Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə13/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   9   10   11   12   13   14   15   16   ...   244

 

25 


 

3.

  nzibati  hüququn  predmeti  -  icra  hakimiyyətinin  təşkili  və  həyata  keçirilməsi 



prosesində  yaranan,  dəyişən  və  xitam  olunan  ictimai  münasibətlərin 

məcmusundan ibarətdir. 

 

 

Sual 2. 



nzibati hüququn sistemi, prinsipləri, metodları və funsiyaları 

 

nzibati hüquq da, hüquq sisteminin digər sahələri kimi bir-biri ilə sıx bağlı olan ayrı-



ayrı inzibati hüquq normalarından və institutlardan ibarət olan sistemə malikdir. 

nzibati  hüquq  normaları  ilə  nizama  salınan  ictimai  münasibətlərin  konkret 

məzmunlarına görə inzibati hüquq normaları aşağıdakı qruplara bölünürlər: 

  ümumi  xarakterli  idarəçilik  münasibətlərini  nizamlayan,  yəni  bütün  idarəetmə 

üçün  ümumi  olan  normalar:  bu  normalar  inzibati  hüququn  birinci,  yəni  ümumi  hissəsini 

təşkil edirlər; 

  idarəetmənin  bu  və  ya  digər  sahəsinin  və  ya  bölməsinin  ictimai  münasibətlərini 

nizamlayan  normalar:  bu  normalar  inzibati  hüququn  ikinci,  yəni  xüsusi  hissəsini  təşkil 

edirlər; 

  inzibati-yurisdiksiya  fəaliyyəti  sahəsində  yaranan  ictimai  münasibətləri 

nizamlayan normalar: bu normalar inzibati hüququn üçüncü hissəs ini təşkil edirlər. 

            Beləliklə,  inzibati  hüquq  üç  hissədən  ibarətdir.  Digər  tərəfdən  isə  inzibati  hüququn 

hər bir hissəsi özündə bir neçə inzibati-hüquqi institutları birləşdirir. 

nzibati hüququn birinci hissəsinin tərkibinə aşağıdakı inzibati-hüquqi institutlar, yəni 

eyni tipli ictimai münasibətləri nizamlayan normalar qrupu daxildirlər: 

  dövlət  idarətməsinin,  icraedici  fəaliyyətinin  prinsiplərini  möhkəmləndirən 

normalar; 

  vətəndaşların (fiziki şəxslərin) inzibati-hüquqi statusunu nizamlayan normalar; 

  icra  hakimiyyəti  və  dövlət  idarəetmə  orqanlarının,  həmçinin  də  digər  idarəetmə 

subyektlərinin təşkili qaydasını və inzibati hüquqi statusunu müəyyən edən normalar; 

  dövlət  qulluğunu  nizamlayan,  dövlət  və  bələdiyyə  qulluqçularının  hüquqi 

statusunu müəyyən edən normalar; 

  qeyri-hökumət  təşkilatların  (ictimai  birliklərin  və  fondların)  qulluqçularının  və 

nümayəndələrinin inzibati-hüquqi statusunu nizama salan normalar; 

  dövlət  idarəetməsinin  forma  və  metodlarını  müəyyən  edən  normalar:  bu  qrupa 

daxil  olan  normalardan  çoxunu  idarəetmə  aktlarının  qəbul  edilmə  qaydasını  və  digər 

prosessual  hərəkətlərin  törədilməsini  nizamlayan  normalar,  yəni  inzibati-prosessual 

normalar,  həmçinin  də  idarəetmə  metodunun  tətbiq  edilməsini  nizamlayan  normalar  təşkil 

edirlər; 

  idarəetmədə qanunçuluğu təmin edən normalar. 

nzibati  hüququn  ikinci  hissəsini  təşkil  edən  normalar  aşağıdakı  əsas  qruplara 

(institutlara), yəni müxtəlif sahələrdə idarəetməni nizamlayan normalara bölünürlər: 

  sahələrarası idarəetməni nizamlayan normalar; 

  sosial-siyasi sahədə dövlət idarəetməsini və dövlətin, cəmiyyətin və vətəndaşların 

təhlükəsizliyini təmin edən normalar; 

  sosial-mədəni sahədə dövlətin fəaliyyətini nizamlayan normalar; 




 

26 


 

  dövlətin təsərrüfat fəaliyyətini nizamlayan normalar. 

Yuxarıda adları çəkilən qruplara (institutlara) daxil olan inzibati hüquq normalarından 

idarəetmənin ayrı-ayrı sahələrini (nəqliyyat, səhiyyə, təhsil, daxili işlər və s.) və sahələrarası 

bölmələrini  (uçot  və  statistika,  standartlaşdırma,  metroloqiya  və  s.)  nizamlayan  inzibati 

hüquq normaları daha çox nəzərə çarpırlar. 

nzibati hüquq sahəsinin üçüncü hissəsini inzibati-yurisdiksiya fəaliyyətini nizamlayan 

normalar təşkil edirlər. 

Bu  normalar  öz  əksini  Azərbaycan  Respublikasının  nzibati  Xətalar  Məcəlləsində 

tapmışdır.  Onlar  inzibati  xətanın  tərkibini  və  onların  törədilməsinə  görə  məsuliyyəti 

müəyyən  edirlər;  inzibati  xətalar  haqqında  işlərə  baxmaq  səlahiyyəti  olan  orqanların  və 

vəzifəli  şəxslərin  dairəsini  müəyyən  edirlər;  inzibati  xətalar  haqqında  işlərin  icraatını  və 

inzibati tənbeh etmə haqqında qərarın icrasını nizamlayırlar. 

Yuxarıda göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, inzibati hüquq - Azərbaycan 

Respublikasının  hüquq  sisteminin  ən  böyük  və  mürəkkəb  sahələrindən  biridir.  Bunu  onun 

predmetini  təşkil  edən  ictimai  münasibətləri,  idarəçilik  münasibətlərin  geniş  dairəsi  ilə 

ə

saslandırmaq olar. 



Praktiki olaraq cəmiyyətin həyat fəaliyyətinin elə bir sahəsi yoxdur ki, orada bu və ya 

digər həcmdə icraedici fəaliyyət həyata keçirilməsin, daha dəqiq desək, həmin sahə inzibati 

hüquq  normaları  ilə  nizama  salınmasın.  darəetmə  sahələrinin  və  bölmələrinin  inzibati-

hüquqi  nizama  salınma  həddi  eyni  deyildir.  Məsələn:  müdafiə,  təhlükəsizlik,  daxili  işlər, 

energetika, standartlaşdırma sahələri bir qayda olaraq daha çox inzibati hüquq normaları ilə 

nizamlanır.  qtisadi sahədə mülki-hüquqi münasibətlərin inkişaf etməsi ilə əlaqədar olan və 

inzibati-hüquqi  normalar  ilə  nizamlanan  ictimai  münasibətlərin  dairəsi  azalır.  Buna 

baxmayaraq, icra hakimiyyətinin həyata keçirilməsində inzibati hüququn rolu böyükdür. 

nzibati  hüquq  -  Azərbaycan  Respublikasının  hüquq  sisteminin  təkcə  böyük, 

mürəkkəb  sahəsi  deyil,  həm  də  müstəqil  sahələrindən  biridir.  Çünki  dövlət  idarəetmə 

sistemində  icra  hakimiyyəti  əsas  yer  tutur.  darəetmənin  qanunauyğunluğu  və  effektivliyi, 

fiziki  və  hüquqi  şəxslərin  öz  hüquqlarını  həyata  keçirmə  imkanları  xeyli  dərəcədə  onun 

vəziyyətindən asılıdır. 

 

NZIBATI  HÜQUQUN  PRINSIPLƏRI 



            nzibati hüququn prinsipləri dedikdə - inzibati hüququn mahiyyətini əks etdirən əsas 

ideyalar, tələblər, müddəalar başa düşülür. 

            nzibati hüququn prinsipləri öz məzmun və məqsədlərinə görə iki qrupa bölünürlər: 

1.

  Konstitusion (ümumi) prinsiplər; 



2.

  Xüsusi prinsiplər. 

Konstitusion (ümumi) prinsiplərə aşağıdakı prinsiplər aiddirlər: 

-

  qanunçuluq; 



-

  demokratizm; 

-

  humanizm; 



-

  vətəndaşların qanun və hüquq tətbiqedici qarşısında bərabərliyi; 

-

  dövlət və şəxsiyyətin qarşılıqlı məsuliyyəti; 



-

  insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi; 

-

  təqsirsizlik prezumpsiyası; 



-

  ədalətlilik və s. 




Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə