Microsoft Word Insan huquqlari II kitab doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə2/56
tarix02.12.2017
ölçüsü2,86 Kb.
#13606
1   2   3   4   5   6   7   8   9   ...   56


 
GİRİŞ: 
 
Hər  bir  anlayış  digər  anlayışlarla  vəhdətdə  elmi 
istiqamətləri  və  fənləri  meydana  gətirir.  Elm  aidiyyatı 
istiqamətlər  üzrə  biliklər  sistemini  təcəssüm  etdirir. 
Elmlərarası  fənlər  də  formalaşır.  Bu  fənlərin  obyekti 
ə
sasən  qarışıq  elmlərlə  öyrənilir.  Məsələn,  miqrasiya 
sosial-siyasi  mahiyyətli  bir  prosesdir.  Bu  prosesi 
öyrənmək  və  bilikləri  sistemləşdirmək  üçün  sosiologiya, 
politologiya  və  hüquqşünaslıq,  eləcə  də  iqtisadiyyat 
elmləri  vəhdətdə  çıxış  edir.  Miqrasiya  prosesləri 
öyrənilmək  baxımından  qarışıq  elmlərin  obyektidir. 
Miqrantın  sosial-siyasi  hüquqlarını  daxili  hüquq  və 
beynəlxalq  hüquq  elminin  metodları  öyrənir.  Miqrantın 
sosial-demoqrafik 
vəziyyətini 
sosiologiya, 
siyasi 
aspektlərini isə politologiya tədqiq edir.  
İ
stənilən  obyekt  və  predmet  (predmet  obyektlər 
üzərində  meydana  gələn  anlayışlardan  formalaşan  fikirlər 
toplusudur,  dialektik  mətndir)  təfəkkürün  dərketmə 
məhsuludur,  istinadıdır,  həm  də  siqnallar  qəbul  etdiyi 
məkanıdır.  Obyekt  və  predmetin  dərk  olunması  bir 
tərəfdən  obyektlərin  və  onlar  üzərində  formalaşan 
fikirlərin  əks  olunmasıdır  (başlanğıc  sübut olaraq fikirlər 
burada  mühüm  əhəmiyyət  kəsb  edir,  yəni  fikirlər-fikirlər 
üçün əksolunma obyekti rolunda çıxış edir), digər tərəfdən 
isə  intellektual  (zəka)  intuisiyasına  bağlıdır.  Belə  hesab 
etmək  olar  ki,  intuisiya  (dərrakəli  hissetmə)  da  əqlin 
xassəsidir 
və 
ş
üurla 
(əqllə) 
duyğu 
orqanlarının 
vəhdətindən 
meydana 
gələndir. 
Fəlsəfə 
bütün 
konsepsiyalarda  və  anlayışlarda  mövcuddur.  Xüsusilə 
nəzəri  anlayışlar  daha  çox  fəlsəfi  məzmun  kəsb  edir. 
Mənəvi-etik  anlayışlar  fəlsəfənin  obyektinə  çevrilir. 



 
İ
nsanların  maraq  və  mənafelərinə  söykənən  proseslərdə 
geniş  fəlsəfi  məzmun  mövcuddur.  Həm  də  ona  görə  ki, 
proseslərdə  dəyərlər  sistemi  formalaşır.  Proseslərin 
pozitiv  əsasları  məhz  dəyərlərin  məzmununu  özündə  əks 
etdirir.  Əqlin  geniş  obyektində  olan  və  əqli  nəticələrin 
ə
saslı  şəkildə  çıxarılmasına  söykənən  anlayışlar  məhz 
fəlsəfi  anlayışlardır.  O  anlayışlar  fəlsəfi  olur  ki,  orada 
daha  çox  rəngarənglik,  bu  baxımdan  da  mürəkkəblik, 
eləcə  də  konseptuallıq  var.  Zənginliyin  tərkibinin 
düşüncələr  yolu  ilə  dərindən  dərk  olunması,  yəni  tərkib 
hissələrin 
daha 
çox 
müəyyən 
olunması, 
tərkib 
istiqamətlərin  daha  çox  müəyyən  olunması  elə  fəlsəfi 
məzmunun  əsasıdır.  Tərkib  daha  da  dərindən  dərk 
olunduqca  açılır  və  məna  aşkarlanır.  Fəlsəfi  məzmun 
geniş  və  sistemləşdirici  təriflərdə  meydana  gəlir. 
Fəlsəfənin əsasını müəyyən hədlər və əlamətlər sərhədləri 
(burada 
sərhədlər 
təfəkkürün 
mücərrəd 
müstəvi 
sərhədləridir)  daxilində  olan  bütövlük  və  onun  mənası 
təşkil  edir.  Bütövlüyün  mənasını  isə  məntiq  aşkarlayır. 
Buradan  da  elm  meydana  gəlir.  Məntiqi  proseslərin 
nəticələrində  elm  formalaşır.  Elmin  istiqamətləri  məhz 
sintezlərdə  və  analizlərdə  özünü  büruzə  verir.  Obyektə 
yanaşmada  məntiqi  funksiya  elə  beyinin  universal 
konstruktiv  funksiyasıdır.  Bu  da  ondan  irəli  gəlir  ki, 
insan  sistemli  və  nizamlı  bir  məxsluqdur,  fəlsəfi  (dərin 
mahiyyətli) aləmin sahibidir.  
Qeyd  olunduğu  kimi,  fəlsəfənin  əsası  nəzəri  fikirlərdə, 
konseptual  əhəmiyyət  kəsb  edən  baxışlarda  cəmləşir.  Bir 
anlayış özündə fəlsəfi məzmunu birləşdirir. Fəlsəfi məzmun 
həm  də  mənəviyyatla  bağlıdır.  Hər  bir  dərin  məna  mütləq 
qaydada  mənəvi  kriteriyaları  üzündə  əks  etdirməlidir.  
 



 
Fəlsəfə  mənəvi  kriteriyaların  tərkibi  olan  aksioloji
1
 
aspektlərə 
ə
saslanaraq 
özündə 
dəyərlər 
sistemini 
yaratmalıdır. 
Dəyərlər 
sisteminin 
ontologiyası 
və 
qnoseologiyası  hüquq  və  mənəviyyatın  qarşılıqlı  vəhdət 
təlimini  öyrənərək  bu  anlayışı  konseptual  əsaslarla  dərk 
etmək  üçün  sistemləşdirici  məna  kəsb  edir.  Anlayışın 
tərkibinin  dərindən  araşdırılması  onun  bütöv  təfəkkür 
sistemində  yerini  geniş  aşkar  etməkdən  ibarətdir.  Fəlsəfə 
nəzəriyyədə  (nəzəri  fikirlərin  obyekt  rolunu  oynaması 
anında)  daha  da  əsaslıdır.  Nəzəriyyə  də  əqlin  məhsuludur, 
bu  baxımdan  da  həm  də  təcrübənin  fikirlərlə  ifadəsidir. 
Ə
qli  nəticələr  şüur-materiya  vəhdətinin  siqnalları  ilə 
formalaşan  məhsuldur.  Deməli,  fəlsəfə  əslində  dərin  əqli 
mühakimələrdə 
qərarlaşıb. 
Ə
qli 
mühakimələrin 
də 
tərkibini  əqli  mühakimələr  yürütməklə  məntiq  aşkarlayır. 
Fəlsəfənin  obyekti  isə  mənəviyyatdır,  mənəvi  dəyərlərdir. 
Fəlsəfə  fəzilət  və  məziyyət  anlayışlarının  digər  mənəvi 
anlayışlarla  qarşılqılı  əlaqələndirici  şərtləri  ilə  nəzəri 
fikirləri özünə obyekt edir.  
İ
nsan hüquqları dəyərdir, dəyər olduğuna görə fəzilətlə 
(müdriklik,  yüksək  mənəviyyatlılıq)  bağlıdır,  həm  də 
məziyyətlə  (üstün  xüsusiyyətlərlə)  əlaqəlidir.  Dəyərlər 
hüququn  tərkibi  olduğuna  görə  hüquq  normaları  ilə 
                                                 
1
 Qeyd: aksiologiya –yunanca dəyərlər haqqında təlimlər mənasını verir. 
Ensiklopedik izahlara əsasən, aksiologiya fəlsəfi fənn olaraq “dəyərlər” 
kateqoriyasını, dəyərlər dünyasının iyerarxiyasını, struktur və 
xarakteristikasını, dərketmə üsullarını və ontoloji dəyərlərini araşdırır, eləcə 
də dəyərlər mühakiməsinin təbiətini və xüsusiyyətlərini öyrənir. 
Aksiologiyanın öyrənmə sahələri digər fəlsəfi və ayrı-ayrı elmi fənlərin 
dəyərli aspektləri, eləcə də geniş mənada bütün sosial, bədii və dini 
təcrübənin, ümumilikdə insani və mədəni sivilizasiyanın bütün spektlərini 
əhatə edir. “Aksiologiya” termini 1902-ci ildə fransız filosofu P. Lapi 
tərəfindən “timologiya” termininə (qiymət haqqında təlim) əks olaraq irəli 
sürülmüşdür. Аксиология. Институт Философии Российской Академии 
Наук. Новая философская энциклопедия. http://iph.ras.ru/elib/0086.html  


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə