Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə10/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   6   7   8   9   10   11   12   13   ...   244

 

19 


 

nzibati  hüquq″  Azərbaycan  Respublikasının  hüquq  sisteminin  sahələrindən  biri  olaraq 



idarəetmə,  dövlət  idarəetməsi  və  icra  hakimiyyəti,  inzibati  hüququn  subyektləri,  icra 

hakimiyyətinin  realizəsinin  forma  və  metodları,  inzibati  məsuliyyət,  icraat,  dövlət 

idarəetməsində  intizam  və  qanunçuluq,  o  cümlədən,  dövlət  idarəetməsinin  ayrı-ayrı 

sahələrində idarəetmə haqqında və s. kimi əsas  müddəaları öyrənən hüquq sahəsidir. 

nzibati  hüquq″  sahəsinin  öyrənilməsi  vasitəsi  ilə  əldə  edəcəyiniz  hüquqi  biliklərin, 



hər  bir  hüquqşünasın    gündəlik  fəaliyyətində  həm  nəzəri,  həm  də  təcrübi  cəhətdən  böyük 

ə

həmiyyəti  vardır.  Həmin  biliklərin  vasitəsi  ilə  Azərbaycan  Respublikası  Prezidentinin  22 



fevral  1998-ci  il  tarixli  ″ nsan  və  vətəndaş  hüquqlarının  və  azadlıqlarının  təmin  edilməsi 

sahəsindəki  tədbirlər  haqqında″  və  09  avqust  1994-cü  il  tarixli  ″Cinayətkarlığa  qarşı 

mübarizənin  gücləndirilməsi,  qanunçuluğun  və  hüquq  qaydasının  möhkəmləndirilməsi 

tədbirləri haqqında″ Fərmanlarından irəli gələn tələblərin tam, vaxtında və effektivli yerinə 

yetirilməsinə nail olmaq mümkündür. 

 

 



Sual 1. 

nzibati hüququn anlayışı, predmeti və məqsədi 

 

Azərbaycan Respublikasının hüquq sistemi nizamasalma predmetinə görə bir-birindən 



fərqlənən,    bir-biri  ilə  qarşılıqlı  əlaqə və təsirdə  olan  hüquq  sahələrindən  ibarətdir.  Hər  bir 

hüquq sahəsinin predmetini cəmiyyətin həyat fəaliyyətinin bu və ya digər sahəsində yaranan 

ictimai münasibətlər təşkil edir. 

nzibati  hüquq  -  Azərbaycan  Respublikasının  hüquq  sisteminin  sahələrindən  biri 

olaraq,  dövlət  idarəetmə  sistemində  yaranan  ictimai  münasibətlərin  xüsusi  (əsas)  qrupunu 

nizamlayan  hüquq  normalarından  bəhs  edən  bir  hüquq  elmidir.    Dövlət  idarəetməsində 

yaranan  ictimai  münasibətlərin  əsas  xüsusiyyəti  kimi  onların  Azərbaycan  Respublikasının 

bütün  ərazisində  icra  hakimiyyəti  sisteminin  təşkil  edilməsi  və  fəaliyyət  göstərməsi  ilə 

ə

laqədar yaranması, inkişafı və xitam olunmasıdır.  



nzibati hüquq - Azərbaycan Respublikasının hüquq sisteminin müstəqil sahələrindən 

biri  olaraq,  dövlət  idarəetməsi  sahəsində  digər  dövlət  fəaliyyəti  (qanunvericilik  və  ədalət 

mühakiməsi)  formalarının  həyata  keçirilməsi  prosesində  yaranan  idarəçilik  xarakterli 

münasibətləri,  eləcədə  də  dövlət  idarəetmə,  icra  hakimiyyəti  orqanlarının  bəzi 

funksiyalarının  qeyri-hökumət  təşkilatları  tərəfindən  həyata  keçirilməsi  ilə  əlaqədar  olaraq 

qeyri-dövlət  idarəetməsi  sahəsində  yaranan  münasibətləri  nizamlayan  hüquq  normaların 

sistemi kimi də müəyyən edilə bilər.  nzibati hüquq - hüquq sisteminin ayrılmaz bir hissəsi 

olaraq, onunla həm hissə, həm də bütövlük münasibətindədir. 

nzibati hüquq öz mahiyyətinə görə hüquq sisteminin istənilən digər sahələrindən heç 

də  fərqlənmir.  nzibati  hüquq  normaları  da,  digər  hüquq  normaları  kimi  dövlət  tərəfindən 

müəyyən  edilir  və  ümumməcburi  təsir  qüvvəsinə  malikdirlər.  Onların  realizəsi  iqtisadi, 

təşkilati, sosial mədəni fəaliyyətlərlə təmin edilir və onların realizəsinə dövlətin məcburetmə 

gücü ilə zəmanət verilir. Lakin, inzibati hüquq - hüquq sisteminin başqa sahələrindən nizama 

salma  predmetinə  görə  fərqlənir.  nzibati  hüquq  əsasən  idarəetmə  münasibətlərini,  yəni 

başlıca  olaraq  dövlət  idarəetməsi,  dövlətin  icraedici  fəaliyyəti  sahəsində  yaranan 

münasibətləri  nizama  salır.  nzibati  hüquqla  nizama  salınan  sahəyə  ölkənin  sosial-siyasi, 

sosial-mədəni və iqtisadi həyatında yaranan ictimai münasibətlərin geniş dairəsi aiddirlər. 



 

20 


 

nzibati  hüquq  normaları  idarəçilik  münasibətlərinin  nizamlayıcısı  kimi  dövlət 

idarəetmə sistemində aşağıdakı kimi vəzifə və funksiyaların yerinə yetirilməsində aparıcı rol 

oynayırlar: 

  dövlət idarəetmə sahəsində vətəndaşların hüquqi vəziyyətini müəyyən edir; 

  icra  hakimiyyəti  orqanlarının  və  dövlət  idarəetmə  orqanlarının  təşkil  edilmə 

qaydasını,  onların  səlahiyyətlərini,  dövlət  orqanlarının  və  qeyri-hökumət  təşkilatlarının 

(ictimai birliklər və fondlar) vətəndaşlarla qarşılıqlı əlaqələrini nizamlayır; 

  dövlət qulluqçuları tərəfindən idarəetmə orqanlarında və digər dövlət orqanlarında, 

idarə, müəssisə və təşkilatlarda dövlət qulluğunun keçirilməsi qaydasını nizamlayır, onların 

hüquq  və  vəzifələrini,  həmçinin  də  yerli  özünüidarəetmə  orqanlarının,  qeyri-hökumət 

təşkilatlarının qulluqçularının dövlət idarəetmə sahəsində hüquqi vəziyyətini müəyyən edir; 

  dövlət idarəetməsinin forma və metodlarını və onların prosessual qaydada həyata 

keçirilməsini müəyyən edir; 

  dövlət idarəetməsində qanunçuluğun təmin edilməsinin üsullarını müəyyən edir; 

  sosial-siyasi,  sosial-mədəni  və  iqtisadi  sahələrdə,  həmçinin  də  sahələrarası 

idarəetmə münasibətlərini nizamlayır; 

  səlahiyyətli orqanların inzibati-yurisdiksiya fəaliyyətini və onun həyata keçirilməsi 

qaydasını nizamlayır. 

Yuxarıda  qeyd  etdiyim  kimi  inzibati  hüquq  -  hüququn  başqa  sahələrindən  nizama 

salma predmetinə görə fərqlənir. 

nzibati  hüququn  nizamlayıcı  rolu  üçün  əsasən  xas  olan  cəhətlərdən  biri  onun 

xüsusiyyətlərini  daha  çox  biruzə  verən  dövlət  idarəetmə  sistemində  icra  hakimiyyəti 

sisteminin  fəaliyyət  göstərməsidir. 

nzibati  hüquq  faktiki  olaraq,  Azərbaycan 

Respublikasının  Konstitusiyasının  müvafiq  müddəalarına  əsasən  (məsələn:  mad.7,  99-124) 

hakimiyyət  səlahiyyətləri  çərçivəsində  fəaliyyət  göstərən  icra  hakimiyyəti  subyektlərinin 

üzərinə  düşən  vəzifə,  funksiya  və  səlahiyyətlərin  hüquqi  cəhətdən  həyata  keçirilməsi 

formasında çıxış edir. 

Buna  görə  də  inzibati  hüquq  öz  təyinatına  görə  idarəetmə  hüququ  olaraq,  dövlət 

idarəçilik fəaliyyətinə xas olan bütün xüsusiyyətləri özündə aydın surətdə əks etdirir.  nzibati 

hüquq 


dövlət 

idarəetmə 

sahəsində 

müəyyən 


edilmiş 

davranış 

qaydalarını 

möhkəmləndirməklə idarəetmə  xarakterli  ictimai  münasibətlərə  hüquq  münasibəti xarakteri 

verir. 

nzibati hüququn predmetini düzgün başa düşmək üçün bir sıra əsas müddəaları nəzərə 



almaq  lazımdır.  Çünki  onların  məcmusu  inzibati  hüququn  Azərbaycan  Respublikasının 

hüquq sistemində xidməti rolunu və real yerini müəyyən etməyə köməklik edir. 

Azərbaycan  Respublikasının  hüquq  sistemində  inzibati  hüququn  yeri  aşağıdakı 

xüsusiyyətləri ilə müəyyən edilir: 

  birinci,  inzibati  hüquq  idarəetmə  xarakterli  ictimai  münasibətlərə  öz  nizamlayıcı 

təsirini göstərərək, onları nizama salır, yəni onlara cəmiyyətin və dövlətin maraqlarına uyğun 

olan xarakter verir; 

  ikinci,  inzibati  hüquq  icra  hakimiyyətinin  müvafiq  subyektlərinə  həvalə  edilmiş 

idarəçilik funksiyalarının həyata keçirilməsi səbəbi ilə təşəkkül tapan münasibətləri nizama 

salır.  Bir  sözlə  desək,  bu  onlara  mənsub  olan  hüquqi  hakimiyyət  səlahiyyətlərinin  təcrübi 

cəhətdən  həyata  keçirilməsidir.  Bunlarsız  icra  orqanları,  icra  hakimiyyəti  subyekti  rolunda 

çıxış edə və idarəetmə funksiyalarını həyata  keçirə bilməzlər. 




Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə