Microsoft Word Insan huquqlari II kitab doc


“İnsan hüquqları” anlayışının dərk olunmasında



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə9/56
tarix02.12.2017
ölçüsü2,86 Kb.
#13606
1   ...   5   6   7   8   9   10   11   12   ...   56

25 
 
“İnsan hüquqları” anlayışının dərk olunmasında 
məntiqi metodlar 
  
Bütün 
metodlar 
sistemləşdirilmənin 
tərkibini 
(sisitemləşdirilmə  metodlarının  tərkib  ünsürləri  olaraq)  təşkil 
edir.  Metodlar  cəm  halda  sistemləşdirici  metodlar  kimi 
xarakterizə edilməlidir. Təfəkkür sistemini və konstruksiyasını 
da  elə  metodlar  formalaşdırır.  Obyekt  metodlarla  araşdırılır, 
müəyyən  olunur,  sonra  isə araşdırma təcrübəsi konstruksiyanı, 
yanaşma  tərzini  və  üslubunu  meydana  gətirir.  Metodlar  əqli 
nəticələr  çıxarmaq  üsulu  və  müşahidələr  yolu  ilə  duyğu 
orqanlarının  köməkliyi  sayəsində  aşkarlamaqdan  meydana 
gələn sintezləşdirici və analitik üsullardır.  
 
İnsan hüquqları anlayışının açılması üçün aşağıdakı fəlsəfi-
məntiqi metodlardan istifadə olunur:  
-ümumiləşdirmə  metodundan  və  bu  baxımdan  anlayışın 
tərkibini  yaradan  digər  anlayışlarla  dialektik  vəhdətin 
tərkibinin  aydınlaşıdırlması  üsulundan-tərkiblərə  ayırmadan.  -
bu  metod  konseptuallığı  yaradır  və  anlayışın  tərifini 
formalaşdırır.  Hüququn  mənbəyi  və  onu  şərtləndirən 
kriteriyalar ümumiləşdirmə ilə aşkarlanır
-xüsusiləşdirmə 
metodundan-müəyyən 
təcrübi 
biliklərdən  və  faktlardan  istifadə  edilməklə,  tərkiblərdən 
bütövün  şərtləndirici  əsaslarla  əldə  edilməsi  metodundan. 
Tərkibin dərk olunması və sistemdə ümumi ilə onun vəhdətinin 
aydınlaşdırılması 
metodundan. 
-məsələn, 
insanların 
mənəviyyatının  tərkibi  olan  hissələrin,  məsələn,  etikanın  və 
digər  dəyərlərin  dərk  olunması  ilə  hüquq  anlayışının  dərk 
olunmasını  təmin  etmək  olur.  Eləcə  də  mənəviyyatın  tərkibi 
olan  şərəf,  ləyaqət,  vicdan,  namus  kimi  dəyərlərin  dərk 
olunması yolu ilə hüquq tərkibinin müəyyən olunmasını həyata 
keçirmək olur. Hüquq mənəvi dəyərlərin realizəsi haqqıdır


26 
 
-sistemləşdirici  metoddan,  bu  baxımdan,  insan  hüquqları 
anlayışının  formalaşmasına  səbəb  olan  kriteriyaların  müəyyən 
olunması  və  strukturlaşdırılmış  əsaslarla  dərk  olunması 
metodundan
-müəyyənedici  anlayışların  və  kriteriyaların  sistemdə  və 
sistemlər arasında rolunun müəyyən edilməsindən
-sistemdaxili 
və 
sistemlərarası 
dialektik 
sintezləşdirilmədən; 
-məntiqi  üsullardan,  məsələn,  sillogizmlərdən-formal 
məntiqdən,  əqli  mühakimələr  yürütməkdən  və  müvafiq  əqli 
nəticələrə gəlmək metodundan; 
-məntiqi  üsul  olaraq  dialektik  məntiqdən,  məsələn,  hüquq 
anlayışının  genişlənməsi  və  hüququn  tətbiqi  sahələrinin  geniş 
şəkildə əhatə olunmasını müəyyən etməkdən
-əqli  nəticələr  və  bağlayıcılıq  yolu  ilə  hüquq  anlayışının 
tərkibini  formalaşdıran  hissələrin  müəyyən  olunması  və 
qavranılması,  eləcə  də  nəzəri  mülahizələrin  təcrübi  faktlarla 
vəhdətinin yaradılması üsulundan; 
-sübuta  yetirmədən,  nəticələrə  gəlmədən  və  fəlsəfi 
kateqoriyalar  əsasında  şərtləndirici  vəhdətin  yaradılması 
metodundan; 
-ümumilikdə  isə  insan  hüquqları  anlayışını  yaradan  tərkib 
hissələrin 
qavranılmasından 
və 
emal 
edilməsindən, 
ötürülməsindən; 
-məntiqi nəticələrin digər nəticələr üçün başlanğıc və sübut 
faktları kimi istifadə olunmasından və s. 
Bütün  metodlar  ümumi  halda  sistemləşdirmə  metodu 
adlanır.  Bu  da  öz-özlüyündə  rasionallığa  əsaslanır.  Çünki 
tərkibi  hissələrə  nizamla  bölmək  məhz  rasionallığı  meydana 
gətirir.  Sistemləşdirmə  metodu  elə  təfəkkürün  obyektə 
münasibətində 
qavrama 
proseslərinin 
nizamla 
həyata 
keçirilməsindən ibarətdir. Buradan da bel bir nəticə əldə etmək 
olur ki, rasionallıq əslində əqli nəticənin gəldiyi və daha dərin 
təsirli  olan  nəticədir.  Bu  nəticə  isə  o  qədər  dərin  olur  ki,  tez 


27 
 
dəyişikliyə  uğraya  bilmir  və  bütün  dərin  əqli  nəticələr  üçün 
eynilik,  oxşarlıq  və  uyğunluq  prinsipinin  əsaslarını  meydana 
gətirir.  Dərin  əqli  nəticələr  bütün  rasional  mühakimələrdə 
nəticələr  etibarilə  köklü  dəyişikliyə  uğramayan  nəticələrdir. 
Rasional  nəticələr  sonradan  adi-irrasional  qavrama  obyektinə 
transformasiya  edir  və  daxilən  sadələşmə ilə dəyişir. Məsələn, 
elmi fikirlər sonradan geniş yayılaraq adiləşir. Vərdiş olunmuş 
məlumat  xarakterini  kəsb  edir.  Bu  baxımdan  da  hesab  etmək 
olar  ki,  elmin  son  məqsədi  birbaaş  və  dolayı  vasitələrlə 
cəmiyyətə  və  insanlara  xidmət  etməkdən  ibarətdir.  Elmin 
xidmətinin  də  bir  neçə  etapları  mövcuddur  ki,  bu  etaplar  da 
sistemli  olaraq  cəmiyyətə  xidmətə  əsaslanır.  Elmin  cəmiyyətə 
xidmətində  dolayı  faktorlar  (dolayı  yollar)  təkmilləşdirilmiş 
əsaslara söykənir. Elmin yaratdığı sahələr elə cəmiyyətə xidmət 
edir. 
İnsan  hüquqlarının  təmin  olunması  üçün  demək  olar  ki, 
bütün elm sahələri cəm halda səfərbər olunur. Bu baxımdan da 
nailiyyətlərin  son  hədəfi  elə  cəmiyyətə  xidmətdən  ibarət  olur. 
Lakin  pozitiv  istiqamətlərlə  yanaşı,  elmi  nailiyyətlərin 
nəticələri ilə insan hüquqları da pozulur.  
 
Təbiət, fövqəltəbiət, insan və hüquq haqqında bəzi 
mühakimələr 
 
Mühakimə  qavrayış  və  emal  prosesinin  nəticəsidir, 
ötürülmədir.  Mühakimə  obyektə  siqnal  ötürmə  və  onun 
əlamətlərini  beyində  obrazlaşdırmadan  meydana  gələn  təkrar 
ötrümə  prosesinin  nəticəsidir.  Məsələn,  təbiət  (təbiətdə  hamı 
üçün  bir  qayda  olaraq  gözlə  görünməyən  obyektlərdən  başqa) 
gözlə  görünür.  Bu  görünmə əlamətləri əks etdirir. Əlamətlərin 
ifadəsi 
mühakimələrdir. 
Mühakimələrdən 
də 
nəticə 
mühakimələri meydana gəlir. Hər kəs öz təfəkkür tutumuna və 
potensialına  görə  mühakiməni  bildirə  bilər  və  ondan  nəticələr 
çıxara bilər; çünki hər kəs universal varlıq sisteminin tərkibidir. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə