Microsoft Word Investisiya f?aliyy?tini huquqi t?nziml?nm?si docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/57
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38174
1   ...   5   6   7   8   9   10   11   12   ...   57

      Beynəlxalq  təcrübənin  ümumiləşdirilməsi  üçün  aparılan  tədqiqatlar  göstərir  ki, 
investisiyanın  həddindən  çox  olması  inflyasiyaya,  çatışmaması  isə  deflyasiyaya  gətirib 
çıxarır.  qtisadiyyatın tərəddüdlərinin bu qütbləri təbii ki, səmərəli tənzimləmə tələb edir. 
Həmin  tənzimləmə  vergilər,  dövlət  xərcləri,  maliyyə  -  kredit  üzrə  hökumətin  həyata 
keçirdiyi tədbirlər sahəsini əhatə etməlidir.  
       nvestisiyaların  əsas  mənbələrindən  biri  amortizasiya  ayırmalarıdır.  Həmin 
mənbənin ümumi investisiyalarda xüsusi çəkisi, dinamikası istehsal fəallığının səviyyəsini  
xarakterizə edən mühüm göstəricilərdən biri kimi də çıxış edir.  
       nvestisiya  və  innovasiya  arasında  nisbət  xüsusi  əhəmiyyətə  malikdir.  Bu, 
xüsusilə,  iqtisadi  inkişafın  dövriliyi  ilə  şərtlənir.  nnovasiya  impulsu  təbii  və  digər 
resurslardan  qənaətlə  istifadə  üçün  yeni  imkanlar  açır.  Əlbəttə,  resursqoruma  nə  qədər 
aktual  məsələ  olsa  da,  bütün  hallarda  investisiyaları  innovasiyalara  yönəltmək  imkan 
xaricindədir.  Buna  edilən  cəhdlərin  reallığı  isə  məqsəd  və  vasitələrin  müvafiqliyindən 
həlledici dərəcədə asılıdır.  
      Göründüyü  kimi  bazar  iqtisadiyyatı  şəraitində  cəmiyyətin  artmaqda  olan  sosial-
iqtisadi  təlabatının  ödənilməsi  mövcud  istehsal  potensialından  tam  və  səmərəli  istifadə 
edilməsi,  ETT-nin  nəaliyyətlərinin  istehsala  tətbiqi  və  bu  kimi  yeniliklər  investisiya 
qoyuluşlarından  asılıdır.  Bu  baxımdan,  cəmiyyətin  həyatında  investisya  qoyuluşlarının 
ə
həmiyyəti  və  rolu  son  dərəcə  artmış  olur.  Ölkədə  makroiqtisadi  göstəricilərin 
yüksəldilməsi,  ümumimilli  məhsulun  sturukturunda  aparıcı  sahələrin,  xüsusilə  strateji 
sahələrin rolunun və əhəmiyyətinin getdikcə  artırılmasını tələb edir. 
2. nvestisiya mühiti və investisiyalaşdırma 
Mərkəzləşdirilmiş  iqtisadiyyat  şəraitində  vəsait  qoyuluşları  mühiti  sərbəst  iqtisadi 
sistemə keçiddə prinsipial keyfiyyət dəyişikliklərinə məruz qalır. Sərbəst pul resurslarının 
demək olar ki, vahid sərəncamçısı rolunda çıxış edən dövlət əsas fondların artırılması və 
modernləşdirilməsinə  vəsait  qoyuluşlarını  tam  planlaşdırılmış  şəkildə  həyata  keçirirdi. 
Mahiyyət  etibarilə  vəsaitlərin  səfərbər  edilməsinin  belə  qaydası  prioritet  istiqamətlərin 
maliyyələşdirilməsi  üçün  əlverişli  şərait  yaratmalı  idi.  Bununla  belə,  kapital  qoyuluşu 
sahəsində  dövlətin,  belə  demək  mümkünsə,  inhisarçılığı  proseslərin  intensivliyinə  mənfi 
təsir  göstərirdi.  Digər  tərəfdən  ictimai  mülkiyyət  formasında  təqdim  edilən  dövlət 
mülkiyyəti kapital qoyuluşlarından istifadənin lazımi səmərəliliyini təmin edə bilmirdi.  
      Mərkəzləşdirilmiş  iqtisadiyyat  şəraitində  kapital  qoyuluşlarının  mənbələri  kimi 
ə
nənəvi olaraq aşağıdakılar çıxış edirdi :  
      - büdcə vəsaitləri ; 
      - müəssisə və təşkilatların öz vəsaitləri ; 
      - bank kreditləri. 
      Keçmiş  sovet  məkanında  bazar  iqtisadiyyatına  keçid  yeni  investisiya  mühitinin 
təşəkkülünün əsasını qoymuşdur. Təbii ki, təşəkkül prosesi uzunmüddətli olub, müəyyən 
geriləmələrlə  müşayiət  olunur.  Bunun  iki  səbəbi  vardır.  Birincisi,  sahibkarlığın  maddi 
bazası  olan  özəlləşdirmədə  ləngimələr,  bir  sıra  hallardakı  sistemsizlikdir.  Müxtəlif 
özəlləşdirmə  formalarından  istifadə  mexanizminin  tam  aydınlaşdırılıb  əsaslandırılmadığı 
bir şəraitdə metodoloji problemlər ön plana çıxır. 
       nvestisiya 
mühitinin 
təşəkkülündə 
müvafiq  qanunvericilik  bazasının 
möhkəmləndirilməsi  mühüm  rol  oynayır.  Son  illərdə  bu  sahədə  görülən  işlər  müəyyən 
müsbət  nəticələr  vermişdir.  Hüquqi  bazanın  formalaşmasında  1995-ci  ildə  qəbul  edilmiş 


“Azərbaycan  Respublikasında  investisiya  fəaliyyəti  haqqında”  qanunun  rolunu  xüsusi 
qeyd etmək lazımdır.  
       nvestisiya  mühiti  uzunmüddətli  vəsait  qoyuluşu,  rəqabət  mühitinin  inkişafı, 
antiinhisar tədbirləri, istehsala mənfəət gətirən qoyuluşların təmin edilməsi, onun regionlar 
və sahələr arasında sərbəst axınından və sair amillərdən asılıdır. Onu da qeyd edək ki, bu 
mühit həmçinin məqsədyönlü investisiya fəaliyyətinin dövlət tənzimlənməsi üzrə tədbirlər 
kompleksinin  təsiri  altında  təşəkkül  tapır.  nvestisiya  mühiti  sosial-iqtisadi,  siyasi  və  ya 
investisiyanı qaytaran maliyyə amillərinin məcmusudur.  
       Milli  iqtisadiyyat  üçün  önəmli  olan  cəhət  istehsalın  artımının  təmin  edilməsi 
baxımından  investisiya  mühitinin  təşəkkülüdür.  Bu  proses  kortəbii  baş  vermir.  Bazar 
avtomatizmi  bu  problemi  həll  etmək  iqtidarında  deyil  və  atılan  müvafiq  addımlar 
investisiya  proseslərinin  məqsədyönlü  intensivləşdirilməsində  əhəmiyyətli  rol  oynaya 
bilər.  
      Digər  mühüm  amil  maliyyə  sabitliyidir.  Bu  sabitliyin  əldə  olunması  xeyli 
dərəcədə  investisiya  ehtiyatlarının  formalaşması  və  investisiya  layihələrinin 
səmərəliliyinin təmin olunmasını və ümumən əlverişli investisiya mühitinin şərtləridir.  
       nvestisiya  mühitinin  təşkili  xeyli  dərəcədə  özəl  sektorun  fəallığından,  xüsusi 
çəkisindən, əlaqələrinin intensivliyindən, kiçik və orta sahibkarlığın inkişaf səviyyəsindən 
asılıdır.  
      Beynəlxalq  təcrübəyə  görə  iqtisadi  sabitliyi  və  əlverişli  investisiya  mühitini 
şə
rtləndirən  əsas  amillərdən  biri  cəmiyyətdə  iqtisadi  rifah  baxımından  müəyyən  edilən 
“orta  sinfin”  xüsusi  çəkisidir.  Məhz  bu  sinif  münasibətlərin  dinamikliyini  və 
ahəngdarlığını  təmin  edən  əhəmiyyətli  amil  olmaqla  keçid  dövrü  iqtisadiyyatı  ilə 
ə
vəzlənməsini sürətləndirir.  
      Bir qayda olaraq Azərbaycanın investisiya  mühitindən danışarkən onun əlverişli 
geosiyasi və coğrafi mövqeyi, yüksək ixtisaslı kadr potensialı, zəngin təbii sərvətləri önə 
çəkilir.  Əslində  əlverişli  investisiya  mühiti  yaratmaq  üçün  bunlar  yalnız  ilkin  şərtlərdir, 
səmərəli  yanaşma  olmadıqda  bu  zənginlik ölkə iqtisadiyyatı və  hətta, ümumiyyətlə,  ölkə 
üçün ciddi problemlər mənbəyi ola bilər. Bu problemlərə ilkin yanaşmada aşağıdakılar aid 
edilə bilər :  
      - regionda marağı olan dövlətlərin mənafelərinin toqquşması ; 
      -  milli  iqtisadiyyatın  birtərəfli  genişlənməsi,  ölkənin  böyük  dövlətlər  üçün 
xammal əlavəsinə çevrilməsi təhlükəsi və s. 
      Azərbaycanda həyata keçirilən torpaq islahatı keçmiş sovet respublikalarının bir 
çoxundan  fərqli  olaraq  investisiya  mühitinin  əlverişli  olması  üçün  obyektiv  zəmin 
yaratmışdır. Belə ki, gələcəkdə təşəkkül tapacaq normal torpaq bazarı investisiya fəallığına 
təkan verən amilə çevrilir. Bununla belə həmin fəallığın təmin edilməsinin, ciddi hazırlıq 
və sistemli yanaşma tələb etdiyi şübhəsizdir.  
       nvestisiya  mühitinin  xüsusiyyətlərindən  irəli  gələn  neqativ  cəhətlər  də  yox 
deyildir.  lk  növbədə  qiymətli  kağızlar  bazarının  hələ  təşəkkül  tapmadığı  Azərbaycanda 
portfel  investisiyalarının  cəlb  edilməsi  ciddi  çətinliklərlə  üzləşir.  Digər  məsələlərdə  də 
keçid dövrü problemləri, investisiya mühitində öz əksini tapır və az-çox ciddi ziddiyyətlər 
şə
klində təzahür edir.  
      Xarici  investisiyalardan  istifadənin  ən  perspektivli  istiqamətlərindən  biri  onun 
ixracyönlü  sahələrə,  yeni  texnologiyalara,  informasiya  iqtisadiyyatına  yönəldilməsidir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə