Microsoft Word Insan huquqlari I kitab doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə17/36
tarix20.09.2017
ölçüsü2,82 Kb.
#875
1   ...   13   14   15   16   17   18   19   20   ...   36

50 
 
pozitivləşdirən,  müsbət  əsaslara  yönəldən  kriteriyalar  cəmi 
onun  hüquqların    cəmindən  ibarətdir.  İnsan  hüquqları  da 
dərəcələnə bilir. Belə ki, insanların təbii hüquq və azadlıqları 
birinci  dərəcəli  hüquqlar  kimi  qəbul  olunmalıdır.  Bu  bir 
mövcudluqdur,  təbii  olaraq  meydana  gələndir,  insanların 
genetik  mənəviyyatlarına,  o  cümlədən    psixi  amillərinə 
bağlıdır.  Təbii  hüquq  və  azadlıqlar,  onların  fundamental 
mənəvi  əsasları  insanları  ali  canlılar  kimi  şərtləndirən  əsas 
kriteriyadır.    Pozitiv  hüquqlar  (burada  dövlətin  insanlara 
verdiyi  hüquqlar,  insanların  təbii  hüquqlarının  təmin 
edilməsinə  yönəldilən  üst  qat  hüquqları)    isə  təbii  hüquqlara 
xidmət  etdiyindən,  eyni  zamanda    bölgü  və  tərkib  etibarilə 
zəngin  və  çoxistiqamətli  olduğundan  dərəcələnə  bilir
Dərəcələnmə-  məlumdur  ki,  təsir  və  nəticə  əhəmiyyəti  ilə 
ə
laqəli  olan  müqayisə  prosesidir.  Pozitiv  hüquqların  da 
dərəcələnməsi  halları    mövcuddur. Əgər  biz bu dərəcələnməni 
təminat və mühafizə baxımından iki aspektdə təhlil etsək, onda 
belə  qənaətə  gələ  bilərik  ki,    insanların  sosial-iqtisadi 
hüquqlarının  təmin  olunması  onların  siyasi  hüquqlarının 
təmin  olunmasından  daha  vacibir,  birinci  dərəcəlidir.  Çünki 
sosial-iqtisadi hüquqlar daha çox  insanların təbii hüquqlarının 
qorunmasına xidmət edir. Bu fikri bir qədər də açıqlasaq,  belə 
hesab  edə  bilərik  ki,  insanların  sosial-məişət  hüquqları,  o 
cümlədən ailə hüquqları, təhsil hüquqları, sağlam həyat tərzi 
sürmək,  rahat  həyat  şəraitində  və  resurslara  müvafiq  olaraq 
yüksək  şəraitdə  yaşamaq  və  sosial  müavinat  almaq,  peşə 
fəaliyyəti  ilə  məşğul  olmaq,  sənət  qazanmaq  və  s.  kimi 
hüquqları  ilk  növbədə  təmin  edilməlidir.  İnsanların  siyasi 
hüquqları  isə  (məsələn,  aktiv  və  passiv  seçki  hüququ,  dövlət 
idarəçiliyində  iştirak  hüququ,  o  cümlədən  hakimiyyətdə 
təmsil olunmaq hüququ və s. )  ikinci dərəcəli hüquqlar kimi 
qəbul  olunmalıdır.  Bu  hüquqlar  baza  hüquqlara  xidmət  etmək 
üçün 
yaradılan 
təşkilatı-resursları 
istiqamətləndirən, 
hüquqlardır.    Yəni  daha  sadə  formada    ifadə  etsək,    belə 


51 
 
qənaətə gələ bilərik ki, yeməksiz-içməksiz, geyimsiz, mənzilsiz 
və  digər  gündəlik  tələbatlarsız  insan  yaşaya  bilməz  və  bu,  
bütün  insanlar  üçün  vacibdir,  bu  baxımdan  da  universal  və 
qətidir.  Lakin  seçkidə  iştiraksız  (aktiv  və  passiv  qaydada), 
dövlət  hakimiyyətində  təmsil  olunmadan  da  yaşamaq  olar. 
Yəni  bu  kimi  hüquqlar  qəti    universal  deyildir  və  həmin 
hüquqların  hər  kəs  üçün  (bütün  yaş  təbəqələri  üçün)      təmin 
olunması  əsas  şərt  deyil.  Burada  universallıq  sadəcə  olaraq  
ümumi  səlahiyyətlərə  şamil  oluna  bilər.    Belə  ki,  hər  kəs 
(məsələn,  uşaqlar)  səsvermədə  iştirak  edə  bilməz.      Onu  da 
nəzərə  almaq  lazımdır  ki,  bu  kimi  hüquqlar  forma  kimi 
ə
həmiyyət  kəsb  edir  ki,  bu  da  dolayı  yolla  təbii  hüquqların 
təmin olunmasına xidmət edir.     Dövlət hakimiyyətində təmsil 
olunmaq  və  iştirak  etmək,  vəzifə  tutmaq  hüququ  imkan 
baxımından  hər  kəsə  şamil  olunsa  da  belə,  hər  kəs  üçün 
(məhdudluq  baxımından)    ola  bilməz.  Lakin  dövlətin  hüququ 
və onun içərisində baza olaraq,  vətəndaşı təmin etmək hüququ 
qətidir  və  universaldır.  Dövlət  hüququ  hər  kəs  üçün  qətidir. 
Çünki  dövlət  hüququ  onun  bütün  vətəndaşlarının  hüququnun 
təmin  edilməsi  üçün  dövlətə  verilən  vəzifə  və  səlahiyyətdir, 
imkanlardan istifadə haqqıdır.   
Hüquq  da  mənəviyyatın  məhsulu  və  tərkibi  olaraq  ayrıca 
predmet  və  obyekt  kimi  ümumiləşdirici  və  genişləndirici  
məfhumdur.  İnsan  hüquqları  insanların  həyatına  bağlı 
olduğundan  (insanların  öz-özlərini  idarəetməsində  hüquq 
baza  ideologiya  rolunu  oynayır.  Bütün  istinadlar  hüquq 
mərkəz olmaqla qurulur, strukturlaşdırılır)  və onların maddi-
mənəvi  həyatlarını  bir-birinə  bağladığından  çox  genişdir. 
Hüquq insan üçün ümumiləşdiricidir (deduksiyanın tətbiqi ilə 
bölünə  bilir),  eləcə  də  digər  mənəvi  komponentlər  (ehtiyac, 
maraq,  tələbat  və  s.)    üçün  mərkəzləşdiricidir,  tabedici  və 
daxiledicidir.  (Qeyd:  hüquq  və  əxlaq  mərkəzləşdirici  amillər 
kimi  vəhdətdə  çıxış  edir,  insanların  hərəkətlərini  idarə  edən 
“sürücülər”  rolunu  oynayırlar).  Bu  baxımdan  hesab  etmək 


52 
 
olar  ki,  insanların  bütün  sahələrdə  olan    ehtiyac  və  tələbatları, 
eləcə  də  maraqları  başlıca  olaraq  onların  hüquqlarında 
cəmləşir.  
Ə
xlaq, başqalarının hüquqlarını nəzərə almaq baxımından, 
hüquqları  sərhədlərə  salmaq  nöqteyi-nəzərdən    hərəkətləri 
“tormozlayıcı”  rolunu  oynayır.  Əxlaq  hüquqları  ölçüb-biçən 
meyar  kimi  mühüm  əhəmiyyət  kəsb  edir.    Əxlaq  hüquq 
normaları  üçün  nizamlayıcıdır  və  təbii  olaraq  insan 
xüsusiyyətlərinə bağlıdır.  
Hüquq  hərəkətlərə  istiqamətverici  məfhumdur  və  belə 
qəbul  etmək  olar  ki,  istiqamətlərin  yaranmasını  şərtləndirən 
başlıca  mərkəzi  məfhumdur.  Hüquq  hərəkətləri  həm 
genişləndirir,  həm  də  məhdudlaşdırır,  əxlaq  hüquq  ətrafına 
sədd  çəkir.  (Bax,  qrafik-7  və  qrafik-8).    Hüquq  insanların 
mənəvi-maddi tələbatları üzərində qurulan əsas məfhumdur və 
insanların  mənəvi  həyatının  öyrənilməsini təmin edən (əxlaqla 
vəhdətdə olaraq)  başlıca elmi predmet və obyektdir. Hüquq və 
ə
xlaq  atributivdirlər,  yəni  qarşılıqlı  olaraq  bir-birilərinə 
xasdırlar, bir-birilərinin əlamətlərini müəyyən edəndir.  
Hüquq  mərkəzi  müəyyənedici  məfhum  kimi  digər 
məfhumların ( burada hüquqla əlaqəlı olan məfhumlar nəzərdə 
tutulur.  Bu  əlaqəni  artıq  məntiqi  əməliyyatlar  təmin  edir  və 
məntiqi  əməliyyatlar  dərk  olunmanın  incəliklərini  yaradır)  da 
şə
rtlənməsinin  əsaslarını  təşkil  edir.  İnsan  hüquqları  aşağı 
xəyali  pillədən (hissi təfəkkürdə xəyali mərhələlər yaranır ki, 
bu 
da 
təfəkkürün, 
idrakın 
və 
dərketmənin 
nəzəri  
strukturlaşmasının əsaslarını təşkil edir) yuxarı xəyali pilləyə 
qədər  genişlənmə  xüsusiyyətlərinə  malikdir.  (Bax,  qrafik-3). 
(Qeyd:  hüquq  məfhumunu  yuxarı  pillədə  fəlsəfə,  aşağı 
pillədə  isə  məntiq  və    elm  öyrənir).        Bu  baxımdan  insan 
hüquqları  ümumidən  xüsusiyə  doğru  şaxələnə  bilir.  (Qeyd:  
insan  hüquqlarının  şaxələnməsi  zərurətləri    isə  insanın 
fəaliyyət  göstərdiyi  cəmiyyət  və  dövlətlərdə    olan  struktur 
formalarından  asılıdır.  Belə  ki,  zərurətlə  əlaqədar  olaraq 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə