Microsoft Word Insan huquqlari I kitab doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə13/36
tarix20.09.2017
ölçüsü2,82 Kb.
#875
1   ...   9   10   11   12   13   14   15   16   ...   36

38 
 
üzrə  fəaliyyət  mexanizmləridir.  Fəaliyyət  mexanizmləri 
subyektləri    hüquq  tərəfləridir.    Deməli,    dövlət    sadə  (hissə) 
hüquq  tərəflərinin  məcmuəsindən  ibarət  olan  mürəkkəb 
(burada  bütöv)  hüquqa  malikdir.    Hüquq  dövlətə  məxsusdur. 
İnsan  dövlət  ünsürüdür.  Deməli,  hüquq  insana  məxsusdur.  
Dövlət  insan  hüquqlarını  təmin  edən  tərəfdir.  Dövlət  icra 
strukturlarından  təşkil  olunur.  Deməli,  insan  hüquqlarının   
təmin  edilməsini  strukturlar  həyata  keçirir).          Dövlət 
insanların ayır-ayrı sahələrdə və müxətlif yaş dövrlərində təbii 
olaraq meydana gələn hüquqlarını qəbul edir və bu hüquqların 
möhkəmlənməsi  və  yerinə  yetirilməsi  üçün  müvafiq  siyasəti 
həyata  keçirir.  Dövlət  hüququnun  obyektlər  üzrə  universallığı 
da  buradan  meydana  gəlir.      Dövlətin  həyata  keçirdiyi  siyasət 
öz  forma  və  məzmununa  görə  müxtəlif  hissələrdən  təşkil 
olunur.  Dövlətin  həyata  keçirdiyi  siyasət  həm  sahələr 
baxımından  bölgü  xüsusiyyətlərinə  malikdir,  həm  də  tərkib 
etibarilə  müəyyən  olunandır.  Dövlət  siyasətinin  tərkibi  onun 
məzmununu, sahələr üzrə bölgüsü isə formasını yaradır. Hər 
bir forma məfhumu da məzmuna malikdir. Buradan da belə bir 
nəticə  hökmünü  bildirmək  olur  ki,  dövlət  siyasətinin 
mahiyyəti  formalarda  cəmləşmiş  məzmunlardan  ibarətdir. 
Forma  məzmunu  əldə  etmək  üçün  yaradılır.  Məzmun  da 
formaların 
yaranmasını 
şə
rtləndirir. 
Tərkib 
hissələrin 
cəmləşməsi  və  həmin    hissələrin  vahid  mərkəzdə  hərəkətləri 
təbii olaraq formanı əks etdirir. Bununla yanaşı, məzmu da öz-
özünə yaranır.   İnsan hüquqlarının təmin olunmasının əsasları  
dövlət  siyasətinin  məzmununda  öz  əksini  tapır.  Hüquq  baza 
etibarilə məzmun olduğundan dövlət də onu təmin etmək üçün  
öz  fəaliyyətinin  məzmununu  elə  məhz  hüququn  məzmununa 
bağlayır.  Buradan  da  belə  nəticələrə  gəlmək  olar  ki,  siyasətin 
məzmunu  elə  əslində  hüququn  məzmunundan  doğandır,  ona 
xidmət  edəndir.  Buradan  qəti  nəticə  hökmünə  gəlmək  olar  ki, 
dövlət insanların hüquqlarını təmin edən əsas qurumdur.  


39 
 
Hüquq  struktura  (sahələr  və  tərkib  etibarilə)    malikdir. 
Hüququn  strukturundan  irəli  gələrək  dövlətin  struktur 
mexanizmləri 
formalaşdırılır. 
Ə
gər 
mexanizm 
insan 
maraqlarına və insan hüquqlarına xidmət edəndirsə, onda,  belə 
qəbul  etmək  lazımdır  ki,    mexanizm  strukturları  elə  insan 
hüquqlarının  strukturlarını  (sahələrdə  olan  tərkib  nəzərdə 
tutulur)  təmin etmək üçündür.  
İ
nsan  hüquqları  alidir.  İnsan  dövlətin  tərkibindədir. 
Deməli,  dövlət  ali  bir  qurumdur.  İnsan  nizama  tabedir. 
Nizamı  qaydalar  və  onlara  ardıcıl  və  sistemli  əsaslarla  əməl 
etməni    yaradır.  Nizamlı  əməl  həm  əməlin  kəmiyyət  və 
keyfiyyətində,  həm  də  əməl  etmənin  ardıcıl  olaraq  eyni 
ölçülərlə  (təqribi  ölçülər)  yerinə  yetirilməsində  öz  xassəsini 
alır.  Sadə  qaydada  ifadə  etsək,  belə  qərara  gələ  bilərik  ki, 
ə
məlin  sistemliliyi  zamanın  sistemliliyini  (burada hərəkətlərin 
sistemliliyi təfəkkürdə elə zaman sistemliliyini meydana gətirir) 
üzərə  çıxarır.  Hərəkətin  ardıcılığı  elə  zaman  ardıcıllığından 
ortaya  çıxır.  Belə  hökmlərdən  (başlanğıc  və  nəticə  hökmləri)  
çıxış  etmək  olar.  Strukturlar  nizamı  yaradandır.  Dövlət 
strukturlardan  təşkil  olunur.  Deməli,  dövlət  nizamı  yaradan 
qurumdur.       
İ
nsanlar  öz  hüquqlarını  tanımaq,  qarşılıqlı  münasibətlərdə 
ə
laqələrdə  təsbit  etmək  üçün  hüquqlarından  istifadə  edirlər. 
İ
nsan  hüquqları  münasibətlərin  və  əlaqələrin  tərzini  və 
mahiyyətini əks etdirir. İnsan hüquqları özündə müsbət amilləri 
və  meyarları  daşıyan  bir  amilə  çevrilir.  İnsanların  ixtiyarları, 
səlahiyyətləri,  vəzifələri,  məsuliyyət  və  öhdəlikləri  bir  müsbət 
məzmundur.  Hüquq  ixtiyar,  vəzifə  və  səlahiyyətlərin,  öhdəlik 
və  məsuliyyətlərin  birləşməsindən  yaranan  vahid  tərkibdir. 
Deməli, hüquq müsbətdir, faydalıdır.  
Hüquq  həm  də  bioloji  və  fizioloji  (fiziki  və  əqli 
qabiliyyət) amillərlə əlaqəlidir. Bütün yaş dövrlərində insanlar 
eyni  hüquqlara  malik  ola  bilməzlər.  Hüquq  insanların 
yaşlarının  artmasına  (burada  böyüməsinə)  və  əqli  və  fiziki 


40 
 
qabiliyyətlərinin 
artmasına 
müvafiq 
olaraq 
genişlənmə 
ə
saslarına  malik  olur.  Hüquq  anlayışı  və  məfhumu  fəlsəfə  ilə 
sıx  bağlıdır.  Hüququ  dərk  etmədən  yaşamaq,  mənalı  ömür 
sürmək,  yaradıcı  və  qurucu  olmaq  mümkün  deyil.  Bu 
baxımdan  da  hesab  etmək  olar  ki,  hüquq  əqli  və  şüuru 
qabiliyyətin 
məhsuludur. 
İ
nsanları 
digər 
canlılardan 
fərqləndirən  əsas  krietriyadır.  Bu  kriteriyanı  da  elə  insanların 
özləri-özləri üçün təbiətin onlara bəxş etdiyi vergidən müəyyən 
edirlər.  Yəni,  insan  öz  daxilindən  gələn  müsbət  dəyərlərdən, 
onu istiqamətləndirən amillərdən çıxış edərək, öz-özünə ixtiyar 
və səlahiyyət verir ki, (insan yaratdığı dövlət qurumu vasitəsilə 
belə  səlahiyyət  əldə  edir)  bunu  da  hüquq  adlandırır.    Bu 
fikirdən  o  məntiqi  nəticə  ortaya  gəlir  ki,  insana  verilən  təbii 
hüquq  təsbit  edən,  tanıyan  əsas  tərəf  elə  dövlətin  özü  olur. 
Buradan  da  yemə  belə  bir  məntiqi  nəticəyə  gəlmək  olar  ki, 
dövlət insan hüquqlarını tanımaq üçün ali bir qurumdur.    
Cəmiyyətdə  keyfiyyətli  məxluq  kimi  rol  oynamaq 
hüquqları  dərk  etməkdən  çox  asılıdır.  Hüquq  müdafiəyə 
ehtiyacdır.  Bu,  həm  də  insanların  özlərinin  müdafiəsi 
deməkdir.    Hüquq  geniş  fəlsəfi  düşüncənin  obyektidir  və  bu 
baxımdan  insanların  bütün  hərəkətləri  (məzmunlu,  bu 
baxımdan  rəngarəng  və  mürəkkəb)    ilə  əlaqəlidir.  Müdafiə 
olmadan məqsədyönlü  hərəkət də ola bilməz, münasibətlər və 
ə
laqələr xaosa sürüklənər.  
Sosial  tələbat  və  maddi  ehtiyacların  ödənilməsinin  əqli  və 
ş
üuru əsasları da hüquqa fəlsəfi nöqteyi-nəzərdən yanaşmaqdan 
asılıdır.  Yəni,  hüquqları  geniş şəkildə  dərk  edərək, cəmiyyətin 
fəaliyyətinin  təmin  olunmasında    sosiumun    əhəmiyyətini 
anlamaq  olar.  Hüquq  insanları  məqsədyönlü  şəkildə 
istiqamətləndirən mənəvi nemətdir, həmçinin mənəvi norma və 
şə
rtləndirici əsasdır.  
Hüquq özü bir genişləndirici məfhumdur və qavranılmaq 
(mücərrəd  bir  məfhum  kimi  ümumi  və  tərkib  etibarilə-xüsusi 
hallarda  beyində  əlamətlər  toplusunda  obrazın  yaradılması)  


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə