Microsoft Word insan huquqlar? v? qacq?nlar doc



Yüklə 180,6 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix06.05.2018
ölçüsü180,6 Kb.
#42830
1   2   3   4   5   6   7

 

22

nın kütləvi surətdə pozulması halları, xarici təcavüz və ya işğal



yoxsulluq, aclıq, xəstəlik və ekoloji qəzalar ucbatından tərk 

edirlər. Əgər BMT-nin müəyyən etdiyi qaçqın məfhumundan çıxış 

etsək, onların çoxu qaçqın kateqoriyasına düşmürlər. 

Bu kateqoriyaya düşmək üçün şəxs “siyasi” qaçqın olmalıdır. 

Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasında 

“təqiblərin qurbanı olmaq təhlükəsi”ndən danışılır, amma onda bu 

termin dəqiq müəyyənləşdirilmir. Konvensiyanın 33-cü 

madəsində “dini, irqi, vətəndaşlıq  əlamətləri, müəyyən sosial 

qrupa mənsubluğu və siyasi əqidəsi ucbatından” həyatları  və 

azadlıqları  təhdid edilən  şəxslərdən danışılır. Bu məzmun 

müharibədən sonrakı illərdə beynəlxalq aləmdə yaranmış  şərait 

kontekstində tərtib edilmişdir və o, bu gün qaçqınların düşdükləri 

bir çox situasiyaları nəzərə almır. 

Nəticədə  bəzi ölkələr, xüsusilə  də Afrika və Latın Amerikası 

ölkələri “qaçqın” terminini məzmunca genişləndirdilər. Lakin 

digər ölkələrin bir çoxunda sığınacaq verilməsi barədə  ərizələrin 

əksəriyyətinə  həmin terminin 1951-ci ildəki məzmununun ciddi 

izahı əsasında rədd cavabı verilir. 

İnsan hüquqları baxımından belə bir situasiya böyük 

narahatçılıq doğurur. Qaçqınlarla iqtisadi miqrantlar arasında heç 

də həmişə kifayət qədər dəqiq fərq qoymaq mümkün olmur. Belə 

iddia etmək olar ki, əgər insan həyatı və azadlığı üçün təhlükədən 

söhbət gedirsə, onda aclıqdan ölmək təhlükəsi qarşısında qalan 

insanın vəziyyəti, siyasi əqidəsinə görə  əsassız edam olunmaq 

təhlükəsi qarşısında qalan digər insanın vəziyyətindən o qədər də 

fərqlənmir. 

  



 

23

Hətta bu mülahizələri nəzərə almasaq belə fakt faktlığında 



qalır: hər hansı bir şəxs qaçqın və ya iqtisadi miqrant olmasından, 

vətəndaşlığa malik olub-olmamasından asılı olmayaraq öz 

ölkəsini təqiblər, silahlı münaqişələr, həyatının təhlükə altında 

olması  və ya son dərəcə yoxsulluq ucbatından tərk edirsə o

minimum zəruri insan hüquqlarına malikdir və onunla rəftarda 

minimum zəruri normalara riayət olunmasına hüququ vardır. 



 

İNSAN HÜQUQLARININ POZULMASI VƏ 

QAÇQINLAR 

 

İNSAN HÜQUQLARININ POZULMASI YAŞAYIŞ 

YERLƏRİNİ KÜTLƏVİ TƏRK ETMƏLƏRİN SƏBƏBİ KİMİ 

 

1980-cı ildən başlayaraq Birləşmiş MiIlətlərTəşkilatının Baş 



Assambleyası  və  İnsan Hüquqları Komissiyası öz diqqətlərini 

yaşayış yerlərini kütləvi tərk etmələrin qabaqcadan önlənməsi 

yollarına yönəltmişlər. Komissiya insan hüquqları və kütləvi tərk 

etmələr barədə  məsələləri hər il öz gündəliyinə daxil edir. O, 

çıxardığı bir sıra qətnamələrdə insan hüquqlarının pozulması ilə 

qaçqın axınları arasında  əlaqə olduğunu qeyd etmişdir. Son illər 

Komissiya, həmçinin ölkə daxilində köçkünlərin ağır 

vəziyyətlərini müzakirə etmişdir. 

Bu iki orqan müxtəlif qətnamələrində Baş Katibə “yeni qaçqın 

axınlarının qarşısını almaq məqsədilə beynəlxalq  əməkdaşlıq 

haqqında məruzə hazırlamağı xahiş etmiş, insan hüquqları  və 

kütləvi tərketmələrlə bağlı  məsələlərin öyrənilməsi üzrə xüsusi 

məruzəçi təyin etmiş  və yeni qaçqın axınlarının qabaqcadan 

önləmək məqsədilə beynəlxalq  əməkdaşlıq üzrə 17 hökumət 

ekspertindən ibarət qrup yaratmışdır. 

  



 

24

Xüsusi məruzəçi öz təhqiqatını İnsan Hüquqları Komissiyasına 



1982-ci ildə onun otuz səkkizinci sessiyasında təqdim etmişdir. 

Həmin məruzəyə  əsasən yaşayış yerlərini kütləvi tərketmələr 

təkcə insanı  məhdudiyyətlərə  və yoxsulluğa gətirib çıxarmır, 

həmçinin getdikcə daha çox ağırlaşan bir yük kimi beynəlxalq 

birliyin üzərinə düşür. Qaçqınlar probleminin dəyişməkdə olan 

xarakterinə baxmayaraq, onun könüllü rapatriasiya, üçüncü 

ölkələrə köçürülmə  və yerləşdirilmədən ibarət olan ənənəvi üç 

həlli variantı öz əhəmiyyətini saxlamaqdadır, lakin onlara digər 

yanaşma üsulları da əlavə edilməlidir. 

Xüsusi məruzəçi yaşayış yerlərini kütləvi tərk etmələrə  səbəb 

olan amillərin çoxcəhətli və kompleks xarakter daşıdığını 

vurğulamışdır. O, insan hüquqlarının pozulmasını kütləvi tərk 

etmələrin ən başlıca səbəblərindən biri adlandırmışdır: 

“Tamamilə aydındır ki, əgər insan hüquqlarından imtinaya və 

ya bu hüquqların pozulmasına qarşı  təsirli  əks tədbirlər 

tapılmazsa, 

əgər dünya ehtiyatlarının daha ədalətli 

bölüşdürülməsinə, daha böyük təmkinə  və  təhəmmülə nail 

olunmazsa, irqindən, dinindən, hər hansı sosial qrupa və ya siyasi 

partiyaya mənsubluğundan asılı olmayaraq hər kəsə  cəmiyyətin 

bir hissəsi olmaq və ya iş, öz dolanışığını təmin etmək üçün şərait 

axtarmaq və düşmənçilikdən azad olmaqla mütəşəkkil qaydada 

cəmiyyətə daxil olmaq hüquq verilməzsə, dünya kütləvi tərk 

etmələr problemi üz-üzə qalmaqda davam edəcəkdir.  Əgər bu 

problemə diqqət yetirilməzsə, o, getdikcə dünyada sülhü və 

sabitliyi daha güclü şəkildə təhdid edəcəkdir”. 

Hökumət ekspertləri  Qrupunun son məruzəsində, 

  



 

25

həmçinin kütləvi tərk etmələrin siyasi, iqtisadi, sosial və  təbii 



səbəblərinin xarakterinin mürəkkəb və çox vaxt qarşılıqlı  əlaqəli 

olduğu qeyd edilir. Qrup öz tövsiyyələrində Baş Assambleyaya 

iştirakçı dövlətləri Nizamnamədə qeyd edilən prinsiplərə riayət 

olunmasını təmin etməklə, xüsusilə də, güc işlətmək təhdidindən 

və ya onun tətbiqindən qaçınmaqla, mübahisələrin dinc yolla 

nizamlanması vasitələrindən istifadə etməklə, insan hüquqlarına 

riayət olunmasına kömək etməklə  və kütləvi qaçqın axınlarının 

meydana gəlməsinə  səbəb ola bilən  şəraitlərlə yol verməməklə 

gələcək qaçqın axınlarının qarşısını almaq və qaçqınlarla rəftarı 

nizamlayan beynəlxalq hüquq normalarına riayət etmək məqsədilə 

bir-biri ilə əməkdaşlıq etməklə yeni qaçqın axınlarını qabaqcadan 

önləməyə çağırsın. 

Xüsusi məruzəçinin tövsiyyələrinə uyğun olaraq, Baş Katib 

Təhqiqatlar və  İnformasiya Yığımı  İdarəsini (TİYİ) təsis etdi və 

həmin idarə 1987-ci ildən 1991-ci ilədək fəaliyyət göstərdi. İdarə 

yeni və kütləvi qaçqın axınlarının vaxtında qarşısını almaq 

məqsədilə ilkin xəbərdarlığın təmin edilməsi, mümkün qaçqın və 

köçkün axınlarının, habelə bunlara bənzər digər fövqəladə 

situasiyaların meydana gəlməsinə aidiyyatı olan amillərin 

müşahidə edilməsi, həmçinin onlara müvaviq reaksiya 

göstərilməsi üçün mümkün tədbirlər planının hazırlanması 

sahəsində fəaliyyətləri əlaqələndirirdi. Hazırda həmin funksiyalar 

Birləşmiş Millətlər Təşkilatının siyasi məsələlər üzrə 

Departamenti tərəfindən həyata keçirilir. 

Belə  fəaliyyət kütləvi qaçqın axınlarının önlənməsi ilə bağlı 

beynəlxalq birlik tərəfindən nəzərdən keçirilən yeni və  hər  şeyi 

əhatə edən yanaşma üsularının mühüm tərkib 

  

 



  


Yüklə 180,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə