Microsoft Word Insan huquqlari I kitab doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə31/36
tarix20.09.2017
ölçüsü2,82 Kb.
#875
1   ...   28   29   30   31   32   33   34   35   36

96 
 
Xüsusi  güzəştli  təbəqənin  hüquqları,  xarici  ölkə 
diplomatik  nümayəndələrinin  hüquq  və  güzəştləri  –
imtiyazlar və toxunulmazlıqlar baxımından, 
-xüsusi  titula  malik  olan  şəxslərin  (ordenlər,  medallar  və 
fəxri adlar almış şəxslər)  hüquqları; 
-dövlət 
və 
hökumət 
rəsmilərinin 
imtiyaz 
və 
toxunulmazlıqları (ölkə daxilində və beynəlxalq aləmdə); 
-millət vəkillərinin toxunulmazlıqları; 
-dövlət qulluqçularına verilən güzəştlər
-diplomatik  nümayəndəliklərin  imtiyazları,    immunitetləri 
və s.   
Ümimiyyətlə,  bölgünü  çox  geniş  şəkildə  (insan  hüquqları 
anlayışını  ümumiləşdirməklə)  aparmaq  olar.  Burada  fəaliyyət 
və  çatışmazlıqlar  hüquqların  genişlənməsinin  (məsələn,  alimin 
fəaliyyəti  onun  hüququnu  genişləndirir,  xəstəlik  çatışmazlıq 
olduğuna  görə  müəyyən  məsələlərdə  xəstə  insanların 
hüquqlarını  genişləndirir)    və  məhdudlaşmasının  (cinayət 
əməli  hüquqları  məhdudlaşdırır)  əsaslarını  təşkil  edir. 
Hüquqlardan  güzəştlər  yaranır.  Güzəştlər  həm  çatışmazlıqları 
aradan  qaldırmaq  üçün  (pozulmuş  vəziyyəti  təkrar  nisbi 
tarazlıq  vəziyyətinə  qaytarmaq  üçmün),  həm  də  əlavə  olaraq 
inkişafı şərtləndirmək məqsədilə  (məsələn, əlavə mükafatların 
verilməsi şəxslərdə əmək qabiliyyətinin çoxalmasına  və ruhun 
yüksəlməsinə gətirib çıxara bilir)  tətbiq olunur.  
  
     
“İnsan hüquqları” anlayışı 
 
İ
nsan  hüquqları  məfhum  kimi  əsasən  bir  qədər  məhdud 
mənada  başa  düşülür.  Burada  insan  hüquqları  məfhumunun 
tərkibi  və  məfhumun  özünün  digər  məfhumlar  üçün  tərkib 
olması  məsələsi  aydınlaşdırılır.  İnsan  hüquqları  məfhumunun 
tətbiqi  məsələləri  və  tətbiqi  obyektləri  burada  önəmə  malik 
olur.    İnsan  hüquqları  bir  anlayış  kimi  isə  daha  da  geniş 


97 
 
mənada dərk olunmalıdır. Anlayış özü elə məfhumdan yaranır. 
Azərbaycan  dilinin  izahlı  lüğətinə  əsasən,  anlayış  bir  şey 
haqqında məntiqi cəhətdən formalaşmış ümumi fikir, təsəvvür, 
məfhum  kimi  başa  düşülür.
82
  İnsan  hüquqlarının  anlayış  kimi 
dərk  olunması  baza  etibarilə  mürəkkəb  məzmunun  üzə 
çıxmasından  ibarətdir.  İnsan  hüquqlarının  anlayış  kimi  başa 
düşülməsində  həmçinin    onun  ayrı-ayrı  sahələrə  bölünməsi  də 
mühüm rol oynayır. İnsan hüquqlarının sahələr üzrə bölünməsi 
və  sahələr  arasında  əlaqələrin  yaradılması  vahidliyi  meydana 
gətirir  və  bu  da  insan  hüquqlarının  geniş  məzmununu  ortaya 
çxıarır. İnsan hüquqları anlayışı dialektik formada dərketmənin 
ə
saslarını  meydana  gətirir.  İnsan  hüquqları  anlayışının 
formalaşmasının  əsasları    bu  məfhumun  insanların  ayrı-ayrı 
sahələrdə 
fəaliyyətləri 
ilə 
ə
laqədar 
olaraq 
meydana 
gəlməsindən  ortaya  çıxır.    İnsan  hüquqlarının  geniş  formada 
dərk  olunması  onun  konseptuallığını  zəruri  edir.  İnsan 
hüquqları  məfhumlarının  tərkibi  və  bölgüsü onun  anlayış kimi 
dərk  olunmasının  nəzəri  əsaslarını  yaradır.  İnsan  hüquqlarının 
mürəkkəbliyi 
və 
zəncirliyliyi 
onun 
anlayış 
kimi 
formalaşmasında xüsusi önəmə malik olur.  
İ
nsan  hüquqları  anlayışı  onun  həm  fəlsəfi,  həm  də  elmi 
ə
sasla  izahında  öz  əksini  tapır.  Anlayış  olaraq  geniş  təbiq 
olunması da daxili zəngin məzmun etibarilə  mühüm əhəmiyyət 
kəsb edir. İnsan hüquqları fəlsəfə və elmin obyekti olaraq dərk 
olunmaq baxımından mühüm önəmə malik olur.     
İ
nsan hüquqları (əsas hüquqlar) imperativ olduğundan onu 
daima 
formal 
məntiq 
ə
sasında 
anlamaq 
daha 
məqsədəuyğundur.  Lakin  bununla  yanaşı,  burada  dialektik 
məntiq  də  mümkündür.  Məsələn,  insan  faəliyyətinin  nəticələri 
vardır.  Bu  nəticələr  insanların  hüquqlarının daxilən və  xaricən 
genişlənməsinə gətirib çıxarır. Bu anda dialektikanın qanunları 
                                                 
82
 Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. I Cild, Bakı, “Şərq-
Qərb”, 2006, 744 səh., s. 120.
    


98 
 
ə
sasında  dərketmə  meydana  gəlir.  Dialektikanın  metodları 
insan  hüquqlarını  resurs  və  məkan,  zaman  əsasında 
öyrənilməsinin  əsaslarını  üzərə  çıxarır.  İnsan  hüquqlarını 
dialektikanın  əsasları  ilə  öyrənmək  o  deməkdir  ki,  insan 
hüquqları şərtlər əsasında genişlənir və şərtləndiricilik yolu ilə  
bu hüquqlar böyüyür və insan fəaliyyəti genişlənir.  Böyüdükcə 
insan  hüquqları  özündə  həm  də  dərk  olunmaq  üçün  formal 
məntiqin  mürəkkəb  əsaslarını  yaradır.  Formal  məntiq  (klassik 
məntiq) həm də   riyazi bir məntiqdir. Ona görə də təfəkkürün 
dərinləşməsində  bu  məntiqdən  geniş  istifadə  olunmalıdır.  
Formal  məntiqdə  mühakimə  düzgünlüyü  vardır.  Mühakimə 
düzgünlüyünün  və  mürəkkəb  düşüncələr,  çoxlu  sayda  formal 
məntiqi fikirlər  özü dialektik məntiqin zənginləşməsinə gətirib 
çıxarır.  Bu  baxımdan  formal    məntiqi  dialektik  məntiqin 
içərisində  axtarmaq  daha  məqəsəduyğundur.  Dialektik  məntiq 
obyekti  hərtərəfli  öyrənir.  İnsan  hüquqları  da  hərtərəfli 
olduğundan  və  sahələr  arasında  əlaqələr  mövcud  olduğundan 
dialektik  məntiq  yolu  ilə  mühakimələr  aparmaqla  insan 
hüquqlarını  geniş  şəkildə  öyrənmək  olar.  İnsan  hüquqları 
anlayışının  genişliyi    insan  hüquqlarının  struktur  baxımından 
təhlilinin  əsaslarını  təşkil  edir.  Tam  şəkildə  tərkibin 
öyrənilməsi  anlayışların  əsaslarını  yaradır.      Ümumiyyətlə, 
dərk  olunması  baxımından  hüquqların  geniş  spektrləri  onun 
anlayışı kimi dərk olunmasının şərtlərini meydana gətirir.   
İ
nsan  hüquqları  da  dərk  olunmaq  baxımından,  əvvəlcə 
qeyd  olunduğu  kimi,    formal  və dialektik məntiqin obyektidir. 
İ
nsan  hüquqlarının  tərkibi  çox  geniş  olduğundan  və  universal 
mənalar  kəsb  etdiyindən  fəlsəfənin  əsas  obyekti    kimi  qəbul 
olunur.   
 
 
 
 
 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə