Microsoft Word Insan huquqlari I kitab doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə12/36
tarix20.09.2017
ölçüsü2,82 Kb.
#875
1   ...   8   9   10   11   12   13   14   15   ...   36

35 
 
davranışını  başqalarının  təsiri    ilə  dəyişməsinə  deyilir.    Bu 
dəyişmə  elə  olmalıdır  ki,  insanın    davranışı  (davranış  –canlı 
varlıqların  ətraf  mühitlə  qarşılıqlı  əlaqəsindən  ibarətdir.  Bu 
əlaqə  orqanizmin  daxili  (psixi)  və  xarici  (hərəkət  fəallığı 
vasitəsilə  ifadə  olunur)
43
      ətrafdakıların  tələblərinə  və 
fikirlərinə  uyğun  olsun.
44
  Hüququn  özü
 
konformluqla  yanaşı, 
rəsmiliyi və qətiliyi də müəyyən edən kriteriyadır.  
Hüquq  məfhumuna  elmdə  belə  bir  tərif  verilir:  -Hüquq-
dövlət  tərəfindən  rəsmi  qaydada  müəyyən  edilən  və  qorunan, 
dövlətin  iradəsini  ifadə  edən  davranış  qaydaları  sistemidir. 
Hüquq  ictimai  münasibətlərin  normativ  tənzimləyicisidir. 
Dövlət  hüququn  vasitəsilə  insanların  mümkün  və  zəruri  olan 
davranışlarının  eyni  ölçüsünü  müəyyən  edir.  Dövlət  xalqın 
iradəsini  qanunda  ifadə  etməklə  ona  bütün  cəmiyyət  üçün 
məcburi ifadə verir.
45
  
Digər  bir  mənbədə  isə  insan  hüquqları  anlayışına  belə 
yanaşma  edilir:  -İnsan  hüquqları  -insanların  dövlətə  olan 
münasibətlərdə  hüquqi  statuslarını  müəyyən  edən  və  onun 
imkanlarını  və  iqtisadi,  sosial,  siyasi  və  mədəni  sferada 
iddialarını xarakterizə edən anlayışdır.  İnsan hüquqları anlayışı 
burjua 
inqilabı 
dövründə 
meydana 
gəlmişdir. 
İ
nsan 
hüquqlarının  azad  və  səmərəli  qaydada  həyata  keçirilməsi 
hüquqi  dövlətin  və  vətəndaş  cəmiyyətinin  əlamətlərindən 
biridir.      İnsan  hüquqları  təbii  və  ayrılmaz  xarakterə  malikdir. 
İ
nsan hüquqları  mütləq və nisbi tərkiblərə ayrılır.
46
 Burada onu 
qəbul  etmək  olar  ki,  əsas  insan  hüquq  və  azadlıqları  mütləq, 
                                                 
43
 M52. Məmmədov İ. İzahlı psixologiya lüğəti. Bakı, “Təhsil”, 2002, 76 
səh., s. 17.
 
44
  Yenə orada. s. 44. 
45
 Aqşin İsabala oğlu Quliyev. Hüquq ensiklopediyası. Bakı-Qanun-
2007. 1108 səh., səh. 467.     
 
46
 Б79. Большой юридический словарь/Под.ред. А.Я. Сухарева, 
В
.Д.Зорькина, В.Е. Крутских.-М.:ИНФРА-М, 1999.-VI, 790c.-
(Библиотека словарей «ИНФРА-М», səh. 514.
    


36 
 
digərləri  isə  müəyyən  qədər  məhdudlaşdırılmaqla,  nisbi  ola 
bilər. Hüququn məhdudlaşdırılması digər şəxslərin hüquqlarını 
qorumaq zərurətindən  irəli gəlir. Hüququn məhdudlaşdırılması 
baza  etibarilə  əlaqələr  və  münasibətlər  sistemində  tarazlı 
formanın  və  məzmunun  qorunması  ilə  əlaqədar  olaraq 
meydana  gəlir.  Bu,  həm  də  cəmiyyətdə  və  məişət 
münasibətlərində  olan  sabitliyin  meydana  gəlməsi  üçün  şərt 
rolunu oynayır.   
Ə
sas  insan  hüquqlarının  təmin  olunması  üçün  dövlətlər 
ə
lavə pozitiv hüquqları normalar şəklində təsbit edirlər. Pozitiv 
hüquqlar  da  tədricən  təbii  hüquqların  tərkib  hissəsinə  çevrilir. 
Buradan  belə  bir  məntiqi  nəticə  ortaya  çıxır.  İnsan  təbiidir, 
hüquq  ona  məxsusdur,  deməli,    hüquq  təbiidir.  “Pozitiv 
hüquqlar”  anlayışının  bu  aspektdən    qəbul  edilməsi  şübhə 
doğurur.  Qeyd  etmək  lazımdır  ki,  əslində  bütün  hüquqlar 
təbiidir və mütləqdir. Yalnız o halda nisbiləşə bilər ki, insanlar 
başqlarının  hüquqlarını  məhdudlaşdıracaq  fəaliyyət  həyata 
keçirsinlər.  Hər  bir  insan  sərbəstdir,  azaddır.  Hüquq  insana 
aiddir, deməli,  hüquq azaddır.  
İ
nsan  nizamlı  məxluqdur.  Hüquq  insana  aiddir.  Deməli, 
hüquq  məzmun  etibarilə    nizamdır.  İnsanların  vəzifə  və 
səlahiyyətləri  normalarla  qorunur.  Hüquq  normadır.  Deməli, 
hüquq  vəzifə  və  səlahiyyətləri  qoruyandır.  İnsan  təbiidir. 
Fəaliyyət  insana  məxsusdur.  Deməli,  fəaliyyət  təbiidir. 
Fəaliyyəti    norma  tənzim  edir.    Norma  hüquqdur.  Deməli, 
hüquq təbiidir.  
İ
nsan  varlığının  əks  olunması  onun  iştirakının  mövcud 
olduğu    bütün  mümkün  sahələrdə  mövcuddur.  Hüquq  insana 
bağlıdır.  Deməli,    hüquq  hər  yanda  (insanların  olduqları 
məkanlarda)  mövcuddur.  İnsan  hüquqları  insanlar  üçün 
atributivdir,  yəni  onların  əlamətlərini  (burada  hərəkətlərinin 
ə
lamətləri)  müəyyən  edəndir.    Insan  hüquqları  insanların 
yaşadıqları  və  fəaliyyət  göstərdikləri  bütün  sahələrdə 
mövcuddur.  İnsanlar  öz  hüquqlarının  daşıyıcılarına  çevrilirlər 


37 
 
və  öz  hüquqlarını  bütün  yerlərdə  əks  etdirirlər.  İnsanların 
münasibət və əlaqələrində hüquq digər mənəvi amilləri özündə 
cəmləşdirən 
ümumiləşdirici 
mənəvi 
kriteriya 
olaraq 
məxsusluğu,  aidiyyatlığı    yaradandır.  Hüququn  genişlənməsi 
bacarıq və istedadla, eləcə də imkanlarla bağlıdır. Bu baxımdan 
hüquq 
inkişaf 
müəyyən 
edən 
kriteriyadır, 
inkişafı 
şə
rtləndirəndir.  
İ
nsan  hüquqları  onların  azad  və  sərbəst  fəaliyyətlərinin, 
təbii  azadlıqlarının  əsaslarını  təşkil  edir,  bu  kimi  əsasları 
müəyyən edən əlamət məfhumuna çevrilir.  İnsanların fəaliyyət 
göstərdikləri  sahələr  müxtəlifdir  və  bu  sahələr  insanların 
ehtiyacları üzərində formalaşan maraqların sahələrinə bağlıdır. 
Maraqların müxtəlifliyi də sahələr arasında şəbəkələri meydana 
gətirir. 
Dövlət hüququ insan hüquqlarını təmin və müdafiə etmək 
üçündür. (Qeyd: hüquq subyektə-fiziki və hüquqi, məxsusdur. 
Dövlət  subyektdir.  Deməli,  dövlətin  hüququ  var.  Dövlətin 
hüququndan  onun  vəzifə  və  səlahiyyətləri  formalaşmış  olur. 
Onu  da  qeyd  etmək  olar  ki,  vəzifələrin  özü  də  hüququ 
yaratmış  olur).   İnsan  hüququ (xəyali  iyerarxiyada yuxarıda 
olduğu  və  dərin  məzmuna  malik  olduğu  üçün)    fəlsəfənin 
obyektidir.  Dövlət  hüququ  da  ümumi  mənada  fəlsəfənin 
obyektidir.  Lakin  hər  ikisi  xüsusi  olduqlarından  və  tərkiblərə 
parçalandıqlarından,    həm  də  elmin  obyektləridir.  Fəlsəfə  və 
elm həm tərkibdə, həm də bütövdə əlaqəlidirlər, vəhdətdədirlər. 
Məlumdur ki, dövlət özü də insan hüquqlarının təmin olunması 
və  qorunması  məqsədilə  yaradılır.  Buradan  belə  bir  məntiqi 
hökmlər  və    nəticələr    ortaya  çıxır  ki,  hüquq  insanlara  aiddir. 
İ
nsanlar dövlətlərin tərkib ünsürləridir. Deməli, hüquq dövlətə 
aiddir.  İnsanlar  öz  hüquqlarını  yaratdıqları    tərəf  kimi 
dövlətlərə  vermiş  olurlar.      Dövlət  insanların  hüquqlarının 
müxtəlif  sahələrdə  tanınması  və  təsbit  olunması  üçün 
ə
həmiyyət  kəsb  edən  (təminedici)  bir  quruma  çevrilir.  (Qeyd:  
dövlət  strukturlardan  ibarətdir.    Strukturlar  ayrı-ayrı  sahələr 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə