Microsoft Word Insan huquqlari I kitab doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə16/36
tarix20.09.2017
ölçüsü2,82 Kb.
#875
1   ...   12   13   14   15   16   17   18   19   ...   36

47 
 
Hüququn  verdiyi  səlahiyyətlərdən  istifadə  edərək,  tərəflər 
maraq və məqsədlərini təmin edə bilirlər
 -forma  və  məzmun  aşkarlayıcıdır.  Məsələn,  insanlar  öz 
hüquqlarından  istifadə  edərək  hərəkətlər  edirlər,  hüquq 
hərəkətlər  daxilən  forma  və  məzmun  verən  başlıca  kriteriyaya 
çevrilir; 
-mahiyyət  aşkarlayıcıdır,  xassə  müəyyən  edəndir. 
Məsələn,  hüquqlar  vasitəsilə  vətəndaşlarla  dövlət  hakimiyyəti 
arasında  əlaqələrin  mahiyyəti  üzə  çıxır.  Vətəndaşların  təmin 
olunmasının  əsasları  formalaşır.  Hüquq  kriteriyası  altında 
dövlətin xidmət etməsinin əsasları müəyyən olunur; 
-hərəkətləri  istiqamətləndiricidir.  Bu  baxımdan  insanlar 
öz  maraq  və  məqsədlərini  təmin  etmək  üçün  onlara  məxsus 
olan hüquqlardan istifadə edərək fəaliyyətə keçirlər; 
-tərəflər  arasında  ixtiyar  və  səlahiyyətləri  müəyyən 
edəndir.  Hüquq  vasitəsilə,  hüquqi  ölçülərlə  və  qaydalarla 
tərəflər  arasında  vəzifə  və  səlahiyyət  bölgüsü  meydana  gəlmiş 
olur.  Əvvəlcə  qəbul  edilən  hüquq  normaları  həm  də 
səlahiyyətlər  üçün  əvvəlcə  müəyyən  edilmiş  qaydaları  və 
normativliyi, eləcə də imperativliyi meydana gətirir; 
-hərəkətlərin  tərkibini  və  ölçüsünü  müəyyən  edəndir. 
Hər  bir  şəxs  öz  hüququna  məxsus  qaydada  və  ölçüdə  hərəkət 
etməyə  məcbur  olur.  Hərəkətlər  sərhədlənir  və  bu  anda 
münasibətlər  və  əlaqələr  sferasında  kəskin  toqquşmalar  baş 
verə  bilmir.  Hüququn  məhdudlaşdırıcılığı  onun  nizamlayıcı 
ə
həmiyyətindən irəli gəlir; 
-vəzifə  və  səlahiyyətləri  bağlayıcıdır.  Hüquq  vasitəsilə 
insanların  vəzifə  və  səlahiyyətləri  bir-birilərinə  bağlanır. 
Səlahiyyətlərdən  irəli  gələrək  vəzifələr,  vəzifələrdən  irəli 
gələrək  isə,  səlahiyyətlər  müəyyən  olunur.  Məsələn,  dövlət 
başçısının  konstitusion  səlahiyyətləri  və  vəzifələri  onun 
fəaliyyətini şərtləndirən və istiqamətləndirən kriteriyalardır; 
-tərəflərin  səlahiyyətlərinin  tərkibini  ölçəndir  və 
kəmiyyət 
müəyyən 
edəndir. 
Hüquq 
imkanları 
həm 


48 
 
məhdudlaşdırır,  həm  də  genişləndirir.  Səlahiyyətlərin  tərkibi, 
yəni  səlahiyyətlərin  nələrdən  ibarət  olması,  həmçinin 
səlahiyyətlərin  hansı  sahələrdə  mövcud  olma  şərti  hüquqla 
müəyyən edilir
-mərkəzləşdiricidir  və  cəlbedicidir  (aidiyyatı  tərəfləri 
müəyyən  mərkəzlərə  cəlb  edəndir  və  səlahiyyətlərin  tərkibini 
müəyyən  edən  universal  dəyərdir).  Hüquq  bütün  insanları 
vahid  mərkəzlərdə  maraqlar  üzrə  cəmləşdirir.  İnsanların 
maraqlarını  qruplaşdırır.  Bundan  da  rəngarənglik  meydana 
gəlir; 
-obyektin 
subyektə, 
subyektin 
də 
obyektə 
məxsusluğunu  yaradır.    Bu,  o  deməkdir  ki,  hüquq  elə 
müəyyənedicidir ki, eləcə də daxildən gələn elə bir kriteriyadır 
ki, bu hüquqa məxsus olan şəxs ona məxsus olan vasitələri əldə 
etmək  haqqına  malik  olur.  Universal  prinsip  etibarilə  qeyd 
etmək  olar  ki,  hər  bir  xalqın  dövlətə  məxsusluq  haqqı  vardır. 
Hər  bir  şəxsin  dövlətdə  və  cəmiyyətdə  yaşamaq  haqqı 
mövcuddur.  Burada  xalqa  öz  siyasi  və  ictimai    qurumu,  yəni 
dövləti və cəmiyyəti, dövlətə də öz xalqı məxsusdur.  
  
İ
nsan hüquqları fəlsəfə, məntiq və elmin obyekti  
(predmeti) kimi  
 
İnsan  hüquqları”  bir  məfhum  və  anlayış  olaraq,  digər 
ümumiləşdirici  və  xüsusiləşdirici  məfhumlarla  (mücərrəd 
məfhumlarla)  birlikdə,    həm  fəlsəfənin  (ümumi  mənada  və 
yüksək mərhələdə), həm də  məntiq və elmin obyekti (tərkib 
etibarilə, təhlilin obyekti kimi) və predmetidir. Fəlsəfə yuxarı 
(ali)  düşüncədir,  elm  isə  problemi  həll  etmək  üçün  tətbiq 
olunan  vasitədir  və  istiqamətdir.      Məlumdur  ki,  insan  özü 
bioloji  baxımdan  geniş  məfhumdur.  İnsan  canlılar  cinsinin 
tərkibində bir növ (məməlilər sinfi)  kimi qəbul olunur.  Lakin 
insan  ali  məxluqlar  (düşüncəli,  şüuru  məxluqlar)  kimi  birinci 
canlı  olaraq  (insanların  elə  özləri  tərəfindən)    qəbul  edilir.  


49 
 
Buradan  belə  bir  nəticəyə  gəlmək  olur  ki,  mənəviyyat  varlığı 
kimi  canlılar    içərisində  insan  ali  məxluqdur.  İnsan  təfəkkürü 
onun  ətraf  aləmə  və  digər  canlılara  olan  münasibətini  tənzim 
edir  və  istiqamətləndirir.      Əgər  biz  obyektiv  şüurun  və 
düşüncənin  məhsulu  olaraq,  eləcə  də  idealizm  prinsipindən 
çıxış  edərək,  həmçinin  saflığı  və  dürüstlüyü  əsas  götürərək,    
hesab etsək ki, mənəviyyat maddiyyatdan üstündür, maddiyyat 
mənəviyyatın  əldə  saxlanılmasına  xidmət  edir,      onda, 
mürəkkəb  silogizmin  və  dialektik  məntiqin  tələblərindən  çıxış 
edərək,  belə  qənaətə  gələ  bilərik  ki,  insan  bütün  canlılardan 
üstündür və tərəf kimi ali mənəvi dəyər subyektidir.  
İ
nsan ali mənəviyyat daşıyıcısı  olan bir varlıqdır. Hansı ki, 
bu  mənəviyyat  özündə  çoxlu  sayda  mənəvi  məfhumları 
birləşdirir.    İnsan  həm    ümumiləşdirici  (insan-uşaqlara, 
böyüklərə,  yaşlılara; qadınlara və kişilərə bölünə bilir) və həm 
də  tək  varlıqdır.  Yəni,    analoqu  yoxdur.  Bu  prinsipdən  çıxış 
edərək,  belə  qənaətə  gələ  bilərik  ki,  insana  məxsus  olan 
hüququn da (“insan hüququ” (ali hüquq)  əlaməti üzrə nəzərdə 
tutulur.  Məlumdur  ki,  digər  canlıların  da  canlı  aləm  kimi 
“hüquqları”-mövcudluq,  varlıq  və  bu  baxımdan  yaşamaq 
haqları      qəbul  olunur.  Onların  da  “hüquqlarını”    insanlar 
tanıyırlar  )  analoqu  yoxdur.  Belə  hökmlər  vermək  olar:  insan 
canlı  məxluq  kimi  təkdir,  hüquq-  ali  varlıq  formasında  insana 
aiddir.  Deməli,  insan  hüquqları  da  təkdir,  vahiddir.  İnsan 
digər canlıların mövcudluğunu dərk edir, onlara qarşı (məsələn, 
ev  heyvanlarına  qarşı)  özünün  təmas  (münasibət)  şərtlərini 
müəyyənləşdirir.  
İ
nsanın hərəkətinə rəvac verən, hərəkətini (təbii ki, burada 
müsbət  hərəkət  nəzərdə  tutulur.  Müsbət  hərəkət  də  öz 
tərkibində  məzmun  etibarilə  hamı  üçün  qəbul  edilən 
universal və pozitiv hərəkətləri birləşdirir. Hərəkətlər həm də 
məxsusi  və  fərdi  qaydada  səmərəli  olmalıdır.  Hərəkətlər 
edilərkən  “hüquq  sərhədləri”  qorunmalıdır.  “Tarazlıq  və 
məsafə” 
prinsipi 
qorunmalıdır) 
istiqamətləndirən 
və 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə