Microsoft Word Insan huquqlari I kitab doc


İ nsan hüquqları anlayışının dərk olunmasında



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə32/36
tarix20.09.2017
ölçüsü2,82 Kb.
#875
1   ...   28   29   30   31   32   33   34   35   36

99 
 
İ
nsan hüquqları anlayışının dərk olunmasında 
sillogizm  
 
İ
nsan  hüquqları  anlayışı  fəlsəfənin  obyekti  olduğundan 
onun  mənasının  açılması  üçün  sillogizmdən  geniş  istifadə 
oluna  bilər.  İnsan  hüquqları  anlayışının  hərtərəfli  məzmunu  
onun  tərkibinin  genişliyindən  ortaya  çıxır.  İnsan  hüquqları 
anlayışının bütün sahələri əhatə etməsi onun universallığını və 
xüsusiliyini  aşkarlayır.    Bütün  sahələrdə  insan  hüquqları 
anlayışının  xüsusiyyətləri  –daxili  məzmunu,  mahiyyəti   
formalaşır  və    baza  ideoloji  xətt  kimi  əhəmiyyət  kəsb  edir. 
İ
nsan  hüquqları  anlayışının  daxili  məzmunu    bir-birini 
bağlayan şərtləndirici   ifadələrlə açılır. Bir ifadə digər ifadələr 
üçün həm başlanğıc rolunu oynayır, fikirlərin məntiqi qaydada 
törənməsi  halları    meydana  gəlir,  həm  də  şərtləndiricilik  kimi 
ə
həmiyyətə  malik  olur.  İnsan  hüquqları  anlayışının  dərk 
olunmasında sadə və formal məntiq, yəni sillogizm onun tərkib 
ifadələri arasında bağlayıcılığı yarada bilir. 
Təbiətin  quruluşu  vahidlikdən    və  tərkiblərdən,  bu 
baxımdan  ümumilikdən   və  xüsusilikdən  ibarətdir.  Bu  quruluş 
içərisində eyniliklər, oxşarlıqlar, fərqlər və ziddiyyətlər eyni və 
müxtəlif koordinatlarda cəmləşmişdir. Müxtəlif koordinatlar və 
xassələr  (xassələrin  müəyyən  edilməsi  təbii  ki,  insan  duyğu 
orqanlarına xasdır.  İnsanların duyğu orqanları xassələri ayırd 
edə  bilir  və    əlamətlərə  görə  predmetlər  ayrılır.  Xassələrin 
müəyyən  edilməsində  vahid  və  ümumiləşdirici,  bu  baxımdan 
universal  kriteriyalar,  meyarlar,  etalonlar  (müəyyən  edilmiş 
ölçü  vahidinin  dəqiq  nümunələri))    iştirak  edir.  Xassələrin 
müəyyən  edilməsi  təbii  ki,  sistemləşdirməni,  qruplaşdırmanı 
meydana  gətirir.  Sistemləşdirmə  və  qruplaşdırma  özü  də 
xassələrin müəyyən edilməsi istəklərindən formalaşır.   
Məzmun  əlamətə  bağlıdır.  Forma  isə  təzahürə.  Məzmun 
daxili  gerçəkliyi  və  zahiri  mənanı,  eləcə  də  daxili  mənanı  əks 
etdirir, forma isə onun predmetin, əşyanın görünüşünü təzahür 


100 
 
etdirir. 
Ə
lamət 
xassələndirmə 
kriteriyasıdır. 
Forma 
müxtəliflikləri 
də 
 
siniflərə 
(müəyyən 
keyfiyyətlərə, 
xüsusiyyətlərə  malik  olan  eyni  şeylərin  məcmusu),  növlərə 
(növ-dürlü,  cəhət,  çeşid  kimi  izah  edilir)  ayırmadır.  Hər  bir 
forma  içərisində  özünəxas  məzmunu  axrtarmaq  lazımdır. 
Ə
lamətlərin  ayrıd  edilməsində  forma-  məzmun  vəhdəti 
mövcuddur.   
Təbiətin  təbii  (burada  müəyyən  qüvvələrin  təsiri  ilə 
meydana  gələn)  və  ardıcıl, əlaqəli  quruluşu,  yəni təbii məntiqi 
ardıcıllığı  və  bağlılığı  mövcuddur,    hər  şey  təbii  nizamlama 
qanunlarına tabedir, eləcə də insanlar material aləmdən istifadə 
edərək  özlərinin  maraqlarına  və  məqsədlərinə  uyğun  olaraq 
münasib  quruluşları  meydana  gətirirlər.  Nizamlama  qanunları 
təbiətdə  olan  şeyləri  birləşdirir  və  vəhdəti  əmələ  gərtirir. 
Bütövün  hissələrə  parçalanaması  da  müəyyən  qüvvələrin 
təsirləri ilə həyata keçirilir.   
İ
nsanlarda  mövcud  olan  yaradıcılıq  və  quruculuq 
qabiliyyətinin  (burada  həm  də  istedadı)    inikası  təbiətdə 
harmonik  əlaqələrin  əsaslarını  təşkil  edir.  İnsan  təbiətcə  
nizamlı  bir  məxluqdur  və  onun  əməyi  də  nizamsalmağa 
(nizamlayıcılığa)    xidmət  edir.  Nizam  təbiətə  xasdır.  Təbii 
qanunlar  nizamı  yaradır.  İnsan  nizamlıdır.  Deməli,  nizam 
qanundur.      Buradan da məntiqi düşüncələr meydana gəlir. 
Məntiqi  (loqos)    düşüncələr  (burada  loqos-yunan.söz,  fikir, 
zəka,  qanun.  Platon  və  Aristotelə  görə  məntiqin  prinsipi) 
qanunuyğunluqdur  və  bütün  predmetlərin  və  proseslərin 
mahiyyətini  dərk  etmək  üçün  istifadə  olunur  və  tərkiblər 
arasındakı  əlaqələri  və  vəhdəti  dərk  etmək  üçün  tətbiq  edilir.  
Hesab etmək olar ki, məntiq hər bir halda  ortaq bir göstəricidir 
və 
meyardır, 
müəyyənedicidir, 
dərk 
etmək 
üçün 
istiqamətvericidir, təfəkkürü hərəkətə gətirəndir.   
Təbiətdə hər şey məntiqi bağlılığa söykənir. Məntiq tərkib 
etibarilə   
növlərə 
və 
siniflərə 
ayırma, 
predmetlərin 
dərəcələndirilməsi, qruplaşdırma, təsnifetmə (təsnifat-anlayışın 


101 
 
həcmində  bölgü  aparmaqdan  ibarət  məntiqi  əməliyyatı  tətbiq 
etməyin  xüsusi halı;  bu hal  bölgülərin  müəyyən məcmusundan 
(müəyyən  sinfin  növlərə  bölünməsi,  həmin  növlərin  bölünməsi 
və  s.)  ibarətdir))
83
  və  sistemləşdirmə,  universallıq  və 
partikulyarlıq,  fərdilik  və  xüsusilik  kimi  kateqoriyalara 
(kateqoriya-fəlsəfədə  maddi  aləmin,  varlığın  ən  ümumi  və 
mühüm  xassə  və  münasibətlərini    əks  etdirən  məfhumdur)
84
 
bağlıdır. Bununla yanaşı,   mütləq qaydada qəbul etmək olar ki, 
hər  bir  şey  mütləq    riyazi  hesaba  bağlıdır  ki,  bu  da  obyektiv 
gerçəkliklərin  dərk  olunmasıdır.  Riyaziyyat  obyektivliyi 
obyektivcəsinə  dərk  etdirir  və  subyektivliyin  də  obyektivliyə 
tabe  olmasının  əsaslarını  yaradır.  Tərkib  əlamətlərinə  görə  və 
proseslərin  baş  verməsinin  zamanla  xassəsi  olan  qruplaşdırma 
və 
sistemləşdirmə 
özündə 
ardıcıllığı, 
uyğunluğu 
və 
uyğunsuzluğu, harmoniya və ziddiyyəti əks etdirir.  
Bütün 
bu 
qruplaşdırma 
və 
sistemləşdirmə, 
mexanizmləşdirmə  insan  qavrayışının  və  şüurunun  (şüur-
obyektiv  gerçəkliyin  yalnız  insana  xas  olan  yüksək  formasıdır. 
Şüur  insan  tərəfindən  obyektiv  aləmin  və  öz  xüsusi  varlığının 
başa  düşülməsində,  dərk  edilməsində  fəal  iştirak  edən  psixi 
proseslərin  vəhdətindən  ibarətdir)
85
  həm  də  yüksək  əqlinin 
məhsuludur. Buradan da belə bir məntiqi nəticə ortaya çıxır ki, 
intellekt  və  yüksək  şüur,  dərketmə  və  təfəkkür  tərzi  hər  bir 
ş
eyin  ardıcıl  şəkildə  və  əlaqəli  formada  dərk  edilməsini 
şə
rtləndirir.  İnsan  psixikasına  aid  olan  şeylər  (psixikanı 
formalaşdıran  bütün  tərkib  ünsürlər)  insanların  məntiqi 
                                                 
83
 Fəlsəfə ensiklopedik lüğət. Baş redaktor İsmayıl Vəliyev. 
“Azərbaycan Ensiklopediyası nəşriyyat poliqrafiya birliyi”. Bakı, 1997, 
səh. 418.
 
84
 Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. II Cild. Bakı, “Şərq-
Qərb”, 2006, 792 səh.
 
85
 Fəlsəfə ensiklopedik lüğət. Baş redaktor İsmayıl Vəliyev. 
“Azərbaycan Ensiklopediyası nəşriyyat poliqrafiya birliyi”. Bakı, 1997, 
səh. 512.
 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə