Microsoft Word Insan huquqlari I kitab doc


tərkibdir, kainat bütövdür, həm də tərkibdir.  Kainatı yaradan



Yüklə 2,82 Kb.

səhifə8/36
tarix20.09.2017
ölçüsü2,82 Kb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   36

23 
 
tərkibdir, kainat bütövdür, həm də tərkibdir.  Kainatı yaradan 
fövqəlqüvvə    Yer  kürəsini  yaradan  qüvvədir.  Bu  baxımdan 
təxmin  etmək  olar  ki,  kainatda  Günəş  sistemini  yaradan 
qüvvənin  vahidliyi  və  eyni  əlamətliliyi  mövcuddur).    Bunu 
deməkdə  məqsədim  ondan  ibarətdir  ki,  tərkibi  görməklə, 
görünməyən  bütöv  (az  görünən  bütöv)  haqqında  müəyyən 
fikirləri bildirə bilirik. Məsələn, Yer kürəsi həm tərkibdir, -yəni 
onda olan elementlərin bəziləri  digər materiyalarda da vardır,-  
həm  də  bölgüdür.  Çünki  başqa  planetlərdən  biridir.  Planetlər 
sisteminin  tərkibidir.      (Qeyd:  məfhumların  bölgüsü  dedikdə, 
onun  növ məfhumlara bölünməsi nəzərdə tutulur.
29
 
Məfhumun 
bögüsünə  misal:  İstehsal  münasibətləri:  1.  İbtidai  icma.  2. 
Quldarlıq.  3.  Feodal-təhkimçi.  4.  Kapitalist.  5.  Sosilalist 
istehsal  münasibətlərindən  ibarətdir).
30
 
Bu  yeni  məfhumların 
hamısı cins məfhumunu bildirən istehsal münasibətlərinə daxil 
olan  müştərək  tabeli  məfhumlardır).  Burada  artıq  məntiqi 
mühakimələr  və  fəlsəfi  kateqoriylar  mühüm  rol  oynayır. 
Buradan da hüquq məfhumuna  keçid alırıq.  
Hüquq  məfhumu  həm  tərkibdir,  həm  də  bütövdür.  
Məsələn,  Ümumdünya  İnsan  Hüquqları  Bəyannaməsinin 
Preambulasında  insanların  bərabər  və  ayrılmaz  hüquqlarına 
azadlıq  və    ədalət  kimi  məfhumlar  aid  olunur.  Burada  ləyaqət 
hüquqla əlaqəli məfhum kimi götürülür.
31
  
 
Bütün məsələlərdə və qruplaşdırılmalarda (məsələn, peşəyə 
aid  olan  hüquqların  həmin  peşədə  çalışanlara  bərabər  şamil 
olunması)    bərabərliyin  və  ədalətin  əsasını  təşkil  edir.  Hüquq 
universal bərabərləşdirici bir məfhumdur və bununla da ədaləti 
                                                 
29
 M.M. İsrafilov. Məntiq: Dərs vəsaiti.-B.: Maarif, 1987.-333 səh.,  s. 99. 
30
 Yenə orada.  s.100. 
31
 Ümumdünya İnsan Hüquqları Bəyannaməsi. BMT Baş 
Assambleyasının 10 dekabr 1948-ci il tarixli 217 A(III) saylı qətnaməsi 
ilə qəbul və elan edilmişdir.
  AMEA-nın İnsan Hüquqları İnstitutu. Din 
və etiqad azadlığı beynəlxalq, regional və milli hüquqi sənədlərdə. Bakı, 
“Elm və Təhsil” nəşriyyatı-2013; səh. 8.
 


24 
 
özündə  əks  etdirəndir.  Belə  bir  sillogizmdən  çıxış  etmək  olar. 
Hüquq  bərabərlikdir.  Bərabərlik  ədalətdir.  Deməli,  hüquq 
ə
dalətdir.    Ümumdünya  İnsan  Hüqüqları  Bəyannəməsinin 
birinici  maddəsində  də  qeyd  olunur  ki,  bütün  insanlar  ləyaqət 
və hüquqlarına görə bərabər doğulurlar.
32
 
 
Hüquq  eyni  zamanda  bölgüyə  xasdır.    Onun  tərkib 
olmasından  irəli  gələrək  digər  mənəviyyat  məfhumlarının  da 
məzmununu  açmaq  mümkün  olur.  Həm  də  hüquq  bütöv 
məfhum  olduğundan  onda  iştirak  edən  digər  məfhumların 
tərkibi  haqqında  fikir  yürütmək  mümkündür.  Hüquqa 
cəmləşdirici  məfhum  kimi  də  baxmaq  olar.  Belə  ki,  hüquq 
məfhumu  bir  mərkəzi  məfhum  olduqda  ona  aid  olan  digər 
məfhumları da öz tərkibinə qatır. Onu da nəzərə almaq olar ki, 
istənilən  məfhum  düşüncələrdə  tərifə  malik  olur.  Tərif 
sayəsində  onun  məzmunu  açılır.  Düşüncə  sayəsində  məfhum 
(cisim və hadisə)  baş beyinin düşünmə və idarəetmə obyektinə 
çevrilir.  
 Təbii  ki,  hüquq  məfhumunun  məzmununun  açılmasında 
həm də elmi idrakdan, praktiki (duyulan və bu baxımdan gözlə 
görünən, 
əllə 
toxunulan 
vasitələrdən 
əldə 
olunan  
məlumatlardan)  biliklərdən,  faktlardan  da  istifadə  edəcəyəm. 
Fəlsəfi ( şərti-nisbi və mütləq   ümumi)  və elmi üsulun (şərti-
nisbi  və  mütləq  xüsusi)  qismən  (kiçik)  vəhdətini  yaratmağa 
çalışacağam.  İnsan  hüquqları  bir  məfhum  kimi  tərkib  etibarilə 
həm  də  bioloji  faktorlarla  bağlıdır.  İnsan  hüquqlarının 
formalaşmasında  etika  ilə  bioloji  amillərin  vəhdəti  mövcud 
olur.    
İ
nsanların  maddi  aləmini,  onların  reallıqda  təzahür  edən 
fəaliyyətini  motivləşdirən  (səbəb  verən)    təsəvvür  məfhumları 
                                                 
32
 Ümumdünya İnsan Hüquqları Bəyannaməsi. BMT Baş 
Assambleyasının 10 dekabr 1948-ci il tarixli 217 A(III) saylı qətnaməsi 
ilə qəbul və elan edilmişdir.
  AMEA-nın İnsan Hüquqları İnstitutu. Din 
və etiqad azadlığı beynəlxalq, regional və milli hüquqi sənədlərdə. Bakı, 
“Elm və Təhsil” nəşriyyatı-2013; səh. 9.
 


25 
 
vardır. Mücərrəd məfhumlar içərisində ehtiyac və tələbatlardan 
irəli  gələn    maraq  məfhumu  hüququn  tərkib    məfhumlarının 
formalaşmasında  mühüm  rola  malik  olur.    İnsanların 
məqsədyönlü hərəkətləri onların ixtiyari və iradi, eyni zamanda 
ş
üuru  və  əqli  fəaliyyətlərinin  əsaslarını  təşkil  edir.  Hüquq 
sayəsində  insan  məqsədyönlü  hərəkətləri  etməyə  məcbur  olur. 
Hüquq  insanların  optimal  hərəkətləri  üçün  stimul  yaradır  və 
onu  müəyyən  istiqamətlərə  doğru  yönəldir.  Hüquq  özündə 
digər  məfhumları  da  əks  etdiməklə,  həmin  məfhumların 
yaranması  zərurətini  də  ortaya  çıxarmış  olur.  Hüquq,  əsasən 
insanların  hərəkətlərini  şərtləndirən  kompleks  kriteriyaların 
“səlahiyyətli”  məzmunlarından ibarətdir.    
Belə  bir  tərif    vermək  olar  ki,  hüquq-vəzifə  səlahiyyət, 
ixtiyar,  məsuliyyət,  öhdəlik  kimi  kriteriyaları  özündə 
cəmləşdirən  və  insanların  ali  məxluqlar  kimi  mövcudluqlarını 
şə
rtləndirən  norma  olaraq,  fəlsəfi,  sosial  və  psixoloji  bir 
hadisədir, gerçəklikdir. Hüquq ona görə psixolojidir ki, insan 
xarakterinə  bağlıdır,  onun  daxili  məzmununun    rəsmi  olaraq 
ifadəsidir.  Hüquq    insan  xarakterinin  məhsuludur,  xarakterin 
realizasiyası  vasitəsidir.    Hüquq  insan  xarakterinin  məntiqi 
realizəsini  təmin  edən  kriteriyadır.    Ona  görə  məzmun  açan  
məfhumdur  ki,  ehtiyac,  tələbat    və  maraqların  ödənilməsinin 
sistemli  əsasları  məhz  hüququn  verdiyi  səlahiyyətlər  və 
vəzifələrlə həyata keçirilir. Hüquq özü sistemləşdirici və vəzifə 
paylayıcı  bir  qurumdur.    İnsan  xarakteri  onun  əməllərində, 
hərəkətlərində büruzə verir. Belə anlamaq olar ki, hüquq insan 
xarakterinin onun hərəkətlərində büruzə verməsi səlahiyyətidir 
və  icazə  kriteriyasıdır.  Hüquq  da  universal  norma  kimi 
insanların 
vahid 
xarakterlərinin 
və 
vahid 
məzmunlu 
davranışlarının  əsaslarını  təşkil  edir.  Buradan  da  belə  bir 
məntiqi  nəticəyə  gəlmək  olar  ki,  hüquq  xarakterdən  yaranır 
(təbii 
olaraq), 
büruzə 
verir, 
eləcə 
də 
xarakterin 
formalaşmasında    iştirak  edir.  Hüquq  eləcə  də    insan 
tərbiyəsinin,  bu  baxımdan  onun  davranış  və  əxlaqının 




Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   36


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə