axınını təmin edir, iqtisadiyyata çeviklik verir ki, bu da pul ehtiyatlarının bir sahədən digər
sahəyə keçməsini təmin edir və son nəticədə iqtisadi inkişafın tempini artırır. Qiymətli
kağızlar vasitəsilə pul vəsaitlərinin pula ehtiyacı olanlara verilməsi prosesi baş verir. Həm
də bu proses inzibati amirlik metodları deyil, maddi maraq və könüllülük prinsipi əsasında
həyata keçirilir. Dövlət qiymətli kağızları isə dövlət xərclərinin maliyyələşməsinə, bank
sisteminin likvidliyini təmin etməyə, cəmiyyətdə sosial-iqtisadi inkişafa və digər
problemlərin həllinə müsbət təsir edir.
Qiymətli kağızlar və fond birjaları mülkiyyət forması və tabeliyindən asılı
olmayaraq bütün müəssisə və sahələrin inkişafını maliyyələşdirmək üçün vacib
mənbələrdəndir. Vəsaitin qiymətili kağızlara qoyulması, kapitalın artırılması üçün əlverişli
şə
rait yaratmaqla etibarlı dividend gətirir və müştərini inflasiyadan qoruyur.
Qiymətli kağızlar bazarının inkişafı bir çox dövlət qurumlarının işindən,
qanunvericilik bazasından, fiziki şəxslərin fəallığından və sair amillərdən asılıdır.
Hazıradakı bazarda ən əsas təşkilatı işlər görülüb, bazar infrastukturu sıfırdan başlayaraq
yaradılıb, dünya standartlarına uyğun olan və beynəlxalq maliyyə qurumlarının
mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilən normativ-hüquqi baza yaradılıb. QKDK
öz qarşısında istənilən yollarla bazarda bağlanılan əqdlərin həcminin artırılması məqsədini
qoymur. Məqsəd bazarda baş verən proseslərin şəffaflığının təmin edilməsi ilə yanaşı
qiymətli kağızlar bazarında risklərin minimuma endirilməsidir. Məhz bu məqsədlə
yaradılan normativ-hüquqi bazada investorların (xüsusən minoritar investorların) hüquqla-
rının qorunmasına, qiymətli kağızlar bazarında məlumatın açıqlanmasına, insayder
ə
qdlərinin yol verilməməsinə, qiymətlərlə manipulyasiyanın qarşısının alınmasına və
ölkənin fond bazarının daxili və xarici investisiya resurslarının iqtisadiyyatın real
sektorunda akkumulyasiya edilməsinə və bazarın spekulyativ əqdlər bazarına
çevrilməsinin qarşısının alınmasına yönəldilmiş digər hərəkətlərə xüsusi diqqət
yetirilmişdir. Bir sıra inkişafda olan ölkələrin, bank sisteminin böhranı ilə nəticələnən və
iqtisadiyyatın ümumi böhranına gətirən spekulyativ bazarların yaradılması səhvinə yol
vermək olmaz. Ölkədə formalaşmış vəziyyət daxili qiymətli kağızlar bazarının inkişafında
portfel investisiyaların rolunun qiymətləndirildməsi zərurətini diktə edir. Kapital axımının
spekulyativ hissəsini onun investisiya hissəsindən ayrı dəyərləndirmək lazımdır. Başqa
sözlə, gələcəkdə qiymətli kağızların qiymətlərinin kəskin şəkildə enib-qalxmasına yol
verilməməsi məqsədi ilə investisiya resurslarının və qiymətli kağızlar bazarının
imkanlarının mütənasibliyi təmin edilməlidir.
2. Qiymətli kağızlar bazarının inkişaf modelləri
Maliyyə vasitəçilərin xarakterindən (bank və ya qeyri- bank xarakteri) asılı olaraq
qiymətli kağızlar bazarlarının 3 modeli mövcuddur:
• Qeyri-bank modeli (ABŞ) – vasitəçilər rolunda qiymətli kağızlar üzrə qeyri – bank
təşkilatlar çıxış edirlər;
• Bank modeli (Almaniya) – vasitəçilər rolunda banklar çıxış edir;
• qarışıq model (Yaponiya) – vasitəçilər rolunda həm banklar, həm də qeyri – bank
təşkilatları çıxış edirlər.
Qiymətli kağızlar bazarının tənzimlənməsi prinsip etibarilə 2 yerə bölünur.
• Qiymətli kağızlar bazarının dövlət tərəfindən tənzimlənməsi
• Qiymətli kağızlar bazarının peşəkar iştirakçılar tərəfindən tənzimlənməsi.
Qiymətli
kağızlar
bazarının
tənzimlənməsində
dövlətin
vəzifələri
aşağıdakılardan ibarətdir.
• qiymətli kağızlar bazarının inkişafı üzrə dövlət proqramının həyata keçirilməsi;
• peşəkar iştirakçılar və müştərilər üçün qiymətli kağızlar bazarının təhlükəsizliyinin
təmin edilməsi;
• qiymətli kağızlar bazarı haqqında açıq informasiya sisteminin yaradılması və bazar
iştirakçıları tərəfindən informasiyanın məcburi açıqlanmasına nəzarət edilməsi.
QKDK-nin
qiymətli
kağızlar
bazarının
tənzimlənməsində
vəzifələri
aşağıdakılardır.
• Qiymətli kağızlarla fəaliyyət sahəsində, o cümlədən qiymətli kağızlar bazarında
dövlət siyasətinin işlənib hazırlanması və onun həyata keçirilməsi, dövlət idarəetməsi,
nəzarətin təmin edilməsi;
• Qiymətli kağızlar bazarının təşkili və inkişaf etdirilməsi, əlverişli investisiya
mühitinin yaradılması;
• Qiymətli kağızlar bazarında emitentlərin, peşəkar iştirakçıların, fond bazarının
fəaliyyəti üzərində nəzarətin təmin edilməsi;
• Qiymətli kağızlar bazarında sağlam rəqabət mühitinin yaradılması;
• Qiymətli kağızlar bazarı iştirakçılarının, o cümlədən investorların, səhmdarların və
digər qiymətli kağız sahiblərinin mühafizəsinin təmin edilməsi.
Qiymətli kağızlar bazarının dövlət tərəfindən tənzimlənməsivə idarə olunması
metodları bunlardır:
• qiymətli kağız buraxılışlarının, emissiya prospektlərinin qeydiyyatı;
• bazarın peşəkar iştirakılarının fəaliyyətinin lisenziyalaşdırılması;
• investisiya təsisatlarının mütəxəssislərinin attestasiyası;
• investorların sığortalanması;
• emitentlərin maliyyə vəziyyətinə auditor və reytinq nəzarəti;
• fond əməliyyatlarının keçirilməsinə nəzarət;
• mübadilə və klirinq korporasiyalarının qeydiyyatı və fəaliyyətinə nəzarət;
• qüvvədə olan qanunvericiliyə əsasən informasiyanın açıqlanması və dərc olunması.
Qiymətli kağızlar bazarının özünütənzimləmə təşkilatları 3 yerə bölünür.
• Assosiasiya
• Həmkarlar ittifaqı
• Peşəkar ictimai təşkilatlar
Qiymətli kağızlar bazarının özünü tənzimləmə təşkilatlarının məqsədi
aşağıdakılar hesab olunur:
• Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının səmərəli peşəkar fəaliyyəti üçün
şə
raitin yaradılması;
• Qiymətli kağızlar bazarında investorların və digər iştirakçıların maraqlarının
qorunması;
• Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının özünü tənzimləyən təşkilatının
üzvləri arasında qarşılıqlı münasibətlərin tənzimlənməsi qaydalarının müəyyən edilməsi;
• Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının özünü tənzimləyən
təşkilatlarının üzvlərinin fəaliyyətinin etik normalarının müəyyən edilməsi və bu
normalara riayət olunmasının təmin edilməsi.
Dostları ilə paylaş: |