Microsoft Word Insan huquqlari I kitab doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə22/36
tarix20.09.2017
ölçüsü2,82 Kb.
#875
1   ...   18   19   20   21   22   23   24   25   ...   36

69 
 
График-12
Щцгугун силлоэизмляр схеми 
Ыхтийар, сялащиййят ющдялик, 
мясулиййят
ЩЦГУГДУР
Щярякят шяртляндирян 
нормадыр
Вязифя 
Щярякят шяртляндирян 
норма 
Демяли, ихтийар, 
сялащиййят, ющдялик, 
мясулиййят
Щцгугдур
Норма инсанын 
дахилиндядир
Щцгуг мянявиййат 
нормасынын жямидир
Мянявиййат щяр кяся 
аиддир вя щяр кясин дахили 
мязмунуну  
шяртляндиряндир
Демяли, щцгуг инсанын 
дахилиндян эяляндир
Вязифядир
 


70 
 
Hərəkət (hərəkətsizlik) və hüquq 
 
İ
nsanların bütün həyatları hərəkətlərlə və müəyyən anlarda 
nisbi  hərəkətsizliklərə  (ümumiyyətlə,  insan  bütün  hallarda, 
ölüm  vəziyyəti  istisna  olmaqla,  hərəkətdədir)        müşahidə 
edilir.  Hər  bir  insan  öz  marağını  hərəkət  və  hərəkətsizliyi 
(duruş  və  dayanıqlıq  vəziyyəti)    ilə  təmin    edir.  Hərəkətsizlik 
dedikdə,  daha  çox  məsuliyyətdən,  öhdəlikdən  və  vəzifələrdən  
irəli  gələrək,  nələrisə  etməmək  başa  düşülə  bilər.  Məsələn, 
vəzifəli  şəxslərin  lazımı  anlarda  üzərlərinə  düşdüyü  vəzifəni 
yerinə  yetirməməsi  bir  hərəkətsizlikdir.  Ailədə  vaildeynin 
borcundan  irəli  gələrək,  uşaqlarla  münasibətlərində  yerinə 
yetirmədiyi  vəzifə,      öhdəlik  (bu,    təbii  öhdəlikdir)  bir 
hərəkətsizlikdir.        Hərəkətsizlik  borcla    (vəzifə  borcu,  insan 
borcu,  vicdan  borcu  və  s.)  da  bağlı  olan  bir  məfhumdur.  
Hərəkətsizlik  məfhumuna  da  iki  aspektdən  yanaşmaq  olar: 
birincisi,  insanın  fiziki  və  əqli  –psixoloji  hallarına 
(vəziyyətlərinə)  (qeyd:  psixologiya  elminin  izahına  görə,  psixi 
hallar  və  ya  vəziyyətlər  psixi  hadisələrin  ikinci  qrupunu  təşkil 
edir.  Psixi  hallar  və  ya  vəziyyətlər  də  müxtəlifdir.  Şən  əhval, 
affektlər,  ehtiraslar,  dolğunluq,  inamsızlıq,  şübhə  və  s.  psixi 
halları  misal  ola  bilər)
55
  bağlı  olaraq  mövcud  olan 
hərəkətsizlik-məsələn,  gərgin  stress  halında  olarkən  bu  və  ya 
da  digər  obyektə  olan  reaksiyaların  yoxluğu  -burada  bioloji 
amlillər  çıxış  edir;  ikincisi,  insanların  vəzfiələrindən  irəli 
gələrək  üzərlərinə  düşən  işləri  yerinə  yetirməmələri.  Əməl 
etmək  və  etməmək  hərəkət  və  ya  da  müvafiq  olaraq 
hərəkətsizlik hesab olunur. Əgər biz hüquq məfhumuna müsbət 
bir  məfhum  (burada  həm  də  koqnitivlik  (dərketmədə 
rasionallıq  və  elmilik)  və  pozitivlik-yəni,  geniş  elmi  əsaslarla 
şə
rh  etmə)  kimi  yanaşsaq,    onda,    belə  qərara  gələ  bilərik  ki, 
                                                 
55
 Ə.S.Bayramov, Ə.Ə.Əlizadə. B19 Psixologiya. Ali məktəblər üçün 
dərslik. Bakı, “Çinar-çap” Nəşriyyat-Poliqrafiya müəssisəsi, 2006, 620 
səh.,  səh. 8.
    


71 
 
hər bir hərəkət heç də müsbət deyil və bu baxımdan da  hüquqi 
səlahiyyət  doğura  bilməz  və  ixtiyar  ala  bilməz,  haqq  tərəfinə 
çevrilə  bilməz.    Məsələn,  cinayət  bir  təqsirli  hərəkət  və  ya 
təqsirli    hərəkətsizlikdən  irəli  gələn  hadisədir.  (Qeyd:  hüquq 
ədəbiyyatında  cinayət  məfhumuna  belə  tərif  verilir:  Cəza 
təhdidi  altında  qadağan  olunmuş  ictimai  təhlükəli  əməlin 
(hərəkət  və  ya  hərəkətsizliyin)  təqsirli  olaraq  törədilməsi 
cinayət  sayılır.  Əməl  dedikdə,  hərəkət  və  ya  hərəkətszilikdə 
ifadə  olunan  insan  davranışı  başa  düşülür.  Hərəkət  insanın 
aktiv  iradəvi  fəaliyyətidir.  Hərəkətsizlik  dedikdə,  hərəkət 
etməyə  borclu  olan  şəxsin  üzərinə  düşən  öhdəliyi  yerinə 
yetirməməkdə  ifadə  olunan    passiv  iradəvi  fəaliyyəti  başa 
düşülür.  Cinayət  əməli  məcburi  qaydada  cəzalanmalı  əməldir. 
İctimai təhükəlilik əlaməti cinayətin maddi əlaməti sayılmaqla, 
əməlin  qanunla  mühafizə  edilən  ictimai  münasibətlərə  zərər 
yetirə bilmək xassəsini əks etdirir).
56
   
Hüquqi  terminologiyada  “cinayət  hüququ”  anlayışının 
işlədilməsi  düzgün  deyil.  Belə  ki,  biz  qəbul  etsək  ki,  hüquq 
tərəflərə  məxsusdur.  Onda  nəticəyə  gələ  bilərik  ki,  cinayətə 
cəza  verən  (dövlət  hakimiyyəti)  tərəf  olduğu  üçün    cinayətkar 
da bir tərəfdir. Əgər biz cinayəti (mücərrəd və konkret anlayış 
olaraq) bir tərəf kimi qəbul etsək (cəza anlayışının əksi olaraq), 
onda  cinayətin  özünü  də  qəbul  etməli  olmağa  məcbur  olarıq. 
Cəmiyyətdə  isə  cəza  vermə  tərəfi  ilə  cinayət  törətmə  tərəfi 
arasında qarşılıqlı mübarizə gedər və cəmiyyət neqativ hallarla 
dolu  olar.  Cəmiyyət  xaosa,  anarxiyaya  sürüklənər.    Bu 
prizmadan və pozitivlik prinsipindən çıxış edərək, belə qənaətə 
gələ  bilərik  ki,  cinayətin  hüquq  tərəfi  (ixtiyar  və  səlahiyyətə 
malik  olması)  kimi  qəbul  olunması  düzgün  deyil.      Əgər  biz 
cəzanı müsbət hüquq kimi qəbul ediriksə, onda onun əksi olan 
                                                 
56
 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 
kommentariyası/hüquq elmləri doktoru, professor Firudin Yusif oğlu 
Səməndərovun redaktəsi ilə. “Digesta” nəşriyyatı, Bakı, 2001-ci il, 952 
səh
., ss.15-38. 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə