Microsoft Word Investisiya f?aliyy?tini huquqi t?nziml?nm?si docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/57
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38174
1   ...   4   5   6   7   8   9   10   11   ...   57

lazımdır.  Hüquqi  şəxslərə  banklar,  sığorta  və  vasitəçi  təşkilatlar,  investisiya  fondları  aid 
edilir.  
      Sahibkarlıq və digər fəaliyyətlərə yönəldilmiş pul vəsaiti, məqsədli bank depoziti, 
səhm və digər qiymətli kağızlar, əmlak, intellektual mülkiyyət və sairə bank investisiyası 
hesab edilə bilər.  
      Bəzən  bankların  investisiya  fəaliyyətinə  gəlir  əldə  edilməsi  məqsədilə  müəyyən 
müddətə  pul  vəsaitinin  yerləşdirilməsi  üzrə  bütün  əməliyyatlar  aid  edilir,  başqa  sözlə, 
bankların  bütün  aktiv  əməliyyatları  investisiya  hesab  edilir.  Əslində  isə  bu  yanaşma 
düzgün  deyildir.  Belə  ki,  mərkəzi  bankda  olan  vəsaitlər  kimi  aktivlər,  bank  üçün 
işləmədiyinə görə investisiya hesab oluna bilməz.  
       nvestorlar və ya investorların müvəkkili olan fiziki və hüquqi şəxslər sifarişçilər 
ola  bilər.  nvestisiya  layihəsinin  həyata  keçirilməsində  bu  şəxslər  iştirak  edir  və 
müqavilədə nəzərdə tutulmamışdırsa, digər iştirakçılar sahibkarlıq fəaliyyətinə qarışmırlar.  
       nvestisiya  qoyuluşunda  yol  verilən  yalnışlıq,  bir  sıra  hallarda  informasiya 
təminatındakı  problemlərlə  əlaqədar  olur.  “Səhv”  investisiya  resurslarının  səpələnməsinə 
səbəb  olur,  proqnozlaşdırılan  iqtisadi  artımı  şərtləndirməyən  layihələrdə  vəsaitin  “batıb 
qalması”  ilə  nəticələnir.  Odur  ki,  konyukturanın  öyrənilməsinə  yönəldilmiş  tədqiqatlar 
investisiyanın səmərəliliyini şərtləndirən əsas amillərdən hesab olunmalıdır.  
       nvestisiya  bazarının  dinamikliyi  də  onun  səmərəliliyini  şərtləndirir.  Məlumdur 
ki, investisiyalar, digər şərtlər bərabər olduqda tənəzzül edən müəssisələrdən (sahələrdən) 
çox səmərə verən müəssisələrə axır. Odur ki, daim risklə əlaqədar və uzunmüddətli dövrü 
ə
hatə edən istehsala investisiyaların əlverişli olması təmin edilməlidir. Məsələn, elə mühit 
yaradılmalıdır  ki,  istehsala  investisiyalardan  gəlirlər  alternativ  qoyuluşlardan  (bank 
ə
manətlərinə, ləl-cəvahirata qoyuluşlardan və s.) yüksək olsun.  
       nvestorlar  azad  iqtisadiyyatın  prinsiplərinə  uyğun  olaraq,  investisiya 
fəaliyyətinin  həyata  keçirilməsində  bərabər  hüquqlara  malikdirlər.  nvestisiyanın  həcmi, 
istiqaməti və səmərəliliyinin müəyyənləşdirilməsində investor, məlum dərəcədə sərbəstdir. 
Belə ki, investor özünə sərf edən formada investisiyanın reallaşdırılması üçün lazım olan 
hüquqi  və  fiziki  şəxsləri  müqavilə  və  müsabiqə  yolu  ilə  cəlb  edə  bilər.  Öz  vəsaiti  və  ya 
cəlb  edilmiş  vəsait  olmasından  asılı  olmayaraq  investor  qoyduğu  vəsaitin  məqsədli 
tətbiqini tələb etmək hüququndan demək olar ki, həmişə istifadə edir.  
       nvestisiya fəaliyyətinin obyektləri kimi aşağıdakılar qəbul edilir :  
      - qiymətli kağızlar (səhmlər, istiqrazlar və s.) 
      - iqtisadiyyatın bütün sahələrində yeni yaradılan və modernləşdirilən əsas fondlar 
və dövriyyə vəsaiti ; 
      - məqsədli pul əmanətləri ; 
      - elmi – texniki məhsul və mülkiyyətin digər obyektləri ; 
      - əmlak hüququ və intellektual mülkiyyət hüququ.  
      Beynəlxalq  təcrübədə  investisiyanın  iki  əsas  forması  fəarqləndirilir  :  birbaşa  və 
portfel  investisiyalar.  Bəzən  real  investisiyalar  adlanan  birbaşa  investisiyalar  kapitalın 
sənaye,  ticarət,  xidmət  və  digər  sahələrin  müəssisələrinə  bilavasitə  yerləşdirilməsini 
nəzərdə  tutur.  Portfel  (və  ya  maliyyə)  investisiyaları  isə  məlum  olduğu  kimi,  səhmlərə, 
istiqrazlara və digər qiymətli kağızlara investisiyalardır.  


      Açıq  iqtisadiyyat  şəraitində  mühüm  investisiya  fəaliyyəti  obyekti  ölkə 
qanunvericiliyinə    zidd  olmayan  xarici  investisiyalardır.  Xarici  investisiyalar  milli 
iqtisadiyyata qabaqcıl texnologiyalar gətirməklə, onun elmi potensialını fəallaşdırır.  
      Ölkənin  elmi  potensialının  bir  qayda  olaraq  cəmləşdiyi,  elmtutumlu  və  yüksək 
texnoloji  sahələrdə  tənəzzül,  istehsal  komplekslərində  həmin  sahələrin  payının  azalması 
iqtisadiyyatın  “primitivləşməsi”  adını  almışdır.  Primitivləşmə  meylinə  qarşı  təsirli  vasitə 
olmaqla,  xarici  investisiyaların  keçid  iqtisadiyyatlı  ölkələrdə  normal  bazar 
münasibətlərinin  formalaşması  proseslərinə  müsbət  təsir  imkanları  genişlənir.  Rəqabət 
qabiliyyətli texnoloji mühitin təşkili, bir çox hallarda xarici kapitalın təsir dairəsində olur. 
darəetmənin  qabaqcıl  təcrübəsi  baxımından  da  anoloji  proseslərin  şahidi  olmaq 
mümkündür.  
      Ölkə  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  ekoloji,  sanitar,  gigiyenik  və  digər 
normalara  cavab  verməyən  obyektlərin  investisiyalaşdırılması  qadağan  olunur. 
Azərbaycan  Respublikasında  müvafiq  hüquqi  bazanın  möhkəmləndirilməsi  üçün 
ə
həmiyyətli işlər görülmüşdür. Bununla belə, xüsusilə, xüsusilə quruda neft və qazçıxarma 
sahəsində  xarici  sahibkarların  fəaliyyətinin  ekoloji  reqlamentləşdirilməsi  baxımından 
təkmilləşdirilmələrə əvvəllər hiss olunan ehtiyac  indi də vardır.  
       nvestisiya  fəaliyyəti  subyektlərinin  çalışdığı    investisiya  sferasının  tərkibi 
aşağıdakı kimi təsnifləşdirilir : 
      -  əsaslı  tikinti.  Bu  sferaya  sifarişçi  –  investorların,  podratçıların,  layihəçilərin, 
avadanlıq göndərənlərin, fərdi və kooperativ mənzil tikintisi üzrə vətəndaşların fəaliyyətini 
birləşdirir ; 
-  innovasiya  sferası.  Burada  elmi  –  texniki  məhsul  və  intellektual  potensial 
reallaşdırılır ; 
      - maliyyə kapitalının dövriyyəsi sferası.  
      Xarici investisiyalardan səmərəli istifadə imkanlarından biri də resursun şərti əks 
sahələrdə yerləşdirilməsidir. Başqa sözlə, vəsaitin elə sahələrə qoyulması nəzərdə tutulur 
ki,  onlardan  birinin  zəifləməsi  digərinin  inkişafı  ilə  müşayiət  olunsun.  Mebel  və  meşə 
sənayesi  arasında  investisiya  resurslarının  bölgüsü  sahələrdən  birinin  tənəzzülü  halında, 
digərinin inkişafı sayəsində investorun mənfəətinin “təminatçısı” olur.  
      Xarici  investisiyaların  cəlb  edilməsi  prosesin  intensivləşdirilməsi  səviyyəsi 
müxtəlif  mənbələrdə  müxtəlif  qiymətlər  alsa  da,  ümumiləşdirilə  bilən  hədlər  də  vardır. 
ÜDM-də investisiyaların xüsusi çəkisi, iqtisadi inkişafın vacib şərtidir. Dünya ölkələrinin 
təcrübəsi  investisiyanın  ÜDM-ə  nisbətən  30  –  35%  olduğu  halda  iqtisadi  artıma  şərait 
yarandığını  göstərir.  Azərbaycan  respublikasının  “ nvestisiya  fəaliyyət  haqqında” 
qanununda  əks  olunduğu  kimi,  hüquqi  bazanın  təkmilləşdirilməsində  məqsəd  ölkə 
iqtisadiyyatına investisiyaların cəlb olunması prosesinin intensivləşdiririlməsi, beynəlxalq 
iqtisadi  əməkdaşlıq  və  inteqrasiyanın  inkişaf  etdirilməsi,  mülkiyyət  formasından  asılı 
olmayaraq bütün investorların bərabər hüququnun təmin olunmasıdır.  
      Daxili  istehsalçıları  himayə  etməklə  yanaşı  dövlət  xarici  investorlar  üçün  də 
ə
lverişli fəaliyyət mühiti yaratmalıdır. Təbii ki, bu zaman xarici kapitalın marağı ilə milli 
iqtisadi mənafeni uyğunlaşdırmaq lazım gəlir. Konkret hallarda çoxsaylı amillərin təsirini 
qiymətləndirmək  və  manevr  etmək  lazım  gəlsə  də,  əsas  istiqamət  ikinciyə  üstünlük 
verməkdir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə