Microsoft Word Insan huquqlari I kitab doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə9/36
tarix20.09.2017
ölçüsü2,82 Kb.
#875
1   ...   5   6   7   8   9   10   11   12   ...   36

26 
 
formalaşmasında  da  iştirak  edir.  Əxlaq  məsələsinin  tətbiqində 
də  obyektin  hüququ,  yəni,  insanın    hüququ  amili  mərkəzi 
obyekt  kimi  götürülür.  Məsələn,  uşaqların  tərbiyəsi  zamanı 
onların  hüquqlarının  mövcudluğunun  qəbul  olunması  və  dərk 
olunması xüsusi əhəmiyyət kəsb edir.  
Hüquq  ictimai-siyasi  məfhum  olmaqla  bərabər,  həm  də 
insanlara ixtiyar və səlahiyyət verən başlıca kriteriyadır. Hüquq 
insan  hərəkətlərini  siyasi  qurumlarla  əlaqələrdə  rəsmiləşdirici 
bir  kriteriyadır.    Hüquq  insan  hərəkətlərini  həm  konkret 
sahələrdə,  həm  də  universal  məsələlərdə  tənizm  edən  əsas 
kriteriyadır,  eləcə  də  kriteriyaların  cəmidir.      İnsan  hərəkətləri 
özlərinin  hüquqlarının formalaşmasında mühüm rol oynayır və 
hərəkətlər  sayəsində  insanın  sabit  və  hərəkətsiz  vəziyyətində 
olan hüquqları tanınır. Hərəkət özü də xarakterin formalaşması 
üçün  avanqard  vasitə  və  vəziyyət  rolunu  oynayır.    Hərəkətlər 
və  fəaliyyət  insanların  hüquqlarının  inkişaflarının  əsaslarını 
təşkil 
edir. 
Hərəkət 
insanlara 
xas 
olan 
hüquqların 
gerçəkliklərdə  təzahür  olunmalarının  sübut edilməsi və təsbiti, 
eləcə də təsdiqi üçün əsasdır. Hüquq,  ümumiyyətlə, pozitivdir 
və 
müsbət 
kriteriyalar 
cəmindən 
ibarətdir. 
Məsələn, 
Ümumdünya  İnsan  Hüquqları  Bəyannəməsinin  üçüncü 
maddəsində qeyd olunur ki, hər bir şəxsin yaşamaq, azadlıq və 
şə
xsi  toxunulmazlıq  hüququ  var.  Dördüncü  maddəyə  görə  isə, 
heç kim kölə və ya asılı vəziyyətdə saxlanıla bilməz; quldarlıq 
və  qul  ticarəti  bütün  formalarda  qadağan  edilir.
33
  Hüquq  nisbi 
bərabərliyi  yaradan  və  bərabərlik  ideologiyası  yolu  ilə 
münasibətləri  tənzim  edən  kriteriyadır.
 
Məsələn,  Ümumdünya 
İ
nsan  Hüquqları  Bəyannaməsinin  yeddinci  maddəsində  yazılır 
ki,  bütün  insanlar  qanun  qarşısında  bərabərdirlər  və  qanun 
                                                 
33
 Ümumdünya İnsan Hüquqları Bəyannaməsi. BMT Baş 
Assambleyasının 10 dekabr 1948-ci il tarixli 217 A(III) saylı qətnaməsi 
ilə qəbul və elan edilmişdir.
  AMEA-nın İnsan Hüquqları İnstitutu. Din 
və etiqad azadlığı beynəlxalq, regional və milli hüquqi sənədlərdə. Bakı, 
“Elm və Təhsil” nəşriyyatı-2013, səh. 9.
 


27 
 
tərəfindən  bərabər  müdafiə  hüququna  malikdirlər.  Bütün 
insanlar  bu  Bəyannaməni  pozan  hər  hansı  ayrı-seçkilikdən  və 
belə  ayır-seçkiliyə  hər  hansı  cəhddən  bərabər  müdafiə  olunma 
hüququna 
malikdirlər.
34
 
Hüquq 
ümumiyyətlə, 
material 
vasitələrdən  istifadə  haqqıdır.  Eyni  zamanda  münasibət  və 
ə
laqələrdə  istifadə  olunan  başlıca  kriteriyadır.  Bununla  yanaşı, 
hüquqda  nə  varsa,  hamısı  müsbət  olmaldır,  çünki  hüquq 
insanlara  aiddir,  onlara  xidmət  edən  mənəvi  kriteriyalar 
məcmuəsidir.  Hüquq  paylayıcıdır  və  mövcud  resursların 
iştirakçılar və aiddiyyatı şəxslər arasında paylanması üçün əsas 
etalon  və  kriteriya  kimi  əhəmiyyət  kəsb  edir.  Hüquq 
münasibətlərin tarazlı qaydada formalaşmasını təmin edən əsas 
mərkəzi  kriteriyadır.  Hüquq  bütün  şəxsləri  əhatə  edən 
ümumiləşdirici  və  bu  baxımdan  da  xüsusiləşdirici  bir 
məfhumdur. 
Məsələn, 
Ümumdünya 
İ
nsan 
Hüquqları 
Bəyannaməsinin  26-cı  maddəsində  yazılır  ki,  hər  bir  şəxsin 
təhsil  hüququ  var.  Ən  azı  ibtidai  və  ümumi  təhsil  pulsuz 
olmalıdır.  İbtidai  təhsil  icbari  olmalıdır.  Hər  kəs  texniki  və 
peşə  təhsili  almaq  almaq  imkanına  malik  olmalıdır,  ali  təhsil 
də  hər  kəsin  qabiliyyəti  əsasında  hamıya  eyni  dərəcədə 
müyəssər  olmalıdır.
35
  Buradan  da  görünür  ki,  hüquq  universal 
qaydada  bərabərləşdirici  bir  kriteriydır,  lakin  xüsusiliyi  də 
vardır ki, bu xüsusilik də insan qabiliyyətlərindən ortaya çıxır. 
Yəni hüquq universal əsaslarla  nisbi-mütləq  bərabərləşdirici 
(məsələn,  Mülki  və  Siyasi  Hüquqlar  haqqında  Beynəlxalq 
Paktın yeddinci  maddəsində yazılır ki, heç kim işgəncələrə və 
ya ağır, qeyri-insani və ya onun ləyaqətini alçaldan rəftara və 
ya cəzaya məruz qalmamalıdır. Əsasən də, heç bir şəxs özünün 
                                                 
34
 
Ümumdünya 
İ
nsan 
Hüquqları 
Bəyannaməsi. 
BMT 
Baş 
Assambleyasının 10 dekabr 1948-ci il tarixli 217 A(III) saylı qətnaməsi 
ilə qəbul və elan edilmişdir.
  AMEA-nın İnsan Hüquqları İnstitutu. Din 
və etiqad azadlığı beynəlxalq, regional və milli hüquqi sənədlərdə. Bakı, 
“Elm və Təhsil” nəşriyyatı-2013; səh. 10. 
35
 Yenə orada.  səh. 13. 


28 
 
sərbəst  razılığı  olmadan  tibbi  və  ya  elmi  təcrübələrə  məruz 
qalmamalıdır)
36
    və  qabiliyyətlərə  görə  isə  mütləq-nisbi 
bərabərləşdirici bir kriteriyadır.  Ümumdünya  İnsan Hüquqları 
Bəyannaməsinin  26-cı  maddəsinin  3-cü  bəndində  yazılır  ki, 
valideynlər  öz  az  yaşlı  uşaqlarının  təhsil  növünü  seçməkdə 
üstünlüyə  malikdirlər.  Buradan  da  görünür  ki,  uşaqların 
qabiliyyəti hələ onların təhsil seçimi üçün əsas vermir, tələbləri 
ödəmir.  Bu  halda  valideynlərin  seçim  hüquq  meydana  gəlmiş 
olur.  Deməli,  hüquq  müəyyən  subyekt  və  obyekt  üzərində 
qabiliyyəti  əsas  götürməklə  tənzim  edən  bir  kriteriya  kimi 
ə
həmiyyət 
kəsb 
edən 
bir 
məfhum 
rolunu 
oynayır. 
Bərabərləşdiricilikdə  həm  də  universallaşdırma  da  vardır. 
Bütün aidiyyatı şəxslər universal qaydalara tabe olur. Buradan 
da  görünür  ki,  hüquq  universallaşdırıcı  və  konstitusion  bir 
məfhumdur.  Hüquq  vasitəsilə,  bu  məfhum  üzərində  ayrı-ayrı 
sahələrin  əlaqələri  və  birləşmələri  meydana  gəlir.  Hüquq 
burada  vəhdətlik  təşkil  edən  məfhuma  çevrilir.  Hüquq  sanki, 
aidiyyatı  sahələrdə  münasibətlər  və  əlaqələr  üçün  bir 
konstruksiya rolunu oynayır.   
Hüquq-qeyri-rəsmi 
və 
rəsmi 
qaydada 
münasibət 
vasitəsidir.  Hüquq  münasibət  tərəflərinə  ixtiyarlar  və 
səlahiyyətlər  verir.  Bundan  da  məsuliyyətlər  meydana  gəlir. 
Məsələn, 
Qadınlar 
barəsində 
ayrı-seçkiliyin 
bütün 
formalarının  ləğv  edilməsi  Haqqında  Konvensiyaya 
(maddə-16)  əsasən,  iştirakçı  dövlətlər  nikah  və  ailə 
münasibətlərinə dair bütün məsələlərlə qadınlar barəsində ayrı-
                                                 
36
 Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Pakt. BMT Baş 
Assambleyasının 16 dekabr 1966-cı il tarixli 2200 A (XXI) saylı 
qətnaməsi ilə qəbul edilmidir. 23 mart 1976-cı ildə qüvvəyə minmişdir. 
Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 21 iyul tarixli, 227 
nömrəli qərarına əsasən ratifikasiya edilmişdir. I Hissə. Maddə-1. 
AMEA-nın İnsan Hüquqları İnstitutu. Din və etiqad azadlığı 
beynəlxalq, regional və milli hüquqi sənədlərdə. Bakı, “Elm və Təhsil” 
nəşriyyatı-2013,səh.19.
 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə