Microsoft Word Insan huquqlari I kitab doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə2/36
tarix20.09.2017
ölçüsü2,82 Kb.
#875
1   2   3   4   5   6   7   8   9   ...   36


 
nizam  və  həqiqət,  məxsusluq  və  həqiqi  varlığın  şərtləri  –
məkan,  zaman,  hərəkət,  forma,  birindən-digərinə  keçməklə  və 
s.  kimi  baxılır.
2
  Elmi  izahlara  əsasən,  varlıq  (ontologiya, 
qnoseologiya)  və  təfəkkür  qanunları  vəhdətdədir.
3
  İnsan 
hüquqları  anlayışı  formal  (sadə  və  klassik)    və  dialektik 
(mürəkkəb  və  klassik)    məntiq  əsasında  izaha  cəlb  olunur.  
Formal  məntiq  –yekun  biliyi  haqqında  elmdir.
4
  İnsan 
hüquqları anlayışını ilk baxımdan   formal məntiq, yəni yekun 
bilik 
ə
sasında 
(nəticələr 
çıxarmaqla) 
öyrənmək 
daha 
məqsədəuyğundur. Bu zaman fikirlər arasında əlaqələr daha da 
zəncirlənmiş  formada dərk olunur.  İnsan hüquqları bir anlayış 
kimi (məfhumun özünün tərkibinin izahı nəticəsində məfhum 
geniş  bir  anlayışa  çevrilir)  dərin  məzmun  etibarilə    dərk 
olunmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Bu nöqteyi-
nəzərdən  də insan hüquqları anlayışlarının (ayrı-ayrı şəxslərin 
hüquqları  və  ayrı-ayrı  sahələr  üzrə  əksini  tapmış  hüquqlar)  
dərk  olunması  üçün,    bu  anlayışlara  formal  məntiqin  tələbləri 
ə
sasında  yanaşmaq  daha  məqsədəuyğundur.  Belə  qeyd  olunur  
ki,  formal  məntiq  terminin  elmə  ilk  dəfə  Kant  gətirmişdir. 
Məntiq  terminini  isə  yunan  stoisizm    fəlsəfə  məktəbinin 
nümayəndələri  gətirmişlər.    Elmi  izaha  əsasən,  formal 
məntiq-ardıcıl, ziddiyyətsiz, əsaslandırılmış təfəkkür haqqında 
elmdir.  Bu    məntiqin  əsasını  düzgün  hökmlərdə-  başlanğıc 
hökmlərdə  və nəticələrdə (nəticə hökmlərində) axtarmaq daha 
məqsədəuyğundur.      İnsan  hüquqlarının  əsas  hissəsi  də  məhz 
formal məntiq əsasında dərk olunmalıdır və öyrənilməlidir. Bu 
anda hər kəs öz hüququnu  sadə formada dərk edə bilər.   İnsan 
hüquqlarını  mürəkkəb,  ardıcıl  və  əlaqəli  qaydada  dərk  etmək 
üçün  digər  bir  fəlsəfi-məntiqi  metod  isə  dialektik  metoddur. 
Dialektik metod universal qaydada dərketməni meydana gətirir 
                                                 
2
 С67 Философский словарь Владимира Солвьева. Ростов н/Д:Изд-
во
 «Феникс», 1997.-464 с.,  səh. 330.
     
3
 M.M. İsrafilov. Məntiq: Dərs vəsaiti.-B.: Maarif, 1987.-333 səh.,  s. 24. 
4
  Yenə orada. s. 31. 



 
və  insan  hüquqları  anlayışının  universal  əsaslarla  geniş  dərk 
olunmasının əsaslarını yaradır.   
Maddi  və  mənəvi  aləmin  inkişaf  qanunauyğunluqları 
dialektik  məntiq  əsasında  dərk  olunur.  Dialektik  məntiq 
formal  məntiq  zəncirliliyini  özündə  əks  etdirir.  Elmi  izaha 
ə
sasən,  dialektik  məntiqin  predmeti  subyektiv  dialektikanın 
inkişaf qanunauyğunluqlarıdır.
5
 Həmçinin belə qeyd olunur ki, 
dialektika bütün maddi və mənəvi aləmin hərəkəti, dəyişməsi, 
inkişafı haqqında geniş və hərtərəfli təlimdir.
6
 Bu baxımdan da 
insan  hüquqları  məfhumunu  və  anlayışını  dialektik  məntiq 
ə
sasında  dərk  etmək  və  insan  hüquqlarının  tərkibi  ilə  onun 
bölgüsü  arasında  bağlayıcılığı  tapmaq  mümkündür.  Onun 
tərkib və bölgü əsasında təsnif olunmuş məzmununu açmaq  və 
fikirlər (izahlar) arasında əlaqələr yolu ilə  bütövlüyü müəyyən 
etmək  dialektik  məntiqin  əsas  funksiyasıdır.  Dialektik  məntiq 
həm  də  ona  görə  lazım  olur  ki,  insan  hüquqlarının  inkişafı 
maddi  və  mənəvi  aləmin  gerçəkliklərinə  bağlı  vəziyyətdədir.  
Maddi  və  mənəvi  aləm  vəhdətdə  və  obyektiv  aləmə,  eləcə  də 
subyektiv  aləmə  münasibətdə  daima  inkişaf  vəziyyətindədir. 
Buna  görə  də  insan  hüquqları  törəmə  xassələrinə  malikdir. 
İ
nsan  hüquqlarının  təmin  olunmasının  zamanla  mütənasibliyi 
ə
sas etibarilə resursların insan hüquqlarına tətbiq edilməsindən 
və  qarşılıqlı    bağlılıqdan  asılıdır.  Bu  baxımdan  da  fəaliyyətin 
inkişafına  müvafiq  olaraq  insan  hüquqları  da  tərkib  etibarilə 
zənginləşir.  Material  aləm,  onun  üzərində  meydana  gələn 
idealist  aləm  özü  ilə  hüququn  bütövlüyünü və zəngin tərkibini  
meydana  gətirir.    Zənginləşdikcə  material  aləm  üzərində  
idealizm  daha  da  inkişaf  edə  bilir.  Material-maddi  aləmin 
obyektiv  gerçəkliyi  subyektiv  şəkildə  də  dərk  olunur.  Bu 
baxımdan  da  dialektik  məntiq  yolu  ilə  insan  hüquqlarının 
inkişaf  əsaslarını,  inkişafın  zəruri  əsaslarını  dərk  etmək 
                                                 
5
 M.M. İsrafilov. Məntiq: Dərs vəsaiti.-B.: Maarif, 1987.-333 səh.,  s. 33. 
6
 Yenə orada. s. 33. 



 
mümkündür.  Elə  insan  hüquqlarının  normalar  şəklində 
sənədlərdə  öz  əksini  tapması  və  sənədlərin  törəmə  xassələri 
insan  hüquqlarının  dərk  olunmasında  dialektikanın  əsaslarını 
yaratmış olur.   
İ
nsan hüquqları ümumiləşdirilmiş və tərkib etibarilə, eləcə 
də  bölgülər  baxımından  bir  məfhum  və  anlayış  olaraq,      həm 
qnoseologiyanın,  həm  də  ontologiyanın  obyekti  kimi  qəbul 
olunmalıdır. İnsan hüquqları anlayışının formal məntiqi hissəsi 
ontologiyanın,  dialektik  məntiq  hissəsi  isə  daha  çox  
qnoseologiyanın  (mürəkkəb  və  zəngin  idrak  nəzəriyyəsi)  
obyekti  kimi  qəbul  oluna  bilər.  Formal  məntiqə  də  dialektik 
məntiqin  tərkibi  kimi  yanaşılmalıdır.    İnsan  hüquqları 
anlayışının  dərk  olunmasında  demək  olar  ki,  fəlsəfənin  həm 
ontologiya,  həm  də  qnoseologiya  hissəsi  iştirak  edir.  Bu  anda 
insan  hüquqları  anlayışı  və  məfhumun  açılması  üərində, 
dərketmədə və idrak prosesindən əmələ gələn təfəkkürdə fəlsəfi 
(daha  çox  qnoseoloji  idrak  yolu  ilə)    və  elmi  biliklərin  (daha 
çox ontoloji idrak yolu ilə) vəhdəti meydana gəlmiş olur. İnsan 
hüquqlarının məzmun baxımından və forma etibarilə (anlayışın 
təsəvvürdə  forma  və  məzmunu  meydana  gəlmiş  olur)  
ümumidən  xüsusiyə,  eləcə  də  xüsusidən  ümumiyə  keçməsi  və 
real  gerçəkliklərdə  sadə  və  mürəkkəb  formada  təzahür  etməsi 
formal və dialektik məntiqin vəhdəti ilə dərk oluna bilər. İnsan 
hüquqları  inkişaf  etmiş  təfəkkürdə  daha  çox  zəngin  obyekt, 
predmet və anlayış rolunu oynaya bilər.   
“İnsan  hüquqları  anlayışını”  fəlsəfə  və  elmin  predmeti 
(obyekti)    kimi  müəyyən  etməmişdən  öncə,  belə  bir  sual 
ə
trafında fikirləşmək, düşünmək olar: Fəlsəfə və elm nədir. Bu 
suala  bəzi  cavabları  axtarmaq  mümkündür  və  çoxlu  sayda 
ə
sərlərdə  bu  və  digər  səviyyədə  cavablar  verilibdir.  Məsələn, 
fəlsəfəşünas  S.  Xəlilovun  qənaətinə  görə,  elm  nisbi  zəruri 
hadisələri,  yəni  müəyyən  şərtlər  daxilində  baş  verməli  olan 
hadisələri,  başqa  sözlə,  səbəb-nəticə  münasibətlərini  öyrənir. 
Fəlsəfə varlığın dəyişməyən  qatlarını,  dəyişkənlik  görüntüsü 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə