır. İnsan 

hüquqlarına hörmət edilməsi həm bu günkü qaçqın axınlarının 

əvvəlcədən qarşısının alınmasının, həm də onlarla bağla 

problemlərin həll edilməsinin zəruri  şərtidir. Birləşmiş 

MillətlərTəşkilatının Qaçqınların işi üzrə Ali Komissarı Sadako 

Oqatanın sözlərinə görə, “qaçqınların problemlərinə göstərilən 

münasibət bütün hökumətlərin və xalqların insan hüquqlarının 

qorunmasına nə qədər sədaqətli olduqlarını yoxlamaq üçün başlıca 

meyara çevrilməlidir”. 

  



 

6

BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATI VƏ 



QAÇQINLAR 

 

Nəqliyyat və rabitə sahəsində inqilabi texniki dəyişikliklər 



iyirminci  əsrdə insanların,  əmtəələrin və informasiyaların kütləvi 

surətdə sərhəddən-sərhəddə keçməsinə gətirib çıxarmışdır. Amma, 

bu  əsrdə  əhalinin sərhədləri aşıb keçməsi heç də bütün hallarda 

könüllü olmamışdır. Müasir texnologiya, habelə kütləvi qırğın 

silahlarının yaradılmasına səbəb olmuşdur. Nəticədə zorakılıq 

insanların öz vətənlərini məcburən tərk etmələrinin  ən güclü 

amilinə çevrilmişdir. İki dünya müharibəsi və 1945-ci ildən sonra 

baş verən 130 silahlı münaqişə kütləvi surətdə yaşayış yerlərini 

dəyişdirilmələrə və tərk etmələrə səbəb olmuşdur. 

Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini tərtib edənlər 

dünya  əhalisinin kütləvi zorakılığa və iztirablara düçar olduğu 

dəhşətli hadisələri xatırlayaraq, onu imzalayan ölkələri “...gələcək 

nəsilləri müharibə  fəlakətlərindən xilas etməyə...” çağırırdılar. 

Onlar Birləşmiş Millətlər Təşkilatına “iqtisadi, sosial, mədəni və 

humanitar xarakterli beynəlxalq problemlərin həllində beynəlxalq 

əməkdaşlığı”, həmçinin “irqindən, cinsindən, dinindən və ya 

dilindən asılı olmayaraq hər bir insanın hüquqlarına və  əsas 

azadlıqlarına hörmət edilməsi”nin təşviq və inkişaf etdirilməsini 

təmin etməyi təklif edirdilər. 

Birləşmiş Millətlər Təşkilatının gündəliyinə daxil edilən ilk 

məsələlərdən biri müharibə  nəticəsinə öz yaşayış yerlərini tərk 

etməyə  məcbur olan və köməyə ehtiyacı duyulan qaçqınların, 

köçkünlərin, atatridlərin və repatriantların taleyi məsələsi oldu. Bu 

problem, heç şübhəsiz, beynəlxalq və humanitar xarakter 

daşıyırdı. 

  

 



  


 

7

 



QAÇQINLARIN İŞİ ÜZRƏ 

BEYNƏLXALQ TƏŞKİLAT 

 

1946-cı ildə Baş Assambleya özünün ikinci sessiyasının ikinci 



yarısında Qaçqınların  İşi üzrə Beynəlxalq Təşkilatı (QİBT) təsis 

etdi. Bu təşkilat Birləşmiş Millətlər Təşkilatının Yardım və Bərpa 

İdarəsinin (BMTYQBİ) funksiyalarını öz üzərinə götürdü. Ona 

qaçqınların qeydə alınması, müdafiəsi, köçürülməsi və öz 

vətənlərinə qaytarılması üçün müvəqqəti mandat verildi. 

Qaçqınlar, demək olar ki, 30 ölkədən, başlıca olaraq Şərqi 

Avropa ölkələrindən çıxmışdılar. 1947-ci ilin iyulundan 1952-ci 

ilin yanvarınadək QİBT bir milyondan çox qaçqının üçüncü 

ölkələrə köçürülməsinə, 73000 nəfərin öz vətəninə qayıtmasma 

köməklik göstərdi, öz ölkələrində qalan 410000 köçkünün 

yerləşməsi ilə bağlı tədbirlər gördü. 

Müharibədən sonrakı dövrdə beynəlxalq aləmdə yaranan siyasi 

gərginlik ucbatından QİBT mübahisəli xarakter daşıyırdı  və 

maliyyə vəsaitlərinin çatışmadığı bir şəraitdə fəaliyyət göstərirdi. 

54 üzv dövlətdən yalnız 18-i bu təşkilatın büdcəsinə üzvlük haqqı 

verirdi. Bundan əlavə onun fəaliyyəti üçün lazım olan maliyyə 

məsrəfləri sürətlə artdı və 1951-ci ilin əvvəlinə 400 milyon ABŞ 

dollarına çatdı. 

Tezliklə aydın oldu ki, qaçqınlara kömək göstərilməsi üçün 

Birləşmiş Millətlər Təşkilatını öz çərçivəsi daxilində beynəlxalq 

səylərin fəallaşdırılması  tələb olunur. Buna görə  də  QİBT-in 

mandatının bitmə müddətindən hələ xeyli əvvəl onun 

funksiyalarını öz üzərinə götürə biləcək başqa bir təşkilatın 

yaradılması barədə məsələ müzakirə edilməyə başladı. 

  



 

8

 



BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ 

QAÇQINLARIN İŞİ ÜZRƏ ALİ KOMİSSARININ İDARƏSİ 

(QİAKİ) 

 

Özünün 319A(IV) saylı 3 dekabr 1949-cu il tarixli 



qətnaməsində Baş Assambleya Birləşmiş Millətlər Təşkilatının 

Qaçqınların İşi üzrə Ali Komissarının İdarəsini təsis etməyi qərara 

aldı. Bu idarə Baş Assambleyanın yardımçı orqanı kimi 1951 - ci 

il yanvarın 1 - dən etibarən ilk əvvəl üç il müddətinə yaradılmışdı. 

O vaxtdan QİAKİ-nin mandatı  hər dəfə sonrakı beş il 

müddətinə uzadıldı  və onun indiki fəaliyyət müddəti 1993-cü il 

dekabrın 31-də başa çatır. Bu idarə hal-hazırda dünyanın müxtəlif 

rayonlarında 17 milyondan çox qaçqına yardım göstərir.  İdarə 

İsveçrədə, Cenevrədə yerləşir və onun 100-dən çox ölkədə 

nümayəndəliyi vardır. 1991-ci ildə onun əməkdaşlarının sayı 

təqribən 2300 nəfər, ümumi və xüsusi proqramlar üzrə 

məsrəflərinin ümumi həcmi isə təqribən 862,5 mln. ABŞ dollarına 

bərabər olmuşdur. 

İdarənin Nizamnaməsinin 1-ci maddəsinə görə Ali Komissarın 

başlıca vəzifəsi qaçqınları beynəlxalq müdafiə ilə  təmin 

etməkdən, onların könüllü surətdə vətənlərinə qaytarılmasında və 

yaxud yeni ölkələrdə assiimilasiyalarını yüngülləşdirməkdə 

hökumətlərə yardım göstərmək yolu ilə bu problemin qəti şəkildə 

həll edilməsi yollarını axtarıb tapmaqdan ibarətdir. Ali 

Komissarın funksiyaları öz xarakterinə görə “tamamilə siyasətdən 

uzaq”, “humanitar və sosial” funksiyalar kimi 

müəyyənləşdirilmişdir. 

Ali Komissarın Qaçqınların müdafiəsinin təmin olunması ilə 

bağlı Nizamnamədə ifadə edilən funksiyalarına aşağıdakılar 

aiddir: 

  



Yüklə 180,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə