Microsoft Word Insan huquqlari II kitab doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə8/56
tarix02.12.2017
ölçüsü2,86 Kb.
#13606
1   ...   4   5   6   7   8   9   10   11   ...   56

22 
 
Belə  nəticəyə  gəlmək  olar  ki,  insan  hüquqları  anlayışının 
dərk  olunması  proseslərində  fəlsəfi-məntiqi  metodların  iki 
mühüm funksiyası vardır: birincisi, insan hüquqları anlayışının 
formal  və  dialektik  məntiq  əsasında  tərkibinin  (hansı 
komponentlərdən 
ibarət 
olmasını) 
sistemli 
qaydada 
öyrənilməsini  təmin  etmək;  ikincisi  isə  insan  hüquqları 
anlayışının  ayrı-ayrı  sahələrə  bölünməsini  izah  etmək.  Hər  iki 
istiqamət  anlayışı  sistemli  qavramanın  əsasında  dayanır  və 
təfəkkürün  konstruktiv  formasını  meydana  gətirir.  Hər  iki 
istiqamət  insan  hüquqları  anlayışını  kompleks  şəkildə  öyrənir 
və  onun  istiqamətlərinin  əsaslarını  (nəzəri  əsaslarını) 
formalaşdırır.  Tərkibin  öyrənilməsi  bir  tərəfdən  ardıcıl  fikri 
birləşmədən,  şərtdən  və  sonlu  nəticə  bağlamalarından,  yəni 
ardıcıl  düşüncə  inikasından  meydana  gəlir.  Digər  tərəfdən  isə 
material-maddi  aləmə  və  fəaliyyətə  bağlı  olur.  Bu  qaydada 
hüquq  anlayışının  tarixi  aspektlərlə  də  dərk  olunması 
təmin olunur, gələcək zamanda hüquqlar dərk olunur.  
Məntiq  təfəkkürü  formal  və  dialektik  qaydada  düzgün 
mühakimələr  yürütmək  və əqli  nəticələrə  gəlmək kontekstində 
tərkib  hissələrə  ayırır.  Burada  hər  bir  tərkibin  öz  obyekti  olur 
və  obyekt  inandırıcı  və  təsiredici  əhəmiyyətə  malik  olur. 
Tərkib  hissələr  arasında  ümumiləşdirilmə  və  xüsusiləşdirilmə 
ilə  bağlayıcılıq,  ayırıcılıq  və  birləşdiricilik  meydana  gəlir. 
Bölgü burada ümumi məzmunu imkan daxilində bütün sahələrə 
aparır. (Qeyd: məntiq ümumidir və dəyər olaraq hər bir kəsdə 
var. Lakin dərəcələnmə xüsusiyyətlərinə malikdir. Buna görə 
də  düşüncələr  fərqlənir.  Lakin  bütün  düşüncələr  sistemli 
olur).  Bu  baxımdan  da  məntiqin  əsas  funksiyası  məhz  insan 
hüquqlarının  baza  əsaslarını  bütün  sahələrdə  başa  salmaqdan, 
dərk  etdirməkdən,  həmçinin  xüsusi  sahələr  üzrə  pozitiv 
qaydada anlatmaqdan ibarətdir. 
İnsan  hüquqları  anlayışının  dərk  olunmasının  həm 
insanların  daxili  təbii  xüsusiyyətləri  meydana  gəlir,  həm  də 
dərk  olunaraq  ifadə  olunan  hüquqi  baxışların  dərk  olunması 


23 
 
formaları  mövcud  olur.  Hüquqlar  həm  fərdi, həm də universal 
əsaslarla  dərk  olunur.  İnsan  hüquqlarının  dərk  olunması  həm 
təcrübədən,  yəni  insanların fəaliyyət  göstərdikləri sahələrdəki 
aşkarlanmadan,  insanın  özünü  dərketməsindən,  özünün 
haqlarını  anlamasından  meydana  gəlir,  həm  də  nəzəri 
fikirlərdən  formalaşır.  Nəzəri  fikirlər  isə  ayrı-ayrı  şəxslərlə 
olan  söhbətlərdən,  dialoqlardan  aşkarlanır.  Bununla  yanaşı, 
hüquq normalarının mövcud olduğu nəzəri fikirlərdə-normativ-
hüquqi  aktlarda  da  insan hüquqlarının  mahiyyəti  aşkar olunur. 
Hüquq  sahələrinin  törəmə  qaydasında  inkişafı  elə  dialektik 
inkişafın əsaslarını meydana gətirir.  
Hüququn  tərkibi  ölçülər  olduğundan  bu  ölçülərin  hüquq 
normalarında  mövcud  olması  hüququn  dərk  olunmasında 
normaları  əks  olunan  obyektə  çevirir.  Bu  baxımdan  da  nəzəri 
fikirlər  də  insan  hüquqlarının  genişlənməsi  və  törəməsi  üçün 
faktlar,  sübutlar  rolunu  oynayır.  Nəzəri  fikirlərdə  insanların 
hüquqları onunla tanış olan insanların baxışlarında, şüurlarında 
müəyyən  dəyişiklikləri  yaradır,  oyadıcı  rolu  oynayır.  Bu 
baxımdan da nəzəri fikirlərin obrazlanması prosesləri baş verir. 
İnsan  hüquqlarının  dərk  olunması  ziddiyyətlərdən  və  baxış 
bucaqlarının  müxtəlif  nöqtələrdə  kəsişməsindən  də  meydana 
gəlir. 
İnsan  hüquqları  anlayışı  şəraitlərdən  də  dərk  olunur. 
Şəraitlər 
insanlar 
üçün 
hüquqlarının 
reallaşdırılması 
imkanlarını müəyyən edir. İnsanlar obyektlərlə münasibətlərini 
müəyyən  edirlər  və  nəticə  etibarilə  həmin  şəraitlərdə  insan 
hüquqlarının mahiyyəti meydana gəlmiş olur.  
İnsan  hüquqlarının  sistemli  dərk  olunması  bu  hüquqların 
deduktiv  və  induktiv  əsaslarla,  yəni  tərkib  və  bütöv  arasında 
olan  əsaslarla  dərk  olunmasının  zəruriliyini  meydana  gətirir. 
Sistemli  dərk  etmək  də  öz  növbəsində  zamana  uyğun  olan 
dərketməni  yaradır.  Əvvəlcə  mövcud  olan  hüquqlar  öz 
üzərində  yeni hüquqların yaranmasını şərtləndirir, bu hüquqlar 
nəzəriyyədə  və  təcrübədə  öz  əksini  tapır.  Bu  iki  şərtləndirici 


24 
 
vəhdət  əsasında  hüquqlar  sistemli  qaydada  yuxarıya  və 
ətraflara  yayılan  formada  dərk  olunur.  Hər  bir  aşkarlanma 
prosesi hüququn zaman anlayışını meydana gətirir.  
Əsərdə 
insan 
hüquqları 
anlayışının 
fəlsəfi-məntiqi 
metodlarla  dərk  olunmasının  müxtəlif  aspektləri  izah  olunur, 
insan hüquqları anlayışının ontoloji və qnoseoloji mənası açılır. 
Dialektik qaydada hüquq anlayışının mənaları verilir. Eləcə də 
bu  anlayışın  dərk  olunmasında  fəlsəfi  kateqoriyaların  bölücü, 
sahələrə ayırıcı əsasları izah olunur. 
Anlayışlar bizim hərəkətimizi, münasibətimizi ifadə etmək 
üçündür.  Anlayışlar  vasitəsilə  biz  dialektik  qaydada  şeylərin 
mənasını  dərk  edə  bilirik.  Bir  şey  üzərində  qarşılıqlı  fikir 
yürütməklə dialektik qaydada həmin şeyin mənasını aça bilirik. 
Dahi foilosof Hegelə görə fəlsəfənin vəzifəsi təfəkkürümüzdəki 
anlayışları  aydınlaşdırmaqdır.  Anlayışlar  içərisində  ən  geniş 
yayılmışı  münasibət  anlayışıdır.  Münasibət  sayəsində  biz 
nəyinsə  oxşarlığını  və  fərqini  bilirik.
1
 Hüquq  bir  anlayışdır  və 
təfəkkürün  qavrama  obyekti  və  predmetidir.  Həmçinin 
təfəkkürün  diqqətdə  saxladığı  bir  anlayışdır.  İnsan  hüquqları 
anlayışının  dərk  olunması  qeyd  olunduğu  kimi,  dialektik 
əsaslarla  həyata  keçirilir.  Çünki  hüquq  kollektiv  münasibətlər 
və  maraqlar  sferasında  daha  da  zənginləşir.  Hüquqların 
qarşılıqı 
əsasları 
hüquqi 
fikirlərin 
dialektik 
vəhdətlə 
bütövləşməsinə və genişlənməsinə gətirib çıxarır.  
Bu  əsərdə  insan  hüquqları  anlayışı zəkanın  birinci  olması 
şərti  ilə  izah  olunur  və  təfəkkürün  əqli  nəticələr  çıxarmaq 
qabiliyyətindən  istifadə  olunur  və  mənalar  açılır.  Bununla 
yanaşı,  faktlar  üzərində  də  əqli  nəticələr  çıxarmaq  yolu  ilə 
anlayışın dərk olunması təmin olunur.  
 
                                                 
1
 Saleh Mehdizadə. Hegel fəlsəfəsinin qısa xülasəsi. 
www.summaphilosphie.blogspot.com/2012/03/hegel-flsfsinin-qsa-
xulassi_19.html  


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə