Microsoft Word Investisiya f?aliyy?tini huquqi t?nziml?nm?si docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/57
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38174
1   2   3   4   5   6   7   8   9   10   ...   57

qoyuluşları  vasitəsilə  iqtisadiyyatın  strukturunun  təkmilləşdirilməsi  ucun  əhəmiyyətli 
keyfiyyət dəyişiklikləri həyata kecirilir, iqtisadiyyatın yuksək inkişafına nail olunur. 
Normal  investisiya  muhitinin  yaradılması  dovlətin  iqtisadi,  o  cumlədən  investisiya 
siyasətinin  əsas  vəzifələrindən  biri  kimi  ozunu  gostərir.  nvestisiya  vasitəsilə  ictimai 
istehsalın planlı inkişafına nail olunur, iqtisadiyyatın səmərəliliyi və tarazlığı təmin edilir, 
cəkilən məsrəfin hər manatına gorə daha cox məhsul və milli gəlir artımına şərait yaradılır. 
nvestisiya  əsas  fondların  yaradılmasına  və  təkrar  istehsalına,  maddi  istehsalın  digər 
formada inkişafına kapital qoyuluşları şəklində həyata kecirilir. 
Dovlət investisiya fəaliyyətinin tənzimlənməsində muxtəlif iqtisadi mexanizmlərdən 
istifadə  edir.  Tənzimləmədə  əsasən  vergitutma  subyektlərinin  və  obyektlərinin,  vergi 
dərəcələrinin  və  guzəştlərinin  fərqləndirildiyi  vergi  sisteminin  tətbiqi  nəzərdə  tutulur. 
nvestisiya fəaliyyətinin dovlət tənzimlənməsi sistemində vergilər muhum rol oynayır. Bu 
baxımdan 
investisiya 
fəaliyyətinin 
stimullaşdırılmasının 
vergi 
mexanizminin 
xususiyyətlərinin oyrənilməsi və investisiya qoyuluşlarının prioritet istiqamətlərinin təhlili 
bu gun olduqca aktual bir məsələdir. 
Azərbaycanın  iqtisadiyyatına  xarici  investisiyaların  axını  olkənin  ixracat 
potensialının  genişləndirilməsinə,  istehsalın  inkişafına,  əmək  ehtiyatlarından  tam  və 
səmərəli  istifadə  edilməsinə,  sahibkarlıq  sahəsində  muasir  bazar  munasibətlərinin 
mənimsənilməsinə,  yeni  texnologiyanın  olkəyə  gətirilməsinə  və  butovlukdə  olkənin 
iqtisadi  infrastrukturunun  yenidən  qurulmasına  səbəb  olmuşdur.  Məhz  bu  baxımdan 
Azərbaycanda  investisiya  muhitinin  oyrənilməsi  və  bu  sahədə  olan  problemlərin  uzə 
cıxarılması aktual problemlərdə biri hesab edilmişdir. 
Müəyyən sosial səmərə əldə olunması məqsədilə sahibkarlıq və yaxud digər fəaliyyət 
növləri  obyektlərinə  uzun  müddətə  qoyulan  maliyyə  vəsaitindən,  habelə  maddi  və 
intellektual sərvətlərdən ibarətdir.Belə vəsait və sərvətlər aşağıdakılardır  
-  pul,  məqsədli  bank  əmanətləri,  kreditlər,  paylar,  səhmlər  və  başqa  qiymətli 
kağızlar; 
-  daşınan  və  daşınmaz  əmlak  (binalar,  qurğular,  avadanlıq  və  başqa  maddi 
sərvətlər); 
-  müvafiq qaydada rəsmiləşdirilmiş elmi-təcrübi və digər intellektual sərvətlər; 
-  bu  və  ya  digər  istehsal  növünün  təşkili  üçün  zəruri  olan  ,  ancaq 
patentləşdirilməmiş, texniki sənədləşdirmə, vərdiş və istehsalat təcrübəsi kimi tərtib 
edilmiş texniki, texnoloji, kommersiya və digər biliklərin məcmusu (“nau-hau”); 
-  torpaqdan,  sudan  və  digər  təbii  ehtiyatlardan,  binalardan,  qurğulardan, 
avadanlıqlardan  istifadə  hüquqları,  habelə  müəlliflik  hüququndan  irəli  gələn  başqa 
ə
mlak hüquqları; 
-  başqa sərvətlər. 
      Maliyyə  baxımından  investisiya  –  mənfəət  (fayda)  əldə  edilməsi  məqsədilə 
iqtisadi  (təsərrüfat)  fəaliyyətinə  yönəldilən  bütün  növ  aktivlərdir  –  vəsaitlərdir.  qtisadi 
baxımdan investisiya - əsas (müəyyən hallarda hətta dövriyyə) fondlarının yaradılmasına, 
genişləndirilməsinə,  yenidən  qurulmasına  və  rekonstruksiyasına  çəkilən  xərclərdir. 
Ə
slində investisiya anlayışına münasibət hələ də bir mənalı deyildir.  nvestisiya qoyuluşu 
nəğd  pulun  və  ya  gerbli  kağızda  əks  olunmuş  bank  hesabının  mübadiləsi  üzrə  xalis 
maliyyə əməliyyatı yox, maşın avadanlıq və yeni fabrik binası tikintisi kimi real aktivlərin 
alınması deməkdir. Təbii ki, investisiya anlayışı mənfəət əldə edilməsini (və yaxud sosial 


məqsədin  həyata  keçməsini)  nəzərdə  tutan  qoyuluşları  əhatə  edir.  Bu  qoyuluşlara 
sahibkarlıq  obyektlərinə  və  sair  sahələrə  pul  vəsaitləri,  səhmlər,  qiymətli  kağızlar, 
texnologiyalar, avadanlıqlar, intellektual dəyərlər aid edilir.  
       nvestisiyalar istehsal resurslarının artırılmasını və nəticə etibarilə iqtisadi artımın 
tempini  təmin  edir.  nvestisiyalar  elə  kapitaldır  ki,  onun  köməyi  ilə  milli  sərvət  artırılır. 
nvestisiya sabaha qoyulan vəsaitdir və mahiyyət etibarilə insan kapitalına yönəldilir.  
       nvestisiya  iqtisadiyyatın  istehsal  və  qeyri-istehsal  sferalarının  uzunmüddətli 
kapital  qoyuluşları  proseslərini  əks  etdirir.  Müəyyən  qeyd  –  şərtlərlə  investisiyaları 
aşağıdakı kimi qruplaşdırmaq olar: 
-  istehsalın genişlənməsi və modernləşdirilməsinə investisiyalar; 
-  istehsal infrastrukturunun yaradılmasına investisiyalar; 
-  mal – material ehtiyatlarının yaradılmasına investisiyalar; 
-  sosial infrastrukturun yaradılmasına investisiyalar; 
-  işçi heyətin hazırlanması və yenidən hazırlanmasına  investisiyalar; 
-  elm və elmi xidmət. 
        nkişaf  etmiş  ölkələrin iri  şirkətləri kadrların hazırlanmasına,  onların  ixtisasının 
artırılmasına yönəldilən investisiyalara mühüm əhəmiyyət verir və bunu dünya bazarında 
mövqelərinin  möhkəmləndirilməsinin  mühüm  istiqaməti  hesab  edirlər.  Get-gedə  daha 
dərindən anlaşılır ki, iqtisadi inkişafın əsas amili olan intellektual məhsul – ona yönəldilən 
investisiyalardan asılıdır.  
       nvestisiyaları  formalaşma  xarakterinə  görə  avtonom  və  indusirovan  kimi 
fərqləndirirlər. Faiz dərəcəsindən və ya milli gəlirin səviyyəsindən asılı olmayaraq həyata 
keçirilən avtonom investisiyalar, bir qayda olaraq xarici amillərlə şərtlənir.  
      Buna  hər  şeydən  əvvəl  texniki  tərəqqi  ilə  əlaqədar  olan  investisiyalar,  xarici 
bazarlarda mövqenin möhkəmlənməsi, əhalinin artması və s. amillər aid edilə bilər. Sözü 
gedən  investisiyalar  iqtisadi  artıma  təkan  verir.  Artan  gəlirlərin  nəticəsində  yaranan 
indusirovan  investisiyalar  həmin  təkanların  üzvi  davamı  olursa,  inkişafı  dinamik  hesab 
etmək  olar.  Başqa  sözlə  ,  indusirovan  investisiya  ÜDM-in  (ümumi  daxili  məhsul) 
artımının funksiyası olmaqla sürətləndirici (akselerator) rolunu oynayır.  
      nvestisiyalar xarakter və təyinat baxımından fərqli olan hissələrinin iqtisadi artma 
təsirinin qiymətləndirilməsinə müvafiq ədəbiyyatda xüsusi diqqət yetirilir. Hətta avtonom 
investisiyaları  istehsalın  dövri  olaraq  artıb-azalmasının  əsas  səbəbi  hesab  edənlər  də 
vardır. 
       nvestisiya fəaliyyəti anlayışına gəldikdə isə onu demək olar ki, ən ümumi halda 
bu,  vəsait  qoyuluşu  və  həmin  vəsaitin  reallaşması  üçün  həyata  keçirilən  praktiki 
fəaliyyətin məcmusu sayıla bilər. Əsas fondların yaradılmasına və geniş təkrar istehsalına 
investisiya kapital qoyuluşu şəklində həyata keçirilir. Bu əsas kapitala investisiya adlanır.  
       qtisadi  sistemlərdə  investisiyaların  icra  etdiyi  əsas  funksiyalara  -  əsas  kapitalın 
artımı və keyfiyyətcə təkmilləşdirilməsinin mikro və makro səviyyələrdə təmin olunması; 
mütərəqqi  struktur  dəyişikliklərinin  dəstəklənməsi;  müxtəlif  səviyyələrdə  istehsalın 
səmərəliliyinin elmi-texniki nailiyyətlər bazasında reallaşdırılması aid edilir.  
       nvestisiya fəaliyyətinin subyektləri tərkibcə müxtəlifdir. Bu tərkibə aşağıdakılar 
aiddir  :  investorlar,  sifarişçilər,  iş  icraçıları,  investisiya  fəaliyyəti  obyektlərinin 
istifadəçiləri,  malgöndərənlər  və  s.  Bu  siyahıda  hüquqi  şəxsləri  ayrıca  qeyd  etmək 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə