Microsoft Word insan huquqlar? v? qacq?nlar doc



Yüklə 180,6 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix06.05.2018
ölçüsü180,6 Kb.
#42830
1   2   3   4   5   6   7

 

9

a) Qaçqınların müdafiə olunması haqda beynəlxalq 



konvensiyaların bağlanmasına və onların təsdiq edilməsinə 

yardım göstərmək, bu konvensiyaların yerinə yetirilməsini 

müşahidə etmək və onlara əlavələr təklif etmək; 

b) qaçqınların vəziyyətinin yüngülləşdirilməsinə 

və 

müdafiəyə ehtiyacı olan qaçqınların sayca azaldılmasına dair 



tədbirlərin yerinə yetirilməsinə köməklik göstərmək

c) qaçqınların könüllü surətdə öz vətənlərinə qayıtmalarının 

və yaxud onların yeni ölkələrdə assimlyasiyasının təşviqinə 

yönəldilən səylərə yardım etmək; 

d) qaçqınların müxtəlif dövlətlərin  ərazilərinə buraxılmasını 

yüngülləşdirmək; 

e) qaçqınların  əmlakının köçürülməsinə yardım göstərmək, 

ərazilərində olan qaçqınların sayı və vəziyyəti, həmçinin müvafiq 

qanun və qərarlar barədə hökumətlərdən informasiya almaq; 

f) hökumət və hökumətlərarası  təşkilatlarla sıx  əlaqə 

saxlamaq; 

g) qaçqınların məsələləri ilə  məşğul olan özəl təşkilatlarla 

əlaqə qurmaq; 

i) özəl təşkilatların səylərinin  əlaqələndirilməsinə yardım 

göstərmək. 

Nizamnamənin hazırlandığı vaxtan sonra keçən müddət ərzində 

bu idarənin qaçqınların müdafiə ilə  təmin olunmasıyla bağlı 

funksiyaları daha da çoxşaxəli olmuşdur. 

 

QAÇQINLARA  DAİR  BEYNƏLXALQ  HÜQUQ 



NORMALARI 

Qaçqınlarla rəftarın  əsas normaları bir sıra beynəlxalq 

sənədlərdə göstərilmiş və müəyyənləşdirilmişdir. Onlar- 

  



 

10

dan  ən mühümləri Birləşmiş Millətlər Təşkilatının 1951-ci il 



tarixli Qaçqınların statusu haqda Beynəlxalq Konvensiyası  və 

1967-ci ildə qaçqınların statusuna dair ona əlavə edilən 

Protokoldur. 

Qaçqınların statusu haqqında 1951-ci il  

konvensiyası 

Birləşmiş Millətlər Təşkilatının yenidən təsis etdiyi İnsan 

Hüquqları Komissiyasının tövsiyyəsi ilə hazırlanan 1951-ci il 

Konvensiyası qaçqınlarla rəftar normalarının işlənib hazırlanması 

işində ən mühüm mərhələ oldu. 

Konvensiyanın 1-ci maddəsində “qaçqın” terminin ümumi 

məzmunu müəyyənləşdirilir. Həmin məzmuna görə bu termin 

“1951-ci il yanvarın 1-dək baş verən hadisələr nəticəsində və irqi, 

dini, vətəndaşlıq 

əlamətlərinə, müəyyən sosial qrupa 

mənsubluğuna və ya siyasi əqidəsinə görə  təqib olunmasına 

tamamilə əsaslandırılmış təhlükə yarandığı üçün vətəndaşı olduğu 

ölkədən kənara çıxan və bu ölkənin müdafiəsindən istifadə edə 

bilməyən və ya bu təhlükələr səbəbindən belə müdafiədən istifadə 

etmək istəməyən; və yaxud müəyyən bir ölkənin vətəndaşlığına 

malik olmayan və belə hadisələr nəticsində özünün ilkin adi 

yaşayış yerinin mənsub olduğu ölkədən kənara çıxan, bu cür 

təhlükələrin qorxusundan ora qayıda bilməyən və ya qayıtmaq 

istəməyən” hər bir şəxsə şamil edilir. 

Konvensiyada qaçqınlarla rəftarın minimum zəruri normaları, o 

cümlədən onların  əsas hüquqları müəyyən edilir. Onda, habelə 

qaçqınların hüquqi statusu müəyyənləşdirilir və onların gəlir 

gətirən məşğulluq və sosial himayə hüquqları haqqında, şəxsiyyət 

vəsiqələri və yol sənədləri haqqında, vergilərin tətbiqi və 

məskunlaşmalarına icazə verilən ölkələrə öz əmlaklarını aparmaq 

hüququ 


  

  



 

11

haqqında qaydalar təsbit edilir. 



Konvensiyada qaçqın statusuna malik olan şəxslərin sürgün 

edilməsi və məcburi surətdə geri qaytarılması qadağan olunur. 33-

cü maddədə  nəzərdə tutulur ki, “razılığa gələn ölkələr qaçqınları 

heç bir halda irqi, dini, vətəndaşlıq əlamətlərinə, müəyyən sosial 

qrupa mənsubluqlarına və siyasi əqidələrinə görə  həyatları  və 

azadlıqları üçün təhlükəli olan ölkələrin sərhəddinə sürgün 

etməyəcək və ya geri qaytarmayacaqlar”. 34-cü maddə 

qaçqınların başqa bir dövlətin təəbəliyinə keçməsi və assimliyasi 

ilə bağlıdır. Konvensiyanın digər maddələrində qaçqınları 

məhkəməyə müraciət, təhsil, sosial təminat, mənzil və  hərəkət 

sərbəstliyi kimi hüquqları nəzərdən keçirilir.  

Qaçqınların statusuna dair 1967-ci il  

Protokolu 

1951-ci il Konvensiyasının qaydalarından 1951-ci il yanvarın 

1-dək baş verən hadisələr nəticəsində qaçqın düşən  şəxslər 

faydalana bilərdilər. Lakin sonradan məlum oldu ki, qaçqın 

axınları yalnız  İkinci Dünya müharibəsinin müvəqqəti nəticəsi 

deyildir. 

50-ci və 60-cı illərin sonlarında, xüsusilə  də Afrikada yeni 

qaçqın qrupları meydana çıxdı. Bu qaçqınların beynəlxalq 

müdafiəyə ehtiyacı vardı, amma 1951-ci il Konvensiyası konkret 

zaman çərçivəsində  məhdudlaşdığı üçün onları belə bir müdafiə 

ilə təmin etmək mümkün deyildi. 

1967-ci il Protokolu Konvensiyanın müddəalarını “yeni 

qaçqınlara” da şamil etdi, yəni Konvensiyada müəyyən edilən 

statusa düşən  şəxslər 1951-ci il yanvarın 1-dən sonra baş verən 

hadisələr nəticəsində də qaçqın elan edildilər. 

  



 

12

1992-ci il aprelin 1-dən 111 dövlət ya 1951-ci il 



Konvensiysının, yada 1967-ci il Protokolunun iştirakçısı idi. 

 

DİGƏR BEYNƏLXALQ VASİTƏLƏR 

 

Qaçqınlarla bağlı müddəalar digər beynəlxalq konvensiyalarda 



və bəyannamələrdə də mövcuddur. Onlardan bəziləri bunlardır: 

- Müharibə dövründə mülki əhalinin qorunması haqqında 

1949-cu il Dördüncü Cenevrə Konvensiyası; məqsədi mülki əhali 

arasında təhlükə qurbanlarını qorumaq olan bu Konvensiyanın 44-

cü maddəsi qaçqınlara və köçkünlərə aiddir. 

1977-ci ilin əlavə Protokolunun 73-cü maddəsində  nəzərdə 

tutulur ki, qaçqınlar və apatridiər Dördüncü Cenevrə 

Konvensiyasının I və III hissələrinə uyğun olaraq təqdim edilən 

müdafiədən istifadə edirlər. 

- Apatridlərin statusu haqqında 1954-cü il Konvensiyası; 

“apatrid”termini hər hansı bir dövlətin, öz qanunlarına görə, 

vətəndaşı kim nəzərdən keçirilməyən şəxslər üçün nəzərdə tutulur. 

Daha sonra bu Konvensiyada apatridlərin statusu ilə bağlı 

normativ müddəalar şərh edilir. 

- Vətəndaşsızlığın azaldılması haqqında 1961-ci il 

Konvensiyası: bu konvensiyanın iştirakçısı olan dövlət öz 

ərazisində doğulan və başqa cür heç bir vətəndaşlığı ola 

bilməyəcək şəxslərə öz vətəndaşlığını verməyə razı olur. İştirakçı 

dövlət, həmçinin bəzi  şərtlərə riayət olunduğu təqdirdə  və 

vətəndaşlıqdan məhrumluq həmin  şəxsin apartridə çevrilməsi ilə 

nəticələnəcəyi hallarda onu vətəndaşlıqdan məhrum etməməyə 

razı olur. Konvensiyada nəzərdə tutulur ki, hər hansı bir şəxs və 

ya  şəxslər qrupu irqi, etnik, dini və siyasi əsaslara görə 

vətəndaşlıqdan 

  

 



Yüklə 180,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə