Microsoft Word Insan huquqlari II kitab doc


qorunur.  Dövlətin  əsas  vəzifəsi  insanların  hüquqlarını



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə3/56
tarix02.12.2017
ölçüsü2,86 Kb.
#13606
1   2   3   4   5   6   7   8   9   ...   56


 
qorunur.  Dövlətin  əsas  vəzifəsi  insanların  hüquqlarını 
qorumaqdan  ibarət  olur;  çünki  hüquqlarda  mənəviyyatın 
tərkibi  olan  dəyərlər  toplanır.  Məsələn,  Finlandiya 
Respublikasının 11 iyun 1999-cu il tarixli Konstitusiyasının 
birinci 
başlığının 
birinci 
paraqrafında 
yazılır 
ki, 
Konstitusiya  insan  dəyərinin  toxunulmazlığına,  azadlıq  və 
şə
xsiyyət  hüququna  qarant  durur,  cəmiyyətdə  ədalətin 
icrasını  təmin  edir.  Konstitusiya  şərəfə  və  azad  etiqada 
qarant  durur.  İnsanların  hüquq  bərabərliyi  başlığı  altında 
yazılır  ki,  hər  kəs  qanun  qarşısında  bərabərdir.  Heç  kəs 
hörmətsizlik prinsipləri ilə cinsi, yaş, mənşə, dil, din, inanc, 
fikir, sağlamlıq, şikəstlik və şəxsiyyətlə əlaqədar olan digər 
ə
lamətlərə  görə  qeyri-bərabər  vəziyyətdə  qala  bilməz. 
Yaşamaq, azadlıq və şəxsiyyət hüququ toxunulmazdır.
1
 
 
BMT  Baş  Assambleyasının  1948-ci  il  10  dekabr  tarixli 
qətnaməsi  ilə  qəbul  və  elan  edilən  Ümumdünya  İnsan 
Hüquqları  Bəyannaməsində  də  yazılır  ki,  maddə-1:  Bütün 
insanlar  öz  ləyaqətləri  və  hüquqları  etibarilə  azad  və 
bərabər  doğulurlar.  Onlara  ağıl  və  vicdan  bəxş  edilib  və 
onlar  bir-birilərinə  münasibətdə  qardaşlıq  ruhunda 
davranmalıdır.  Maddə  2:  Hər  bir  insan  irqi,  dərisinin 
rəngi, cinsi, dili, dini, siyasi və digər əqidələri, milli və sosial 
mənsubiyyəti,  əmlak  vəziyyəti,  silk  mənsubiyyəti  və  digər 
vəziyyətlərinə  görə  heç  bir  fərq  qoyulmadan  hazırki 
Bəyannamədə  bəyan  edilən  bütün  hüquqlara  və  bütün 
azadlıqlara malik olmalıdır. Bundan əlavə, insanın mənsub 
olduğu  ölkənin  və  ya  ərazinin  müstəqil  asılı,  özünü  idarə 
etməyən  və  ya  suverenliyi  hər  hansı  digər  şəkildə 
məhdudlaşdıran ərazi olub-olmamasından asılı olmayaraq, 
heç bir fərq qoyulmamalıdır.
2
  
                                                 
1
 Конституция Финляндии. 
www.finlex.fi/fi/laki/kaannokset/1999/ru19990731.pdf 
2
 Ümumdünya İnsan Hüquqları Bəyannaməsi. 
www.migration.gov.az/images/pdf/935e2ca153e49bce078042398ff16c2d.p
df 



 
Hüquqi  sənədlərdən  görünür  ki,  hüquq  normaları 
mənəviyyatın  tərkibi  olan  dəyərlərə  məcburi  və  zəruri 
xarakter  və  məzmun  verir,  dəyərləri  qoruyur,  onların 
təmin  olunmasını  qarşısına  əsas  məqsəd  və  vəzifə  kimi 
qoyur.  Dəyərlər  hüquq  normaları  çərçivəsində  dövlət 
siyasətinin  qayəsinə  çevrilir.  Hüquqi  sənədlərdə  əksini 
tapan  normalar  dəyərləri  (burada  həm  də  maddi  dəyərlər 
nəzərdə  tutulur)  cəmləşdirməklə  rəngarənglik  tərkibindən 
nəzəri  bütöv  vəhdəti  meydana  gətirir.  Belə  ki,  hüquq 
bərabərliyi  analyışı  bütün  sistemləşdirici  hallarda  və 
konkret  obyektlərə  münasibətdə  məhz  dialektik  vəhdəti 
meydana  gətirir.  Hüquqi  sənədlər  dialektik  dəyərlərin 
sistemləşdirici  bərabərliyindən  meydana  gəlir.  Hüquq 
mənəvi  kriteriyası  zaman,  məkan  kateqoriyalarında  və 
vəziyyət,  status  məsələsində  bərabərləşdirici  rol  oynayır. 
Hüquq 
pozitivləşdirmə, 
dəyərləndirmə 
və 
bütün 
məsələlərdə  tarazlaşdırma  rolunu  oynayan  kriteriyaya 
çevrilir.  Bu  məntiqlə  dövlətin  mənəvi  dəyərlər  məcmuəsi 
(dəyərlər  bütövü)  olması  amili  meydana  gəlir.  Dövlətin 
vəzifəsi 
onun 
ə
dalətli 
və 
xeyirxah 
məqsədlərinə 
yönəlməlidir.  Dövlətin  fəlsəfəsi  də  onun  hərtərfli  hüquqi 
təminatı 
ilə 
ə
laqəlidir. 
İ
nsan 
hüquqlarının 
təmin 
olunmasının yüksələn xətlə davam etməsinin təşkil edilməsi 
məhz  dövlətin  funksiyasının  fəlsəfəsində  dayanır.  Hüquq 
dəyər  olduğuna  görə  dövlət  də  substansional  bütöv  olaraq 
bir  dəyərdir.  Dövlətin  substansional  dəyəri  bir  subyekt 
kimi  insanlarını  özünə  dəyərli  obyektə  çevirməsindən 
meydana gəlir. Dövlətin hüquqi dəyəri onun pozitiv siyasəti 
ilə  tamamlanır  və  vəhdət  məzmun  kəsb  edir.  Hüquq 
hissiyyatla  əlaqəli  olduğundan  dövlət  də  hissiyyatlı  bir 
orqandır.  Buna  görə  də  hər  bir  fərdin  hüquqlarının  təmin 
olunmasına  hissiyyatlı  yanaşmalıdır.  Hüquqların  təmin 
olunmasını  resurslarla  əlaqəli  olan  inkişafla  bağlamalıdır 



 
və  inkişaf  tempində  hüquqların  təminat  siyasətini 
paralelləşdirməlidir.  
 Bu  baxımdan  da  insan  hüquqları  anlayışı  dəyər 
olduğundan  (dəyər  da  dərin  mənalarda  əksini  tapan 
qiymətdən  ibarətdir)  fəlsəfənin  obyektidir  və  bu  anlayışın 
elmi  mənasının,  sistemli  əsaslarının  müəyyən  olunması 
məhz 
məntiqi 
ə
məliyyatların 
köməyi 
sayəsində 
mümkündür.  Məntiq  və  elm  (əqli  nəticədən  elmin 
yaranması), elm və məntiq (elmi cəhətdən müəyyən olunmuş 
nəticələrin  təkrar  olaraq  məntiqi  əməliyyatların  obyektinə 
çevrilməsi) vəhdətdə fəlsəfi məzmuna xidmət edir.  
Bu  əsərdə  “insan  hüquqları”  anlayışının dərk olunmasında 
fəlsəfi-məntiqi  metodlar  qruplaşdırılır,  eləcə də fəlsəfi-məntiqi 
metodların köməyi ilə anlayışın tərkibi və bölgü komponentləri 
dərk  olunur.  Anlayış  fəlsəfi-məntiqi  metodların  obyektinə 
çevrilir.  
İnsan  hüquqları  anlayışının  fəlsəfi-məntiqi  metodlarla 
dərk  olunması  (fəlsəfi-məntiqi  metodlar  həm  də  elmi-məntiqi 
metodlardır) amilləri və tələbləri forma və məzmun etibarilə bu 
anlayışın müxtəlif fəaliyyət məkanlarında elə sistemli əsaslarla, 
nizamlı  prinsiplərlə,  normativ  qaydalarla,  kompleks  (əhatəli) 
prinsiplərlə, eləcə də konseptual əsaslarla, rasional və irrasional 
formada  (yəni  duyğulara  əsaslanmaqla)  dərk  olunmasından 
irəli  gəlir.  (Qeyd:  duyğu  və  intuisiya  insanlar  üçün  təbii 
olduğundan  elə  hüquqların  dərk  olunmasında  bu  kriteriyalar 
böyük  amillər  kimi  əhəmiyyət  kəsb  edir.  Belə  ki,  hesab  etmək 
olar  ki,  duyğu  əsasında  insan  hüquqları  üzrə  hissiyyat  və 
dərketmə formalaşır. Əqili (ağılı) də tam duyğulardan kənarda 
düşünmək 
olmaz. 
İnsanların 
əqli 
fəaliyyəti 
onların 
duyğularından  kənarda  ola  bilməz.  Bu  iki  istiqamət  bir 
sistemin əlaqəli tərkibidir. Refleksiyanın (qıcıqların) özü də elə 
duyğularla  əlaqəlidir.  Bu  baxımdan  da  hüquqların  dərk 
olunmasında  rasionallıq  və  irrasionallıq  vəhdət  təşkil  edir. 
İnsanın  hissiyyatı  onun  əqli  ilə  birləşir  və  insanın  maddi-


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə