Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə14/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   10   11   12   13   14   15   16   17   ...   244

 

27 


 

Xüsusi prinsiplərə aşağıdakı prinsiplər aiddirlər: 

-

  dövlət qulluğunun keçirilməsi prinsipləri; 



-

  inzibati məsuliyyət prinsipləri; 

-

  inzibati xətalar haqqında işlərin icraatı prinsipləri və s. 



nzibati  hüququn  prinsipi  kimi  qanunçuluq  prinsipi  öz  xarakterinə  görə  ümumi 

xarakter daşıyır. Onun  məzmunu hüququn bütün subyektləri tərəfindən hüquq normalarının 

göstərişlərini dəqiq və tam həyata keçirilməsi və onların tələblərinə riayət edilməsi ilə ifadə 

edilir.  Hüquq  normalarının  realizəsini  təmin  edərək,  göstərilən  prinsip  digər  prinsiplərin 

(ədalətlilik, sosial azadlıq, humanizm) həyata keçirilməsinə də təsir göstərir.  kinci tərəfdən 

isə  qeyd  etmək  lazımdır  ki,  hüququn  bütün  prinsipləri  öz  aralarında  sıx  qarşılıqlı 

ə

laqədədirlər.  Sosial  ədalət  prinsipi  fəaliyyət  göstərirsə,  deməli  insanlar  arasında  humanist 



münasibətlər təşəkkül tapır. Əksinə, humanizm prinsipinin realizəsi ictimai həyatda ədalətli 

münasibətlərin bərqərar olması deməkdir. 

nzibati  hüququn  prinsipi  kimi  -  humanizm  bütün  sivilizasiyalı  hüquq  sistemlərinə 

xasdır.  Humanizm  prinsipi  hüququn  vacib,  dəyərli,  səciyyəvi  xüsusiyyətlərindən  birini  üzə 

çıxarır.  Hüquq  hər  bir  insanın  azadlıq  və  təhlükəsizliyinə,  öz  şərəf  və  ləyaqətinin 

qorunmasına, şəxsin həyatda istənilən özbaşınalıqdan qorunmasına və s. kimi digər təbii və 

ayrılmaz hüquq və azadlıqlarına real təminat verir və onu təsbit edir. 

Hüququn  humanistliyi  şəxsiyyətin  toxunulmamazlığına  təminat  verilməsində  ifadə 

olunur.  Heç  kim  məhkəmənin  qərarı  və  ya  sanksiyası  olmadan  həbs  oluna  və  yaxud 

qanunsuz  olaraq  mühafizə  altında  saxlanıla  bilməz,  hər  bir  şəxs  səlahiyyətli  müstəqil  və 

qərəzsiz  məhkəmə  tərəfindən  işlərə  açıq  və  ədalətli  baxılması  ilə  müdafiə  hüququna 

malikdir;  azadlıqdan  məhrum  edilmiş  bütün  şəxslər  öz  ləyaqətlərinə  humanistcəsinə 

yanaşılması  və  hörmət  edilməsi  hüququna  malikdir;  heç  kim  onun  ləyaqətini  alçaldan  və 

yaxud  ağır,  qeyri-insani  işgəncələrə  məruz  qalmamalıdır.  Bu  prinsip  yeni  qəbul  olunmuş 

Azərbaycan  Respublikasının  nzibati  Xətalar  Məcəlləsinin  müvafiq  maddələrində  də  öz 

ə

ksini  tapmışdır.  Məsələn:  XM-nin  30.2  maddəsinə  əsasən  hamilə  qadınlar,  himayəsində 



azyaşlı uşağı olan qadınlar, 18 yaşa çatmayan şəxslər, birinci və ikinci qrup əlillər, habelə 60 

yaşına çatmış qadınlar və 65 yaşına çatmış kişilər inzibati həbsə cəlb edilə bilməzlər;  XM-in 

376.1.  maddəsinə  əsasən  inzibati  qaydada  tutulan  yetkinlik  yaşına  çatmayanların,  icraatın 

aparıldığı  dili  bilməyənlərin,  lal,  kar,  kor,  fiziki  və  ya  psixi  qüsurları  üzündən  özlərinin 

müdafiə  hüquqlarını  həyata  keçirə  bilməyən  digər  şəxslərin  işlərində  vəkilin  iştirakı 

məcburidir və s. 

Demokratizm  -  inzibati  hüququn  prinsipi  kimi  inzibati-hüquqi  siyasətin 

formalaşmasında və inzibati hüquq normalarının təkmilləşdirilməsində vətəndaşların, qeyri-

hökumət təşkilatlarının, ictimai hərəkatların, əmək kollektivlərinin və əhalinin iştirak etməsi 

ilə  ifadə  olunur.  Bu  prinsip  öz  əksini  həm  də,  inzibati  hüquq  normalarının  realizəsi 

prosesində idarəetmə sahəsində vətəndaşlara və qeyri-hökumət təşkilatlarına öz hüquqlarını 

həyata  keçirmək  üçün  onlara  geniş  imkanların  verilməsində  tapmışdır.  Azərbaycan 

Respublikası  vətəndaşlarının  dövlətin  idarə  olunmasında  iştirak  etmək  hüququ  vardır.  Bu 

hüququ  onlar  bilavasitə  və  ya  nümayəndələri  vasitəsi  ilə  həyata  keçirə  bilərlər.  Bu  prinsip 

ə

sas  müddəa  kimi  öz  əksini  Azərbaycan  Respublikasının  Konstitusiyasının  54-55-ci 



maddələrində tapmışdır. 

Qanun  və  hüquqtətbiqedici  qarşısında  vətəndaşların  bərabərliyi  -  inzibati  hüququn 

prinsipi  kimi  onunla  ifadə  olunur  ki,  bütün  vətəndaşlar  millətindən,  sosial,  dini  və  digər 



 

28 


 

mənsubiyyətindən,  əmlak  və  vəzifə  vəziyyətindən  asılı  olmayaraq  idarəetmə  sahəsində 

inzibati  hüquq  normaları  ilə  müəyyən  edilmiş  bərabər  hüquq  və  vəzifələrə  malikdirlər  və 

qanun qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. 

Vətəndaşlar  dövlət  orqanlarında  xidmət  etmək,  təhsil  almaq  və  s.  hüquqlara 

malikdirlər  (Konstitusiyanın  24-71  maddələri).  Bütün  vətəndaşlar  üzərlərinə  qoyulmuş 

vəzifələrin pozulmasına görə məsuliyyət daşımalıdırlar.  kinci tərəfdən isə bütün vətəndaşlar 

inzibati hüquq normlarını tətbiq edən subyektlər qarşısında bərabərdilər. 

nzibati  hüququn  prinsipi  kimi  dövlətin  və  şəxsiyyətin  qarşılıqlı  məsuliyyəti 

prinsipinin  məzmunu  ondan  ibarətdir  ki,  dövlət  və  şəxsiyyət  bir-biri  ilə  hüquqları  və 

vəzfələri ilə bağlıdırlar. 

Tərəflərdən birinin özünün inzibati-hüquqi vəzifələrini pozması inzibati məsuliyyətin 

yaranmasına  əsas  olur.  Konstitusiyanın  68-ci  maddəsinin  2-ci  bəndinə  əsasən  hər  kəsin 

dövlət  orqanlarının,  yaxud  onların  vəzifəli  şəxslərinin  qanuna  zidd  hərəkətləri  və  ya 

hərəkətsizliyi  nəticəsində  vurulmuş  zərərin  dövlət  tərəfindən  ödənilməsi  hüququ  vardır. 

nsan  və vətəndaşların hüquqlarını və azadlıqlarının tanınması və onların müdafiə edilməsi 

dövlətin əsas vəzifəsidir. Bu vəzifə öz əksini Azərbaycan Respublikasının Konsitusiyasında 

və Azərbaycan Respublikasının Prezidentinin 22 fevral 1998-ci il tarixli ″ nsan və vətəndaş 

hüquqlarının  və  azadlıqlarının  təmin  edilməsi  sahəsində  tədbirlər  haqqında″  Fərmanında 

tapmışdır.  Digər  tərəfdən  isə  Konstitusiya  və  başqa  qanunvericilik  aktları  ilə  vətəndaşların 

dövlət  qarşısında  vəzifələri  müəyyən  edilmişdir.  Təbiəti  və  ətraf  mühiti  qorumaq  hər  bir 

şə

xsin  borcudur  (Azərbaycan  Respublikasının  Konstitusiyası,  m.78).  Azərbaycan 



Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən isə vətəni müdafiə hər bir vətəndaşın 

borcudur.  Bundan  əlavə  Konstitusiyanın  digər  müddəalarına  əsasən  vətəndaşların  dövlət 

qarşısında  digər  vəzifələri  də  müəyyən  edilmişdir.  Bu  vəzifələr  Konstitusiyanın  73-79-cu  

maddələrində öz əksini tapmışdır. 

 

  

NZIBATI  HÜQUQUN  METODLARI 



nzibati  hüquq  -  dövlət  idarəetmə  sistemində  icra  hakimiyyətinin  təşkili  və  həyata 

keçirilməsində  nizamlayıcı  funksiyanı  həyata  keçirən  hüquq  sahəsidir.  Bu  məqsədlə  də  o, 

idarəetmə  xarakteri  daşıyan  ictimai  münasibətlərə  və  idarəetmə  xarakterli  ictimai 

münasibətlərin iştirakçılarının davranışlarına nizamlayıcı təsir göstərən hüquqi vasitələrin və 

ya üsulların müəyyən məcmusundan istifadə edir. 

darəçilik  xarakteri  daşıyan  ictimai  münasibətlərdə  onların  iştirakçılarının 

davranışlarına  hüquqi  vasitələrin  və  üsulların  nizamlayıcı  təsir  göstərməsi  -  ictimai 

münasibətlərin hüquqi nizama salınması metodudur.    

ctimai münasibətlərin hüquqi nizamasalınması metodları fənnin predmeti ilə birlikdə 

hüququn  istənilən  sahəsinə  çox  yaxın  və  oxşar  olurlar,  bir  çox  hallarda  isə  onlar  yaranma 

səbəblərinə  görə  bir-biri  ilə  üst-üstə  də  düşürlər  (məsələn:  əmlak  münasibətləri,  təbii 

ehtiyatların mühafizəsi sahəsindəki münasibətlər, maliyyə və sahibkarlıq fəaliyyətləri). Ona 

görə də hüquq sahələrinin bir-birindən  fərqləndirilməsi  zamanı  nizamasalma  metodları  çox 

vaxt müəyyənedici meyar rolunda çıxış edə bilər. 

Hüquqi  nizama  salmanın  metodları  problemli  və  mübahisəli  xarakter  daşıyır.  ndiyə 

kimi onların məzmununun dərk edilməsi üçün müxtəlif fikirlər söylənilir. O cümlədən elə bir 

yanaşma (tendensiya)  meydana çıxıb ki, hər bir hüquq sahəsi predmetindən  başqa özünün 

metoduna da malikdir. Bununla yanaşı elə bir fikir də mövcuddur ki, bütün hüquq sahələri 




Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə