Microsoft Word Insan huquqlari I kitab doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə18/36
tarix20.09.2017
ölçüsü2,82 Kb.
#875
1   ...   14   15   16   17   18   19   20   21   ...   36

53 
 
sistemlər,  mexanizmlər    və  ictimai-formasiya  quruluşları 
formalaşmışdır  və  sublimasiya    (burada  dialeketik  inkişafın 
yuxarı  mərhələləri)    olaraq,    insan  öz  əqli,  zehni  və  fiziki 
fəaliyyəti  ilə  ucalmışdır.  İnsanlar  cəmiyyətdə  qruplaşmışlar, 
müxtəlif  təbəqələrdə  yer  almışlar  və  müxtəlif  fəaliyyətlə 
məşğuldurlar.      Bu  baxımdan  da  insan  fəaliyyəti  tərkibdən,  o 
cümlədən  hissə  və  bütövdən  ibarət  olmuşdur.  İnsan  fəaliyyəti 
həm  sadəliyin,  həm  də  mürəkkəbliyin  cəm  halda  təzahürü 
olaraq  meydana  gəlmişdir.  İnsanlar  ümumiyyətlə,  həm 
münasibətlərdə, həm də peşə fəaliyyəti ilə əlaqələrdə, eləcə də 
məişət  əlaqələrində  və  münasibətlərində  şərtləndiriciliyin 
ortaya 
çıxardığı 
vəhdətliklərdə 
ali 
məxluqlar 
kimi  
mövcudluqlarını gerçəkləşdirirlər). 
İ
lk  növbədə  qeyd  etmək  yerinə  düşər  ki,  insan  hüquqları 
geniş,  böyük  və  dərin  məzmun  və  mahiyyət  etibarilə  bir  
məfhum  kimi  fəlsəfənin  predmetidir.  Bu  fikri    aşağıdakı 
şə
kildə  ümumiləşdirmə  əsasında  konkret  olaraq    izah  etmək 
olar: 
-insan  hüquqları  məfhumu  dərk  olunmaq  üçün,  qeyd 
etmək  olar  ki,  ilk  növbədə  müdrikliyin  obyektidir.  (Qeyd: 
ə
gər  biz  burada  müdrikliyi  bir  subyekt  kimi  qəbul  etsək, 
məsələn,  “müdriklik  ali  hüququ  yaradır”  (yəni  müdrik 
insanlar    öz  əqli  üstünlükləri,  istedad  və  bacarıqları    ilə 
digərlərinə  nisbətən  daha  çox  hüquq əldə  edə bilirlər. Burada 
onların istedadları bir çox imkanları rellaşdırır)   hökmündən 
çıxış  etsək,    onda  hüququ  (burada  əxlaqla  vəhdətdə)    onun 
mənasını  açan  predikat  kimi  götürə  bilərik.  Müdriklik subyekt 
olduğu  halda  ali  hüquq  obyekt  kimi  qəbul  olunmalıdır. 
Obyektin  subyektə  məxsusluğu  və  hər  iki  məfhumda  məzmun 
etibarilə  bağlılğın  şərtləndiriciliyi  kriteriyasından  çıxış  edərək 
hesab  etməliyik  ki,  insan  hüquqları  (daha  çox  yuxarı 
mərhələdə)    bəşəri  məfhum  kimi  bəşəri  elmin,  bəşəri 
düşüncənin, yəni fəlsəfənin obyektidir, ona məxsusdur;     


54 
 
-insan hüquqları çox genişdir, dərin məna kəsb edir və 
insanların  şəxsiyyətini  müəyyən  edən  mənəvi  dəyərdir. 
İ
nsanları  başqa  canlılardan  fərqləndirən  ali  dəyərdir  və 
normadır.  Buradan  da  belə  nəticəyə  gəlmək  olar  ki,  insan 
hüquqları  canlılar  içərisində  insanları  seçən  ən  əsas 
kriteriyadır
-insan hüquqları bir məfhum kimi nəzəridir, mücərrəd 
qavrayışın predmetidir, idealizmin əsasıdır və bu baxımdan 
da  yüksəkdir,  alidir.  İnsan  hüquqlarının  yüksək  forması 
onun ali məzmununu ortaya çıxarır; 
-insan hüquqları mənəvi dəyərdir, əxlaqla əlaqəlidir və 
vəhdətdədir. Əxlaqın öyrənilməsi də fəlsəfənin problemidir; 
-insan hüquqları xaosun yox, nizamın əsasını təşkil edir 
ki, bu kimi məfhumları da daha çox fəlsəfə tədqiq edir
-insan hüquqları geniş düşüncənin və yüksək intellektin 
obyektidir  və  predmetidir,  bu  baxımdan  da  fəlsəfənin 
obyektidir; 
-insan  hüquqlarının  subyekti  insandır, bir obyekt kimi 
insanın  mənəviyyatına  bağlıdır,  insan  fəlsəfi  məzmunlu 
məxluqdur,    bu  baxımdan  da  onun  hüquqları  fəlsəfənin 
obyekti və predmetidir; 
insan  hüquqları  imperativdir,  normativdir,  fəlsəfi 
kateqoriyalarla  (şərait,  zaman,  məkan,  resurs,  sübut, 
zərurət, ehtiyac, inkişaf və s.)  şərtlənən bir məfhumdur, bu 
baxımdan da fəlsəfənin obyektidir. 
Bu  kimi  əsasları,  deduktiv  ümumiləşdirilmələri  daha  da 
artırmaq  olar.  Fikrimizi  konkretləşdirsək,    belə  qənaətə  gələ 
bilərik  ki,  insan  hüquqları  məzmun  və  kəmiyyət  etibarilə  
nəzəri,  ideal,  mücərrəd  və  ali  məfhum  olduğundan,  eyni 
zamanda  intuitiv  (hissi)  idrakın  obyekti  olduğundan,  ilk 
növbədə məhz  fəlsəfənin obyekti və predmetidir.  
İ
nsan hüquqları həm də  realdır və konkret məsələlərdə öz 
ə
ksini  tapır.  İnsan  hüquqları  məfhumunun  tərkibi  var  və  bu 
tərkib  bütöv  və  əlaqəli  fikrin  əsasını  təşkil  edir.  (Bax,  qrafik-


55 
 
4).    İnsan  hüquqları  konkret  normalar    olaraq  şərait  və 
hadisələrdə  təzahür  edir.  Məsələn,  dövlətin  imkanları  artdıqca 
onun 
ə
sas 
borcu 
resursları 
vətəndaşının 
hüquqlarını 
yaxşılaşdırmağa yönəltməkdən ibarət olmalıdır. 
İ
nsan  hüquqları  müəyyən  ölçülər  daxilindədir  və 
normativdir.  İnsan  öz-özünü  hüquq  sahələri və məkanları üzrə 
çərçivələrə sala bilir.   
İ
nsan hüquqlarında tərkib var və hissələr ilə bütöv arasında 
ə
laqə  mövcuddur.  Bununla  yanaşı,  insan  hüquqlarının  qətiliyi 
(insanın daxilindən gələn əsas hüquq və azadlıqlar)  və nisbiliyi 
(azadlıqların  və  hüququn  məhdudlaşdırılması,  eləcə  də  pozitiv 
hüquqlar)  amili mövcuddur. İnsan hüquqları bölgü olaraq təbii 
və  pozitiv  hüquqlara  bölünür.  (Bax,  qrafik-5).    İnsan 
hüquqlarının təmin olunmasında müəyyən qrup (burada dövlət 
hakimiyyəti)  iştirak  edir.        İnsan  hüquqları  tətbiq  və  təsbit 
olunma xassələrinə malikdir.  
İ
nsan    hüquqları  məfhumunun  elmin  predmeti  olması 
amilini aşağıdakı şəkildə ümumiləşdirmək və konkretləşdirmək 
olar: 
-insan hüquqlarının bölgü baxımından çoxsahəli olması 
və  sahələrin  ayrılıqda  və  qarşılıqlı  əlaqəli  şəkildə 
öyrənilməsi zərurətləri; 
-insan hüquqlarının tərkib baxımından çoxkomponentli 
olması, sistemli məfhum olması  və bu baxımdan  tərkib və 
bütövün  öyrənilməsi  zərurətləri,  tərkib  və  bütövün  
xassələrinin öyrənilməsi zərurətləri; 
-insan  hüquqlarının  subyektlər  tərəfindən  istifadə 
vasitəsi olmasının əsaslarının öyrənilməsi zərurətləri və s.  
-insan  hüquqlarının  tərkibinin,  o  cümlədən  hissə  və 
bütövünün olması və tərkibin öyrənilməsi zərurətləri; 
-insan 
hüquqlarının 
 
konkret 
məzmununun 
öyrənilməsinin əsasları; 
-insan 
hüquqlarının 
genişləndirilməsi 
və 
məhdudlaşdırılmasının əsasları; 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə