Microsoft Word Insan huquqlari II kitab doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə7/56
tarix02.12.2017
ölçüsü2,86 Kb.
#13606
1   2   3   4   5   6   7   8   9   10   ...   56

19 
 
müəyyən olunması dövlətin inkişaf proqramları ilə əlaqəli olur 
və resursların əldə olunması və istifadəsinin nisbətinə söykənir.  
Fəlsəfi-məntiqi  metodlar  insan  hüquqları  anlayışının 
ümumi və məxsusi obyekt kimi tərkibini hissələrə parçalayır və 
dərketmənin 
bir 
proses 
kimi 
rasional 
prinsiplərini 
formalaşdırır. 
Dərketmənin 
özünün 
rasional 
prinsipləri 
dərketmə obyekti üzərində inikasların əqli baxımdan əqlin özü 
tərəfindən  sistemli  qaydada  dərk  olunmasından  irəli  gəlir. 
Rasionallıq  insanların  sistemli  məxluq  kimi  mövcudluqlarını 
şərtləndirən  və  onları  cəmiyyətlərə  bağlayan,  onlar  arasında 
əlaqələri  yaradan  mexanizmlərin  sistemli  qaydasından  ortaya 
çıxır. Yəni şüur insanlar üçün hər bir obyekti tərkib, bütöv, bu 
baxımdan  sistemli  qaydada  dərk  etdirmək  vasitəsidir.  İnsanın 
hüquqları  onun  daxilinin  ifadəsidir  və  insanın  təbiətlə-maddi 
aləmlə  və  mənəvi  aləmlə  vəhdətinin  təzahürüdür.  İnsan 
maraqları  mövcuddur,  insanın  ruhi  aləmi  mövcuddur.  Bu  iki 
istiqamət  arasında  bağlayıcılıq  var.  Bu  bağlayıcılıq  məhz 
haqqla ifadə olunur, ixtiyar və səlahiyyətləri ifadə edir. İnsanın 
bütün hərəkətləri-burada nizama uyğun olan hərəkətləri, vərdiş 
olunmuş nizama müvafiq olan hərəkətləri onun hamı tərəfindən 
qəbul 
olunmuş 
haqqıdır. 
İnsanların 
haqları 
onun 
potensialından,  malik  olduğu  maddi-mənəvi  imkanlardan 
ortaya  çıxır.  Bu  baxımdan  da  insan  öz  daxili  etibarilə  haqqa 
malikdir, eləcə də insanın xarici təmasları da haqdan irəli gəlir. 
Ümumiyyətlə  isə  insan  kainatın  tərkibi  olduğundan  kainatın 
mikro  və  makro  quruluşuna  zidd  olmayan  hər  bir  hərəkəti 
etməkdə  haqlıdır.  İnsanların  öz  hüquqlarını  dərk  etməsi  də 
məhz insanların təbii xüsusiyyətlərindən ortaya çıxır.  
Dərk  etmək  sistemlidir  və  ardıcıl  qaydada  dərk  etmək 
konstruktiv  təfəkkürü  meydana  gətirir.  Konstruktiv  təfəkkür, 
yəni ardıcıl  olaraq  müxtəlif  sahələr  üzrə daha çox informasiya 
alan  təfəkkür  öz  dərk  etdiyi  obyekti  də  ardıcıl  və  sistemli 
qaydada dərk edir və onun daxilini aşkarlayır, mahiyyətini başa 
düşür.  Dərketmə  ümumidir  və  hər  bir  addımda,  hər  bir 


20 
 
fəaliyyətdə  insanın  daxilində  olur.  Sistemləşdirmə  ümumi 
modeldir. Eləcə də dərketmə hər bir obyekti özünə cəlb edir və 
obyektin  əlamətlərini  əks  etdirir.    İnsan  öz  hüquqlarını 
əlamətlərlə dərk edir və ona daxil olan siqnallardan aşkarlayır. 
İnsanlar  maddi-mənəvi  aləmin  vəhdətini  dərk  edir,  eləcə  də 
özünün  bu  aləmlərlə  əlaqəsinin  prinsiplərini  anlayır.  İnsan  öz 
hüquqlarını  bir  dəyər  olaraq  dərk  edir.  Çünki  insanın  mənəvi 
dəyərlərinin  ictimai-siyasi  forması  və  məzmunu  məhz 
hüquqlarda  əks  olunur.  Hüquq  siyasi  mənada  dövlət  və 
cəmiyyətdə  insanlar  üçün  mövcud  olan  haqlardır.  Dövlət 
hakimiyyəti  insanların  (vətəndaşların)  hüquqlarını  qəbul  edir 
və  onları  normalara  salır.  Bu  baxımdan  da  dövlət  hakimiyyəti 
insan  hüquqlarını  normalarla  tənzim  edən  bir  tərəf  rolunda 
çıxış  edir.  İnsanlar  öz  hüquqlarını  dərk  etdiyindən  dövlət 
hakimiyyətinin  də  funksiyası  insanların  hüquqlarını  dərk 
etməkdən  və  onu  müxtəlif  sahələrdə  müəyyən  etməkdən 
ibarətdir.  İnsan  hüquqlarının  kompleks  olaraq  dərk  olunması 
elə insanların sistemli və bu baxımdan da əlaqəli fəaliyyətindən 
meydana gəlir. 
İnsan  hüquqları  məkanlar  (daxili  mövcudluq  və  əlaqələr) 
sistemləri üzrə daima genişlənmə xüsusiyyətlərinə malikdir. Bu 
genişlənməni  də  elə  nəzəri  fikirlər  meydana  gətirir.  Nəzəri 
fikirlər  böyüyür,  fikirlərdən  yeni  fikirlər  törəyir.  Bu  törəmə 
insan  hüquqlarının  nəzəri  əsaslarını  genişləndirir.  Nə  qədər 
fikir çox olarsa, hüquq da çoxalır. Deməli, hüququn çoxalması 
material  və  ideal  dialektik  vəhdətə  söykənir.  Ancaq  hüququn 
çoxalması  həm  strukturlaşma  və  stuktursuzlaşdırılma  (yəni 
yenidən  strukturlaşdırılma)  hesabına  genişlənir.  Burada  daxili 
elementlərin  geniş  tərkibdə  aşkarlanması  hesabına  strukturlar 
da genişlənir. Strukturların genişlənməsi prosesləri elə mövcud 
strukturları  dağıdır  və  nəticələr  hesabı  ilə  yeni  tərkibli 
strukturlar  meydana  gəlir.  Nəticələr  etibarilə  hüquqların 
genişlənməsində 
ziddiyyətlər 
də 
meydana 
gələ 
bilir. 
Toqquşmalar,  kəsişmələr  və  yeni  mücərrəd  və  konkret 


21 
 
məkanlarda  strukturlar  böyüyür  və  yenidən  strukturlaşma 
ortaya  çıxır.  Bu  baxımdan  da  insan  öz  daxili  imkanlarını  və 
potensialını  strukturlaşma  və  sistemləşmə  prosesləri  ilə  dərk 
edir.  Dərk  etmənin  əsas  funksiyası  zəncirli  qaydada 
aşkarlamaqdan  ibarətdir.  Dərketmənin  sistemli  funksiyası  elə 
insan  hüquqlarının  normalar  və  qaydalar  şəkilində  öz  əksini 
tapmasına səbəb olur.  
İnsan hüquqları nizamlı qaydalardan ibarət olduğundan elə 
normalarda  əksini  tapır.  Ölçülər  normalarla  ifadə  olunur. 
Normalar  insan  hüquqları  anlayışının  material  və  mənəvi 
prinsiplərlə dərk olunmasını meydana gətirir. Ümumiyyətlə isə 
insan  özü  bir  məxluq  kimi  normalara  tabe  olduğundan  onun 
hüquqları da normalarla tənzim olunur.  
Normativ qaydada ardıcıl dərk etmək insan hüquqlarına 
dair  baxışları  sistemləşdirməkdən  ibarətdir.  Burada  qavrama 
prosesləri  özündə  insan  ehtiyaclarını  və  tələbatlarını  sahələr 
üzrə  əks  etdirən  və  hüquqla  vəhdətdə  əks  olunan  tərkib 
hissələrin  təfəkkürdə  dərk  olunmasından  ibarət  olan  ardıcıl  və 
silsilə xarakterli hadisələr zəncirindən ibarətdir. Fəlsəfi-məntiqi 
metodlar  obyekti  dərk  etmək  üçün  bir  universal  və  məxsusi 
metodlar kompleksi olaraq, anlayışın tərkibinin öyrənilməsinin 
və  tərkib  hissələr  arasında  əlaqələrin  öyrənilməsinin  əsaslarını 
təşkil  edir.  Fəlsəfi-məntiqi  metodlar  anlayışı  təriflərlə  (ümumi 
və  tərkibi  baxımından  konkret  təriflərlə)  öyrənməni  qarşısına 
məqsəd 
qoyur. 
Burada 
formal 
məntiqin 
vəzifəsi 
sillogizmlərdən,  bu  baxımdan  sadə  qaydada  mühakimələr 
yürütməkdən  və  əqli  nəticələr  çıxarmaqdan  ibarət  olur. 
Dialektik məntiq isə daha çox sadə məntiqi birləşmələri özündə 
əks  etdirir.  Burada  əqli  nəticələr  elə  forma  və  məzmundan 
ümumi dərk  etmək  yolu  ilə  meydana  gəlir. Dialektik məntiqin 
tətbiqi  zamanı  insan  hüquqları  anlayışı  sahələr  üzrə  ardıcıl  və 
fikri  birləşmələrdən,  müəyyən  təsiredici  nəticələri  olan 
cümlələrdən dərk olunur. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə