Microsoft Word Insan huquqlari II kitab doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə14/56
tarix02.12.2017
ölçüsü2,86 Kb.
#13606
1   ...   10   11   12   13   14   15   16   17   ...   56

40 
 
hesabına),  onun  təkmil  formasını  ifadə  edir.  Təkmil  forma 
özündə  təbiətin  sistemli  modelini  yaradır.  Yəni  insan  şüuru 
təbiətdəki sistemli prosesləri dərk edən bir model rolunda çıxış 
edir.  Lakin  bu  dərk  etmə  də  öz-özlüyündə  təbiətdəki  mövcud 
formalardan  inikas  olunur.  Buradan  belə  bir  məntiqi  nəticəyə 
gəlmək  olur  ki,  insanlar  elə  təbiətin,  material  aləmin  davamı 
olan  (təbiətin  içində  olmaqla)  varlıqlardır.  Təbiətdə  müəyyən 
formanın  tərkib  elementləri  var,  burada  “mütləq  yoxluq” 
yoxdur,  ancaq  formaların  hamısı,  yəni  insanların  düzəltmək 
istədikləri  formaların  hamısı,  yoxdur.  Deməli,  bu  prinsipdən 
irəli  gələrək,  belə  hesab  etmək  olar  ki,  şüurla  materiya  şərti 
olaraq ayrılır. Materiya aləmi şüura tabe ola bilir. (Qeyd: lakin 
təbiət  qanunlarında  (təbiət  hadisələrində)  şüur  tam  şəkildə 
təbiətə  tabe  olur.  Bu  ikili  vəhdət  onu  deməyə  əsas  verir  ki, 
insan bir canlı quruluş kimi həm də təbiətin tərkibidir). Şüur 
materiyanın  davamı  olaraq  materiya  üzərində  güclü  tərəfə 
çevrilir və ondan nisbi olaraq ayrılır. Şüur materiyaya təsir edə 
bilir.  Belə  qəbul  etmək  olar  ki,  öz  təsiretmə  qabiliyyətini  də 
təbiətdə  mövcud  olan  hərəkətlər  qanunlarından  meydana 
gətirir.  Şüur  təbiətdə  olanların  formasını  dəyişə  bilir.  Şüur  bu 
məsələdə  təbiətdən  “ayrılır”  və  bu  məsələdə  şüurun  insanlara 
gələn  siqnalların  mənbə  kimi  həm  də  qeyri-təbiət  xarakterli 
olması  qənaətinə  gəlinir.  Bu  baxımdan  şüurla  bağlı  fikirlərdə 
aşağıdakı dualizm meydana gəlir: 
-birincisi, 
şüur 
materiyanın 
tam 
davamıdır, 
ona 
immanentdir,  onun  daxilindədir,  həm  də  onun  özüdür.  Şüurun 
inkişafı  təbiətin  hərəkət  və  qarşılıqlı  təsir  qanunlarına  tabedir. 
Şüur nə qədər inkişaf etsə də təbiət qanunlarından kənara çıxa 
bilmir.  Onun  funksiyası  təbiətin  mürəkkəb  proseslərinin 
qavranılması  proseslərindən  ibarətdir.  (Qeyd:  əqlin-şüurun-
ə
sas  cəhəti,  əsas  xüsusiyyətləri  hər  bir  addımda  nəticələri 
duyaraq 
və 
dərk 
edərək, 
hesablama 
aparmaqdan 
ibarətdir).  Şüur  öz  məhsullarını  təbiətə  əsasən  əldə  edir. 
Təbiətin  hərəkət  edən  siqnalları  elə  şüurun  formalaşmasının 


41 
 
əsaslarını təşkil edir. Şüur həm də orqanizmin daxili inkişafına 
bağlı olur. Şüur burada material inikasdan formalaşır. Materiya 
öləndə  şüur  da  ölür.  İnsan  hüquqları  insanın  material  aləmlə 
təmaslarını  meydana  gətirdiyindən,  şüurun  bu  məsələdə,  yəni 
əlaqəlilikdə  əsas  funksiyası  mövcudluqlar  üzərində  nəticələrin 
dərk  olunmasından  ibarətdir.  Materiyanın  mövcudluğu  ondan 
istifadə  haqqını  meydana  gətirir,  şüur  bu  haqqın  nizamla 
istifadəsinin əsaslarını üzərə çıxarır; 
-ikincisi,  şüur  materiyanın  davamı  olaraq,  təbiətlə  qeyri-
təbiəti  (burada  fövqəltəbiəti)  birləşdirir,  təbiətə  təsir  edir  və 
onun  fövqünə  qalxır.  Təbiətin  fövqəltəbiətlə  əlaqəsində  şüur 
paralel  olaraq  mövcud  olur.  İnsan  həm  Yer  kürəsinin,  həm 
Günəş  sisteminin,  həm  də  ümumən  kainatın  məhsulu  kimi  öz 
şüuru  ilə  özünü  təsdiq  etmiş  olur.  Bu  məsələdə  belə  hesab 
etmək  olar  ki,  şüurda  olanlar  həm  də  təbiətin  materiyasında 
olmayanlardır.  Məsələn,  xəyalları  buna  nümunə  göstərmək 
olar.  Burada  artıq  şüur  bir  tərəfdən  fövqəltəbiətdən  gəlmə 
hesab  olunmalıdır.  Hesab  etmək  olar  ki,  materiya  öləndə  şüur 
fövqəltəbiətə  qayıdır.  Xəyal  amilinin  mövcudluğu  insanın 
qeyri-təbiətin  məhsulu  olması  qənaətinə  gəlməyə  imkan  verir. 
İdeal-xəyalpərəst insanlar bəzən mövcud təbiəti və cəmiyyətin 
reallıqlarını  qəbul  edə  bilmirlər  və  özlərini  fövqəltəbiətin 
yaranışı  kimi  qələmə  verməyə  çalışırlar.  Hüquqların  dərk 
olunması  burada  insanları təbiətin  fövqünə qaldırır və insanlar 
təbiət  üzərində  hətta  radikal  dəyişikliklər  etmək  iddiasına  da 
düşürlər.  
Sadalanan  fikirlərlə  biz  materiya  və  ruh  aləminin  bir 
tərəfdən  bütövlüyünü,  digər  tərəfdən  isə  ayrı-ayrı  olması 
fikirini 
irəli 
sürmüş 
oluruq. 
Can 
-təbiətin, 
ş
üur-
fövqəltəbiətindir.  Təbiətin  də  yaradıcısı  fövqəltəbiətdir. 
Şüur  birinci  məsələdə  təbiəti  dərk  etmək  üçün  olan  varlıqdır; 
ikinci məsələdə isə təbiətə “kənardan” təsirləri həyata keçirmək 
üçündür.  Burada  ən  qaranlıq  məqam  təbiətə  təsir  edən  şüurun 
birmənalı  olaraq  fövqəltəbii  olmasıdır.  Bu,  ola  bilər  ki,  ya 


42 
 
kainatın  makro  məzmununun  özüdür,  ya  da  kainatın 
“kənarında”  olan  alternativ  bir  qüvvədir.  Bu  məsələni,  bu 
predmeti  dərk  etmək  çox  çətindir.  Lakin  ümumi  olaraq  hesab 
etsək  ki,  əgər  təbiət  fövqəltəbiətin  məhsuludursa,  onda  hər  iki 
yanaşmanın mütləq olması qənaətinə gəlmək olar. (Daha aydın 
başa  düşmək  üçün  ümumi  qrafikə  baxmaq  olar).  İnsanların 
siqnalları  həm  üzərində  yaşadıqları  təbiətdən,  həm  də  tərkib 
olduqları  fövqəltəbiətdən  qəbul  olunur.  İnsan  hüquqlarının 
təbiət 
və 
fövqəltəbiətin 
insanlara 
verdikləri 
nemətin 
ümumiləşdirilmiş ifadəsi olması məsələsində də bu iki prinsipi 
qeyd etmək olar. 
İnsanlarda inanclar şüura bağlıdır. Əqlin məhsuludur. Şüur 
təbiətin  və  fövqəltəbiətin  məhsuludursa,  onda  belə  nəticələrə 
gəlmək  olar  ki,  inanc  təbiətin  və  fövqəltəbiətin  məhsuludur. 
İnsanlar  onlara  xas  olmayan  şeylərə,  hadisə  və  proseslərə 
ümumiyyətlə  inana  bilməzlər.  Bu  baxımdan  qeyri-təbiət 
inancları  da  insanlara  immanentdir.  Deməli,  insanların 
inandıqları  təbiətdə  və  fövqəltəbiətdə  var  və  bu,  siqnallar 
vasitəsilə  şüurlara  ötürülür.  İnancları  şüura  siqnallar  ötürür, 
şüur  bu  siqnalları  emal  edir  və  hərəkətlərə-fəaliyyətə  qaytarır. 
İnanclar  fövqəltəbiətə  siqnallarla  geri  qayıdır.  Məsələn, 
əməllərdə  bu  mümkündür.  Düzgün  əməl  kəskin  olaraq  təbiətə 
və fövqəltəbiətə qarşı deyildir. Bu baxımdan da düzgün əməldə 
olan  insanlar  daha  çox  siqnallar  qəbul  edirlər.  Fövqəltəbiətlə 
təmasları  daha  geniş  olur.  Burada  idealizm  öz  mahiyyəti 
baxımından materializmin fövqünə qalxır. Həm də ona görə ki, 
idealizm qeyri-müəyyənlikləri daha çox aşkarlamağa çalışır və 
fikirləri,  düşüncələri  önə  çəkir.  Düşüncənin  inkişafı  və 
genişlənməsi  həm  də  material  aləmə  tabe  olur.  İnikas  və  onu 
yaradan  siqnallar  məhz  real  düşüncələri  və  reallıqdan  çıxış 
edən ideal və gələcək real düşüncələri meydana gətirir. Gələcək 
hüquqlar  inkişaf  baxımından  zaman,  məkan  və  şərait 
kateqoriyasına bağlı olur.  


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə