Microsoft Word Insan huquqlari II kitab doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə52/56
tarix02.12.2017
ölçüsü2,86 Kb.
#13606
1   ...   48   49   50   51   52   53   54   55   56

158 
 
İşlək  mexanizmə  malik  olan  ictimai  sistemlər  heç  zaman 
tam  sabit  ola  bilməz.  Hadisələr  baş  verərkən tərkib elementlər 
arasında  əlaqələr  nisbəti  də  dəyişir.  Bu  anda  sistemdaxili 
trayektoriya  da  dəyişir.  Eləcə  də  məkanlarda  olan  kəmiyyətlər 
də  dəyişir-azalır  və  ya  da  çoxalır.  Hadisələrin  gərginləşməsi 
sabit  vəziyyətləri  gərginləşdirir.  Gərginləşmə  isə  elə  bir 
hadisədir, təzahürdür ki, bu zaman müəyyən məkanda mövcud 
olan  və  nisbi  sabit  vəziyyətdə  hərəkət  edən  elementlər  təsirlər 
sayəsində  öz  hərəkət  trayektoriyasından  çıxır.  Elementlərin 
sürəti  artır.  Trayektoriyalardan  çıxmalar  şəraitində  hadisələrin 
müəyyən  sistemlərdə  sayı  çoxalır.  Hadisə  çoxluğu  zaman 
dəyişikliklərini  və  məkan  dəyişikliklərini  yaradır.  Hərəkətin 
sürətinin  artması  sayəsində  zaman  tez-tez  meydana  gəlir. 
Hadisələrin  həcminin  və  sayının  çoxalması  sistemdaxili 
gərginliyə  səbəb  olur.  Tədqiqatçı  bu  baxımdan  sistemdaxili 
hadisələri  zaman,  məkan,  kəmiyyət,  çoxluq,  azlıq  və  s.  kimi 
kateqoriyalar nisbətində öyrənir. Kateqoriyalar əlamətlər olaraq 
istinadlar rolunda çıxş edir.  
Elm  sahələri  ilkin  mərhələdə  insanların  kütləvi  olaraq 
maraq 
göstərdikləri 
sahələrdə 
formalaşır. 
Maraqların 
genişlənməsi  və  təsir  imkanlarının  böyüməsi,  əlaqələr  və 
münasibətlər  sferalarının  genişlənməsi,  eləcə  də  həyatın  bütün 
sosial-maddi-mənəvi 
sahələri 
elm 
sahələrinin, 
tədqiqat 
sahələrinin  əsasını  təşkil  edir.  Sahələr  üzrə  tədqiqatların 
genişlənməsi  maddi  maraqların  təmin  olunmasının  üzərində 
dayanır.  Sahələrdə  elementlərin  artması  yeni  elm  sahələrinin 
meydana  gəlməsi  üçün  imkanların  genişlənməsi  zərurətini 
ortaya  qoyur.  Yeni  elm  sahələri  faktların  çoxalmasından  və 
elementləri 
(faktları) 
müxtəlif 
istiqamətlərdə 
təyinata 
yönəltmədən  meydana  gəlir.  Elm  sahələri  həm  horizontal 
müstəvi üzrə (müstəvinin horizontal xətləri üzrə), həm də zenit 
və  şaquli  trayektoriyalar  üzrə  artır.  Elm  sahələrində  yeni-yeni 
əlaqəli  faktların  meydana  gəlməsi  məhz  elm  istiqamətlərinin 
(predmet  və  obyekt  baxımından)  formalaşmasının  əsasında 


159 
 
dayanır.  Proseslərin  böyüməsi,  əldə  edilən  faktların  artması 
məhz  yen-yeni  istiqamətlərin  (burada  faktlardan,  əldə 
edilənlərdən  yeni  əsaslarla  və  yeni  məkanda  istifadə  edilməsi 
nəzərdə tutulur) meydana gəlməsinin bazasında dayanır. Bütün 
proseslərin  zəncirli  qaydada  yuxarı  və  ətraflara  doğru 
genişlənməsi  məhz  yeni  elm  sahələrinin  meydana  gəlməsinin 
əsasında  dayanır.  Elmin  inkişafı  həm  faktlar  üzərində  nəzəri 
fikirlərdən 
(faktların 
tərkibini 
açmaqdan, 
onları 
xassələndirməkdən)  meydana  gəlir,  həm  də  yeni  analizlərdən 
üzərə  çıxır.  Yeni  analizlər  də  yeni-yeni  faktların  aşkarlanması 
ilə  nəticələnir.  Analizlər  (yəni,  tərkib  hissələrə  parçalanmalar) 
məhz elmi nəzəriyyələrin çoxalmasının əsasında dayanır. Elmi 
nəzəriyyə  istiqamətlər,  yeni  mülahizələr,  hökmlər  məhz  yeni-
yeni  elm  sahələrinin  artmasına  xidmət  edir.  Hər  bir  elm 
sahəsinin  özünəxas  obyekti  mövcud  olur,  lakin  bu  obyektlər 
vahid  sosial-siyasi  və  mədəni  sistemlərdə,  eləcə  də  material 
bütövlükdə  tam  olaraq  bir-birindən  ayrıla  bilmir.  Elm  sahələr 
üzrə  əlaqəli  qaydada  inkişaf  edir.  Elm  bilikləri  adiləşdirmə 
funksiyasını  da  yerinə  yetirir.  Adiləşmə  biliyin  çoxları 
tərəfindən  sadə  yollarla  başa  düşülməsindən  meydana  gəlir. 
Elm  mürəkkəbliyi  sadəliyə  çevirir,  mürəkkəb  şəraitlərdə 
aşkarladığı faktları sadəliklə də təqdim edir. Bu anda ekzoterik 
biliklər  yaranır.  Elm  həmçinin  elm  adamları  üçün  nəzərdə 
tutulan bilikləri də aşkarlayır, həmçinin meydana gətirir.  
Elmin  bütün  sahələrdə  mənimsənilməsi  metodları  demək 
olar  ki,  universal  qaydalara  söykənir.  Bütün  elmlərin  əsası 
tərkib  və  bütövün  xassələrini  və  istifadə  əsaslarını,  faydalılıq 
dərəcəsini 
öyrənməkdən 
ibarətdir. 
Yanaşma 
metodları 
universaldır. Məsələn, sintetika və analitika hər bir elm üçün 
universal  metod  kimi  istifadə  olunur.  Sintezin  yaranmasının 
və  analizin  meydana  gətirilməsinin  də  öz  metodları 
mövcuddur.  Sintezlər  və  analizlər  birləşmələr  və  ayrılmalar 
metodlarını  özlərində  əks  etdirir.  Faktlar  özü  material  aləmdə, 
həm  də  nəzəri  baxışlarda  öz  əksini  tapır.  Məsələn,  kəşf 


160 
 
olunmuş element bir faktdır, eyni zamanda elementin xassəsinə 
aid olan fikir də bir faktdır. 
Tədqiqatçının  qarşısına  qoyduğu  məqsəd  elmdə  müəyyən 
problemləri  həll  etməkdən,  qeyri-müəyyənliyi  müəyyənliyə 
çevirməkdən  ibarətdir.  Elmin  əsas  məqsədi  çətinlikləri 
asanlaşdırmaqdan  və  həyatı  rahatlaşdırmaqdan  ibarətdir.  Bu, 
elmin  xeyirxah  –pozitiv  missiyasıdır,  vəzifəsidir.  Elmi 
tədqiqatçının da əsas vəzifəsi məhz elmin xeyirxah missiyasını 
yerinə  yetirməkdən  və  müəyyən  zamanlarda  məqsədlərə 
çatmaqdan  ibarətdir.  Elm  həm  də  dispozitiv  funksiya  daşıyır. 
Məsələn,  elmin  nailiyyətlərindən  kütləvi  qırğın  silahlarının  və 
digər silahlarının istehsalında istifadə olunur.  
Müəyyən  başlanğıcı  və  sonu  olan  tədqiqat  prosesləri  bu 
arada  iki  fazada  həyata  keçirilməlidir:  birincisi,  öyrənmə 
fazası,  ikincisi,  öyrətmə  fazası.  Öyrənmə  fazası  sintezi, 
öyrətmə  fazası  isə  analizi  formalaşdırır.  Lakin  birinci  fazanın 
özündə  də  analiz  olur.  Öyrətmə  fazasının  özü  də  həm  ilkin 
məlumatlardan 
başlayır, 
həm 
də 
öyrtəmə 
fazasından 
başlanğıcını götürür. Tədqiqatçı ilk növbədə elmin öyrənilməsi 
ilə  məşğul  olmalıdır.  Yəni,  müvafiq  elm  sahələri  üzrə  faktiki 
bilikləri (nəzəri mülahizələri, qənaətləri), eləcə də dəqiq elmlər 
üzrə  əldə  olunan  maddələri  və  qarışıq  maddələri,  material 
aləmi,  tərkib  mexaniki  hissələri  öyrənməlidir.  Mexaniki  və 
bioloji  hərəkətlərin  əsaslarını  tədqiq  etməlidir.  Sonra  isə  bu 
faktları  qruplaşdırmalı,  sintez  etməli,  faktlardan  çıxış  edərək 
ümumiləşdirilmələr həyata keçirməlidir. (Qrafiklər bölməsində 
də  bir  qədər  ətraflı  tanış  olmaq  olar).  Tədqiqatçının  öyrətmə 
fazasında  olan  qənaətləri  inandırıcı,  real  və  sübuta  yetirirci 
olmalıdır.  Nəticələr  (qənaətlər)  təsiredici  və  dəyişkən,  yeni 
istiqamətləri  meydana  gətirən  olmalıdır.  Faktların  sübutluluğu 
qəbul  edilmədə  (kənar  tədqiqatçılar  tərəfindən  nəzəri  olaraq 
qəbul  edilmədə),  eləcə  də  təcrübədə  tətbiqdə  özünü  əks 
etdirməlidir.  


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə