Microsoft Word Insan huquqlari I kitab doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə34/36
tarix20.09.2017
ölçüsü2,82 Kb.
#875
1   ...   28   29   30   31   32   33   34   35   36

105 
 
Digər  bir  yanaşmada  da  qeyd  olunur  ki,  sillogizm-
deduksiya  metodu  olaraq,  ümumidən  xüsusiyə  keçməklə,  üç 
mühakimə  metodunu  meydana  gətirir:  böyük  mühakimə,  kiçik 
mühakimə  və  nəticə.  Tam  və  yaxud  qəti  mühakimə  sillogizmi 
belə yaranır: 
1) heç bir təmiz insan oliqarx ola bilməz. 
2) İvanov-təmiz insandır 
3) nəticə olaraq, İvanov oliqarx ola bilməz. 
Qısaldılmış sillogizm özündə mühakimələrdən və və ya da 
nəticələrdən  birini  əks  etdirmir.  Məsələn,  bizim  şirkət 
çiçəklənir. Ona görə ki, bütün neft şirkətləri çiçəklənir. Burada 
“biz neftçilər” mühakiməsi buraxılmışdır.
102
  
Sillogizm qəti, hipotetik və bölücü olur.  
Daha bir elmi  yanaşma. Məntiqə  əsasən hesab etmək olar 
ki,  bütün hökmlər sadə  və mürəkkəb olur. Mürəkkəb hökmlər 
elə  sadə  hökmlərdən  meydana  gəlir.  Bu  baxımdan  uzun  və 
çoxtərkibli konstruksiyalı olur. Sadə hökmlər qəti və assertorik 
olurlar  və  bu  baxımdan  da  atributiv  (daimi,  zəruri,  ayrılmaz)  
və  eqzistensial  (reallıqda  predmetin  mövcud  olması)  olurlar.  
Sadə assertorik  hökmlərin  üçüncü növü-predmetlər arasındakı 
əlaqələr  haqqında  hökmlərdən  ibarətdir.  Qəti  hökmlər  müsbət 
və  mənfi,  həmçinin  ümumi,  xüsusi  və  tək  halda  olur.
103
 
Hökmlərə  ənənəvi  məntiqdən  baxılmalı  olsa,  onda  qeyd 
edilməlidir ki, onlar əsasən qəti olurlar. Bu, o mənanı verir k, 
hökmlər  ya  müsbət  mənada  bu  və  ya  da  digər  predmetləri 
təsdiq  edirlər,    ya  da  inkar  edirlər.  Beləliklə,  qəti  hökmlər 
müsbət və mənfi olurlar. Məsələn, “Ay-Yerin peykidir”, Böyük 
Britaniya-ada  dövlətidir”-bu  kimi  hökmlər  müsbətdir.    “Heç 
bir paytaxt qədim deyil”, “Bəzi içkilər fransız içkiləri deyillər” 
kimi  hökmlər    isə  mənfi  olurlar.  Qəti  hökmlərin  bu  cürə 
bölgüsü  bağlayıcıların  keyfiyyətlərinə  görə  mövcud  olur.
104
   
                                                 
102
 Силлогизм. http://vocabulary.ru/dictionary/14/world/silogizm 
103
 Лекция № 11. Простые суждения. Понятие и виды. 
http://www.plam.ru/philos/logika_konspekt_lekcii/p11.php.
 
104
 Həmin mənbə. 


106 
 
Müsbət  qəti  hökm  bu  və  digər  predmetə  aid  olan    əlamətləri 
müəyyən  etmək  xüsusiyyətlərinə  malikdir.
105
  Mənfi  qəti 
hökmlər  isə  müsbət  keyfiyyətlərə  malik  deyil.  Bölgüdə  digər 
bir  əsas  isə    say  baxımından  müəyyən  olunur.  Bu,    o  mənanı 
verir  ki,  təsnifatın  əsasında  belə  bir  sual  meydana  gəlir  ki, 
müvafiq anlayışın tərkibinə nə qədər müəyyən olunmuş məfhum 
daxil olur. Bu baxımdan sadə qəti anlayışları ümumi, şəxsi və 
təkliyə  aid  olan  tərkiblərə  aid  etmək  mümkündür.
106
  Ümumi 
hökmlərin
 
strukturunda “Bütün S  (subyekt) P  (predikat)-dir”. 
Məsələn,  “Bütün  insanlar-məməlidirlər”.  İkinci  tip  hökm 
xüsusi  (məxsusi)  təsdiqedici  olur.  Bunun  strukturu  belədir-
“Bəzi S (subyekt) P (predikat)-dir”. Məsələn, “Bəzi idmançılar 
(subyekt)  –futbolçudurlar  (predikat)”.  Sadə  qəti  hökmlərin 
üçüncü  tipi  –ümuminkaredici  olur.  Bu  tipin  strukturu  -“Heç 
bir  S  (subyekt)  P  (predikat)  deyil”.  Məsələn,  “Heç  bir  it   
sürünən    deyil”.  Sadə  qəti  hökmlərin  dördüncü  tipi  məxsusi 
inkaredici  olur.  Bunun  formulası  belədir.  “Bəzi  S(subyekt)  P 
(predikat)  deyil”.  Məsələn,  Bəzi  göllər  (göl  burada  subyekt) 
şirinsulu    deyillər  (predikat-bu,  qrammatikada  xəbərdir)”.
107
 
Bütün  hökmlərdə  minimum  subyekt  (S)  və  predikat  (P)  vardır. 
Subyekt  kimi  predikat  da  məfhumdur.  Bütün  məfhumlar  kimi  
onlar  da  həcm  və  məzmuna  xarakterizə  olunur.  Əgər  məzmun 
əlamətləri  əks  etdirən  məfhumdursa,  onda  həcm  tabe  olan 
məfhumlar haqqında məlumatlara malik olur.
108
   
Digər bir elmi yanaşmanı misal çəkək. Məntiq elmində ən 
sadə  fikir  aşağıdakı  ünsürlərdən  yaranır:  a)  cisim  və 
hadisələrin beynimizdə inikası(latınca S hərfi ilə işarə olunur); 
cisim  və  hadisəyə  aid  olan    və  yaxud  aid  olmayan  xassənin, 
əlamətin  iniikası  (latınca  P  hərfi  ilə  işarə  olunur);  v)  Copula 
                                                 
105
 Лекция № 11. Простые суждения. Понятие и виды. 
http://www.plam.ru/philos/logika_konspekt_lekcii/p11.php.
 
106
 Həmin mənbə. 
107
 Həmin mənbə. 
108
 Həmin mənbə. 


107 
 
isə  latınca-dir,  deyil  bağlayıcısıdır.
109
  Təfəkkür  prosesində 
bəzən elə hallara da rast gəlinir ki, əqli nəticə formaca düzgün 
olsa  da  məzmunca  yanlışdır.  Bütün  ağaclar  bar  verir(çıxış 
hökmüdür).  Çinar  ağacdır.  Deməli,  çinar  bar  verir.  Burada 
məzmun baxımından səhv məntiqi nəticə var.  
Bütün balıqlar tənəffüs edir. 
İnsan tənəffüs edəndir. 
Deməli,  insan  balıqdır.  Burada  burada  çıxış  hökmləri 
doğrudur. Lakin, çıxarılan nəticə (insan balıqdır) səhvdir.
110
  
Sillogistika-sillogistik  əqlinəticə  haqqında  təlim  deməkdir. 
Aristotel  tərəfindən  formulə  edilmiş  tarixən  birinci  məntiqi 
deduksiya 
(əsas 
mühakimə 
üsullarından 
və 
tədqiqat 
metodlarından  biri)  sistemidir.  Sillogizm  subyektiv-predikativ 
(predikat sözü izahlı lüğətə əsasaən,  məntiqdə hökmün obyekti 
haqqında  deyilən  fikir;  məntiqi  xəbər)  strukturlu  üç  qoşa 
hökmü:  iki  müqəddimə  və  nəticəni  təşkil  edən  üç  termindən 
ibarətdir.
111
 
Başqa  bir  mənbədə  sillogizmə  belə  yanaşma 
edilir.
 
Sillogizm deduksiya və induksiya ilə bağlıdır. Deduksiya 
(lat.,  deductio-nəticələr  çıxartma,  ümumidən  təkliklərin  və 
çoxluqlardan  xüsusiyə  keçmə  ilə  bağlı  olan  düşünmə 
prosesidir.  Burada  məntiqi  əsaslarla  müəyyən  təkliflərdən 
nəticələr  çıxarılır.  Məsələn,  belə  bir  cümlə  yazılır:  əgər  qızıl-
metaldırsa,  metal  elektrik  keçirəndir.  Deməli,  qızıl-elektrik 
keçirəndir.  Deduksiyanın    əksi  isə  induksiyadır.  Deduksiya  və 
induksiya bir-birini tamamlayır.
112
 
 
                                                 
109
 M.M. İsrafilov. Məntiq: Dərs vəsaiti.-B.: Maarif, 1987.-333 səh.,  s. 19. 
110
 Yenə orada.  s. 21. 
111
 Fəlsəfə ensiklopedik lüğət. Baş redaktor İsmayıl Vəliyev. 
“Azərbaycan Ensiklopediyası nəşriyyat poliqrafiya birliyi”. Bakı, 1997, 
səh. 372.  
 
112
 С24. Современная философия: Словарь и хрестоматия. 
Ответственный
 редактор доктор философских наук. Кохановский 
В
.П. Ростов-на-Дону. Феникс, 1996 г. С.511., s.22.
 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə