Microsoft Word insan huquqlar? v? qacq?nlar doc



Yüklə 180,6 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix06.05.2018
ölçüsü180,6 Kb.
#42830
1   2   3   4   5   6   7

 

18

miş Millətlər Təşkilatının insan hüquqları sahəsindəki proqramları 



dövlətin  ərazisi daxilində ayrı-ayrı  şəxslərin hüquqlarının 

qorunmasına yönəldilmişdir. Qaçqınların məsələləri ilə  məşğul 

olan təşkilat isə  mənsub olduqları ölkəni tərk edən  şəxslərin öz 

ölkələrini tərk etdikdən dərhal sonra minimum hüquqlarının bərpa 

edilməsi üçün yaradılmışdır.  İnsan hüquqları problemi ilə 

qaçqınlar problemi arasındakı prinsipial əlaqə bir neçə  məsələ 

doğurur: 

Hər şeydən əvvəl qaçqın kimlərə deyilir və beynəlxalq hüquqa 

uyğun olaraq onun hüquqları hansılardır? 1951-ci II 

Konvensiyasına və 1967-ci il Protokoluna uyğun olaraq qaçqın 

kateqoriyasına aid edilməyən və  sığınacaq axtaran şəxslərin 

hüquqları  nələrdən ibarətdir? Qaçqınları iqtisadi miqrantlardan 

necə  fərqləndirmək olar? Beynəlxalq birlik, özlərinin təsdiq 

etdiklərinə görə  mənşəcə  mənsub olduqları ölkələrdə müdafiə 

olunmayan şəxsləri müdafiə hüququndan məhrum edə bilərmi? 

Bundan əlavə, insan hüquqlarının pozulması ilə qaçqın axınları 

arasında məhz hansı  əlaqə mövcuddur? İnsan hüquqlarının 

pozulması halları yaşayaş yerlərini kütləvi surətdə  tərk etmələrə 

nə  dərəcədə  səbəb olmuşdur? Qəbul edildikləri ölkələrdə 

sığınacaq aldıqları dövrdə qaçqınların hüquqları necə pozula 

bilər? 

Nəhayət, vətənə geriyə qaytarılma-repatriasiya ilə insan 



hüquqları arasında hası qarşılıqlı  əlaqə mövcuddur. Qaçqınların 

mənsub olduqları ölkələr öz vətəndaşlarının mülki, siyasi, iqtisadi, 

sosial və  mədəni hüquqlarına riayət olunmasını  təmin edə 

bilmədiyi və təmin etmək istəmədiyi halda repatriasiya həqiqətən 

necə könüllü ola bilər? 

  



 

19

QAÇQINLARIN HÜQUQLARI 

 

Müasir beynəlxalq müdafiə konsepsiyası  tədricən təkamül 



prosesindən keçmişdir və hal-hazırda bir sıra təsisati və hüquqi 

mexanizmləri nəzərdə tutur. Qaçqınların müdafiə olunması  və 

onların problemlərinin həlli üçün uzunmüddətli variantların 

axtarılması - Qaçqınların  İşi üzrə Ali Komissarın  İdarəsinin iki 

əsas funksiyası bunlardan ibarətdir. 

Beynəlxalq müdafiənin təmin edilməsi funksiyasına praktik 

planda məcburi geri qaytarmalara yoi verilməməsi, sığınacaq 

axtaran  şəxslərin sorğularının nəzərdən keçirilməsinə köməklik 

göstərilməsi, hüquqi məsləhətlər verilməsi və hüquqi köməklik 

göstərilməsi, qaçqınların fiziki təhlükəsizliklərinin təmin 

edilməsinə dair tədbirlər görülməsinə yardım göstərilməsi, 

könüllü repatriasiya  yardım və buna müvafiq köməklik 

göstərilməsi, habelə qaçqınların köçürülməsinə yardım 

göstərilməsi daxildir 

(QİAKİ Nizamnaməsinin 8-ci maddəsi). 

Beləliklə, beynəlxalq müdafiə funksiyaları hüquqi əsasa 

malikdir və Ali Komissar onu təmin etməyə borcludur. 

Müdafiədən istifadə hüququ ayrıca hüquq kimi xüsusi qeyd 

edilməsə də, 1951-ci il Konvensiyasında onun əsasını təşkil edən 

müddəalarda, xüsusilə  də  məcburi geri qaytarmaların qadağan 

edilməsi prinsipində nəzərdə tutulur. 

Bundan əlavə, hamılıqla qəbul olunmuş insan hüquqlarının bir 

çoxu birbaşa qaçqınlara da aiddir. Bunlara yaşamaq hüququ, 

işgəncələrdən və pis rəftardan qorunma hüququ, vətəndaşlıq 

hüququ, sərbəst hərəkət hüququ, öz ölkəsi də daxil olmaqla 

istənilən ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququ və 

məcburən geri qaytarılma- 

  

 



  


 

20

ğa məruz qalmamaq hüququ daxildir. 



Bu hüquqlar həm vətəndaşlığı olan, həm də  vətəndaşlığı 

olmayan bütün insanlara şamil edilən digər mülki, siyasi, sosial və 

mədəni hüquqlarla yanaşı 

İnsan Hüquqları Ümumi 

Bəyannaməsində, Mülki və siyasi Hüquqlar Haqqında Beynəlxalq 

Paktda və  İqtisadi, Sosial və  Mədəni Hüquqlar haqqında 

Beynəlxalq Paktda təsbit edilmişdir. Bu sənədlərin hamısı bir 

yerdə İnsan Hüquqları haqqında Beynəlxalq Billi təşkil edir. 

a) “Heç 

kim 


əsassız həbs edilməyə, tutulub saxlanılmaya və 

sürgün edilməyə məruz qalmamalıdır” (İnsan Hüquqları Haqqında 

Ümumi Bəyannamə, 9-cu maddə). 

b) “Hər bir insan təqiblərdən qurtulmaq üçün başqa ölkələrdə 

sığınacaq axtarmaq və bu sığınacaqdan istifadə etmək hüququna 

malikdir” (İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə, 14-cü 

maddə). 

c) “Hər bir insan vətəndaşlıq hüququna malikdir” (İnsan 

Hüquqları Haqqında Ümumi Bəyannamə, 15-ci mad-də). 

d) “Hər bir insan sərbəst hərəkət etmək və  hər bir ölkə 

daxilində özünə yaşayış yeri seçmək hüququna malikdir. Hər bir 

insan öz ölkəsi də daxil olmaqla istənilən ölkəni tərk etmək və öz 

ölkəsinə qayıtmaq hüququna malikdir” (İnsan Hüquqları haqqında 

Ümumi Bəyannamə, 13-cü maddə; Mülki və Siyasi Hüquqlar 

haqqında Beynəlxalq Pakt, 12-ci maddə). 

 

MƏCBURƏN GERİ QAYTARMALARIN 

QADAĞAN OLUNMASI 

 

Qaçqınların heç də bütün mühüm hüquqları  İnsan Hüquqları 



haqqında Beynəlxalq Billdə konkret şəkildə xatırlanmır. 

Beynəlxalq müdafiənin mərkəzi elementi istəni- 

  



 

21

lən adamın həyatı  və ya azadlığını  təhlükə altında qoya biləcək 



situasiyalarda onun məcburi geri qaytarılmaya və sürgün edilməyə 

məruz qalmamaq hüququdur. Bu, məcburi geri qaytarılmanın 

qadağan olunması prinsipi 1951-ci Konvensiyanın 33-cü 

maddəsində təsbit edilmişdir. 

Həmin prinsip Birləşmiş Millətlər Təşkilatının  İşgəncələrə  və 

digər ağır, qeyri-insani və ya insan ləyaqətini alçaldan 

davranışlara və  cəzalara qarşı Konvensiyasının 3-cü maddəsində 

daha da inkişaf etdirilmişdir. Həmin maddədə nəzərdə tutulur ki, 

“heç bir iştirakçı dövlət hər hansı bir şəxsə qarşı orada işgəncə 

tətbiq ediləcəyinə ciddi və  əsaslı ehtimalların mövcud olduğu 

təqdirdə onu digər bir dövlətə sürgün etməməli, qaytarmamalı 

(refouler) və yaxud təhvil verməməlidir”. (1-ci bənd). Bundan 

əlavə, “belə əsaslı ehtimalların mövcudluğunu müəyyənləşdirmək 

üçün səlahiyyətli hakimiyyət orqanları bu işə aid olan bütün 

vəziyyətləri, o cümlədən müvafiq hallarda həmin dövlətdə insan 

hüquqlarının müntəzəm olaraq kobud, yolverilməz və kütləvi 

şəkildə pozulmasını mövcudluğu ilə bağlı  vəziyyətləri diqqətə 

alırlar” (2-ci bənd). 

 

QAÇQINMI, YOXSA İQTİSADİ MİQRANTMI? 

 

Bəzi ölkələr iddia edirlər ki, sığınacaq axtaran şəxslərin 



əksəriyyəti faktiki olaraq qaçqın deyil, iqtisadi miqrantdırlar. Hal-

hazırda sığınacaq axtaranların yalnız təqribən 15-20%-i bu 

ölkələrdə qaçqın statusu ala bilmişlər. 

İndiki qaçqın axınları  İkinci dünya müharibəsindən sonrakı 

dövrdə olan qaçqın axınlarından fərqlidir. Ölkədən çıxma 

hallarının səbəbləri indi çox mürəkkəbdir və yalnız bilavasitə 

təqiblər ucbatından baş vermir. İnsanlar indi öz ölkələrini 

vətəndaş müharibələri, insan hüquqları- 

  

 



Yüklə 180,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə