Microsoft Word Investisiya f?aliyy?tini huquqi t?nziml?nm?si docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/57
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38174
1   ...   10   11   12   13   14   15   16   17   ...   57

5) Yerli müəssisələrlə müqavilələrin bağlanması yolu ilə. 
Xarici  investisiyalar  və  yaxud  investisiyalı  müəssisələr  dövlət  qeydiyyatından  keçir 
və  bu  anda  Azərbaycan  Respublikasının  hüquqi  şəxsi  statusunu  əldə  etmiş  olur.  Xarici 
investisiyalar  yalnız  təbii  fəlakətlər  və  digər  fövqəladə  hallarda  rekvizisiya  edilə  bilər. 
Rekvizisiya  haqqında  qərarı  Nazirlər  Kabineti  qəbul  edir.  Göstərilən  hər  iki  halda 
investora  təxirə  salınmadan  müvafiq  konpensasiya  ödənilir.  Qanunvericiliklə  xarici 
investorlara  fəaliyyətləri  zamanı  əldə  etdiyi  gəliri  və  yaxud  kompensasiyaları  istədiyi 
valyuta  şəklində  xaricə  köçürməyə  icazə  verilir.  Xarici  investorlar  Azərbaycan 
Respublikası ərazisində torpaqdan və digər təbii ehtiyyatlardan istifadə və icazə hüquqları 
verilir.  Qanunvericiliyə  görə  torpağın  satışı  Azərbaycan  Respublikasının  vətəndaşı 
olmayan şəxslərə qadağandır. Xarici investorlar faydalı qazıntıların kəşfiyatı və işlənməsi 
hüquqlarını  Parlamentdə  təsdiq  edilən  hökumət  müqavilələri  əsasında  həyata  keçirir. 
Azərbaycanda  xarici investorlar özəlləşdirmədə  iştirak  edə  bilərlər.  Özəlləşdirmə  zamanı 
aşağıdakılar xarici investisiyalı müəssisələr hesab edilir: 
1) Təmamilə xarici investor tərəfindən özəlləşdirilmiş müəssisələr. 
2)  Nizamnamə  kapitalında  xarici  investorların  sayı  25  %-dən  çox  olan  birgə 
müəssisələr. 
Ölkəmiz  iqtisadi  inkişafın  еlə  bir  səviyyəsinə  çatmışdır  ki,  bu  zaman  əsas  prоblеm 
təkcə milli iqtisadiyyata invеstisiya qоyuluşunun ümumi kəmiyyət artımında dеyil,оnların 
tехnоlоji,  sahə,  təkrar  istеhsal  quruluşunu  təkmilləşdirmədə  iştirakından,  оnun  həyata 
kеçirilməsi  səmərəliliyinin  artırılmasından  ibarətdir.  Bu  da  yaхın  və  uzaq  gələcəkdə 
invеstisiya  prоsеsində  istifadə  оlunan  dövlət  rеsurslarının  sahələr  arasında  bir-birilə 
qarşılıqlı  əlaqədə  оlması  və  bütünlükdə  invеstisiya-innоvasiya  tələbinin  artmasını  təmin 
е
dən invеstisiya multiplikatоru mехanizminin təsir еtəmsinə səbəb оlur. 
Milli iqtisadiyyatın dinamik və davamlı inkişaf хaraktеrini оbyеktiv qiymətləndirmək 
üçün innоvasiya anlayışının və milli innоvasiya sistеminin düzgün dəyərləndirilərək şərh 
е
dilməsi  vacib  hеsab  еdilir.  Оna  görə  milli  innоvasiya  sistеmi  dеdikdə,  ilk  növbədə 
aşağıdakılar nəzərə alınmalıdır: 
1.  qtisadi artımın uzunmüddətli qanunauyğunluqları; 
2. Tехniki iqtisadi inkişafın bеynəlхalq,qlоbal istiqamətləri; 
3. Milli iqtisadiyyatın rəqabət üstünlükləri və istiqamətləri; 
4. Daхili və dünya bazarlarının tələbləri; 
5. Milli iqtisadiyyatın inkişafının start vəziyyəti və rеal şərait; 
6. Rеsurslar balansı və оndan istifadə dərəcəsinin vəziyyəti; 
7. Milli iqtisadiyyatın yеni tələblərdən irəli gələrək struktur dəyişikliklərinin dərəcəsi. 
Elmi  texniki  tərəqqinin  nailiyyətlərinin  iqtisadiyyata  tətbiq  edilməsi  dövlət 
qarşısında duran əsas vəzifələrdən biridir. Ona görə də bazar iqtisadiyyatında elmi-texniki 
tədqiqatların  həyata  keçirilməsi,  elmi-tədqiqat  institutlarının  fəaliyyətinin  saxlanması  və 
genişləndirilməsi  dövlətin  maraq  dairəsində  saxlanılır.  Bu  baxımdan,dövlət  elmi-texniki 
siyasəti  və  onun  əsas  istiqamətlərini  işləyibhazırlayaraq  formalaşdırır.  Bu  istiqamətlərə 
aşağıdakılar aiddir: 
1)  Fundamental  elmlərin  inkişaf  etdirilməsi  və  onların  prespektiv  inkişaf 
istiqamətlərinin müəyyənləşdirilməsi. 
2) Elmi tədqiqatların maliyyələşdirilməsi. 


3)  Elmi  araşdırmalar,  tədqiqatlar  mərkəzinin  yaradılması  və  dövlət  müəssisəsi  kimi 
saxlanması. 
4) Beynəlxalq əməkdaşlığın aparılması. 
5) Müəllif hüquqlarının qorunması və elmi kadrların sığortalanması. 
6) Kadrların hazırlanması və təkmilləşdirilməsi. 
Bütün  bu  istiqamətləri  reallaşdırmaq  üçün  dövlət  elmi-texniki  siyasət  sahəsində,  ilk 
növbədə,  müvafiq  qanunlar  qəbul  edir.  Hər  bir  dövlət  milli  maraqlarından  çıxış  edərək 
özünün elmi-texniki siyasətini müəyyənləşdirir və reallaşdırır. 
Elmi-tədqiqatların nəticələri çox zaman gözlənilən nəticəni vermir. Ona görə də özəl 
bölmə əsaslı əsaslı elmi-tədqiqatlara investisiya qoymağa o qədər də can atmır. ETT-nin 
bütünlükdə  ölkə  iqtisadiyyatı,  dünyada  onun  mövqeyinin  möhkəmləndirilməsi  üçün 
ə
həmiyyətinin  həlledici  olduğunu  nəzərə  alaraq,  dövlət  bu  sahənin  inkişaf  etdirilməsi 
məsələlərini  öz  üzərinə  götürür.  Bununla  belə  ETT-nin  nəticələrinin  məhsulun  istehsal 
xərclərinin  azaldılmasına,  texnika  və  texnologiyanın  yeniləşdirilməsinə,  keyfiyyətin  və 
rəqabət qabiliyyətliliyinin artırılmasına səbəb olduğundan, bir çox hallarda özəl bölməyə 
özəl qrumlarda onun nəticələrin tədqiqində maraqlı olur. 
Dövlətin  elmi-texniki  siyasəti  əməli  cəhətdən  ölkədə  innovasiyalı  inkişaf  modelinə 
keçidin təmin edilməsi yolu ilə reallaşdırıla bilər. 
Dövlətin innovasiya siyasətini həyata keçirmək üçün aşağıdakı  metodlardan istifadə 
edir: 
1)  nzibati  metodlara  aiddir:  dövlət  büdcəsindən  büdcə  təyinatlı  elmi-tədqiqat 
işlərinin  maliyyələşdirilməsi,  xüsusi  tədqiqatlar  üçün  dövlət  sifarişlərinin  həyata 
keçirilməsi,  xüsusi  dövlət  proqramlarının  işlənib  hazırlanaraq  qəbul  edilməsi,  elmi 
laboratoriyaların,  təhsil  strukturlarının,  tədqiqat  institutlarının  saxlanması  və 
maliyyələşdirilməsi, kadrların hazırlanması və s. 
2)  qtisadi  metodlara  aiddir:  özəl  bəlmədə  elmi  tədqiqatları  həyata  keçirən  və 
maliyyələşdirən  sahibkarlara  vergi  güzəştlərinin  tətbiq  edilməsi,  elmi  tədqiqatların 
nəticələrindən istifadə edən sahibkarlara gömrük tariflərində güzəştlər etməklə aşağı faizli 
kreditlərin verilməsi və s. 
 
 
 
MÖVZU VI 
 INVESTISIYA  FƏALIYYƏTININI  TƏNZIMLƏNMƏSI  VASITƏLƏRININI 
HÜQUQI TƏMINATI 
 
1. 
qtisadiyyatın  dinamik  və  proporsional  inkişafında  investisiyanın  rolu. 
2.Dövlətin investisiya siyasətinin məqsədvə vəzifələri. 
3.  nvestisiya proseslərinin dövlət tənzimlənməsinin metodları. 
 
1. qtisadiyyatın
  dinamik  və  proporsional  inkişafında  investisiyanın  rolu. 
 
Investisiyalar makroiqtisadiyyatda 2 rol oynayırlar. Birinci, investisiyalar xərclərin böyük 
və  dəyişkən  komponenti  olduğuna  görə,  investisiyaların  kəskin  artması  və  ya  azalması 
məcmu  tələbə  kəskin  tə’sir  göstərə  bilər;  məcmu  tələbin  dəyişməsi  isə  öz  növbəsində 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə