Microsoft Word Insan huquqlari I kitab doc


“İnsan hüquqları” məfhumu



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə28/36
tarix20.09.2017
ölçüsü2,82 Kb.
#875
1   ...   24   25   26   27   28   29   30   31   ...   36

87 
 
“İnsan hüquqları” məfhumu 
 
İ
nsan hüququ məfhumu – insan və hüququn (insan və onun 
mənəviyyatının)      birləşmiş  məfhumlarından  meydana  gəlib. 
Ə
slində, belə qəbul etmək düzgün olar ki,  insan elə özünə aid 
olan məfhumla birdir, bütövdür. Hüquq insanın həqiqi və haqlı  
hərəkətlərini  müəyyən  edən  bir  etalondur.  (Etalon-müəyyən 
halda  “normal”  sayılan  davranış  üsuludur  və  ya  daha  dəqiq 
desək,  müəyyən  halda  yol  verilən  və  normal  sayılan 
davranışlar  diapazonudur.  Etalonları  bilmək  adamların 
davranışını  qabaqcadan  görməyə  imkan  verir  və  yaxın 
tanıdığımız  adamlardan  lazımi  reaksiyaların  gözlənilməsinin 
ə
saslarını  təşkil  edir.  Formalaşmış  etalonlar  ictimai  həyatın 
müntəzəmliyini  şərtləndirir).
68
  İki  məfhumun  bütövlüyü  və 
vahidliyi  insanın bioloji və mənəvi varlıq olaraq məqsədyönlü 
varlıq  kimi  əhəmiyyətini  meydana  gətirib.  (Qeyd:  məntiqdə  
məfhum  cisim  və  hadisələrin  ən  ümumi,  mühüm,  zəruri  xassə 
və  əlamətlərini,  cisim  və  hadisələr  arasındakı  əlaqə  və 
münasibətləri  beynimizdə  əks  etdirən  fikirdir,  təfəkkür 
formasıdır. Məfhum gerçəklik müəyyən edəndir.
69
 Məfhumların 
köməkliyi  ilə  hadisələrin  daxili  təbiətini,  onların  məzmununu 
açmaqla,  gerçəklik  haqqında  yeni  biliklərə  yiyələnirik.
70
 
Məfhumların yaranmasında məntiqi əməliyyatlar bunlar hesab 
olunur:  1)  təhlil,  2)  tərkib,  3)  müqayisi,  4)  mücərrədləşmə,  5) 
ümumiləşdimə).
71
  
Hüquq  bir  məfhum  kimi  insanın  fərdi  və  qrup  şəklində 
münasibətlərinin  və  əlaqələrinin  əsaslarını  zəruri  qaydada 
təşklil  edə  bilir.  Hüquq  bir  meyar  məfhumu  kimi  insanların 
                                                 
68
 Q 82. Quliyev R.M. Sosiologiya: nəzəriyyə və tədqiqat metodologiyası 
(Monoqrafiya). Bakı, BSPİ, “Siyasət” nəşriyyatı, 1995, 424 səh.,  s. 56.
     
69
 M.M. İsrafilov. Məntiq: Dərs vəsaiti.-B.: Maarif, 1987.-333 səh.,  s. 50.   
70
 Yenə orada. s. 50. 
71
 Yenə orada.  s. 110. 


88 
 
cəmiyyətdə  fərdi  və  ya  da  qrup  şəklində  statuslarını  və 
maraqlarının formalarını meydana gətirmiş olur.  
Hüquq  insanların  mənəvi  aləminin  maddi  aləmlərinə  olan 
bioloji  bağlılığında  meydana  gələn  tərkib  və  bölgü  olaraq 
xüsusi önəmə malik olur. İnsanın müxtəlif yaş dövlərində olan 
hüquqları  onun  həm  təbii  quruluşundan  (bioloji,  mənəvi-ruhi-
psixi),  həm  də  istedad  və  qabiliyyətindən  formalaşmış  olur. 
Hüquq  insanların  məhz  müxtəlif  yaş  mərhələlərində  olan 
sosial-psixi vəziyyətlərini müəyyən edən əsas kriteriyalar kimi 
rol  oynayan  ictimai-iqtisadi  və  mədəni  normalar  kimi  böyük 
rola  malikdir.  Müxtəlif  yaş  dövrləri  bir  tərəfdən  insanların 
hərəkətlərinin  diapazonun  həm  məhdudlaşdırır,  həm  də 
genişləndirir.  Burada  insanın  hüquqları  inkişafa  və  tənəzzülə 
məruz  qalır.  İnsanlar  uşaq  dövrlərində  və  yaşlı  vaxtlarda 
gənclik illərində və orta yaş dövrlərində olan enerjiyə və fiziki-
maddi imkanlara malik olmadıqlarından məhz   daha çox digər 
insanların  qayğısı  ilə  əhatə  olunurlar.  Buradan  da  belə  bir 
məntiqi  nəticələr  ortaya  çıxır  ki,  insanların  imkanları 
məhdudlaşdıqca  onlar  daha  çox  hüququn  obyekti  olmağa  can 
atırlar. Deməli, hərəkətlərin məhdudlaşması məhdudlaşan tərəf 
üzərində  hüquq  qayğısını  (hüquqi  qayğını-özündə  maddi-
mənəvi və sosial qayğını) da artırır. Bu baxımdan hüquq həm 
zəifləyən,  həm  də  güclənən  obyektlərə    münasibətdə 
genişlənəndir.    İnsan  hüquqlarının  artmasında  onun  sahibi 
olduğu resursların  zənginliyi  və bolluğu da mühüm  əhəmiyyət 
kəsb  edir.  Belə  ki,  resurs  zənginliyi  insanların  hərəkət 
imkanlarını  böyüdür,  hərəkət  imkanlarının  sahələrini  artırır, 
sahələrin  çoxluğunu  yaradır  və  nəticədə  resurlara  sahib  olan 
şə
xsin  də  hüquqlarını  sahələr  üzrə  genişləndirir.  İnsanlar  daha 
çox  hüquqlara  malik  olduqlarından  hüquq  kəmiyyəti  adlana 
biləcək  məfhum  meydana  gəlmiş  olur.    Hüququn  artan 
kəmiyyəti  (mücərrədlik  baxımından),  yəni  ona  aid  olan 
məfhumların çoxluğu  onun tərkibini genişləndirməklə bərabər, 
şə
xsin hərəkətinin sfreralar üzrə kəmiyyətini də artırır.   


89 
 
Hüquq  tərkib  toplusu    kimi  vahid  olmaqla  yanaşı,  həm  də 
hissədir.  Belə  ki,  hüquq  insanların  mənəvi  aləminin  tərkib 
ünsürüdür,  digər  tərkibləri  zənginləşdirən  bir  kriteriyadır. 
Hüquqların  (ixtiyar,  səlahiyyət)    genişlənməsi  və  istedadın, 
qabiliyyətin  artması  məhz  insanların  fəaliyyət  sahələrinin 
böyüməsinin  əsaslarını  təşkil  edir  və  insanların  şəxsiyyətlər 
kimi  yetişməsində  böyük  rol  oynayır.  Hüququn  genişlənməsi 
insanların  münasibətlər  və  əlaqələr  funksiyalarını genişləndirir 
və  insaların  imkanları  artır,  daha  çox  məlumatlar  əldə  edirlər. 
Məlumatların 
çoxluğu 
da 
insan 
davranışlarının 
zənginləşməsinin  əsaslarını  təşkil  edir  və  insanlarda  əxlaqın 
zənginləşməsinə  və  insanların  davranış  normalarının  daxilən 
təkmilləşməsinə  gətirib  çıxarır.  Şəxsiyyətlər  o  halda  yetişirlər 
ki,  onlar  öz  istedadlarını    qabiliyyətləri  və  bilikləri  (yəni 
sistemləşmiş  məlumatları)  ilə  üzvi  qaydada  sintez  etdirmiş 
olurlar. 
Səmərəli 
sintez 
şə
xsiyyətlərin 
yetişməsinin 
fundamental şərtlərini meydana gətirir.  
Hüquq  insanları  müxtəlif  sahələr  üzrə  istiqamətləndirən 
ə
sas kriteriyadır. İnsanların bütün sahələrdə hərəkətlərinə məna 
verən  və  ona  status  qazandıran  məhz  hüquq  kriteriyasıdır. 
İ
nsanların  maraqlarının  hərəkətlə  ifadəsi  və  yerinə  yetirilməsi 
məhz  hüquq  kriteriyası  ilə  müəyyən  olunur.  Hüququn 
funksional  əhəmiyyət  kəsb  edən  kriteriya  olması  vacib  amilə 
çevrilir.  Bütün  sahələrdə  olan  hüquqlar  ayrı-ayrı  insanlara 
ixtiyar verir ki, həmin sahələrdə təmsil oluna bilsinlər. Deməli, 
hüquq sahələr üzrə imkan  yaradan amil və kriteriyadır. Hüquq 
tərkib  etibarilə  universallaşdırıcı  məfhum  olduğundan,  tərkibi 
çox  zəngin  olduğundan  məhz  insanların  bütün  sahələrdə 
maraqlarının formalaşmasının əsaslarını təşkil edir.     
Qeyd  olunduğu  kimi,  insan  özü  bir  məfhumdur  və  hüquq 
məfhumu  bu  məfhum  içərisində  tərkibdir  və  məhz  burada 
məhdudlaşdırıcıdır.  İnsan  isə  genişləndirici  məfhumdur.  
Hüquq  özü  isə  ayrıca  şəkildə  idrakın  obyekti  və  predmeti 
olaraq 
genişləndirici 
məfhumdur
Bu 
məfhumdan 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə