Microsoft Word Insan huquqlari I kitab doc


mücərrədlikdir.  Mücərrədlik  isə  fəlsəfədir.  Deməli,  əsas



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə11/36
tarix20.09.2017
ölçüsü2,82 Kb.
#875
1   ...   7   8   9   10   11   12   13   14   ...   36

32 
 
mücərrədlikdir.  Mücərrədlik  isə  fəlsəfədir.  Deməli,  əsas 
məzmun,  yəni  fəlsəfə  imperativdir)  bir  məfhumdur.  Hüquq 
tənzimedici, təminedici-mərkəzi bir məfhumdur. 
Hüquq  insanların  maddi-material  aləmə  olan  təsrilərinin 
dərəcələrini, əlamətlərini, hədlərini və ölçülərini müəyyən edən 
ə
sas normadır.  
Hüquq həm də sosial vasitədir. Belə ki, cəmiyyətin bütün 
təbəqələri  ayrı-ayrılıqda  sosial  hüquqlara  malikdirlər.  Sosial 
münasibətlərdə  hüquq  həm  universaldır,  həm  də  fərdidir. 
Məsələn,      insanların  sosial  hüququ  ümumi  anlayışdır. 
Şə
xsin (fərdin) sosial hüquq isə fərdi və məxsusi anlayışdır.  
Hüquq bütün sahələrdə insanların statuslarını müəyyən edən və 
tətbiq  edilən  məfhumdur.  Bu  baxımda  da  insanların  bütün 
sahələr  üzrə  səlahiyyətləri  hüquqla  müəyyən  olunur.  Hüquq 
insanların  imkanlardan  istifadə  məsələsini  ortaya  çıxarır  və 
insanlar üçün imkanlarda istifadənin zaman amilini zəruri edir.   
İ
nsan  hüquqları  məfhumu  bölünən  məfhumdur.  Belə  ki, 
bunun tərkibində iqtisadi hüquqlar, siyasi hüquqlar, əsas hüquq 
və azadlıqlar, mülki hüquqlar və s. kimi bölgülər vardır. Hüquq 
özü  isə  bir  məfhum  kimi  tərkib  hissələrə  ayrılır.  Məsələn, 
hüququn  formalaşmasını  və  məzmun  kimi  ortaya  çıxmasını   
şə
rtləndirən  tərkib  ünsürlər  vardır  ki,  elə  hüquq  məfhumu 
həmin tərkib ünsürlərdən formalaşmışdır. Burada insanlara xas 
olan  təbii  maraq,  hərəkət  səlahiyyəti,  ixtiyarı,  insanların 
vəzifələri,  insanların  məsuliyyət  və  öhdəlikləri,  əxlaq  və 
mənəvi aləm bütövlükdə hüququ yaradan ünsürlərdir, hüququn 
tərkibidirlər.  Hüququ  bölünməsi  onu  daşıyan  şəxslərin 
fəaliyyətləri və təbii varlıqları ilə əlaqəlidir. Belə ki, insanların 
fəaliyyəti  hərtərəflidir  və  insanların  təbiətinə  xas  olaraq 
genişdir. Bu baxımdan da hüquqların bögüsü amili təbii olaraq 
meydana  gəlir.  İnsanlar  arasında  cins  və  yaş  fərqləri  də 
hüququn  bölgüsünü  ortaya  çıxarır.  Qadın  və  kişi  hüquqları, 
uşaqların  və  böyüklərin  hüquqları  və  s.  kimi  bölgü  anlayışı 
meydana  gəlmiş  olur.  Eyni  zamanda  bölgü  sayəsində    hüquqi 


33 
 
səlahiyyətli  tərəflər  meydana  gəlmiş  olur.  Məsələn,  ailə 
başçılarının  tərəf  kimi  ailədə  olan  hüquq  və  səlahiyyətləri, 
alimlərin  cəmiyyətdə  olan  səlahiyyətləri,  hüquq  və  vəzifələri, 
anaların  hüquq  və  vəzifələri  kimi  bölgülər  məsələsi  ortaya 
çıxır.  Hüqüq  bütün  münasibətlərdə  və  əlaqələrdə  tərzə 
birləşmiş  olur  və  həmin    hərəkət  tərzinə  haqq  qazandırır.  
Hüquq  həm  də  iradənin  qəbul  olunması  və  tanınmasıdır,  
iradənin  ifadəsidir.  İnsanların  iradəsinə  uyğun  olaraq  həyata 
keçirilən hərəkətlərin rəsmi olaraq tanınmasıdır.  
Hüquq  bir  məfhum  kimi  daha  çox  öz  tərkibində  vəzifəni 
(məsələn,  bir  insan  kimi  varlığın  vəzifəsinin  nədən  ibarət 
olması),  səlahiyyəti  (vəzifədən  irəli  gələrək  əldə  olunmuş 
hüquqlar),  ixtiyarı  (burada  həm  də  icazə)    daşıyır.  Səlahiyyət 
isə həm bioloji amillərlə, həm də mənəvi amillərlə bağlı olur və 
daxildən gəlir. Səlahiyyət birbaşa  vəzifə ilə əlaqəlidir.  Hüquq 
səlahiyyətləri  (hüquqi  səlahiyyətlər)    daimi  və  müvəqqəti 
ə
saslara  malik  olur.  Belə  ki,  insanların  təbii  hüquqları  onların 
fəaliyyətlərinin  hər  yerindədir.  Lakin  elə  hüquqlar  vardır  ki, 
onlar insanlara yalnız müəyyən əmək və peşə fəaliyyəti zamanı 
verilir. Məsələn,  əsgər kimi, kişilərin (hərbi xidmətdə olanlar)  
səlahiyyətinin  öz  müddəti  vardır.    Müddət  bitdikdən  sonra 
hüquq  da  bitir.  Dövlət  rəhbərinin  fəaliyyəti  baxımından 
müəyyən müddət üçün hüquq və səlahiyyətləri vardır. Müddət 
bitdikdə  səlahiyyət  də  bitir.  Hesab  etmək  olar  ki,  hüquq 
subyektə münasibətdə zamana, imkan və gerçəkliklərə bağlıdır. 
Hüququ subyekt  (burada subyekt fərd və şəxs-fiziki və hüquqi 
şəxs) öz mövcudluğu və fəaliyyəti ilə təsdiq etdirmiş olur.  
Qəbul 
etmək 
lazımdır 
ki, 
hüquq 
hərəkətləri 
istiqamətləndirən  ixtiyar,  səlahiyyət  mənasında      dövlətdən 
qabaq  meydana  gəlmiş  bir  məfhumdur.  İnsanlar  dövlətlərini 
ona görə yaradıblar və inkişaf etdiriblər ki, onların hüquqlarını 
tanısınlar, inkişaf etdisrsinlər və qorusunlar.   Belə bir fikir var 
ki,  dövlətlərin  mövcud  olmalarından  qabaq  (dövlətsizlik 
zamanında)  hamının  hamıya  qarşı  müharibəsi  (lat.-Bellum 


34 
 
omnium contra omnes-hamının hamıya qarşı müharibəsi) baş 
veribdir. Hobbsa  görə, hamının hamıya qarşı müharibəsi bəşər 
cəmiyyətinin  dövlət  yaranmasına  qədərki  təbii  vəziyyəti 
olubdur.
41
  Qədim  Roma  şairi  Plavta  məxsus  olan  kəlam  -lat. 
  
Homo homini lupus est insan insanın qənimidir sözü- Hobbsa 
görə,    dövlətin  yaranmasına  qədər  insanlar  arasında  hökm 
sürən  münasibətlərin  mahiyyətini,  məğzini  ifadə  edir.
42
 
Dövlətlərdən də qabaq insanların hüquqları (burada insan kimi 
varlıqların  hərəkətlərini  şərtləndirən  məfhumların  məcmuəsi) 
təbii  olaraq    mövcud  olubdur.  İnsan  hüquqları  özündə 
insanların  vəzifələrini  və  səlahiyyətlərini  birləşdirən  və 
insanların  daxili  aləmlərindən  gələrək  (təbii  olaraq  meydana 
gələn  və  insanların  fizioloji  aləminə  aid  olaraq)    onların 
hərəkətlərini 
istiqamətləndirən 
bir 
amildir. 
Dövlətlərin 
yaranmasından  sonra  isə  insanların  hüquqları  onların 
yaratdıqları  dövlətlər  tərəfindən  tanınmağa  başladı.      Hüquq 
tənzimedici  amil  və  kriteriya  olaraq,  ilk  növbədə  dövlət 
hakimiyyəti  tərəfinin  səlahiyyəti  kimi  tanındı.  Hüquqdan 
hakim  tərəf  öz  səlahiyyətini  əks  tərəf  üzərində  reallaşdırmaq 
üçün istifadə etməyə  başladı. Sonra isə hüquqlar genişləndi və 
universal tətbiq predmetinə çevrildi.  
Belə  qəbul  etmək  lazımdır  ki,  hüquq  insanın  bütün 
hərəkətlərini  şərtləndirən  (təbii  olaraq  şərtləndirən)  bir 
kriteriyadır, məfhumdur, müəyyənedicidir. Eləcə də məfhumlar  
cəmidir.  Burada  məfhumlar  cəmi  varsa,  deməli,  hüqüq 
ümumiləşdirici  məfhumdur,  ondan  tərkib  komponentlər  və 
bölgülər  ayrıla  bilir.    Hüququn  davranışla  əlaqəsi  insanın 
ə
xalqının    məzmununu    yaradır.  Əxlaq  tərbiyədir.  Hüquq, 
psixoloji  dillə  ifadə  etsək,  bir  qədər  konformluğa  bağlıdır. 
(Konformluq-lat., 
conformis-uyğun, 
münasib-insanın 
öz 
                                                 
41
 Fəlsəfə ensiklopedik lüğət. Baş redaktor İsmayıl Vəliyev. 
“Azərbaycan Ensiklopediyası nəşriyyat poliqrafiya birliyi”. Bakı, 1997, 
səh. 514.
 
42
 Yenə orada. səh. 516. 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə