Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə1/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
  1   2   3   4   5   6   7   8   9   ...   244


 

 

 



Mövzu    1:  ″″″″ darəetmənin,  dövlət  idarəetməsinin  və  icra  hakimiyyətinin  anlayışı, 

məzmunu və prinsipləri″″″″ 

 

P L A N : 

G R Ş 

1.

  darəetmənin anlayışı, xüsusiyyətləri, elementləri və funksiyaları. 

2.

  Dövlət idarəetməsinin anlayışı, subyektləri, əlamətləri, prinsipləri və funksiyaları. 

3.

  cra hakimiyyətinin anlayışı, xüsusiyyətləri və məqsədi. 

4.

  Daxili işlər sahəsində dövlət idarəetməsinin anlayışı, xüsusiyyətləri və prinsipləri. 

NƏT CƏ 

Ə

 D Ə B   Y Y A T: 



1.

  Azərbaycan Respublikasının Konstitusiyası. 

2.

  Azərbaycan Respublikasının  nzibati Xətalar Məcəlləsi.  



3.

  Azərbaycan Respublikası Prezidentinin 09 avqust 1994-cü il tarixli ″Cinayətkarlığa qarşı 

mübarizənin  gücləndirilməsi,  qanunçuluğun  və  hüquq  qaydasının  möhkəmləndirilməsi 

tədbirləri haqqında″ Fərmanı. 

4.

  Azərbaycan  Respublikası  Prezidentinin  22  fevral  1998-ci  il  tarixli  ″ nsan  və  vətəndaş 



hüquq və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında″ Fərmanı. 

5.

  E.Abdullayev. ″ nzibati hüquq″.  Dərslik.  Bakı, 2007. 



6.

  V. Abışov, A.  smayılov, H. Eyvazov.    ″ nzibati hüquq″ 1 hissə. Dərslik.  Bakı, 2007. 

7.

  A.Abdullayev, F.Nağıyev. nzibati hüquq.Dərslik.Bakı,2008. 



8.

  ″ nzibati  hüquq″  (sxemlərdə).  Dərs  vəsaiti.    Azərbaycan  Respublikası  D N-nin  Polis 

Akademiyası. Bakı, 2002. 

9.

  A.P.Korenev. Administrativnoe pravo. Dərslik. M., 1986. 



10.

 V.Manoxin,Y.S.Aduşkin, Z.A.Baqişaev. ″Rossiyskoe administrativnoe pravo″. Dərslik . 

M., 1996. 

11.


  A.P.Alyoxin,  A.A.Karmolitski,  Y.M.Kozlov.        ″Administrativnoe  pravo  Rossiyskoy 

Federaüii″. Dərslik.  . M., 1997. 

12.

   D.M.Ovsyanko.    ″Administrativnoe pravo″. Dərs vəsaiti. M., 1994. 



13.

   D.N.Baxrax. ″Administrativnoe pravo Rossii″. Dərslik. M., 2000. 

 

 

G   R   Ş  



 Azərbaycan xalqı öz müstəqilliyini qazandıqdan  sonra  özünün çoxəsrlik dövlətçilik 

ə

nənələrini davam etdirərək Respublikamızda dövlət quruculuğuna başladı.  



12 noyabr 1995 tarixdə referendum yolu ilə qəbul edilmiş ilk Milli Konstitusiyamızla 

Respublikamızda  aparılan  dövlət  quruculuğunun  məqsəd  və  istiqamətləri  dəqiqliyi  ilə 

müəyyən edilmidir. Konstitusiyamızın 7-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycanda 

dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilmişdir: 

  qanunvericilik  hakimiyyətini  Azərbaycan  Respublikasının  Milli  Məclisi  həyata 

keçirir; 

  icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur; 

  məhkəmə hakimiyyəti Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həyata 

keçirilir. 



 

 



Konstitusiyamızın  7-ci  maddəsinin 4-cü hissəsinə əsasən   bu hakimiyyət  növləri bir-

biri ilə qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri  çərçivəsində müstəqildirlər.  

Yuxarıda  göstərilənləri  nəzərə  alaraq  qeyd  etmək  istərdim  ki,    ″ darəetmənin,  dövlət 

idarəetməsinin  və  icra  hakimiyyətinin  anlayışı,  məzmunu  və  prinsipləri″  adlı  mövzunun 

mahiyyətcə,  plana  daxil  edilmiş  sualların  açıqlanması  vasitəsi  ilə  idarəetmə,  dövlət 

idarəetməsi,  icra  hakimiyyəti  və  daxili  işlər  sahəsində  idarəetmə  haqqında  anlayış,  onların 

elementləri,  xüsusiyyətləri  və  prinsipləri  barəsində  biliklərin    Sizlər  tərəfindn 

mənimsənilməsinə xidmət edir. 

Mühazirənin  1-ci  sualında  idarəetmənin  anlayışı,xüsusiyyətləri,ünsürləri  və 

funksiyaları təhlil olunacaqdır. 

         Mühazirənin  2-ci    sualında  dövlət  idarəetməsinin  anlayışı,  subyektləri,  əlamətləri, 

prinsipləri və funksiyalarının  açıqlanması  nəzərdə  tutulmuşdur. 

         Mühazirənin  3-cü    sualında  icra  hakimiyyətinin  anlayışı,  xüsusiyyətləri  və  məqsədi 

barədə müddəalar şərh  ediləcəkdir. 

         Mühazirənin  4-cü    sualında  daxili  işlər  sahəsində  dövlət  idarəetməsi    haqqında  

məlumatların  verilməsi  nəzərdə  tutulmuşdur.  

Mövzumuzun  vasitəsi  ilə  əldə  edəcəyiniz  hüquqi  biliklər  dövlət  idarəetməsində  həm 

nəzəri,  həm  də  təcrübi  cəhətdən  böyük  əhəmiyyətə  malikdir.  Çünki  hər  birimiz  gündəlik  

xidməti fəaliyyətimizdə dövlət idarəetməsinin həm obyekti, həm də subyekti qismində  çıxış 

edirik.  

 

 

Sual I.  



darəetmənin anlayışı, xüsusiyyətləri, elementləri və funksiyaları 

 

Azərbaycan Respublikasının hüquq sistemi nizamasalma predmetinə görə bir-birindən 

fərqlənən  hüquq  sahələrindən  ibarətdir.  Hər  bir  hüquq  sahəsinin  nizamasalma  predmetini 

cəmiyyətdə yaranan ictimai münasibətlər təşkil edir. 

Azərbaycan  Respublikasının  hüquq  sistemini  təşkil  edən  hüquq  sahələrindən  biri  də 

nzibati  hüquq″  sahəsidir.  ″ nzibati  hüquq″un  nizamasalma  predmetini  (obyektini)  dövlət 



idarəetməsi,  icra  hakimiyyətinin  təşkili  və  həyata  keçirilməsi  prosesində  yaranan  ictimai 

münasibətlər təşkil edir.Məhz bu səbəbdən də ″ nzibati hüquq″un öyrənilməsinə başlayarkən 

onun  formalaşmasının  metodoloji  əsaslarını  müəyyən  etmək  lazımdır.  O  geniş  yayılmış  və 

idarəetmə″ kimi ifadə edilən sosial təzahürlə obyektiv surətdə bağlıdır. 



 

Beləliklə, idarəetmə latın mənşəli administratio (lat: administratio idarəetmə) sözündən 

götürülmüşdür.O  müəyyən  fəaliyyət  növünü  xarakterizə  edən  universal  vasitə  olub,  ictimai 

ə

həmiyyət kəsb edən məqsədlərə nail olmaq üçün həyata keçirilən hərəkətlər məcmusudur. 



darəetmə  daha  geniş  mənada  nəyinsə  (və  ya  kiminsə)  üzərində  rəhbərliyin  həyata 

keçirilməsi deməkdir. 

darəetmənin ümumi anlayışının məzmunu aşağıdakı əlamətlərlə xarakterizə olunur: 

  idarəetmə  özlərinin  bütövlüyünü  təmin  edən  ayrı-ayrı  təbiətli  (bioloji,  texniki, 

sosial)  sistemlərə  xas  olan    funksiyadır.  darəetmə    onların  strukturunu  saxlamaq, 

qarşılarında duran vəzifələrə nail olmaq, fəaliyyətlərində tələb olunan rejimin saxlanmasını 

təmin edən funksiyadır; 



Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə