Microsoft Word Insan huquqlari I kitab doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə10/36
tarix20.09.2017
ölçüsü2,82 Kb.
#875
1   ...   6   7   8   9   10   11   12   13   ...   36

29 
 
seçkiliyin ləğv edilməsi üçün bütün müvafiq tədbirləri görür, o 
cümlədən kişilərlə qadınların bərabərliyi əsasında bunları təmin 
edirlər: a) nikaha daxil olmaqda eyni hüquqlar; b) azad surətdə 
ə
r  seçməkdə  və  nikaha  yalnız  özünün  azad  və  tam  razılığı  ilə 
daxil olmaqda eyni hüquqlar və s.
37
    
 
Hüquq  münasibət  və  əlaqələrin  insan  qabiliyyəti  (əvvəlcə 
qeyd  olunduğu  kimi)    ilə  vəhdətini  yaradan  bir  vasitədir. 
(Qeyd:  qabiliyyətlər  insanın  elə psixoloji  xüsusiyyətləridir ki, 
onlardan  asılı  olaraq  bilik,  bacarıq  və  vərdişlərə  yiyələnmək 
işində  müvəffəqqiyyət  əldə  olunur.  Ancaq  qabiliyyətin  özü 
bilik,  bacarıq  və  vərdişlərin  mövcudluğundan  ibarət 
deyildir).
38
  Bu  baxımdan  da  uşaqların  ayrıca  hüquqları 
meydana  gəlir  və  valideynlərin  uşaqlarına  baxmaq  üçün 
öhdəlikləri  yaranır.  Zəif  tərəflərin  hüquqlarını  təmin  etmək 
üçün  himayəçilər  müəyyən  olunur.    Məsələn,  Qadınlar 
barəsində  ayrı-seçkiliyin  bütün  formalarının  ləğv  edilməsi 
Haqqında Konvensiyaya əsasən (maddə-16, bənd 2),  uşaqların 
nişanlanması  və  nikahı  qəbul  edilmir  və  tanınmır,  heç  bir 
hüquqi  qüvvəsini  almır.
39
  Hüquq  tərkib  baxımından  eynidir, 
yəni,    hüququn  bütün  hallarda  və  təsiredici  məsələdə  tərkibi 
olduğu  kimi  qalır.  Məsələn,  hüquq  insanların  bütün  yaş 
dövrlərində 
onların 
qabiliyyətlərinə 
bağlıdır 
və 
                                                 
37
 Qadınlar barəsində ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi 
Haqqında Konvensiya.  BMT Baş Assambleyasının 34/180 saylı 18 
dekabr, 1979-cu il tarixli qətnaməsi ilə qəbul  edilmişdir. 3 sentyabr 
1981-ci il tarixində qüvvəyə minmişdir. Azərbaycan Respublikası Milli 
Məclisinin 1995-ci il 30 iyun tarixli, 1074 nömrəli qərarı ilə ratifikasiya 
edilmişdir. AMEA-nın İnsan Hüquqları İnstitutu. Din və etiqad 
azadlığı beynəlxalq, regional və milli hüquqi sənədlərdə. Bakı, “Elm və 
Təhsil” nəşriyyatı-2013,səh.66.
 
38
 Ümumi psixologiya. Pedaqoji institutların tələbələri üçün dərslik. 
Prof. A.V. Petrovskinin redaktorluğu ilə. Əlavələr edilmiş və yenidən 
işlənilmiş 2-ci nəşrindən (M., 1977) tərcümə. “Maarif” nəşriyyatı, 1982. 
səh. 459.  
 
39
 . Yenə orada. səh.67. 


30 
 
qabiliyyətlərinin  artması  ilə  hüquq  da  genişlənir.  Lakin  bölgü 
etibarilə  müxtəlifdir.  Bölgüdə  hüquq  sahələri  çoxala  bilir. 
Məsələn,  ali  təhsilli  şəxsin  fəaliyyət  dairəsi  daha  genişdir  və 
bu, əlavə hüquqları ali təhsilli insanlara  qazandırır.
    
Hüquq  tənzimedicidir,  hərəkətlərin  əsaslarını  və 
istiqamətlərini  formalaşdırıcı  ünsürdür.
 
  Belə  ki,  hər  bir 
şə
xs və  yaxud da digər tərəf öz hüquqlarına görə hərəkət edir. 
Hüquq hər hansı bir məsələdə maraq nümayiş etdirən tərəflərin 
vahid  hərəkətlərinin  universal  qaydalarını  müəyyən  edir.  
Məsələn,  Mülki  və  Siyasi  hüquqlar  haqqında  Beynəlxalq 
Paktda  qeyd  olunur  ki,  (maddə-1)  bütün  xalqlar  öz 
müqəddəratını  təyinetmə  hüququna  malikdirlər.  Bu  hüquq 
sayəsində  onlar  öz  siyasi  statuslarını  sərbəst  müəyyən  edir  və 
öz  iqtisadi,  sosial  və  mədəni  inkişaflarını  sərbəst  təmin 
edirlər.
40
  
 
Hüquq  insanların  cəmiyyətdə  olan  statuslarını  müəyyən 
edir.  İnsanlar  arasında  əqli  və  fiziki  fərqlər  onların  hüquq 
fərqlərini  də  ortaya  çıxarır.  İnsan  yaşa  dolduqca  və  müəyyən 
peşə  və  sənətlərə  yiyələndikcə,  əlavə  hüquqlara  da  yiyələnir. 
Buradan  da  hüququn  yaş  və  qabiliyyətlər  üzrə,  eləcə  də 
fəaliyyət sahələrinə aid  təsnifatı meydana gəmiş olur. Bununla 
bərabər, 
hüquq 
fəaliyyət 
sərhədlərini 
müəyyənləşdirir. 
Məsələn, 
cəmiyyətdə 
məişət 
münasibətlərində 
və 
iş 
yerlərindəki  münasibət  və  əlaqələrdə  hüquq  sərhədlər 
müəyyənedici  (hər  kəsin  öz  səlahiyyət  məkanı,  səlahiyyət 
dairəsi)  kriteriyalar kimi  mühüm əhəmiyyət kəsb edir.  Hüquq 
                                                 
40
 Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Pakt. BMT Baş 
Assambleyasının 16 dekabr 1966-cı il tarixli 2200 A (XXI) saylı 
qətnaməsi ilə qəbul edilmidir. 23 mart 1976-cı ildə qüvvəyə minmişdir. 
Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 21 iyul tarixli, 227 
nömrəli qərarına əsasən ratifikasiya edilmişdir. I Hissə. Maddə-1. 
AMEA-nın İnsan Hüquqları İnstitutu. Din və etiqad azadlığı 
beynəlxalq, regional və milli hüquqi sənədlərdə. Bakı, “Elm və Təhsil” 
nəşriyyatı-2013,səh.16.
 


31 
 
məxsusluq 
prinsipini 
də 
yaradır. 
Hüquq 
obyektlərə 
münasibətdə  və  əlaqədə  məxsusluq  prinsipini  meydana 
gətirmiş  olur.      Hüquq,    bu  baxımdan,    insanlar  arasındakı 
münasibətlərdə  onları  qoruyan  və  onların  münasibət  və 
ə
laqələrini  tənzim  edən  əsas  vasitədir.  Hüquq  mücərrəd  bir 
nemətdir və hüququn mücərrədliyindən onun ali dəyrliliyi üzə 
çıxır.  Hüquq  həm  də  insanların  inkişafını  və  onların  müxtəlif 
sahələrdə  fəaliyyətinin  əsaslarını  təşkil  edir  və  insanlara 
müəyyən  hüquqlar  və  səlahiyyət  vermiş  olur.  İnsanların 
fəaliyyət  kəmiyyətləri  və  fəaliyyət  dərəcələri  də  onların 
hüquqları ilə müəyyən olunur.   
Hüquq  rəsmi  münasibət  vasitəsi  kimi  əhəmiyyət  kəsb 
edərək və  rəsmi münasibət ideologiyası olaraq, siyasi qurumla  
(burada  dövləti  nəzərdə  tutmaq  olar)  vətəndaş  arasında 
ə
laqələrin  əsaslarını  təşkil  edən  bir  məzmundur  və  formadır. 
Hüquq  münasibətlərin  mahiyyətini  və  məzmununu,  eləcə  də 
təmsil  olunmaq  məsələsində    yuxarı  və  aşağı  mərhələsini 
müəyyən edən bir krtiteriyadır.  
Hüquq-insanların  sosial-siyasi  tərəf  kimi  mövcudluqlarını 
ə
ks etdirən bir kriteriyadır. İnsanların sosial-iqtisadi tələbatları 
onların  hüquqları  ilə  təmin  olunur.  Bu  baxımdan  hesab  etmək 
olar  ki,    hüquq  zərurət  vasitəsidir.  Hüquq  resursları  insanlara 
doğru  sürükləyən  əsas  vasitədir.  İnsan  hüquqları  insanların 
ə
məyi  sayəsində  əldə  olunan  vəsaitlərin  mənimsənilməsinin  
ə
saslarını  təşkil  edir  və  insanlara  müəyyən  haqları  verir.  Bu 
mənada  hüquq  müsbət,  faydalı  və  səmərəlidir.  Hüquq  dövlət 
hakimiyyəti-vətəndaş  münasibətlərində  hər  iki  tərəfin  vəzifə, 
öhdəlik, məsuliyyətdən irəli gələn funksiyalarını müəyyən edən 
kriteriyadır.  Hüquq  normalar  çərçivəsində  siyasəti  müəyyən 
edəndir  və  siyasətin  əsas  qaydalarını  təşkil  edən  nəzəri 
istiqamətdir. 
Hüquq 
normativ 
və 
imperativ 
(burada 
səlahiyyətin  mücərrəd  tərəf  kimi  hüquqda  olması  nəzərdə 
tutulur.  Bu  da  ondan  irəli  gəlir  ki,  bütün  münasibətlərdə  və 
hallarda  ədalət  əsas  prinsip  kimi  götürülür.  Ədalət 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə