Microsoft Word Insan huquqlari I kitab doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə15/36
tarix20.09.2017
ölçüsü2,82 Kb.
#875
1   ...   11   12   13   14   15   16   17   18   ...   36

44 
 
Həqiqətdən  və  ağlabatanlıqladan,  eyni  zamanda təcrübədən və 
biliklərdən  uzaq  olan  hökmdən  düzgün  nəticələr  çıxarmaq 
ş
übhə  doğura  bilər.    Hər  bir  nəticə  qəbul  olunmalı  və  faydalı 
hesab  olunmalıdır.      Dərketmənin  dialektik  məntiqi  əsasları 
baxımından  hesab  etmək  olar  ki,  hüquq  insanlar arasında  olan 
münasibətləri    müəyyən  edəndir.  Hüquq  göstəriciləri  şəxsi  və 
şə
xsiyyəti ( Azərb. dilinin izahlı lüğətində- şəxsiyyət-bir şəxsə 
xas  olub  onun  fərdiyyətini  müəyyən  edən  xüsusiyyətlərin 
məcmusu.  Öz  xarakteri,  əxlaqı,  cəmiyyətdə  mövqeyi  və  s. 
baxımından  insan,  şəxs,  sima)    müəyyən  edir,  hüquq 
insanların  hərəkətlərində  başlanğıc  və  şərtləndiriciliyi  və  nisbi 
sonluğu ehtiva edir.  Hüquq həm hərəkətləri genişləndirir, həm 
də  məhdudlaşdırır.  Bu  baxımdan  da  hüquq    hərəkətlərin 
sərhədlərini    müəyyənləşdirən  kriteriyadır.  Hərəkətlərin 
sərhədləri  hüquqla,  hüquq  isə  əxlaqla  sərhədlənir.  Hüquq 
məqsədlər  üçün,  maraqların  təmin  edilməsi  baxımından 
şə
rtləndirici kriteriyadır.  
İ
nsan  hüquqları  onların  fəaliyyət  göstərdikləri  bütün 
sahələrdə  insanları  inkişafa  aparan  amildir.  Hüquq  insanların 
inkişafını  şərtləndirən  təkandır.    “Hüqüq”    məzmun 
olduğundan  real  (tam  mahiyyəti  və  məzmunu  ilə)    və 
nominal  (burada  “hüquq”  adlanmasına  görə)    tərifə 
malikdir.  Hüquq  məzmun  etibarilə  mücərrəd  olduğuna  və 
hadisələrə  bağlı  olduğuna  görə  hissi  idrakın  daha  çox 
obyektidir.  Bununla  yanaşı,  həm  də  gözlə  göründüyündən 
məntiqi idrakın əsaslarını (burada məntiqi idrak üçün məlumat 
bazasıdır)  təşkil edir.    Onu da qəbul etmək olur ki, məntiq və 
fəlsəfədə  ümumi  dərketmə  metodları  universaldır  və  bütün 
məfhum və anlayışlara aid edilə  bilir. Yəni, hər bir məfhumun 
tərifi onun məzmununu təşkil edən komponentlərdən ibarətdir. 
Komponenetlərin  özlərinin  də  məzmunları  vardır.  Bu 
baxımdan  hesab  etmək  olar  ki,  məfhumlar  elə  müəyyən 
məzmunları olan digər məfhumların cəmindən təşkil olunur və 


45 
 
məzmun  əmələ  gətirir.  Məfhumların  başa  düşülməsinin    əsası 
qavramaq  və  dərk  etməkdən  ibarətdir.  Cisim  və  hadisələr  və 
hadisələr  zənciri  olan  proseslər  qavrayışın  predmetidir. 
Qavrayış isə müsbət psixi bir haldır. (Qeyd: mənfi hadisələrin 
də  olduğu  kimi  qavranılması  qavrayışın  özünün  bir  məfhum 
kimi    prinsip  etibarilə  mənfi  məzmununu  müəyyən  etmir. 
Mənfi  hadisələr  məhz  seçim  amili  olaraq  dərk  olunur  və 
insanlar ondan müsbət tərəfləri seçirlər. Buradan da belə bir 
məntiqi-dialektik nəticəyə gəlmək olur ki, mənfi (özündə həm 
də müsbət), eləcə də müsbət (özündə həm də mənfi) əlamətlər 
–cisim  və  hadisələrin  əlamətləri-  beyində  müsbət  və  mənfi 
reaksiyaları üzərə çıxarır. Burada müsbətliklər və mənfiliklər 
bir-birini  tamamlayır.  Bəzi  mənfi  vasitələrin  ardıcıl  olaraq 
istifadə  qaydaları  həmin  mənfi  vasitələri  müsbətliklərə 
çevirir).    Bu  psixi  proses  zamanı  əlamətlər  siqnallar  vasitəsilə 
beyinə  (mərkəzə)    ötürülür,  mərkəzdə    emal  olunur  və 
insanların  hərəkətləri  üçün  siqnalları  verir.  Burada  qavrayış 
(buna  bir  tam  məfhum  və  mərkəz    kimi  baxsaq)    qəbuledici, 
emaledici  və  ötürücü  prosesi  həyata  keçirir.  Qavrama  idrak 
prosesində  sonrakı  nəticələrə  gəlinmə  üçün  şəraiti  yaradır  və 
səbəbləri ortaya çıxarır. İnsanlara məxsus olan mənəvi dəyərlər 
kimi  hüquq  da  insanların  təbii  haqlı  vəziyyətlərini, 
hərəkətlərini  müəyyən  edən  və  şərtləndirən  hadisələr  olaraq 
müəyyən  əlamətlərə  (burada  daha  çox  hiss  olunan)  malikdir. 
İ
nsan  hissləri  və  hərəkətləri  onun  hüquqlarını  yaradır  və  eyni 
zamanda  hüquqlar  insanların  hərəkətləri  üçün  əsasların 
formalaşmasını zəruri edir.    Bu baxımdan da insan hüquqları 
(özündə  əxlaqı  da  əks  etdirməklə)  bir  məfhum  və  anlayış 
olmaqla,  fəlsəfənin və məntiqin əsaslarını (obyekt və predmet 
olaraq) təşkil edə bilir.  
Hüquq  insanların  gündəlik  vərdişlərinin  və  adətlərinin 
(adət-sosiologiyada-davranışın  elə  təsbit  edilmiş  növüdür  ki, 
qrupun  müəyyən  əxlaqi  onunla  bağlıdır  və  onun  pozulması 


46 
 
neqativ  sanksiyaları  doğurur)
50
  əsaslarında  da  dayanan 
məfhumlşar  cəmidir.  Belə  ki,  adətlər  və  vərdişlər  (vərdiş-
sosiologiyada-müəyyən  vəziyyətlərdə  qəbul  olunmuş,  qrupun 
neqativ 
(mənfi) 
 
reaksiyasını 
doğurmayan 
davranış 
üsuludur)
51
  də  insanların  maraqlarına,  ehtiyac və tələbatlarına 
bağlı  olduğundan,  onların  hüquqlarının  tərkib  hissələrinə 
çevrilmişdir.  Hüquq-hərəkətin  rəsmi  adıdır.  Lakin  haqq 
mənasında  bütün  hərəkətlərə  (xüsusilə,  hamının  normal  qəbul 
etdiyi  hərəkətlərə)  xasdır.    Hüquq  nizamlı  münasibətlər  və 
ə
laqələr  üçün  əsas  şərtdir.  Hüquq  “xələfliyə”  əsaslanmaqla, 
“sələfliyi”, eləcə də varisliyi meydana gətirəndir.  
Hüquq,    kriteriya  olaraq,  formal  və  dialektik  məntiqin 
obyekti kimi,  
-mənəviyyatı  qoruyub  saxlayandır,  bəşəriyyətə  xidmət 
edən nəzəri bir nemətdir, insanlığı müəyyən edən dəyərdir, 
dəyərlər  cəmini  əks  etdirəndir.  Ölkə  daxilində  vətəndaşların 
və  əcnəbilərin  hüquqları,  dövlət  hakimiyyətinin  hüquqları, 
beynəlxalq  münasibətləri  tənzim  edən  hüquq  normaları, 
dövlətə  məxsus  olan  hüquqlar  ölkələr  daxilində  və  beynəlxalq 
aləmdə  tarazlı  münasibətlərin  yaranmasının  əsaslarını  təşkil 
edirMəhz qarşılılqı razılaşdırılmış qaydalar və normalara əməl 
etməklə dünyada tarazlıq qoruna bilir və bəşəriyyətin məhvinin 
qarşısını almaq mümkün varianta çevrilir
-tərkib  və  bölgü    müəyyənedicidir.  Hüquq  vasitəsilə 
münasibətlərin  mücərrəd  tərkibi,  eləcə  də  insanların  ayrı-ayrı 
sahələrdə  və  yaş  dövrlərində  vəzifə  və  səlahiyyətlərini 
müəyyən  etmək  olur.  Hüququn  özü  də  burada  insan 
qabiliyyətindən, istedad və bacarığından yaranır; 
-maraq  və  məqsədləri  hərəkətlərə  bağlayandır  və 
motivləşdirəndir.  Hər  bir  hərəkətə    hüquq  haqq  verir. 
                                                 
50
 Q 82. Quliyev R.M. Sosiologiya: nəzəriyyə və tədqiqat metodologiyası 
(Monoqrafiya). Bakı, BSPİ, “Siyasət” nəşriyyatı, 1995, 424 səh.,  s. 93.
 
51
 Yenə orada. s. 93. 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə