Microsoft Word Insan huquqlari II kitab doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə5/56
tarix02.12.2017
ölçüsü2,86 Kb.
#13606
1   2   3   4   5   6   7   8   9   ...   56

13 
 
hüquq  sahəsində  nəzəri  fikirlər  elə  empirik  elmlərlə  sıx 
bağlıdır.  İnsanların empirik üsullarla əldə etdiklərini nəzəriyyə 
öz  obyektinə  çevirə  bilir.  Əqli  nəticələr  sayəsində  meydana 
gələn  nəzəri  biliklər,  elə  digər  fikirlər  üçün  faktlar  rolunu 
oynaya bilər. Əqli nəticə universaldır və bu baxımdan da onun 
məhsulu çox insanlar üçün fəlsəfi məna kəsb edə bilər.  
Fəlsəfi-məntiqi  metodlar  insan  hüquqları  anlayışının 
sistemləşməsini  meydana  gətirməklə  yanaşı, sistemli əsaslarla, 
komponentlərin  qarşılıqlı  qaydada  əlaqələrini,  bu  baxımdan 
tərkib  və  bütövün  dərk  olunmasını  da  təmin  edir.  Hüquq 
nəzəriyyələri 
sistemdən 
faydalanmaqla, 
sistemləşmənin 
böyüməsinə  də  xidmət  edir.  Burada  sistemin  komponentləri 
hüququn  genişlənməsi  üçün  şəraitləri  və  vasitələri  meydana 
gətirir.  Hüququn  sistemli  dərk  olunması  onun  əhatəli  və 
universal  əsaslarla  dərk  olunmasında  böyük  rol  oynayır. 
Hüququn sahələr üzrə sistemli dərk olunması hüquq normaları 
sisteminin  yaranmasına  gətirib  çıxarır.  Hüquq  anlayışının 
sistemli dərk olunmasında məntiqi metodlar böyük rol oynayır 
və  metodlar  özü  elə  sistemin  formalaşmasını  təmin  edən 
modellər  rolunda  çıxış  edir.  Məsələn,  tərkiblərdən  bütövün 
meydana 
gəlməsi 
məsələləri 
elə 
bütün 
sistemlilikdə, 
sistemlərin  xassələnməsində  model  kimi  öz  əksini  tapır.  Bu 
baxımdan,  məsələn,  insan  hüquqları  ilə  bağlı  beynəlxalq 
konvensiyalar  da  sistemlilikdən  meydana  gəlir.  Burada 
universal metodlar, yəni insanların bütün beynəlxalq əlaqələrdə 
olan hüquqları obyekt-model kimi ümumi olaraq tətbiq olunur. 
Beynəlxalq  konvensiyaların  universal  mahiyyətində  ümumi 
insan  hüquqları  anlayışı  dayanır.  Hər  bir  məsələdə, 
sistemləşmədə  insanlara  xidmət  amili  universal  olaraq  nəzəri 
fikirlərin, müddəaların, hüquq normalarının əsasını təşkil edir.  
Hüquq  anlayışının  dərk  olunmasında  dərketmənin  sistemli 
obyektləri  içərisində  insanlar  və  onların  fəaliyyət  göstərdikləri 
məkanlar  böyük  rol  oynayır.  Burada  insan-subyekt, məkan isə 
obyekt  rolunu  ifadə  edir.  Bir  çox  hallarda  insan  öz  hüququnu 


14 
 
dərk  etmək  üçün  elə  obyekt  roluna  da  çevrilir.  Bu  məsələdə 
insan  hüquqlarının  ontoloji  prinsiplərlə,  yəni  varlıq  əsasında 
dərk  olunmasının  zəruri  aspektləri  formalaşmış  olur.  İnsan  bir 
subyekt  kimi  öz  fikirlərini  və  başqasının  fikirlərini  dialektik 
qaydada  öyrənir.  Bu  zaman  qnoseoloji  yanaşmalar  meydana 
gəlir. Dialektika həm ontoloji, həm də qnoseoloji təlimlərdə öz 
əksini tapır. İnsan hüquqlarının dialektik məzmunu onun nəzəri 
əsaslarını  ifadə  edən  fikrilərin  həm  “öz  yerində”  olması,  həm 
də  inkişafda  olması  ilə  əlaqəlidir.  Burada  öz  yeri  dedikdə, 
əsasən  bütün  proseslər  zamanı  model  kimi  hüquq  anlayışının 
çıxış  etməsi  əsas  götürülür.  Dialektikada  fikirlər  ard-arda 
düzülür,  bu  baxımdan  da  əhatə  edərək  bir-birini  şərtləndirir. 
Hüququn  dialektikası  iki  aspektdə  dərk  olunur:  hüquq 
sahələrinin  daxili  dialektikası  (məsələn, ailə hüququna dair 
nəzəri  normalar);  hüququn  sahələrarası  dialektikası 
(məsələn,  mülki  hüquqların  tərkibini  əhatə  edən  sahələri 
birləşdirən  anlayışların  normalarda  əksini  tapması.  Əlaqəli 
hüquq  normaları).  Konstitusiyalarda  əksini  tapan  ümumi 
normalardan irəli gələrək yeni qanunlar qəbul olunur.  
Hüququn daxili dialektik məzmunu öz mərkəzində insanın 
maraqlarını  və  həyatını  əsas  götürür  və  müvafiq  sahə  üzrə 
maddi-mənəvi  normaları  ifadə  edir.  Məsələn,  BMT-nin  Uşaq 
hüquqları  haqqında  Konvensiyası  (Baş Məclis tərəfindən 20 
noyabr 1989-cu ildə qəbul edilib) həm universal (dövlətlərə aid 
olmaqla  və  uşaqların  universal  hüquqlarına  aid  olmaqla),  həm 
də məxsusi (uşaqlara aid olmaqla) bir hüquqi sənəddir. Hər bir 
hüquq  sənədində  olduğu  kimi  bu  sənəddə  də  daxili  dialektik 
məzmun  var.  Məsələn,  11-ci  maddədə  yazılır:  1.  İştirakçı 
dövlətlər 
uşağın 
qanunsuz 
aparılmasına 
və 
xaricdən 
qaytarılmamasına  qarşı  mübarizə  üçün  tədbirlər  görürlər.  Bu, 
bir  hüquq  normasıdır.  Bu  normadan  dialektik  qaydada  digər 
norma  şərtlənir.  Ardınca  yazılır:  2.  Bu  məqsədlə  iştirakçı 
dövlətlər  ikitərəfli  və  ya  çoxtərəfli  sazişlər  bağlamağa  və  ya 


15 
 
qüvvədə  olan  sazişlərə  qoşulmağa  kömək  edirlər.
1
 Mətn  bu 
qaydada 
şərtləndirici-bağlayıcı-nəticəverici 
əsaslarla 
tamamalanır. 
Deməli, 
dialektika 
əslində 
inkişafa 
və 
şaxələnməyə  xidmət  edir,  məzmunu  əhatələndirir.  Uşaq 
hüquqlarının  ümumi  müəddəalarından  da  yeni-yeni  qanunlar 
meydana  gəlir.  Burada  müddəa  aralıq-universallıq  və 
məxsusilik  arasında  körpü  rolunu  oynayır,  onları  bir-birinə 
bağlayır.  Dialektika  tərkibi  rəngarəng  olan  artam  bütövün 
yaranmasının əsaslarını təşkil edir. 
 
Hər  bir  inkişaf  prosesinin  də  öz  məkanı  mövcud  olur, 
inkişaflar  arasında  zəncirli  əlaqələr  meydana  gəlir.  Təfəkkür 
inkişafın  ümumi  qanunauyğunluqlarını  qavrayır.  (Qeyd: 
dialektika  –daha  çox  qanunauyğun əlaqələr və təşəkkül tapma 
(inkişafdan əlamətlərin meydana gəlməsi) haqqında təlimdir və 
bu  düşüncə  üsulu  təliminə  əsaslanaraq  mövcudluğun  inkişafı 
və  dərketməsi  haqqında  təlimdir.  “Dialektika”  sözü  birinci 
dəfə  qədim  yunan  alimi  Sokrat  tərəfindən  işlənilmişdir  və 
özündə məharətli dailoq aparmaq, mübahisə etmək sənətini əks 
etdirir. 
Fikirlərin 
əksliliyi, 
qeyri-həqiqi 
yolların 
kənarlaşdırılması,  tədricən  həqiqi  biliyə  yaxınlaşma  -bütün 
bunlar  dialektikadır).
2
 Dialektika  əksliklərin  toqquşmasında, 
ideyaların  mübarizəsində  öz  əksini  tapır.  Obyektiv  aləm  aşkar 
olunur  və  inkişaf  qabağa  doğru  gedir.  Dialektika  hər  bir  şeyi 
vəhdətdə,  qarşılıqlı  əlaqədə  axtarır.  Dialektika  təcridolunmanı 
qəbul  etmir.  Digər  tərəfdən  isə  dialektikanın  tələbi  inkişafla 
əlaqəlidir.
3
 Bu  izahlardan  görünür  ki,  dialektika  inkişafla 
yanaşı,  qarşılıqlı  güzəştləri,  ortaq  mövqeləri,  müəyyən 
                                                 
1
 BMT-nin Uşaq hüquqları haqqında Konvensiyası (Baş Məclis tərəfindən 
20 noyabr 1989-cu ildə qəbul edilib). 
www.migration.gov.az/images/pdf/d64f56fbbe0dcb273c7e993e0acee.pdf 
2
 Вопрос 26. Диалектика как философская теория развития. Основные 
исторические формы диалектики. 
www.kautur.blogspot.com/2008/06/26.html  
3
 Həmin mənbə. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə