Microsoft Word Insan huquqlari I kitab doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə23/36
tarix20.09.2017
ölçüsü2,82 Kb.
#875
1   ...   19   20   21   22   23   24   25   26   ...   36

72 
 
cəzanı  “mənfi  hüquq”  kimi  qəbul  etməliyik.  Bu  da  hüququn 
müsbət  məzmununa  zərbə  vurmuş  olur.  Mənfi  hüquq  anlayışı 
isə  həyat  üçün  faydalı  deyil  və  bu  anlayış  həyatın  özünün 
məhvinə  aparıb  çıxara  bilər.  Cinayətin  fərdi  səviyyədən, 
dövlətçilik  səviyyəsinə,  oradan  beynəlxalq  səviyyəyə,  oradan 
da  dünya  səviyyəsinə  qalxmasına  səbəb  olar.  Yuxarıda 
sadalanan  fikirlərdən  bel  bir  dialektik  məntiqi  nəticələrə  gələ 
bilərik  ki,      mənfi  hüquq  dağıdıcıdır.  Cinayət  “mənfi 
hüquq”dur, deməli dağıdıcıdır. Cinayət mənfi hüququn müsbət 
obyektidir.  Ona  görə  cinayətkarların  bir  qismi  özlərinə  haqq 
qazandırırlar.  Cinayət  mənfi  hüquqdursa,  deməli,  təbiidir. 
Lakin,  təbii  olmasına  baxmayaraq,  qarşısı  alınmalıdır.    
“Cinayət”  məfhumu  üzərində  onu    qarşılığı  (antonim 
ə
vəzediciliyi)  olan “cəza” məfhumu hökm kəsməlidir.  
Buradan  belə  bir  nəticəyə  gəlmək  olar  ki,  cinayət  neqativ 
(mənfi)  hərəkətdir (hərəkətsizlikdir), təqsirli əməldir. Cəza isə 
bu neqativ hərəkətin qarşısını alandır. Cinayət hərəkətdir, lakin 
pozitiv  hüquqlu  (insanların  ümumi  halda  pozitiv  norma  kimi 
qəbul etdikləri)  əməl  deyil. Qəbul edilən hüquq pozitivdirsə 
(burada  müsbət  mənada),  deməli,  cinayət  hüquq  deyil.    
Hüquq onun əks tərəfi  olan cəzadır, cəzavermədir.   
Aparılan təhlillərdən və əldə edilən təfəkkür nəticələrindən 
belə  qərara  gəldik  ki,  bütün  hərəkətlər  hüquq  deyil,  yalnız 
qurucu,  yaradıcı,  layiqli  əməyə  əsaslanan  və  bütün  müsbət 
istiqamətli  hərəkətlər  və  hərəkətsizliklər  hüquqdur.    (Qeyd: 
düzdür,  tarixin  müəyyən  dövrünə  qədər    müharibələr  və 
qarətlər  (məsələn,  gəmilərin,  qayıqların  qarət  olunması) 
hüququ  tanınıbdır.  İndi  isə  həmin  hərəkətlər  cinayət  hesab 
olunur.  Bu  baxımdan  da  həmin  hərəkətləri  hüquq  kimi  qəbul 
etmək  düzgün  deyil.  İndi  beynəlxalq  hüquqda  müharibələr 
hüququ yox, humanitar müdaxilələr hüququ tanınır).    
Məfhum  kimi  “cinayət”    hüququn,  psixologiya  və 
sosiologiyanın  obyektidir. Elmi (hüquqi, psixoloji və sosioloji) 
ə
dəbiyyatlarda  cinayətin  baş  verməsinin  kompleks    motivləri 


73 
 
(səbəbləri) araşdırılır. Bu baxımdan cinayət elmin və fəlsəfənin 
obyektidir. 
Lakin 
hüquqşünaslıqda 
(ədəbiyyatlarda 
və 
qanunvericilik  aktlarında)    “cinayət  hüquq”  anlayışının 
işlədilməsi  və  bu  anlayışın  qabardılması    düzgün  deyil.  Çünki 
biz  cinayətin  özünü  (hadisənin  özünü)    hüquq  tərəfi    (haqlı 
məzmun  və  tərəf)  kimi  qəbul  etmirik.  Bu  baxımdan  ən  yaxşı 
halda “cəza hüququ”“cəzavermə (cəzalandırma) hüququ”  
məfhumlarının  işlədilməsi məqbul hesab olunmalıdır. 
Mənşə etibarilə hərəkətlərin müsbət və mənfilikləri var. Bu 
da əksliklərin mübarizəsi və vəhdətindən irəli gəlir. Əksliklərin 
mübarizəsi  zamanı  nöqtələr  (əks  ucluqlar)  arasında  birləşmə 
yaranır  və  ziddiyyətli  və    harmoniyalı  bütöv  “panellər” 
meydana  gəlir.  Bütöv  panellər  elə  vəhdətdir.  Bütöv  panellər 
arasında  (daxillərindəki  müstəvilərin  birləşməsi)  birləşmə  və 
ayrılma formalaşa  bilir. Buradan belə qənaətə gəlmək olur ki,  
ucluqların  (kənar  nöqtələrin)  özləri  elə  dəyişkəndir  və 
koordinatlar arasındakı nöqtələr bir-birinə keçir, yerdəyişmələr 
edir.  Bu  da  panellərdə  dalğaları  əmələ  gətirir.  Deməli, 
ə
ksliklərin  mübarizəsi  dalğalı  və  dəyişkəndir.  Nöqtələr  də 
dəyişkəndir.  Buradan  da  belə  nəticələrə  gəlmək  olur  ki, 
hərəkətlər  də  dəyişkəndir  və  şərti  olaraq  (mütləq  məqamlarda 
təzahürlər  də  daxil  olmaqla)  meydana  gələndir.  Əksliklərin 
mübarizəsində 
həm 
mütləqliklər, 
həm 
də 
nisbi 
və 
dəyişkənliklər  meydana  gəlir.  Bunların  qarşılılqı  vəziyyətləri 
ziddiyyətləri,  qeyri-ziddiyyətləri,  uyğunluq və uyğunsuzluqları 
yaradır. Bu baxımdan hüquq da mütləq və nisbidir.  
Bəzən  təbii  hüquqlara  neqativ  hüquqlar  kimi  ad  verirlər. 
Ə
gər  hüquq  təbiidirsə,  onda,  o,  təbii  hərəkətlərə  bağlıdır. 
Cinayət  də  təbiidir  və  insanların  təbii  xassələrinə  bağlıdır.  Bu 
prinsipə  görə  cinayətə  təbii  olaraq  meydana  gələn  hüquq  kimi 
ad  vermək  olar.  Lakin  bu  mənfi  tərəfi  qabardıb  önə  çəksək 
pozitivlik itə bilər. Bu baxımdan da cinayət təbii olsa da, onun 
üzərində pozitv hüquq nəzarətçi olmalıdır.        
 


74 
 
Belə  nəticə    hökmlərindən    çıxış  etmək  olar:    Bəzi 
hərəkətlər    müsbət  deyil.  Hüquq  müsbətdir.  Deməli,  hər  bir 
hərəkət  hüquq  deyil.  Bəzi    hərəkətlər  pozitivdir.  Pozitiv 
hərəkətlər hüquqları yaradır.   Bəzi hərəkətlər hüquqdur.   
 
Hüquq və əxlaqın vəhdəti. Fəlsəfi və elmi əsaslarla təhlil  
 
Ə
xlaq  düzgün  və  hamı  tərəfindən  qəbul  edilən  davranış 
normalarıdır.  Əxlaq  insanların  hisslərinə  bağlıdır.  Əxlaq 
saflığın    və  mənəvi    zənginliyin,      kamilliyin  və  müdrikliyin 
ə
sasını təşkil edir.   Düzgün qavrayış, yəni cisim və hadisələrin 
ə
lamətlərinin  olduğu  kimi  və  mahiyyəti  və  təyinatı  üzrə 
qavranılması  və  ardıcıl  məntiqi  qavrayış  prosesləri  yüksək  
idrakın  formalaşmasının  əsaslarını  təşkil  edir.  Yüksək  idrak 
özündə həm də saflığı cəmləşdirir. Mənəviyyatın zənginliyi elə 
ə
xlaqın  zəngin  olmasına  xidmət  edir.  Mənəviyyat  hüququ 
yaradır  və  hüququn  özünə  tərkib  verir.  İnsan  hüququ  onun 
bioloji  tərkibini  mənəvi  hissəsi  ilə  birləşdirməklə,  insanın 
ş
üurlu  və  faydalı  hərəkətinin  meydana  gəlməsinin  əsaslarını 
ortaya  çıxarmış  olur.    Əxlaq  elə  mənəvi  zənginliyin  büruzə 
verməsi  üçün  kriteriya  rolunu  oynayır.  Əxlaq  özündə  hüquq 
normalarını  məhdudlaşdıra  bilir.  Lakin  buna  baxmayaraq,  
ə
xlaqlı hüquqa malik olan insan cəmiyyətin ən ali ünsürü kimi 
qəbul olunmalıdır. Əxlaq tək hüququ məhdudlaşdırmır, həm də 
genişləndirir.  Yəni,  əxlaqlı  insanın  hüququ  heç  də  əxlaqı  zəif 
olan  insanın  hüququndan  geri  qalmır.  Sadəcə  əxlaq  hüququn 
sərhəd  aşmasının,  hüquqsuzlaşmasının    qarşısını  alır.  (Qeyd: 
bu fikirdən belə nəticəyə gəlmək olar ki, əxlaqi keyfiyyətlərsiz 
hüquq  yoxdur.  Hüquq  elə  mənəvi  dəyərlərin  birləşməsidirsə, 
ə
xlaq  mənəviyyatdırsa,  onda,  əxlaqsız  hüquq  ola  bilməz). 
Bundan da öz-özünü daxilən tənzim edən, hərəkətlərini ölçüb-
biçən  insan  amili  meydana  gəlmiş  olur.  Əxlaqlı  insan 
cəmiyyətdə  daha  geniş  nüfuza  və  mövqeyə  malik  olur.  Bu  da 
həmin insana əlavə hüquqlar verir, hörmət qazandırır.   Belə bir 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə