Microsoft Word Insan huquqlari I kitab doc


məqsədlərdən  və  obyektlərdən  əlverişli  (yüksək,  ülvi)  məqsəd



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə27/36
tarix20.09.2017
ölçüsü2,82 Kb.
#875
1   ...   23   24   25   26   27   28   29   30   ...   36

84 
 
məqsədlərdən  və  obyektlərdən  əlverişli  (yüksək,  ülvi)  məqsəd 
və  obyektlərə  keçirilməsi  deməkdir.
63
  Z.  Freyidin baxışlarına 
görə, 
sublimasiya 
dini 
ayinlərin 
və 
mərasimlərin 
formalaşması,  incəsənətin  və  ictimai  təsisatların  yaranması, 
elmin  meydana  gəlməsi,  bəşəriyyətin  inkişafıdır.
64
  Hətta 
sublimasiya  humanistləşmənin  yüksək  mərhələsi  kimi  də 
qəbul  olunur.  Şəxsiyyətin  sosiallaşması,  mədəniyyətin  və 
incəsənətin  yüksək mərhələsi  kimi də  qəbul edilir).
65
  Belə ki, 
insan  hüquqlarının  inkişafı  insanların  yaradıcılıq  və  quruculuq 
qabiliyyətlərini  yüksəldir  və  onlara  geniş  məkanlar  verir. 
İ
nsanlar    öz  hüquqlarını  özləri  ilə  birlikdə  daşıyaraq  və 
hüquqlardan  istifadə  edərək  öz  qabiliyyətlərini,  istedad  və 
bacarıqlarını  müxtəlif  sahələrdə  və  məsələlərdə  realizə  edə 
bilirlər.  İnsan  hüquqlarının  inkişafı  həm  də  müəyyən 
məsələlərdə 
 
intellektuallığı 
meydana 
gətirir. 
Yüksək 
intellektuallıq  isə  U.  Şelerə  görə  yüksək  sublimasiyadır  və  bu 
dağıdıcılığa  gətirib  çıxara  bilər.
66
  İnsan  hüquqlarının  hər 
yanda  tətbiqi  və  insanların  bu  hüquqlardan  hərəkətlər  üçün 
istifadə etmələri bir tərəfdən insanların hüquq tətbiq etmə yolu 
ilə  inkişafını,  digər  tərəfdən  isə  məhdudlarsız  hərəkətləri 
yarada  bilər.  Bu  baxımdan  da  hesab  etmək  olar  ki,  insan 
hüquqları əsasən, məhdudlaşdırıcılıq əsasları ilə sublimasiyaya 
tabe  olmalıdır.  Yəni  inkişaf  proseslərinin    normativliyini, 
bundan  irəli  gələrək,    hədlər  çərçivəsində  norma  və  qaydalara 
tabe  olmasını  və  imperativliyini  (məcburiliyini)    qəbul 
etməlidir.  
                                                 
63
 Fəlsəfə ensiklopedik lüğət. Baş redaktor İsmayıl Vəliyev. 
“Azərbaycan Ensiklopediyası nəşriyyat poliqrafiya birliyi”. Bakı, 1997, 
səh. 393.
 
64
 Малахов В.С., Филатов В.П., составление, 1991.   Современная 
западная
 философия. Словарь. М.; Издательство политической 
литературы
. 1991. səh. 291.
 
65
 Yenə orada.  
66
 Yenə orada.  


85 
 
Insan  hüquqlarının  öyrənilməsində  fikirlərin  konstruktiv 
metodları  (buna  deduktiv  metodlar  da  deyilir)  da  mühüm 
ə
həmiyyət kəsb edir. Belə ki, insan hüquqları ayrı-ayrı sahələrə 
görə 
bölündüyündən, 
təsnif 
olunduğundan 
burada 
konstruktivlik  də  mövcuddur.  Konstruktivlik  əsasən,  həm  də 
insan hüquqlarına dair elmi nəzəri-baxışların ümumiləşdirilmiş 
ə
saslarla  təhlilini  də  nəzərdə  tutur.  İnsan  hüquqlarında  olan 
konstruktiv  metod  insan  hüquqlarına  aid  olan  təriflərin 
ardıcllığını  şərtləndirir.    Onu  da  qəbul  etmək  olar  ki,  bütün 
ardıcıl,  məntiqi  fikirlər,  məfhumlar  konstruktiv  metoda 
ə
saslanır.  Hər  bir  məfum  tərifdən  ibarətdir.  Təriflər  cəmi  elə 
məfhumlar  cəmini  meydana  gətirir.  İnsan  hüquqlarının 
kosntruktiv  metodlarla  öyrənilməsi  təbii  ki,  bu  sahədə  olan 
baxışların  şərtləndiriciliyini  formalaşdırır.  İnsan  hüquqlarının 
konstruktiv 
metodları 
silsilə 
nəzəriyyələrin 
meydana 
gəlməsinin  əsaslarını  təşkil  edir.  İnsan  hüquqlarının  dərk 
olunmasında  müddəaların  çoxluğu,  eyni  zamanda  fikir 
ayrılıqları  və  fikir  fərqləri  də  bu  obyektin  (predmetin) 
konstruktiv  əsaslarla  dərk  olunmasının  əsaslarını  təşkil  edir. 
Konsturktiv metod təbbi ki, insan hüquqlarının öyrənilməsində 
xüsusidən  ümumiyə  keçidi  (induktivliyi,  yəni  tək-tək 
faktlardan ümumi müddəaya keçmək) də şərtləndirir.   
Təbii    hüquq  anlayışı,  mexanikanın  dili  ilə  ifadə  etsək,  
invariantdır.  Yəni,  bütün  hallarda  daxili  məzmun  etibarilə  
dəyişməyəndir.  Təbii  hüquq  anlayışının  ivariantlığı  onun 
immanentliyindən 
və 
təbii 
endemikliyinin 
xassəsindən 
meydana  gəlir. İnsanlar təbiətən eyni və oxşar xassələrə malik 
olurlar.  Təbii  hüquqlar  onlarla  doğulur  və  bütün  dəyişən 
hallarda,  yəni,    insanların  yaşlarına  və  fəaliyyətlərinə 
baxmayaraq,  anlayış  kimi  invariant  olaraq  qalır.  Pozitiv 
hüquqlar  isə,  dəyişən  ola  bilər  və  bu,  məkan  və  resurslardan 
asılı  olaraq,  variasiyanın  (müxtəlif  hallarda  dəyişmənin) 
obyektinə  çevrilə  bilər.  Hüquqların  variasiyasına  da  iki 
aspektdən  yanaşmaq  olar:  birincisi,  hüquqların  insan 


86 
 
fəaliyyətinə  və  peşəsinə,  eləcə  də  resurs  imkanlarına  bağlı 
olaraq  təmin  edilməsinin  müxtəlifliyi;  ikincisi,  isə  hüquqların 
dəyişkənliyinə  və  azadlıqların  məhdulaşmasına  əsaslanmasına 
xas olan əsasları.  
Hüquq həm vasitəli,   həm də vasitəsiz biliyin obyektidir, 
anlayışı  və  məfhumudur.  Belə  ki,  hüquq  vasitəsiz  biliyin 
(burada sübutun köməyi olmadan) alınmış biliyin obyekti kimi 
daha  da  böyük  əhəmiyyət  kəsb  edir.  Hüquq  mücərrəd 
olduğundan  belə  vasitəsiz  biliyin  predmetidir.  Hüququn 
tanınması,  təsbiti  və  tətbiqi  zamanı  təcrübənin  məlumatlarına 
ehtiyac  duyulmadan  da,  anlayışın dərk  olunnması və proseslər 
zamanı məntiqi düşüncə ilə həqiqətin birbaşa seyri (intellektual 
bilik)  mümkündür.          Vasitəsiz  biliklərdə hissi və intellektual 
intuisiya
67
 mühüm rol oynayır və qavramanın yüksək səviyyəsi 
bu  hallarda  müəyyən  edilir.  Vasitəli  bilikdə  isə  insanların 
hüquqlarının  real  şəkildə  təmin  edilməsi  və    qorunmasının 
ə
sasları müəyyən olunur. Vasitəli bilik yolu  ilə insan hüquqları 
anlayışının  dərk  olunması  məntiqi  idrakın  köməkliyi  ilə 
mümkündür.  Burada  artıq  müəyyən  sübutlar  (hüququn  təmin 
edilməsi faktları üzrə) lazım gəlir.    
 
 
                                                 
67
 Fəlsəfə ensiklopedik lüğət. Baş redaktor İsmayıl Vəliyev. 
“Azərbaycan Ensiklopediyası nəşriyyat poliqrafiya birliyi”. Bakı, 1997, 
səh. 72.
 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə