Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə15/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   11   12   13   14   15   16   17   18   ...   244

 

29 


 

nizamlayıcı  məqsədlə  hüququn  öz  təbiətində  müəyyən  edilmiş  vahid  hüquqi  vasitələrdən 

istifadə edirlər. Belə yanaşma daha məqsədəuyğundur. 

Ümumhüquq  nəzəriyyəsi  nöqteyi-nəzərdən  kifayət  qədər  inandırıcı  formada  sübuta 

yetirilmişdir  ki,  hüququn  istənilən  sahəsi  hüquqi  nizama  salma  vasitəsi  kimi  aşağıdakı 

hüquqi imkanlardan istifadə edir: 

-

  qadağan etmə; 



-

  sərəncam vermə (əmr etmə); 

-

  icazə vermə. 



Hüquqi  nizama  salmanın  bu  imkanlarının  məcmusu  istənilən  tipli    ictimai 

münasibətlərə  hüquqi  təsir  göstərmənin  məzmununu  təşkil  edir.  Hüquqi  nizama  salmanın 

səciyyəvi predmetinə malik olan hüquq sahələri arasındakı fərq bu və ya digər nizama salma 

vasitəsinin praktiki olaraq istifadə olunmasının dərəcəsi ilə aparılır. Belə ki, ümumi qaydada 

qəbul  olunub  ki,  mülkü-hüquqi  nizama  salma  üçün  ″icazə  vermə″,  cinayət  hüquqi  nizama 

salma üçün isə ″qadağan etmə″ daha çox əhəmiyyət kəsb edir. 

Nizama  salınan  ictimai  münasibətlərə  adları  çəkilən  hüquqi  təsir  göstərmə 

vasitələrinin mahiyyəti məlumdur. Belə ki, sərəncam vermə hüquq normalarının tələblərinə 

tam  müvafiq  olaraq  müvafiq  vəziyyətdə  hərəkət  etmənin  birbaşa  hüquqi  vəzifə  kimi 

qoyulmasından ibarətdir. 

Hüquqi  normanı  geniş  mənada  dərk  etməklə,  asanlıqla  müəyyən  etmək  olar  ki, 

onlardan  hər  hansı  biri  davranış  qaydasının  məcburi  və  hüquqi  cəhətdən  mühafizə  edilən 

qaydada  olması  barədə  sərəncam  verir.  Sərəncam  vermənin  xarakteri  dəyişir,  lakin  onun 

mahiyyəti bir mənalıdır. Bu mənada qadağan etmə özü də faktiki olaraq sərəncam vermənin 

bir formasıdır. Çünki, onun verilməsi ilə hüquqi nöqteyi nəzərdən icazə verilməyən bu və ya 

digər hərəkətdən ünvançını çəkindirir. 

cazə  vermə  vasitəsinin  xarakteri  daha  mürəkkəbdir,  çünki  bir  çox  hallarda 

o,″səlahiyyətvermə  ilə″  üst-üstə  düşür.  Lakin  hüquqi  nizamasalmanın  icazəvermə  variantı 

nizamasalmanın digər iki variantından fərqlənir. Bu variantda hüquq normaları faktiki olaraq 

ayrı-ayrı  hərəkətlərin  törədilməsində və  yaxud da onların törədilməsindən  çəkinməyə  icazə 

verərkən özünəməxsus formalarda, yəni daha ″yumşaq″ formalarda ifadə olunurlar. Hüquqi 

nizamasalmanın icazəvermə variantı ünvançıya müstəqillik vermir, lakin o, ünvançıya imkan 

verir ki, hüquq normasında ifadə olunmuş vəziyyət çərçivəsindən kənara çıxmamaq şərti ilə 

müstəqil olaraq davranışın bu və ya digər variantını seçir. 

Hüquqi nizamasalmanın bu vəziyyətləri inzibati-hüquqi nizamasalmanın mahiyyətini, 

onun  səciyyəvi  xüsusiyyətlərini  (metodları)  idarəçilik  münasibətlərinin  özünəməxsus 

xüsusiyyətləri (tələblərin hüquqi cəhətdən bərabərhüquqlu olmamaları), icra hakimiyyətinin 

mahiyyəti  ilə  müəyyən  edilir.  Buna  müvafiq  olaraq,  inzibati-hüquqi  nizamasalma,  onun 

mexanizmi  -  münasibətlərin  bilavasitə  hüquqi  formalaşmasından  ibarətdir.  Bu  formada 

münasibət  tərəflərindən  biri  idarəedən  (idarəetmənin  subyekti),  digəri  isə  idarəolunan 

(idarəetmənin obyekti) rolunda çıxış edirlər. 

Belə  münasitbət  növündə  həmişə  idarəolunanın  iradəsinin  idarəedənin  iradəsinə 

məlum tabeçiliyi nəzərdə tutulur. Bu prinsip dövlət idarəertməsi üçün başlıca aksioma hesab 

edilir. Buna müvafiq olaraq inzibati-hüquqi nizamasalma bir qayda olaraq tərəflərin bərabər 

hüquqi vəziyyətdə olmadığı ictimai münasibətlər üçün nəzərdə tutulmuşdur. Belə ki, dövlət 

idarəetmə sistemində şaquli münasibətlər də mövcuddur ki, həmin münasibətlərdə tərəflərin 

hüquqi cəhətdən bərabərliyi mümkün deyildir. 



 

30 


 

nzibati  hüququn  metodlarının  xarakterini  dərk  etmək  üçün  dövlət  -  idarəetmə 

fəaliyyətinin  mahiyyətindən  və  inzibati  hüququn  predmetini  təşkil  edən  ictimai 

münasibətlərdən irəli gələn aşağıdakı kimi vəziyyətlərin nəzərə alınması məqsədəuyğundur: 

1.

  nzibati hüququn metodu daha çox ″hakimiyyət - tabeçilik″, yəni bərabər hüquqlu 



olmayan tərəflərin iştirakı ilə yaranan ictimai münasibətlərin hüquqi vasitələrini xarakterizə 

edir. 


2.

  nzibati  hüququn  metodu  -  göstərişlərdə  (qadağanetmədən  başqa),  yəni 

sərəncamvermə  kimi  hüquqi  vasitələrdə  daha  çox  aydın  ifadə  olunur.  Praktiki  olaraq  bu 

metodun mahiyyəti ondan ibarətdir ki, nizamasalınan münasibətin bir tərəfinə inzibati-hüquq 

norması ilə müəyyən həcmdə ″hüquqi-hakimiyyət″ səlahiyyətləri verilir və bu səlahiyyətlər 

də  münasibətin  digər  tərəfinə  ünvanlanır.  Münasibətin  digər  tərəfinin  vəzifəsi  isə  ondan 

ibarətdir ki, o, sərəncamvermə hüququna malik olan tərəfin göstərişlərinə tabe olmalıdır. 

Belə səlahiyyət növü münasibətin hər iki tərəfin sərəncamında ola bilməz. Çünki belə 

səlahiyyət  hər  iki  tərəfə  verilərsə,  onlar  bərabər  hüquqlu  subyektlərə  çevrilirlər.  Dövlət 

idarəetmə sahəsində bu da mümkün deyil. 

3.

  nzibati-hüququn metodu - nizamasalınan münasibətlərin iştirakçılarından birinin 



birtərəfli  qaydada  öz  iradəsini  ifadə  etməsini  nəzərdə  tutur.  radənin  belə  formada  ifadə 

olunması  ″hüquqi-hakimiyyət″  xarakter  daşıyır  və  ona  görə  də  o,  həlledici  əhəmiyyətə 

malikdir. 

4.

  nzibati hüququn metodu - konkret idarəetmə münasibətlərində yəni, idarəedən ilə 



idarəolunan arasındakı aşağıdakı qarşılıqlı əlaqələrdə özünün daha səciyyəvi formasını tapır: 

 

-  idarəedən  tərəfdə  elə  hüquqi  hakimiyyət  səlahiyyətləri  vardır  ki,    idarəolunan 



tərəf  həmin  səlahiyyətlərə  malik  deyil  və  malik  də  ola  bilməz  (məsələn:  vətəndaş,  ictimai 

birlik); 

 

-  idarəedən  tərəfdə  həmin  səlahiyyətlər  daha  çoxdur,  nəinki  idarəolunan  tərəfdə 



(məsələn:  tabeçilikdə  olan  vəzifəli  şəxsdə).  Bu  zaman  idarə  edənlərin  və  idarəolunanların 

qarşılıqlı iradə ifadəsindən asılı olmayan hüquqi nizamasalma mexanizmi yaranır. 

5.

  nzibati  hüququn  metodu  -  inzibati-hüquqi  nizamasalmanın  daha  vacib  əlaməti 



olan hakimiyyət və birtərəfli xarakter daşımasına baxmayaraq, lazım olan hallarda tərəflərin 

bərabərliyindən də istifadə edilməsini istisna etmir. 

6.

  nzibati  hüuqun  metodu  -  bir  çox  hallarda  inzibati-hüquq  norması  ilə  nəzərdə 



tutulmuş  vəziyyətdə  idarə  edənə  və  ya  idarə  olunana  hərəkətinin  formasını  (birbaşa 

göstərişlərdən və qadağanlardan başqa) seçmək imkanı verilir. Məsələn: dövlət orqanın və ya 

vəzifəli  şəxsin  hərəkətindən  vətəndaşın  şikayət  vermək  hüququ;  bu  və  ya  digər  məsələnin 

həllində vəzifəli şəxsin müstəqil olaraq konkret vasitəni seçmək hüququ və s. 

7.

  nzibati hüququn metodu - bazar münasibətlərinin inkişaf etdiyi şəraitdə və dövlət 



ə

mlakının özəlləşdirilməsi prosesində, səhmdarlıq fəaliyyətinin inkişaf etdiyi dövrdə öz əsas 

keyfiyyətlərini itirmir. 

8.

  nzibati  hüququn  metodu  -  qüvvədə  olan  qanunvericiliyə  müvafiq  olaraq  öz 



istifadə  olunma  sahəsini  xeyli  genişləndirir.  Bu,  onların  əmlak  xarakterli  ictimai 

münasibətlərə də birbaşa təsiretmənin olması ilə sübut edilir. 

           Beləliklə,  yuxarıda  göstərilənləri  nəzərə  alaraq,  inzibati  hüququn  metodlarının 

mahiyyətini aşağıdakı kimi ifadə etmək olar: 

a)  dövlət  idarəetmə  sahəsində  müəyyən  hərəkət  (fəaliyyət)  qaydasının  müəyyən 

edilməsi (göstərişlər); 




Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə