Microsoft Word Insan huquqlari I kitab doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə36/36
tarix20.09.2017
ölçüsü2,82 Kb.
#875
1   ...   28   29   30   31   32   33   34   35   36

111 
 
qoruyur,  münasibətlər  və  əlaqələr  sferasında  istiqamətləndirir 
və  hərəkətləri  edən  şəxslərin  maraq  və  ehtiyaclarını, 
tələbatlarını  ödəyən  əsas  ümumiləşdirici  və  konkretləşdirici 
kriteriya  kimi  çıxış  edir.  Hüququn  konseptuallığı  universal 
ə
saslarla  insanların  səlahiyyət  və  vəzifələrinin  vəhdətini 
yaratmaqdadır.   
Hüquq  özü  bir  böyük  anlayışdır  və  əhatəlidir.  Onun 
ə
hatəliyi  və  genişliyi  insanların  fəaliyyətinin  genişliyində 
büruzə verir. İnkişafın ardıcıllığı hüquqların genişlənməsi üçün 
ə
sas  şəraitlərin  yarnmasını  təmin  edir  və  müvafiq  resursları 
meydana  gətirir.    Bununla  yanaşı,  insan  hüquqlarının  geniş 
olması  onun  tərəflərin  hüquqlarında  təsbit  olunması  ilə  də 
ə
laqəlidir.  İnsanlar  fərdi  qaydada  və  qrup  halında  tərəf  olurlar 
və  tərəflərə  çevrilən  zaman  onların  da    hüquqları  və 
səlahiyyətləri  və  vəzifələri  ortaya  çıxmış  olur.  İnsanlar  həm 
fərdi  əsaslarda,  həm  də  təşkilatlar  səviyyəsində  hüquqlar  əldə 
etmiş 
olurlar. 
Kollektiv 
hüquqlar 
fərdi 
hüquqların 
zənginləşməsi  üçün  enerji  rolunda  çıxış  edir.  Məsələn,  hər 
hansı  bir  qanunvericilik  aktı  fərdi  qayda  ilə    yanaşı,  ümumi 
ə
saslarla  da  hüquqları  təmin  etmiş  olur.  Hüquqların 
konseptuallığı  onların  universal  strukturlarında  da  öz  əksini 
tapır.  Hüquqlar  normaların  yaranmasının  əsaslarını  təşkil  edir 
və  sənədləri  ortaya  çıxarır.    İnsanların  fərdi  əhəmiyyət  kəsb 
edən  fəaliyyətləri  (istər  fərdi  qaydada,  istərsə  də  təşkilat 
çərçivəsində 
fərdi 
fəaliyyətləri) 
insan 
hüquqlarının 
konseptuallığını  şərtləndirir.      Hüququn  ümumi  sənədlərdə  və 
universal normalarda təsbit olunması da onun konseptuallığını, 
yəni  ümumi  təsəvvürün  obyekti  olmasını  dəyərləndirir.   
Hüququn  konseptuallığı  onun  ayrı-ayrı  sahələr  arasında  bütöv 
formalar yaratmasının əsaslarını təşkil edir.  
Hüquq  çox  geniş  səviyyəli  və  əhatəli    dərketmənin 
obyektidir.    Bu  baxımdan  da  spesifik  və  dərin,  əhatəli    məna 
kəsb  edir.  Hüququn  dərin  mənalılığı  onun  universal  tərkibə 
malik  olmasındadır.  Eyni  zamanda  insanların    mənəviyyatına 


112 
 
aid olan bütün kriteriya və anlayışları özündə əks etdirməsidir. 
Hüquq iradəyə, əqli düşüncəyə bağlıdır və hərəkətləri də məhz 
ş
üuru  olaraq  tənizmləyən  kriteriyadır.  Hüququn  konseptuallığı 
həm  də  onun  tərkibində  birləşdiriciliyin  və  ümumiliyin 
yaradılmasındadır.  Hüquq  öz  daxilində  ləyaqət,  şərəf,  namus, 
vicdan  kimi  əxlaq  normalarını  və  qaydalarını  cəmləşdirir.  
Hüququn  fəlsəfi  aspektlərlə  dərk  olunmasında  konseptuallığı 
(çox  dərin  olması  və  daxilən  sahələr  üzrə  bağlayıcılığı 
yaratması)    mühüm  əhəmiyyət  kəsb  edir.  Hüquq  anlayışı  özü 
insanların  bütün  sahələrdə  fəaliyyətlərini  bağlayır,  yəni 
fəaliyyət  istiqamətlərini  bir-birilərinə  “tikir”.  İnsan  azadlığını 
bütün  hərəkətlərdə  və  zaman  ardıcıllığında    normalarla 
tənzimləyir.  Bu  baxımdan  da,  qəbul  etmək  lazımdır  ki,  
hüquqdan kənarda azadlıq xaosdur, nizama xidmət etməyəndir. 
Nizam  isə  öz  növbəsində  cəmiyyətin  və  fərldərin  inkişafının 
ə
saslarını  yaradandır.    Hüquq  özü    azadlıq  normalarını 
yaradandır,  azadlığa  səlahiyyət  verəndir.    Belə  bir  sadə 
sillogizmdən  çıxış  etmək  olar:  Hüquq  azadlığı  nizamlayandır. 
Azadlıq  həyatın  başlıca  qayəsidir.  Deməli,  hüquq  həyatı 
nizamlayandır.  Hüququn  konseptuallığı  həm  də  onun 
azadlıqla  vəhdətindədir  və  universallığındadır.  Hüququn 
konseptuallığı  bu  baxımdan  dövlətin  tərəf  kimi  universal 
hüquqlara 
malik 
olmasındadır. 
 
Bütün 
azadlıqlar 
trayektoriyasında hüquq universal norma kimi məhdudlaşdırıcı, 
eləcə də genişləndirici əhəmiyyət kəsb edir. (Bax, Qrafik-10).    
Hüquq  bir  anlayış  kimi    böyük  mənaya  malik  olur  və 
insanların  fəaliyyətində  digər  mənaların  dərk  olunması  üçün 
mərkəzi  anlayış    kimi  ortaya  qoyulur.  İnsan  həyatının  və 
fəaliyyətinin  tənzimləyicisi  olan  digər  anlayışlar  (məsələn, 
azadlıq,  sərbəstlik,  resursların  və  potensialın  geniş  şəkildə 
istifadə olunması)   məhz hüquq anlayışının konseptuallığından 
doğur və bu zaman anlayışların dərk olunmasında deduktiv və 
induktiv əsaslarla strukturalizm meydana gəlir. İnsan hüquqları 
normalarından  ibarət  olan  strukturlar  məzmun  etibarilə  oxşar 


113 
 
mənaya və əhəmiyyətə malik olur.  İnsan hüquqları anlayışının 
konseptual  əsaslarının  formalaşması    insanların  ali  dəyərli 
varlıqlar  kimi  mövcudluqlarından  və  fəaliyyətlərindən  irəli 
gəlir. 
İ
nsan  hüquqlarının  konseptuallığı  məsələsinə  də  iki 
aspektdən yanaşmaq olar: birincisi, insan hüquqlarının sahələr 
üzrə  genişliyi;  ikincisi,    insan  hüquqlarının  sahələr  üzrə 
genişliyindən  və  material  aləmin  çoxluğundan  yaranan  geniş 
tərkibi.  Burada  əvvəlcə  qeyd  olunduğu  kimi,  hüququn 
inkişafını resursların bolluğu  yaradır. İnsan hüquqlarının geniş 
tərkibi  həm  də  onların  ayrı-ayrı  sahələrdə  material  aləmə 
nisbətən  genişlənməsindən  irəli  gəlir.  Hüquq  fəaliyyətlə 
genişləndikcə  daha  da  böyük  məna  kəsb  etməyə  başlayır. 
Hüquq  özü  inkişaf  edən  məkanda  və  zaman  ardıcıllığında 
insanları  və  digər  tərəfləri  (təbii  ki,  burada  tərəflərdə  də 
insanlar iştirak edir və insanlar özləri yaradır) həm də qorumaq 
funksiyasını  öz  üzərinə  götürür.  Resursların  artması  daha  çox  
nizamlamanı  tələb  etdiyindən  hüquq  normalarına  olan 
ehtiyaclar da artır. Bu anda hüquq normaları inkar oluna-oluna 
genişlənir və sənədlər dəyişikliyə məruz qalır.  
Hüququn konseptuallığı həm də onun törəmə funksiyasına 
malik  olmasından  irəli  gəlir.    Yəni  bir  universal  hüquq 
sənədindən  ayrı-ayrı sahələr üzrə hüquq sənədləri ortaya çıxır. 
Normalardan  və  qaydalardan  (baza  hüquqlara  söykənən 
normalar)  yeni  normalar  və  qaydalar  yaranmış  olur.  Bütün 
törəmə  prosesləri  zamanı  insanların  təbii  hüquqları  öz 
mahiyyətini  qoruyub  saxlayır.  Daha  dəqiq  desək,  törəmə 
prosesləri  əslində  təbii  hüquqlara  xidmət  edir.  Təbii  hüquqlar 
isə  insanların  özləri  ilə  doğulur  və  insanların  əqli  və  fiziki 
qabiliyyətlərinə  müvafiq  olaraq  da  inkişaf  edir.    Bütün 
hüquqlar  da  təbii  hüquqlardır  və  pozitiv  hüquqlar  anlayışı 
şə
rtidir  və  insan  fəaliyyətinə  uyğun  olaraq  resursların  artması 
da insan hüquqlarının təbii olaraq genişlənməsinə xidmət edir. 
Təbii  hüquqlar  genişlənir  və  vasitələrin  istifadə  normaları 


114 
 
pozitiv  normaların  yaranmasının  əsaslarını  gtəşkil  edir.  
Hüququn  konseptuallığı  da  məhz  müxtəlif  yaş  dövrlərində  və 
eyni  yaş  dövrlərində  olan  insanlar  üçün  müvafiq  normaları 
(onların  təbii  hüquqlarının  əks  olunduğu  və  təbii  hüquqlara 
xidmət edən pozitiv hüquqların əsaslarını əks etdirən normalar)  
yaratmaqdan ibarətdir. 
İ
nsan  hüquqlarının  konseptuallığı  həm  də  onun  müsbət 
məzmununda  özünü  büruzə  verir.  Belə  ki,  insan  hüquqlarının 
yerinə  yetirilməsi  nəticə  etibarilə  insanlara  xidmət  etdiyindən 
və  insanlar  üçün  faydalı  olanları  əldə  etdiyindən  onun  zəruri 
olması  və  müsbət  meyar  kimi  əhəmiyyət  kəsb  etməsi  vacib 
amilə  çevrilir.  İnsan  hüquqlarının  təmin  olunmasının    müsbət 
tərəfləri  onu  zəruri  edir  ki,  bu  hüquqlar  bütün    sahələrdə 
resurslardan asılı olaraq daima genişlənsin, böyüsün və inkişaf 
etsin.  İnsan  hüquqlarının  təmin  edlməsi  ilə  insan  həyatının 
sağlamlaşması, 
insanların 
sosial–rifah 
hallarının 
yaxşılaşdırılması  bu  anlayışın  daima  aktual  olduğunu  sübut 
edir.  İnsan  hüquqları  anlayışının  konseptuallığı  onun  geniş 
ə
hatəsində  öz  əksini  tapır.  İnsan  hüquqları  nəzəri  baxımdan 
konsepsiyaya  malikdir  və  həyatın  bütün  sahələrini  əhatə 
etməkdədir. 
İ
nsan 
hüquqları 
ümumiləşdirici 
məfhum 
olduğundan  onun  tərkibi  də  bölgüsü  kimi  çox  zəngin  olur. 
İ
nsan  hüquqları  məfhumuun  bölgüsü  məhz  insan  hüquqlarının 
normalar  şəklində    bütün  sahələrdə  eyni  və  oxşar  məzmunla 
tətbiqinin əsaslarını təşkil edir.  
İ
nsan  hüquqlarının  konseptuallığı  həm  də  onun  ümumi 
imperativliyində,  yəni  bütün  sahələr  üzrə  məcburi  olaraq  
mövcudluğunda öz əksini tapır.  Baza hüquqlar da imperativlik 
baxımından 
insan 
hüquqlarının 
konsepsiyasının 
ş
axəli 
olmasının   əsaslarını  yaradır.  İnsan hüquqlarının inkişafı  eyni 
zamanda resurslara bağlıdır. Resurs amili də insan hüquqlarının 
inkişafının  əsaslarını  təşkil  edir.  Resursların  tətbiqi  və  insan 
hüquqlarının  təmin  olunması  da  bu  anlayışın  konseptuallığını 
üzərə  çıxarır.  İnsan  hüquqlarının  konseptuallığı  onu  təmin 


115 
 
etmək  məsuliyyəti  və  öhdəliyində  də  əksini  tapır.  İnsanlar 
bütün sahələrdə öz dövlətlərinin köməyinə ehtiyac duyurlar və 
dövlətin  də  əsas  vəzifəsi  məhz  insanların  hüquqlarını 
qorumaqdan  və  təmin  etməkdən  ibarətdir.  Dövlət  hüququnun 
konseptuallığı 
elə 
insan 
hüquqlarının 
konseptual 
məzmunundan doğur.  
    
  
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


116 
 
NƏTİCƏ: 
 
İ
nsan  özünə  məxsus  olan  və  özünü  müəyyən  edən, 
statusunun 
ə
saslarını 
formalaşdıran 
kriteriyalar 
olaraq  
hüquqlarını  dərk  etməyə  borcludur.  Hüquqların  tərkibinin 
nələrdən  ibarət  olmasını  bilmək  hər  kəs  üçün  vacibdir.    İnsan 
hüquqları  həm  məfhum,  həm  də  anlayış  kimi  dərk  olunduqda, 
insanlar  öz  hərəkətlərinin  müvafiq    yerlərdə  diapazonlarını  da 
müəyyən  edə  bilirlər.  Hüquq  insanlara  lazmi  qədər  pozitiv 
hərəkətlər  üçün  əsas  verir.  Hərəkətlərin  istiqamətlənməsi 
məqsədilə lazımi nəzəri və təcrübi əsasları təqdim edir. Hüquq 
insanların fəaliyyəti sayəsində əldə olunmuş vasitələr (predmet 
və  obyektlər  üzərində)  üzərində  insanların  istifadə  haqlarını 
müəyyən etmək üçün əsas kriteriya müəyyənedici amildir.  
İ
nsan  hüquqlarının  əxlaqla  vəhdəti  insanların  daima  qoruna-
qoruna  inkişaf  etmələrinin  əsaslarını  üzərə  çıxarır.  Əxlaq  insan 
hüquqlarını  lazımi  anlarda  genişləndirir,  bir  çox  hallarda  isə 
məhdudlaşdırır.  Əxlaqla  hüquq  həm  də  tərkib  etibarilə  oxşar 
məfhumlardan təşkil olunubdur.   Əxlaqla hüququn tarazlı sintezi 
cəmiyyətin  tarazlı  əsaslarla  inkişafı  üçün  lazımi  şəraitlərin 
meydana  gəlməsini  təmin  edir.  Hüquq-əxlaq  vəhdəti  cəmiyyətin 
sabit şəraitdə inkişafı üçün əsasları meydana gətirir.  
İ
nsan hüquqlarının dərk olunmasında əqli nəticələr çıxarmaq 
mühüm  əhəmiyyət  kəsb  edir.  Əqli  nəticələr  çıxararkən  hüquq 
məfhumunun və  hüquq  anlayışının başlanğıc və son mənaları və 
məzmunları  arasında  bağlılıq  meydana  gəlir.  Hüquq  anlayışının 
və  dialektik  məzmununun  tərkib  etibarilə  bölünməsində  və  fikir 
zəncirliliyndə sillogizmlər mühüm əhəmiyyət kəsb edir. Sillogizm 
formal məntiqin əsasını təşkil etməyə baxmayaraq, onun birləşmiş 
və mürəkkəb forması hüququn dialektik və bu baxımdan da ətraflı 
məzmununun dərk olunmasında böyük rol oynayır.  
Hüququn geniş məzmunu, geniş mətnlərdə öz əksini tapır. 
Hüquqi  ifadələrdə  əqli  nəticələrin  çıxarılması  hüquqi    fikirlər    
arasında məna bağlılılığını yaradır. Hüquqi ifadələrdə nəticələr 
(yüklənmiş  hissələr  də  demək  olar)  hüququn  mənasını  ətraflı 
dərk etməyə imkan verir.  


117 
 
İ
STİFADƏ OLUNMUŞ MƏNBƏ VƏ ƏDƏBİYYAT:  
 
Azərbaycan  dilinin  izahlı  lüğəti.  Dörd  cilddə.  I  Cild. 
Bakı, “Şərq-Qərb”, 2006, 744 səh.; 
 
Azərbaycan  dilinin  izahlı  lüğəti.  Dörd  cilddə.  II  Cild. 
Bakı, “Şərq-Qərb”, 2006, 792 səh.; 
 
Azərbaycan  dilinin  izahlı  lüğəti.  Dörd  cilddə.  III  Cild. 
Bakı, “Şərq-Qərb”, 2006, 672 səh.; 
 
Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsinin 
kommentariyası/hüquq  elmləri  doktoru,  professor  Firudin 
Yusif  oğlu  Səməndərovun  redaktəsi  ilə.  “Digesta” 
nəşriyyatı, Bakı, 2001-ci il, 952 səh.; 
 
Aqşin  İsabala  oğlu  Quliyev.  Hüquq  ensiklopediyası. 
Bakı-Qanun-2007. 1108 səh., səh. 467;   
 
Q  82.  Quliyev  R.M.  Sosiologiya:  nəzəriyyə  və  tədqiqat 
metodologiyası  (Monoqrafiya).  Bakı,  BSPİ,  “Siyasət” 
nəşriyyatı, 1995, 424 səh.;   
 
Fəlsəfə  ensiklopedik  lüğət.  Baş  redaktor  İsmayıl 
Vəliyev. “Azərbaycan Ensiklopediyası nəşriyyat poliqrafiya 
birliyi”. Bakı, 1997; 
 
M.M. İsrafilov. Məntiq: Dərs vəsaiti.-B.: Maarif, 1987.-
333 səh.;  


118 
 
Ümumi  psixologiya.  Pedaqoji  institutların  tələbələri 
üçün  dərslik.  Prof.  A.V.  Petrovskinin  redaktorluğu  ilə. 
Ə
lavələr  edilmiş  və  yenidən  işlənilmiş  2-ci  nəşrindən  (M., 
1977) tərcümə. “Maarif” nəşriyyatı, 1982;     
 
M52.  Məmmədov  İ.  İzahlı  psixologiya  lüğəti.  Bakı, 
“Təhsil”, 2002, 76 səh.;  
 
Ə
.S.Bayramov,  Ə.Ə.Əlizadə.  B19  Psixologiya.  Ali 
məktəblər  üçün  dərslik.  Bakı,  “Çinar-çap”  Nəşriyyat-
Poliqrafiya müəssisəsi, 2006, 620 səh.; 
    
S.  Xəlilov.  Elm  haqqında  elm.  Bakı,  “Azərbaycan 
Universiteti” nəşriyyatı, 2011, 752 səh.;   
 
Ümumdünya İnsan Hüquqları Bəyannaməsi. BMT Baş 
Assambleyasının 10 dekabr 1948-ci il tarixli 217 A(III) saylı 
qətnaməsi  ilə  qəbul  və  elan  edilmişdir.    AMEA-nın  İnsan 
Hüquqları  İnstitutu.  Din  və  etiqad  azadlığı  beynəlxalq, 
regional  və  milli  hüquqi  sənədlərdə.  Bakı, “Elm və Təhsil” 
nəşriyyatı-2013; 
 
  
Mülki  və  Siyasi  hüquqlar  haqqında  Beynəlxalq  Pakt. 
BMT Baş Assambleyasının 16 dekabr 1966-cı il tarixli 2200 
A (XXI) saylı qətnaməsi ilə qəbul edilmidir. 23 mart 1976-cı 
ildə  qüvvəyə  minmişdir.  Azərbaycan  Respublikası  Milli 
Məclisinin  1992-ci  il  21  iyul  tarixli,  227  nömrəli  qərarına 
ə
sasən ratifikasiya edilmişdir. I Hissə. Maddə-1. AMEA-nın 
İ
nsan  Hüquqları  İnstitutu.  Din  və  etiqad  azadlığı 
beynəlxalq, regional və milli hüquqi sənədlərdə. Bakı, “Elm 
və Təhsil” nəşriyyatı-2013; 
 


119 
 
Qadınlar  barəsində  ayrı-seçkiliyin  bütün  formalarının 
ləğv 
edilməsi 
Haqqında 
Konvensiya. 
 
BMT 
Baş 
Assambleyasının  34/180  saylı  18  dekabr,  1979-cu  il  tarixli 
qətnaməsi ilə qəbul  edilmişdir. 3 sentyabr 1981-ci il tarixində 
qüvvəyə 
minmişdir. 
Azərbaycan 
Respublikası 
Milli 
Məclisinin  1995-ci  il  30  iyun  tarixli,  1074  nömrəli  qərarı  ilə 
ratifikasiya edilmişdir. AMEA-nın İnsan Hüquqları İnstitutu. 
Din  və  etiqad  azadlığı  beynəlxalq,  regional  və  milli  hüquqi 
sənədlərdə. Bakı, “Elm və Təhsil” nəşriyyatı-2013; 
İ
slamda  İnsan  Hüquqlarına  dair  Qahirə  Bəyannaməsi 
(İslam  Konfransı  Təşkilatına  üzv  dövlətlər  tərəfindən  5 
avqust  1990-cı  il  tarixində  Qahirədə  qəbul  olunmuşdur). 
AMEA-nın  İnsan  Hüquqları  İnstitutu.  Din  və  etiqad 
azadlığı  beynəlxalq,  regional  və  milli  hüquqi  sənədlərdə. 
Bakı, “Elm və Təhsil” nəşriyyatı-2013; 
 
Малахов
  В.С.,  Филатов  В.П.,  составление,  1991.   
Современная
  западная  философия.  Словарь.  М.; 
Издательство
 политической литературы. 1991; 
 
http://wikipedia.org/wiki/Sillogizm;   
 
Ф
.56.  Философский  энциклопедический  словарь.-
М
.: ИНФРА-М, 1999.-576 с.; 
 
Понятие
  силлогизма.  Простой  категорический 
силлогизм

http://www.e-reading-
lib.com/chapter.php/99495/57/Shadrin-
Logika_konspekt_lekcii.html; 
 
С
67  Философский  словарь  Владимира  Солвьева. 
Ростов
 н/Д:Изд-во «Феникс», 1997.-464 с.; 


120 
 
Силлогизм

http://vocabulary.ru/dictionary/14/world/silogizm; 
 
 
С
24. 
Современная
 
философия

Словарь
 
и
 
хрестоматия

Ответственный
 
редактор
 
доктор
 
философских
  наук.  Кохановский  В.П.  Ростов-на-Дону. 
Феникс
, 1996 г. С.511; 
 
Лекция
  №  11.  Простые  суждения.  Понятие  и  виды. 
http://www.plam.ru/philos/logika_konspekt_lekcii/p11.php.  
 
Б
79.  Большой  юридический  словарь/Под.ред.  А.Я. 
Сухарева
, В.Д.Зорькина, В.Е. Крутских.-М.:ИНФРА-М, 
1999.-VI, 790c.-(Библиотека словарей «ИНФРА-М», səh. 
514. 
 
 
 
 
 
 
 
 
 
 


121 
 
 
 
 
 
 
 
 
ELŞƏN MİSİR OĞLU NƏSİBOV 
 
 
“İnsan hüquqları” anlayışının  
dərk olunmasında fəlsəfi–məntiqi  
(formal (ənənəvi-klassik) və dialektik məntiq) metodlar 
 
Dərketmənin ontoloji və qnoseoloji əsasları 
 
I KİTAB 


122 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Формат: 60х84 
1
/
16
. Тираъ 50. Сифариш № 70 
 
ДИА-нын мятбяяси 
 
 

Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə